Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Ali məktəblərə qəbulun keçid balları açıqlandı – Rəsmi
Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”.
Facebook Notice for EU! You need to login to view and post FB Comments!
TQDK ali məktəblərə keçid balın açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. İxtisas seçimi iyulun 30-dan avqustun 11-dək internet vasitəsilə aparılır.
Xalqinfo.az xəbər verir ki, abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını www.eservices.tqdk.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.
I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
“Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aşağıda göstərilmiş kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
– Torpaqşünaslıq və aqrokimya;
– Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
– Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Sosiologiya”, “Beynəlxalq münasibətlər”, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat” və “Turizm və otelçilik” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Sosiologiya”, “Beynəlxalq münasibətlər”, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Turizm və otelçilik” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
“Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. “Jurnalistika” ixtisasının müsabiqəsində ana dili və ədəbiyyat fənlərinin hər biri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Jurnalistika”, “Tarix”, “Hüquqşünaslıq” və “Kitabxanaçılıq və informasiya” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin “Filologiya (alman dili və ədəbiyyatı)” ixtisasının müsabiqəsində alman dili fənni üzrə nisbi balı 40-dan az olmayan, “Filologiya (fransız dili və ədəbiyyatı)”ixtisasının müsabiqəsində isə fransız dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Jurnalistika”, “Tarix”, “Hüquqşünaslıq”, “Kitabxanaçılıq və informasiya”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)” ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Psixologiya”, “Kimya”, “Biologiya” və “Ekologiya” ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti “5” olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aşağıda göstərilmiş ixtisasların kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
– Ekologiya (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə);
– Su bioehtiyatları və akvabitkilər;
– Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).
III qrup üzrə ötənilki keçid balları – Minumum 101, maksimum 673 bal
Qaydalar və imtahan modeli yeni olduğundan abituriyentlərin narahatlığı artmaqda davam edir. Onları maraqlandıran əsas məqamlardan biri də ixtisas qrupuları və ixtisaslar üzrə keçid ballarıdır.
İstənilən il üzrə keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. Lakin Dövlət İmtahan Mərkəzi hər il abituriyentlərə kömək məqsədilə öncəki ilin keçid ballarını dərc edərək abituriyentlərə təqdim edir.
AzEdu.az abituriyentlərin çoxsaylı istəyini nəzərə alaraq III ixtisas qrupu üzrə 2018-2019-cu tədris ilində formalaşmış keçid ballarını Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən təqdim edir:
Nəzərinizə çatdıraq ki, ekspertlərin fikrincə, 2019-cu ildə imtahanların fortmatında ciddi dəyişikliklər edildiyindən keçid balları arasında kəskin fərqlər müşahidə oluna bilər. Abituriyentlərdən ballarla tanış olarkən göstəricilərin 2018-ci ilə aid olduğunu unutmamaları xahiş olunur.
Qeyd edək ki, mötərizə içərisində müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında qəbulun keçid balı göstərilib.
Mötərizə içərisində tire ( – ) işarəsi göstərir ki, müvafiq ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur. Təhsili yalnız ödənişli əsaslarla olan ixtisasların qarşısında belə mötərizə göstərilməyib.
Bakı Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 568 (568)
Tarix müəllimliyi Ə 552 (552)
Korreksiyaedici təlim Ə 382 (471)
Təhsildə sosial-psixoloji xidmət Ə 509 (509)
Filologiya (alman dili və ədəbiyyatı) Ə 366 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 456 (609)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 383 ( – )
Filologiya (ərəb dili və ədəbiyyatı) Ə 353 ( – )
Filologiya (fars dili və ədəbiyyatı) Ə 328 ( – )
Filologiya (fransız dili və ədəbiyyatı) Ə 356 ( – )
Filologiya (türk dili və ədəbiyyatı) Ə 382 ( – )
Fəlsəfə Ə 392 (512)
Tərcümə (ərəb dili üzrə) Ə 317 ( – )
Tərcümə (fars dili üzrə) Ə 260 ( – )
Kitabşünaslıq Ə 352 (447)
Kitabşünaslıq Q 274 ( – )
Tarix Ə 504 (574)
Tarix (tədris ingilis dilində) Ə 604 (604)
Antropologiya Ə 414 (518)
Politologiya Ə 482 (613)
Hüquqşünaslıq Ə 564 (670)
Hüquqşünaslıq Q 540 ( – )
Hüquqşünaslıq (tədris ingilis dilində) Ə 673 (673)
Kitabxanaçılıq və informasiya Ə 322 (455)
Kitabxanaçılıq və informasiya Q 299 (478)
Kitabxanaçılıq və informasiya (tədris ingilis dilində) Ə 310 (460)
Dövlət və ictimai münasibətlər Ə 520 (667)
Dövlət və ictimai münasibətlər Q 458 ( – )
Sosial iş Ə 545 (545)
Sosial iş Q 341 ( – )
Sosial iş (tədris ingilis dilində) Ə 548 (548)
Jurnalistika Ə 292 (445)
Jurnalistika Q 253 ( – )
Jurnalistika (tədris ingilis dilində) Ə 392 (449)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Qazax filialı) Ə 331 ( – )
Tarix müəllimliyi (Qazax filialı) Ə 328 (546)
Məktəbəqədər təlim və tərbiyə (Qazax filialı) Ə 239 (453)
Təhsildə sosial-psixoloji xidmət (Qazax filialı) Ə 225 (495)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı, Qazax filialı)
Tarix (Qazax filialı) Ə 306 ( – )
Tarix (Qazax filialı) Q 287 ( – )
Sosial iş (Qazax filialı) Ə 277 ( – )
Sosial iş (Qazax filialı) Q 281 ( -)
İbtidai sinif müəllimliyi (Qazax filialı) Ə 300 (504)
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 458 (546)
Xarici dil müəllimliyi (fransız dili üzrə) Ə 358 ( – )
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 483 ( – )
Tarix müəllimliyi Ə 436 (546)
İbtidai sinif müəllimliyi Ə 404 (484)
Korreksiyaedici təlim Ə 341 (468)
Məktəbəqədər təlim və tərbiyə Ə 408 (418)
Təhsildə sosial-psixoloji xidmət Ə 359 (479)
Sosial iş Ə 409 (542)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Şamaxı filialı) Ə 345 ( – )
İbtidai sinif müəllimliyi (Şamaxı filialı) Ə 313 (484)
Məktəbəqədər təlim və tərbiyə (Şamaxı filialı) Ə 251 (430)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Şəki filialı) Ə 358 ( – )
Xarici dil müəllimliyi (fransız dili üzrə, Şəki filialı) Ə 246 ( – )
Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) Ə 348 (589)
İbtidai sinif müəllimliyi (Şəki filialı) Ə 315 (510)
Məktəbəqədər təlim və tərbiyə (Şəki filialı) Ə 256 (419)
Təhsildə sosial-psixoloji xidmət (Şəki filialı) Ə 307 (481)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Ağcabədi filialı) Ə 350 ( – )
İbtidai sinif müəllimliyi (Ağcabədi filialı) Ə 304 ( – )
Məktəbəqədər təlim və tərbiyə (Ağcabədi filialı) Ə 256 ( – )
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Cəlilabad filialı) Ə 326 (551)
İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) Ə 279 (486)
Məktəbəqədər təlim və tərbiyə (Cəlilabad filialı) Ə 233 ( – )
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Quba filialı) Ə 350 (556)
İbtidai sinif müəllimliyi (Quba filialı) Ə 298 (493)
Məktəbəqədər təlim və tərbiyə (Quba filialı) Ə 244 (442)
Təhsildə sosial-psixoloji xidmət (Quba filialı) Ə 263 ( – )
Azərbaycan Dillər Universiteti
Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə) Ə 423 (539)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə) Ə 402 (544)
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə) Ə 627 (627)
Xarici dil müəllimliyi (alman dili) Ə 425 (586)
Xarici dil müəllimliyi (fransız dili) Ə 395 (591)
Xarici dil müəllimliyi (ingilis dili) Ə 416 (584)
İbtidai sinif müəllimliyi (tədris ingilis dilində) Ə 505 (505)
Məktəbəqədər təlim və tərbiyə (tədris ingilis dilində) Ə 358 (425)
Filologiya (alman dili və ədəbiyyatı) Ə 411 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 451 (637)
Filologiya (fransız dili və ədəbiyyatı) Ə 386 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 375 (602)
Filologiya (ispan dili və ədəbiyyatı) Ə 383 ( – )
Tərcümə (Azərbaycan dili-alman dili) Ə 200 ( – )
Tərcümə (Azərbaycan dili-fransız dili) Ə 291 ( – )
Tərcümə (Azərbaycan dili-ingilis dili) Ə 540 (611)
Tərcümə (Azərbaycan dili-ispan dili) Ə 489 (617)
Tərcümə (Azərbaycan dili-italyan dili) Ə 425 (613)
Tərcümə (Koreya dili-Azərbaycan diliKoreya dili) Ə 524 (615)
Jurnalistika (tədris ingilis dilində) Ə 402 (447)
Bakı Slavyan Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 424 (546)
Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) Ə 295 (542)
Xarici dil müəllimliyi (alman dili üzrə) Ə 379 ( – )
Xarici dil müəllimliyi (fransız dili üzrə) Ə 366 ( – )
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 455 (584)
Xarici dil müəllimliyi (rus dili üzrə) Ə 307 ( – )
İbtidai sinif müəllimliyi Ə 402 (484)
Məktəbəqədər təlim və tərbiyə Ə 362 (418)
Təhsildə sosial-psixoloji xidmət Ə 373 (480)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 406 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 364 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 387 ( – )
Tərcümə (Çexiya dili) Ə 280 ( – )
Tərcümə (ingilis dili) Ə 413 ( – )
Tərcümə (polyak dili) Ə 251 ( – )
Tərcümə (Ukrayna dili) Ə 254 ( – )
Tərcümə (Azərbaycan dili-rus dili) Ə 281 ( – )
Jurnalistika Ə 282 ( – )
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Politologiya Ə 639 (639)
Hüquqşünaslıq Ə 672 (672)
Dövlət və ictimai münasibətlər Ə 562 (665)
“ADA” Universiteti
Hüquqşünaslıq (tədris ingilis dilində) Ə 601
Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) Ə 515
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kitabxanaçılıq və informasiya Ə 290 ( – )
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Ə 291 (441)
Sənətşünaslıq Ə 298 (410)
Teatrşünaslıq Ə 272 (404)
Bədii yaradıcılıq və ekran dramaturgiyası Ə 305 (478)
Kinoşünaslıq Ə 274 (413)
Sosial iş Ə 355 ( – )
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Sənətşünaslıq (sahələr üzrə) Ə 238 (415)
Sənətşünaslıq (sahələr üzrə) Q 238 (454)
Azərbaycan Turizm və Menecment Universiteti
Tərcümə (ingilis-Azərbaycan) Ə 391 (615)
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Ə 295 (444)
Sosial iş Ə 426 (541)
Bakı Xoreoqrafiya Akademiyası
Sənətşünaslıq (səhnəqrafiya tarixi) Ə 223 ( – )
Sənətşünaslıq (səhnəqrafiya tarixi) Q 223
Teatrşünaslıq (balet tarixi) Ə 219 ( – )
Milli Aviasiya Akademiyası
Hüquqşünaslıq Ə 571 ( – )
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
Hüquqşünaslıq Ə 557 ( – )
Naxçıvan Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 445 (550)
Xarici dil müəllimliyi (alman dili üzrə) Ə 236 ( – )
Xarici dil müəllimliyi (fransız dili üzrə) Ə 240 ( – )
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 492 (586)
Xarici dil müəllimliyi (rus dili üzrə) Ə 258 ( – )
Tarix müəllimliyi Ə 473 (546)
Tərcümə (ərəb-Azərbaycan dilləri) Ə 200 ( – )
Tərcümə (fars-Azərbaycan dilləri) Ə 200 ( – )
Tərcümə (ingilis-Azərbaycan dilləri) Ə 394 ( – )
Hüquqşünaslıq Ə 553 (673)
Hüquqşünaslıq Q 509 ( – )
Kitabxanaçılıq və informasiya Ə 270 (465)
Kitabxanaçılıq və informasiya Q 218 ( – )
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Ə 324 (453)
Sosial iş Ə 414 (541)
Jurnalistika Ə 200 (482)
Naxçıvan Müəllimlər İnstitutu
Xarici dil müəllimliyi (rus dili) Ə 211 ( – )
İbtidai sinif müəllimliyi Ə 243 (487)
Məktəbəqədər təlim və tərbiyə Ə 223 (428)
Təhsildə sosial-psixoloji xidmət Ə 230 (513)
Kitabxanaçılıq və informasiya Ə 222 ( – )
Gəncə Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 372 (551)
Xarici dil müəllimliyi (alman dili) Ə 279 ( – )
Xarici dil müəllimliyi (fransız dili) Ə 270 ( – )
Xarici dil müəllimliyi (ingilis dili) Ə 366 (585)
Xarici dil müəllimliyi (rus dili) Ə 293 ( – )
Tarix müəllimliyi Ə 377 (559)
İbtidai sinif müəllimliyi Ə 367 (488)
Məktəbəqədər təlim və tərbiyə Ə 300 (419)
Təhsildə sosial-psixoloji xidmət Ə 320 (481)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 339 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 314 ( – )
Tərcümə (ingilis dili) Ə 313 ( – )
Sosial iş Ə 335 (541)
Sosial iş Q 295 ( – )
Sumqayıt Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 370 ( – )
Xarici dil müəllimliyi (ingilis dili) Ə 399 ( – )
Tarix müəllimliyi Ə 376 ( – )
İbtidai sinif müəllimliyi Ə 363 (507)
Məktəbəqədər təlim və tərbiyə Ə 328 (418)
Təhsildə sosial-psixoloji xidmət Ə 340 ( – )
Təhsildə sosial-psixoloji xidmət Q 314 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) Ə 360 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) Q 340 ( – )
Politologiya Ə 346 ( – )
Mingəçevir Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 375 (572)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 404 (589)
Tarix müəllimliyi Ə 381 (563)
İbtidai sinif müəllimliyi Ə 350 (487)
Məktəbəqədər təlim və tərbiyə Ə 272 (437)
Lənkəran Dövlət Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 359 (548)
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 337 ( – )
Tarix müəllimliyi Ə 353 (611)
İbtidai sinif müəllimliyi Ə 290 (499)
Məktəbəqədər təlim və tərbiyə Ə 240 (420)
Təhsildə sosial-psixoloji xidmət Ə 279 (480)
Tərcümə (ingilis dili üzrə) Ə 232 ( – )
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Ə 245 (472)
Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Q 241 ( – )
Azərbaycan Kooperasiya Universiteti
Tərcümə (ingilis dili üzrə) Ə 225 ( – )
Tərcümə (ingilis dili üzrə) Q 249 ( – )
Sosial iş Ə 271 ( – )
Azərbaycan İlahiyyat İnstitutu
Dinşünaslıq Ə 200 (217)
İslamşünaslıq Ə 200 (200)
Bakı İslam Universiteti
Dinşünaslıq Ə 101 (274)
Dinşünaslıq Q 120
“Azərbaycan” Universiteti
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 254 ( – )
Tərcümə (ingilis dili) Ə 235 ( – )
Sosial iş Ə 241 ( – )
Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 291 ( – )
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) Ə 260 ( – )
Tarix müəllimliyi Ə 278 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 249 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı ) Ə 234 ( – )
Tərcümə (ingilis, alman, fransız, Çin dilləri üzrə) Ə 309 ( – )
Politologiya Ə 223 ( – )
Politologiya Q 245 ( – )
Xəzər Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 226 (558)
Xarici dil müəllimliyi (ingilis dili -tədris ingilis dilində) Ə 243 (585)
Tarix müəllimliyi Ə 219 (551)
İbtidai sinif müəllimliyi Ə 213 (487)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 205 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı -tədris ingilis dilində) Ə 200 ( – )
Tərcümə (ingilis, ərəb, fars və Çin dilləri üzrə -tədris ingilis dilində) Ə 200 (630)
Politologiya (tədris ingilis dilində) Ə 203 (634)
Bakı Avrasiya Universiteti
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 281 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Q 299 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Ə 238 ( – )
Filologiya (ingilis dili və ədəbiyyatı) Q 276 ( – )
Filologiya (türk dili və ədəbiyyatı) Ə 226 ( – )
Tərcümə (alman dili) Ə 220 ( – )
Tərcümə (ərəb dili) Ə 207 ( – )
Tərcümə (fransız dili) Ə 215 ( – )
Tərcümə (ingilis dili) Ə 238 ( – )
Bakı Qızlar Universiteti
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 287 ( – )
Xarici dil müəllimliyi (ingilis dili) Ə 278 ( – )
Tarix müəllimliyi Ə 255 ( – )
İbtidai sinif müəllimliyi Ə 261 ( – )
Məktəbəqədər təlim və tərbiyə Ə 229 ( – )
Təhsildə sosial-psixoloji xidmət Ə 226 ( – )
“Odlar Yurdu” Universiteti
Xarici dil müəllimliyi (ingilis dili üzrə) Ə 294 ( – )
Məktəbəqədər təlim və tərbiyə Ə 205 ( – )
Təhsildə sosial-psixoloji xidmət Ə 212 ( – )
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) Ə 247 ( – )
Tərcümə (ingilis dili üzrə) Ə 224 ( – )
Bakı Biznes Universiteti
Tərcümə (ingilis dili) Ə 222 ( – )
“Naxçıvan” Universiteti (Naxçıvan şəhəri)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Ə 261 ( – )
Xarici dil müəllimliyi (ingilis dili) Ə 233 ( – )
Tarix müəllimliyi Ə 297 ( – )
Filologiya (alman dili və ədəbiyyatı) Ə 209 ( – )
Dinşünaslıq Ə 202 (216)
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Comments are closed, but trackbacks and pingbacks are open.