Press "Enter" to skip to content

Aktauda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” həsr olunan tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun başçısı vəzifəsini icra edən Elmar Məmmədov, Qərbi-Qazaxıstan vilayətinin Akim müavini Bakıtcan Narınvetov, Mangistau vilayətinin Akim müavini Bekbol Orınbasarov, Atırau vilayət akimatlığının rəsmi nümayəndəsi, Qərbi-Qazaxıstan, Atırau, Mangistau vilayətlərində fəaliyyət göstərən milli icma rəhbərləri və nümyəndələri, Aktauda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, eyni zamanda, ziyalılar və mətbuat nümayəndələri iştirak edib.

Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək

Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək.

6 Oktyabr , 2021 11:20

https://static.report.az/photo/da42cb2c-556e-3e82-8199-d2418f765b78.jpg

Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək. Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib. Bildirilib ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Aktauda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” həsr olunan tədbir keçirilib

Azərbaycanın Aktaudakı Baş konsulluğunun təşəbbüsü ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünə həsr olunmuş videoformatlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun başçısı vəzifəsini icra edən Elmar Məmmədov, Qərbi-Qazaxıstan vilayətinin Akim müavini Bakıtcan Narınvetov, Mangistau vilayətinin Akim müavini Bekbol Orınbasarov, Atırau vilayət akimatlığının rəsmi nümayəndəsi, Qərbi-Qazaxıstan, Atırau, Mangistau vilayətlərində fəaliyyət göstərən milli icma rəhbərləri və nümyəndələri, Aktauda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, eyni zamanda, ziyalılar və mətbuat nümayəndələri iştirak edib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elmar Məmmədov bu il “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nün otuzuncu ildönümünün ölkəmizdə torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirərək, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasını fəxr hissi ilə vurğulayıb.

O, konsulluq dairəsində yerləşən diasporlarımızla Akimatlığın birgə işləri, eləcə də yüksək səviyyədə olan münasibətlərini qiymətləndirərək vilayət rəhbərlərinə öz təşəkkürünü bildirib.

Diplomat Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Elbaşı-Nursultan Nazarbayevin mühüm xidmətlərini və hazırda bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

E. Məmmədov xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən danışıb, həmçinin Azərbaycan və Qazaxıstanı tarixi köklərimiz və mədəniyyətimizdən başqa, mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini söyləyib. Bu xüsusda, ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin səmərəli əməkdaşlıqla davam edəcəyini vurğulayıb.

Tədbir zamanı iştirakçılar vilayətlərdə yaşayan soydaşlarımızın mədəni, iqtisadi və digər mühüm sahələrdə olan müsbət rollarından söz açıblar. Bununla yanaşı, vilayətlərdə mövcud olan iqtisadi və siyasi vəziyyət barədə məlumat verilib. Daha sonra “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə Qazaxıstan rəsmiləri, vilayətlərdə fəaliyyət göstərən diaspora nümayəndələrimiz və Aktau şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları Azərbaycan xalqını təbrik ediblər.

Görüşdə tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi də aparılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bu gün – oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Oktyabrın 18-i Azərbaycanda iş günüdür.

Comments are closed, but trackbacks and pingbacks are open.