SON DƏQİQƏ
Azərbaycan prezidenti İlham Əliyev 31 – Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqa müraciət edib. Dövlət başçısı hesab edir ki, xaricdəki azərbaycanlılar arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər getdikcə daha dərin kök salır. “Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər”.
Cənab Əliyev ümidvardır ki, gələn il Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayında diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar xaricdə yaşayan azərbaycanlıların mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcək.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib.
Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlət başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.
Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş toplantısında “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
SON DƏQİQƏ
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrək Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbiri giriş sözü ilə gənclər və idman naziri Ramil Hacı açıb. Diqqətə çatdırılıb ki, müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün həmvətənlərimizi respublikanın ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır. Bu bayram ildən-ilə daha böyük vüsət alaraq ürəklərində Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən rəğbətlə qeyd olunur. Bununla yanaşı, bizim gücümüz birliyimizdə, həmrəyliyimizdədir. Bunu 44 günlük Vətən müharibəsində də bütün dünya gördü və anladı ki, dövlət-xalq-ordu vəhdətindən yaranan “Dəmir yumruq” sarsılmazdır, əbədidir. Həmin qürurlu, taleyüklü və həssas dövrü unutmamalı, birlik və bərabərlikdən yaranan möhtəşəm əsər kimi gələcəyə daşımalıyıq.
Qeyd olunub ki, istedadlı gənclərin dövlətimiz tərəfindən qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi davam etdirilir. Bu il idman sahəsində də bir çox yeniliklər yaşandı. İxtisaslı kadr ehtiyatının zənginləşdirilməsi, gənc nəslin idmana təşviqi və bu sahədə kütləviliyin təmini ilə əlaqədar bir sıra işlər görüldü. Naxçıvan idmanının parlaq gələcəyi üçün yerli, eləcə də xarici əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdirildi. Görülən işlərin və əməyin qarşılığında idmançılarımız öz nailiyyətləri ilə etimadı yüksək səviyyədə doğruldurlar. Diqqətə çatdırılıb ki, idmançılarımız 2022-ci ilin ötən dövrü ərzində ölkə səviyyəli yarışlarda 216, beynəlxalq turnirlərdə 63, Avropa çempionatında 33, dünya çempionatında 2, dünya kubokunda 2 medal olmaqla, 316 medal qazanıblar. Medallardan 131-i qızıl, 77-si gümüş, 108-i isə bürüncdür.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı nəticəsində bu gün onlar muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilir, xidmətləri qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun yaradılması, Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısının rəhbərliyi ilə muxtar respublikada Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar yaradılıb.
Tədbirdə bir-birindən maraqlı, yaddaqalan rəqs və müxtəlif musiqi nömrələri səsləndirilib. Sonra muxtar respublikamızın ictimai-siyasi həyatında fəallıq göstərənlər mükafatlandırılıb. Təhsil sahəsində, Vətən müharibəsində göstərdiyi şücaətə görə, könüllülük fəaliyyətində, idman və müxtəlif intellektual yarışlarda, habelə səhiyyə xidmətində, eləcə də elm-təhsil yolunda fərqlənən və media sahəsində səmərəli fəaliyyət göstərən bir sıra gənclər, muxtar respublikamızın ictimaiyyət nümayəndələri müxtəlif nominasiyalara layiq görülüblər, həmçinin Gənclər Fondu tərəfindən keçirilmiş “Qış kuboku” uğrunda intellektual oyunlar üzrə çoxnövçülüyün qalibi – “Diplomat” komandasının üzvləri təltif olunublar.
Tədbir konsert proqramı ilə davam edib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür
31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
21 il öncə, 1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəddinin Naxçıvanın Ordubad və Şərur rayonları arasındakı hissəsini söküb. Beləliklə, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşüb.
1992-ci ildə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinav ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Bu il də həmrəylik günü geniş miqyasda qeyd edilir. Belə ki, 2011-ci ildə Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev 31 – Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqa müraciət edib. Dövlət başçısı hesab edir ki, xaricdəki azərbaycanlılar arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər getdikcə daha dərin kök salır. “Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər”.
Cənab Əliyev ümidvardır ki, gələn il Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayında diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar xaricdə yaşayan azərbaycanlıların mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcək.
Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi ölkənin əsas problemi olaraq qalır. “Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməzdir: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir”,- deyə prezident Əliyev qeyd edir.
Comments are closed, but trackbacks and pingbacks are open.