Press "Enter" to skip to content

2 vevral gənclər günü əlaqədar

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

2 vevral gənclər günü əlaqədar

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev

AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ

  • Müdafiə naziri
  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
  • Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
  • Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
  • Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
  • Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
  • Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
  • Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
  • Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
  • “Azərbaycan Ordusu” qəzeti
  • “Hərbi Bilik” jurnalı
  • “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
  • Hərbi And
  • Qanunvericilik
  • Nizamnamələr
  • Bayraqlar
  • Orden və medallar
  • Emblemlər
  • Azərbaycan Milli Qəhrəmanları
  • Geyim qaydası
  • Beynəlxalq hərbi əməkdaşlıq
  • İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
  • NATO ilə əməkdaşlıq
  • Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
  • BQXK ilə əməkdaşlıq
  • Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
  • CISM – Beynəlxalq Hərbi İdman Şurası
  • Azərbaycandakı xarici hərbi nümayəndəliklər
  • Beynəlxalq Ordu Oyunları
  • Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
  • Hərbi Elmi Tədqiqat İnstitutu
  • Hərbi İdarəetmə İnstitutu
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
  • Heydər Əliyev adına Hərbi İnstitut
  • Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
  • Dövlət rəmzləri
  • Bayramlar
  • Ermənistan-Azərbaycan münaqişəsi
  • Vətən müharibəsi
  • Qan yaddaşı
  • Xəbərlər arxivi
  • Cəbhə xəbərləri arxivi
  • Foto arxiv
  • Video arxiv
  • “Azərbaycan Ordusu” qəzetinin arxivi
  • “Azimut” Bülleteninin Arxivi

Xəbərlər

1 Fevral 2019 17:24

2 Fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Müdafiə Nazirliyi və Füzuli Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibətilə təntənəli tədbir keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətində mühüm rolu var və Azərbaycan əhalisinin 31, ordunun 75 faizini təşkil edən gənclər ölkəmizin hərbi qüdrətinin artırılmasında, cəmiyyətimizin inkişafında böyük xidmətlər göstərərək, dövlət və ordu quruculuğunda fəal iştirak edirlər.
Sonda tədbir vətənpərvərlik ruhlu konsert proqramı ilə davam edib.

Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı

2 vevral gənclər günü əlaqədar

Bu gün – 2 fevral Azərbaycanda Gənclər Günüdür.

Modern.az xəbər verir ki, 1997-ci ildən 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur.

2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.

1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.

Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi onların yeni uğurlarında mühüm rol oynayır.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.

Gənclər üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-də Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsi olub. Azərbaycanın qəhrəman gəncləri rəşadətli Ordumuzun sıralarında vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir.

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Əziz gənclər, bayramınız mübarək!

2 vevral gənclər günü əlaqədar

2 Fevral Gənclər Günüdür

Bu gün ulu öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.

Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki , gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir , gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin h əlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi . Məhz bunun nəticəsidir ki , bu gün ölkə gəncləri ulu öndər Heydər Əliyevə və Onun layiqli davamçısı, Prezident � İlham � Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini Onun adı ilə bağlayır. �SƏS� qəzetinə açıqlama verən ölkənin fəal gəncləri əldə edilən nailiyyətlərə görə, ulu öndər Heydər Əliyevə hər zaman borclu olacaqlarını bildirdi .

AZƏRBAYCANIN GƏNCLİYİ ÖLKƏMİZİN SABAHINI YALNIZ PREZİDENT İLHAM ƏLİYEVLƏ BAĞLAYIR ��

Bakı şəhəri Gənclər və İdman İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Nəcəf Novruzov :

– Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş , Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur . Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla h əyata keçirməyə başlamışdır.

O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür . Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir . Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur . 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu : �Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü , gələcəyi haqqında düşünməlidir�. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi . Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu keçirilmişdir .

Ulu öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq , 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü – fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir . II forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir : � Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq , inkişaf etdirmək üçün hazır olun !� Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir . Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi .

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur . Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir . Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir . Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər t əşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Eyni zamanda , Prezident İlham Əliyevin 2007-ci ilin �Gənclər ili � elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş , uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılm ış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

ARTIQ BU GÜN HEYDƏR ƏLİYEVİN ARZULADIĞI GƏNCLİK YETİŞİB

Gənclər Təşkilatları Milli Şurasının katibi Əlizadə Nəcəfov:

– Artıq 13 ildir ki , fevralın 2-si ölkədə gənclər günü kimi qeyd olunur . Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi idi . O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi . Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki , bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub . Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi . Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər G ü nü kimi yazdı. Sonralar mütəmadi keçirilən forumlarda ümummilli liderimiz cavanların fikrini öyrənir, azad , sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı. Bəli, Heydər Əliyev bu tərbiyə üsulu ilə gəncləri sovet düşüncəsi təsirindən qurtarır, söz sahibi olan azad düşüncəli insalara çevirirdi . O, müstəqilliyini yenicə qazanmış dövlətimizdə gənclər üçün , hələlik, münbit şərait olmadığını da görürdü . Bunu yaratmaq üçün zamana ehtiyac var idi . Həmin vaxta qədər isə gəncləri tüfeyli həyatdan qurtarmaq , onları sağlamlığını təmin etmək lazım idi . Heydər Əliyev bu dəfə də yanılmamışdı. Ulu öndər Milli Olimpiya Komitəsi yaratdı və bir-birinin ardınca bölgələrdə idman kompleksləri tikdirdi . Gənclərə göstərilən diqqət və qayğı bəhrəsini verirdi . Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanırdı. Bu uğurları ulu öndər şəxsən qiymətləndirməsi isə idmançıları sabahkı zəfərə ruhlandırırdı.

Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib . İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var .

Səs.- 2010.- 2 fevral.- S. 3.

Comments are closed, but trackbacks and pingbacks are open.