Dünyaya gələn körpənin qiyməti
Burada “AA” MMC ƏDV hesabatında, malların invoys dəyərinin 17.000 manat (əvəzləşdirmə üçün hesabatlarda gömrük dəyəri götürülür) olmasına baxmayaraq, ƏDV-nin əvəzşləşdirilməsi kimi 4930 manat əks etdirəcəkdir. Vergi uçotunda da malların dəyərini gömrük dəyəri ilə yox, faktiki maya (anbar) dəyəri ilə uçota almalıdır.Yəni bu dəyər Vergi Məcəlləsinin 139.2.-ci maddəsinə əsasən formalaşır.
1000 manata qədər olan hadisələrsə dyp əməkdaşının hadisəyə
Azərbaycanda məhkəmələrə müraciət, iddia qaldırılması üçün dövlət rüsumları dəyişib.
FED.az xəbər verir ki, bir neçə gün əvvəl prezident İlham Əliyev «Dövlət rusumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Yeniliklər məhkəmələrə müraciətlə bağlı tarifləri əhatə edir.
Ümumilikdə yeniliklərə görə, məhkəmə iddiası üçün rüsumlar artırılıb, indiyədək ödənişsiz olan bəzi iddialar üçün də artıq ödəniş etmək lazım olacaq.
Belə ki, indiyədək iddiaların həcmindən asılı olaraq dövlət rüsumu iki formada tətbiq olunurdu – məbləği 500 manata qədər olan iddialar üzrə 20 manat, 500 manatdan artıq məbləğ üçün isə 30 manat. İndi isə bu qayda dəyişdirilib. 1000 manata qədər olan iddialar üçün dövlət rüsumu 30 manata qaldırılıb, eləcə də buraya 1000-10 000 manat, 10 000 – 100 000 manat, 100 000 – 1 000 000 manat və 1 000 000 manatdan artıq məbləğdə bölgülər əlavə edilib.
Nəticədə əvvəllər məsələn 10 min, 100 min və 1 milyon manatlıq iddialar üçün 30 manat rüsum ödənirdisə, indi bu məbləğ 120 manata, 100 min manatlıq iddiada 390 manata, 1 milyonduq iddia üçün isə 1 290 manata qaldırılıb. İddianın məbləği artdıqca rüsum da yüksəlir və 50 min manata qədər arta bilər.
Fiziki şəxslərin mülkiyyət və əmlak mübahisələrinə görə iddiaları üçün rüsum 100 manat, eləcədə qiymətləndirilməyən iddialar üçün rüsum da 100 manat müəyyən edilib.
İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə rüsum əvvəllər 10-20 maat idisə, indi yuxarıda göstərilən qaydada hesbalanacaq, yəni son nəticədə kəskin artacaq.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 20 manatdan 50 manata qaldırılıb.
Bundan başqa, qanunun 9.1.9-9.1.11 və 9.1.15-9.1.19 maddələrinin ləğv edilməsi nəticəsində iddia rüsumu ilə bağlı indiyədək mövcud olan güzəştlərin bir hissəsi aradan qaldırılıb.
Güzəştlərin ləğv edildiyi hallar aşağıdakılardır. Dəyişikliklərdən sonra bu iddialar üzrə də rüsumlar ödəniləcək.
9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;
9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;
9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə – dövlət orqanları;
9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə – tərəflər;
Hazırda məhkəmə işləri üzrə rüsumlar aşağıdakı kimidir:
“Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan
hərəkətlər
Dövlət rüsumunun məbləği
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda
8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda
30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda
120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda
390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda
1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)
8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin , xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu
8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla)
8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə
8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə
10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat
Əvvəlki variant isə belə idi:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
8.1. Məhkəməyə verilən iddia ərizələrindən:
8.1.1. iddia qiyməti 500 manatadək olduqda
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:
8.2.1. iddia qiyməti ilə bağlı olduqda
bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən
8.3. Məhkəmə əmri haqqında ərizələrdən
8.4. Apellyasiya və kassasiya şikayətlərindən:
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;
bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən
Dünyaya gələn körpənin qiyməti.
Hər bir qadın üçün ana olmaq və doğma körpəsini dünyaya gətirmək ən əlamətdar hadisələrdən biridir. Ailəyə sevinci bəxş edən bu önəmli hadisəyə ciddi yanaşmalı və ananın harada övlad dünyaya gətirəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Doğuş üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün vacibdir. Bununla yanaşı bu prosesin maliyyə tərəfi də hər kəsi düşündürür.
Seçim böyük, qiymət baha
Həkim-ekspert Dilarə Seyidovanın Milli.Az-a bildirdiyinə görə, Azərbaycanda ana olmağın maliyyəti fərqli bölgələrə görə müxtəlif qiymətlərə başa gəlir. Hər nə qədər dövlətə aid doğum evlərində bu prosesin pulsuz olduğu dönə-dönə vurğulansa da, bu, yalnız sözdədir: “Əvvəllər ana olmağa hazırlaşan qadınlar yalnız dövlətə aid tibb müəssisələrinə üz tuturdularsa, artıq indi seçim imkanları çoxalıb. Hər kəs ailə büdcəsini nəzərə alaraq körpəsini harada dünyaya gətirəcəyinə əvvəlcədən qərar verir. Adı pulsuz, reallıqda isə pul müqabilində başa gələn dövlət tibb ocaqlarında doğum qiymətləri də heç də özəl klinikalardan geri qalmır”.
Araşdırma nəticəsində bir zamanlar ölkədə nüfuz qazanmış Biləcəri Dəmir Yol Xəstəxanasında qiymətlər digər dövlət doğum evlərinə nisbətən aşağı görünür. Burada ana olmaq istəyən qadınlara 400 manatdan başlayan qiymət təklif olunur. Ancaq hər zaman olduğu kimi bu məbləğ də son deyil. Doğuş həkiminin sizə söylədiyi qiymətin real olmadığının şahidi olacaqsınız. Doğuşun çətinliyindən (keysəriyyə əməliyyatı) asılı olaraq və xəstəxanada qalma günlərinin sayı artdıqca sizə pul üçün uzanan əllər də çoxalacaq. Bu məbləğ isə növbə dəyişdikcə artacaq. Qaldığınız 3 gün müddətində sizə qulluq edən tibb bacıları, sanitarlar, qapı gözətçisinin dilində “şirinlik” sözləri və əllərinizə həsrətlə dikilən gözlərin şahidi olacaqsınız. Xəstəxanaya gələn hər bir yaxınınız belə qarşılanacaq, sizi və körpəni görmək üçün əlini cibinə salmalı olacaq. Digər məsrəflər – dərman, uşağın pampersi və digər ləvazimatlar da hesablandıqda məbləğ 800 manatadək gəlib çıxacaq.
Mərkəzdə bahalıq, rayonlarda ucuzluq!
Şəhərin mərkəzinə doğru irəlilədikcə qiymətlərdə də artım müşahidə olunur. “20 yanvar” metro stansiyası yaxınlığında yerləşən Mirqasımov adın Respublika Xəstəxanasının doğum şöbəsində qiymətlər 600 manatdan başlayır. Burada soyğunçuluq olacağı elə doğuş həkimi ilə söhbətdən məlum olur: “500 manat mənə ödənəcək. Tibb bacısı və sanitarla isə özünüz razılaşarsınız”. Bir sözlə, prosesin çətinliyi nəzərə alınaraq məbləğin 800 manata qədər çatacağı istisna edilmir. Digər dövlət hesablı doğum evlərində isə vəziyyət belədir: Qara Qarayevdə yerləşən 7 saylı Doğum Evində normal doğuş 400, keysəriyyə əməliyyatı ilə 800 manatdır. Qalınacaq 3 gün müddətində tibb bacıları, baxıcılar və digər işçilərə 150 manata qədər pul xərclənir. Əzizbəyov adına doğum evində normal doğuş 450 manatdan başlayıb 850 manata qədər qalxa bilər.
3 saylı Sabunçu Xəstəxanası mərkəzdən kənarda yerləşsə də, qiymət baxımından heç də geri qalmır. Normal şəraiti olmayan xəstəxanada doğum üçün ilk təklif olunan məbləğ 450-500 manatdır. Körpə dünyaya gəldikdən sonra və xəstəxananı tərk edənə kimi xərclənən məbləğ 800 manata çatır.
Bölgələrdə isə qiymətlər 150-250 manat arasında dəyişir. Rayonlar sırasında Bərdə, Yevlax, Ağcabədidə ana olmaq 150-200 manat, şimal rayonlarında – Balakən, Qax, Şəkidə 150 manat, cənub bölgəsində – Cəlilabad, Lənkəran və Lerikdə 120-180 manat təşkil edir. Bəzi kəndlərdə imkansızlıq səbəbindən evdə ana olmaq istəyənlər isə həkimə 50 manat ödəyir.
Özəl tariflər
Özəl klinikaların bir çoxunda ana olmağa hazırlaşanlara xidmət 3 paket şəklində təklif olunur. Bahalı olan ilk etapda doğuma qədər, doğum və körpə dünyaya gəldikdən 1 ay sonrayadək təklif edilən xidmət 1200-2300 manata başa gəlir. Ancaq keysəriyyə əməliyyatı zamanı bu məbləğ daha da artır. İkinci paketə 9 ayına az qalmış hamilə ananın müayinəsi və doğumu daxildir. Bunun qiyməti 1000-1400 manat arasıdır. Üçüncü paketdə ana yalnız doğum üçün klinikaya müraciət edir. Burada qiymət 850 manatdan başlayaraq doğuş prosesinin çətinliyinə görə 1600 manatadək arta bilər. Burada bəzi klinikalar körpəyə ilk 3 gün müddətində vurulmalı olan peyvəndi və oğlan uşaqlarının 1 ay müddətində sünnət edilməsi xidmətini də pulsuz təklif edirlər.
Ümumiyyətlə, 9 ay hamiləlik dövründə özəl klinikalarda aparılan müayinələrin xərcləri 780 manata yaxındır. Burada 5 dəfə həkim müayinəsi 150 manat, 3 dəfə ultrasəs müayinə 120 manat, 1 dəfə dördlü test 130 manat, 1 dəfə PCR (infeksiyalar) 120 manat, 2 dəfə digər analizlər 70 manat, 1 dəfə KTQ 30 manat və 9 ay müddətində istifadə olunan dərmanlar 90 manat təşklil edir. Qeyd edək ki, bu qiymətlər klinikalara görə dəyişə bilər.
Rekord qiymətlər
Bakıda ən bahalı doğuş xidməti Mərkəzi Klinik Xəstəxanasında təklif olunur. Belə ki, normal doğuş 1800-3000 manat arası dəyişir. Keysəriyyə əməliyyatının qiyməti isə 5000 manatdır.
Gömrük xəstəxanasında təbii yolla doğuş 1800 manat, keysəriyyə əməliyyatı isə 2200 manatdır. “Oksigen” klinikasında qiymət 1200 mantdan başlayıb doğuşun çətinliyinə görə 1500 manatadək qalxa bilər. “MediLux” klinikasında normal doğuş 1100 manat, əməliyyatla isə 1450 manatdır. “Modern” Hospitalda normal doğuş 1000 manat, əməliyyat zamanı isə 1650 manat təşkil edir. “Baku Medical Plaza”da 1000 manata təklif olunan normal doğuş, keysəriyyə əmaliyyatında 1600 manata başa gəlir.
Rəsmi mövqe
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Milli.Az-a açıqlamasında bildirib ki, özəl klinikalarda qiymətlərə nəzarət Səhiyyə Nazirliyinin tabeliyində deyil: “Özəl klinikalar sahibkara məxsus olduğu üçün müayinə, müalicə və digər xidmətlərin qiymətlərini də onlar müəyyən edir. Biz yalnız tövsiyə veririk ki, qiymətlər müəyyən edilərkən əhalinin maddi vəziyyəti nəzərə alınsın. Əgər bahadırsa, dövlət xəstəxanalarına müraciət etsinlər. Buradakı mütəxəssislər və xidmətlər heç də özəllərdən geri qalmır. Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanalarında müalicə və müayinə ilə yanaşı doğuş da pulsuzdur. Hər hansı xidmət qarşılığında xəstədən pul tələb olunarsa, nazirliyə müraciət edilə bilər. Səhiyyə Nazirliyi də müraciət əsasında müvafiq tədbirlər görməyə hazırdır. Ancaq təsərrüfat hesablı tibb ocaqlarında xidmət pulludur”.
Nəticə
Uşaqlar bizim gələcəyimizdir və sağlam nəslin məhz doğuş zamanı xəsarət almadan dünyaya gəlməsi ən vacib amillərdəndir. Valideyinlərin üzərinə düşən vəzifə isə doğuş öncəsi təcrübəli həkimə və doğru xəstəxanaya müraciət etməkdir. Önəmli olan ananın övladını harada dünyaya gətirməsi deyil, körpənin sağlam doğulmasıdır. Nə qədər maliyyə sıxıntısı olursa-olsun ananın və gələcəyimiz olan körpənin həyatı hər şeydən önəmlidir.
Zəhra
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
VERGİLƏR
İdxal əməliyyatları sahibkarların, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarında ən çox həyata keçirdiyi işlərdir. Sərbəst auditor Altay Cəfərov idxal əməliyyatları zamanı vergi ödəyicilərinin diqqətlə yanaşmalı olduqları bəzi məqamları şərh edib.
Malların idxalında ƏDV necə hesablanılır, necə əvəzləşdirilir? İdxalın nəticəsi kimi mallar uçotda necə əks olunmalıdır ? Bu suallarla bağlı müəyyən incəliklərə bir daha misallarla baxaq:
- Malların idxal əməliyytalarının rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə və bunun bazasında qəbul edilmiş digər normativ hüquqi aktlar əsasında aparılır;
- Mallar idxal olunanda idxalçı malları müvafiq gömrük orqanlarına bəyan edir;
- Bəyan olunan mallar üzrə müvafiq gömrük rüsumları, xidmət haqları və ƏDV hesablanılmalıdır və ödənilməlidir;
- Bunun üçün bəyannaməçi malların gömrük dəyəri haqqında məlumatları gömrük bəyannamələrində əks etdirir və gömrük orqanları bu məlumatların, hesablamaların düzgünlüyünü yoxlayır;
- Onu da bildirim ki, gömrük dəyərinin hesablanmasının müxtəlif metodları vardır;
- Gömrük dəyəri formalaşandan sonra artıq əvvəldən qeyd olunduğu kimi rüsumlar, vergilər hesablanılır.
Çox hallarda idxalçıların sualları mallaırn alış (invoys dəyəri ilə) gömrük dəyərinin fərqli olması, hətta xeyli yüksək olması ilə yaranır. İdxal məlumatlarını idxalçı gömrük orqanlarına bəyan edir, gömrük orqanları yoxlayır və fərqlər aşkarlanırsa yenidən hesablayır.
Misal: “AA” MMC 10.000 dollar (17.000 manatlıq) mallar idxal etmişdir. Malların invoys dəyəri 10.000 dollardır. Bəyan olunan zamanı gömrük orqanları malların gömrük dəyərinin 14.000 dollar hesablamışdır (23.800 manat). Gömrük dəyərinə görə 3570 manat gömrük rüsumları, 4930 manat ƏDV, həmçinin 100 manat xidmət haqları, 60 manat broker xidməti, 300 manat saxlanılması xərləri və 500 manat anbara daşınması xərcləri olmuşdur.
Burada “AA” MMC ƏDV hesabatında, malların invoys dəyərinin 17.000 manat (əvəzləşdirmə üçün hesabatlarda gömrük dəyəri götürülür) olmasına baxmayaraq, ƏDV-nin əvəzşləşdirilməsi kimi 4930 manat əks etdirəcəkdir. Vergi uçotunda da malların dəyərini gömrük dəyəri ilə yox, faktiki maya (anbar) dəyəri ilə uçota almalıdır.Yəni bu dəyər Vergi Məcəlləsinin 139.2.-ci maddəsinə əsasən formalaşır.
139.2-ci maddəyə görə, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Bundan əlavə, “AA” MMC malları satanda gömrük dəyəri ilə yox, malların maya dəyərinə müvafiq qaydada ticarət əlavəsi və ya marjanı gəlməklə satmalıdır. Amma malların satış dəyəri real bazar dəyərində olmalıdır: vergi orqanları kameral və səyyar vergi yoxlamaları zamanı bu məsələlərlə bağlı tələblərə düzgün əməl edilməsinə daha çox diqqət yetirir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI
Comments are closed, but trackbacks and pingbacks are open.