2014-2018 dövlt proqrami
2022-12-19 10:38:00
Fərdi Məşğulluq Proqramı nədir və ora necə müraciət edilir?
Fərdi Məşğulluq Proqramı – işsiz şəxsin işə düzəlməkdə, başqa sözlə əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir.
Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsiz şəxsin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.
Fərdi Məşğulluq Proqramının yerinə yetirilməsi qaydası və hesabatın forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 saylı qərarı ilə təsdiq olunmuşdur.
Fərdi Məşğulluq Proqramına müraciətin edilməsi qaydası aşağıdakı kimidir:
- İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Onu qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.
- İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir. Belə ki, fərdi məşğulluq proqramı işsiz şəxsin elektron şəxsi kabinetində əks olunur, işsiz şəxs onu gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsiz şəxsin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Agentliyin yerli orqanları tərəfindən çap olunur, işsiz şəxs tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.
Fərdi Məşğulluq Proqramı ilə bağlı SMS bildiriş aldıqdan sonra nə etmək lazımdır?
İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən (fərdi məşğulluq proqramının tərtib olunmasından və ya icrasından imtina etdikdə yaxud onun icrasına dair hesabatı qanunvericilikdə müəyyən olunmuş müddətdə (ayda 1 dəfə) təqdim etmədikdə ) işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir.
- İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 (beş) iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Agentliyin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.
- Məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsiz şəxsin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır.
- Dövlət Məşğulluq Agentliyinin yerli orqanları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – MİS) “Məşğulluq Alt Sistemi”nə (bundan sonra – MAS) daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının hal-hazırki vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir və fərdi məşğulluq proqramını tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq edir (1 nömrəli əlavə)
Fərdi Məşğulluq Proqramının yerinə yetirilməsi qaydası aşağıdakı kimidir:
- İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Agentliyin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.
- Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.
- İşsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Agentliyin yerli orqanında bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.
Fərdi Məşğulluq Poqramının yerinə yetirilməsi barədə hesabatın təqdim edilməsi qaydası aşağıdakı kimidir:
- Fərdi məşğulluq proqramının icrası barədə hesabat MAS tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə) İşsiz şəxsi elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.
- İşsiz MAS tərəfindən formalaşdırılmış aylıq hesabatda düzgün olmayan və ziddiyyətli məlumatlar aşkar etdikdə, o, hesabatı təsdiq etməkdən imtina edir və ona əsas olan səbəbləri qeyd edir. Bu halda Agentliyin yerli orqanı 5 (beş) iş günü müddətində işsiz şəxsi Agentliyin yerli orqanına dəvət edərək, onunla qeyd olunan səbəbləri araşdırır və müvafiq tədbirlər görür.
Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz tərəfindən təsdiq edildikdən sonra sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatının saxlanılıb-saxlanılmaması barədə Agentliyin yerli orqanı tərəfindən qərar verilir.
Fərdi məşğulluq proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərdə Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.
“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na dair əlavələrlə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:
(1 nömrəli əlavə)
( 2 nömrəli əlavə)
Benefisiar.org
2014-2018 dövlt proqrami
2023-03-01 15:50:00
“Xaricdə təhsil üzrə Dövlət Proqramı”ndakı universitet siyahısı DƏYİŞƏCƏK
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısında dəyişiklik olacaq. AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov bildirib: “Hər kəsin dilində “ilkin siyahı” ifadəsi var və bir çoxları sonradan o siyahıdakı hansısa universitetin çıxarılması və ya əlavə olunmasından narahatdır. İlkin siyahı ötən ilin noyabr ayında yayımlanıb. Bu siyahı Elm və Təhsil Nazirliyii ilə yanaşı, aidiyyatı dövlət təşkilatları ilə birlikdə qısa müddətdə əmək bazarına olan tələbatı ödəmək üçün məqsədəuyğun şəkildə müəyyən olunur. Siyahının hazırlanmasında universitetin maliyyələşməsi, reytinqi və s. kimi meyyarlar əsas götürülür. Bəli, bu siyahı sonradan yenilənə bilir, hətta yeni universitetlərin əlavə olunması da gözlənilir. 2024-25-ci illər üzrə başqa modeldən də istifadə oluna bilər. Hər hansı yenilik olarsa, əlbəttə, ictimaiyyətə məlumat veriləcək”.
Siyahı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Firuzə Əliyeva
Bu bölməyə aid digər xəbərlər
“Xaricdə təhsil üzrə Dövlət Proqramı”ndakı universitet siyahısı DƏYİŞƏCƏK
2023-03-01 15:50:00
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu bu tarixdə yekunlaşacaq
2023-02-23 12:08:00
Macarıstan yeni tədris ili üçün təqaüd proqramı elan edir
2023-02-13 17:21:00
Tanınmayan diplomlar, itirilən illər – Xaricdə əbəs yerə niyə oxuyuruq?-TƏHLİL
2023-01-22 10:39:00
Xarici universitetə aparan iki bələdçi – Dualingo və İELTS-Ən vacib bilgilər
2023-01-13 09:15:00
Macarıstanda təhsil alma imkanı üçün son 4 gün
2023-01-12 11:14:00
Çində təqaüd proqramına sənəd qəbulu başa çatır
2022-12-23 13:52:00
Çində təqaüd proqramına sənəd qəbulu aparılır
2022-12-19 10:38:00
Macarıstanda təqaüdlə təhsil almaq İMKANI
2022-12-17 13:41:00
“Xaricdə hazırda təhsil alan şəxslər də proqrama müraciət edə bilər”-Şöbə müdiri
Xaricdə təhsil üzrə dövlət proqramı – qəbul şərtləri və tələblər
Məlum məsələdir ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin üstəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Ancaq, sözsüz ki, bu proqramın özünəməxsus tələbləri və xüsusiyyətləri də var.
Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. Bu proqram haqqında ətraflı məlumat verməzdən əvvəl qeyd etmək istərdik ki, çoxunuzun yaxşı bələd olduğu 2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var.
2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu.
2019-2023-cü illər üçün nəzərdə tutulmuş Xaricdə təhsil dövlət proqramı
4 illik fasilədən sonra xaricdə təhsil üzrə dövlət proqramı nəhayət ki, fəaliyyətini bərpa etməyə başladı. Lakin bu səfər, təəssüf ki, ayrılan büdcə bütün ali təhsil pillələrini əhatə etmir. 2019-2023-cü illər üçün nəzərdə tutulan xaricdə təhsil üzrə dövlət proqramı əsas 2 istiqaməti əhatə edir:
- Azərbaycan və dünyanın ali təhsil müəssisələri arasında ikili diplom üzrə əməkdaşlıq proqramlarının yaradılması
- Xaricdə doktorantura təhsil pilləsi üzrə tələbələrin maliyyələşdirilməsi.
Bəli, artıq xaricde tehsil üzrə dovlet proqrami daha çox elmi tədqiqat işlərinə töhfə verən milli kadrların yetişdirilməsinə fokuslanıb. Bundan əlavə, yeni proqramın spesifik tərəfi ondan ibarətdir ki, namizədlərin qəbul olduqları ali təhsil müəssisələri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmalıdır. Universitetin dünya reytinq sıralamasındakı yerini müəyyənləşdirmək üçün 2 əsas siyahıya istinad oluna bilər:
- “Times Higher Education (THE) World University Rankings”;
- “Academic Ranking of World Universities (Shanghai)”.
Xaricdə təhsil üzrə dövlət proqramları-na müraciət edə bilmək üçün ən vacib məqamlardan biri gələcək tədqiqat işi haqda Azərbaycan dilində 2000 söz həcmində xülasə yazmaqdır. Namizəd tərəfindən xaricde tehsil üçün seçilmiş müvafiq universitet və təhsil proqramının Azərbaycan Respublikası üçün hazırda prioritet olaraq görülən məsələlərə müsbət təsir vəd etməsi təqaüd üçün yekun qərarın verilməsində həlledici rol oynayır.
Digər tələblər və sənəd qəbulu haqqındakı spesifik detallar barədə məlumat üçün rəsmi səhifəni ətraflı şəkildə araşdırmağınız tövsiyə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.