Press "Enter" to skip to content

Prezident Azərbaycan qadınlarını təbrik edib

İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar”.

8 mart beynəlxalq qadınlar bayramı münasibətilə

Yango Beynəlxalq Qadınlar Günü münasibətilə xidmətlə əməkdaşlıq edən qadın sürücülərin görüşünü təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə qonaqlar öz təcrübələrini bölüşə, bir-biri ilə məsləhətlərini paylaşa və son illərdə sükan arxasında olan qadın obrazının necə dəyişdiyini müzakirə edə bildilər.

“Bu gün qadınlar elə peşələrlə məşğuldurlar ki, 100 il bundan əvvəl kiminsə ağlına belə gəlməzdi. Bu gün biz futbol oynayırıq, maşın sürürük, kosmosa uçuruq və biznesi idarə edirik. Yangonun tərəfdaş sürücüləri arasında qadınların sayı getdikcə artır və biz sizinlə əməkdaşlıq etməkdən qürur duyuruq. Köhnəlmiş stereotipləri qırmağa və taleyi öz əlinizə almağa davam etməyiniz çox gözəldir”, – deyə Yangonun Azərbaycanda biznesin inkişafı üzrə meneceri Səbinə Abdullayeva bildirib.

İştirakçılar işlərində bəzən qarşılaşdıqları çətinlikləri bölüşüblər: “Zaman-zaman sürücü qadın olduğu üçün səfərdən imtina edilməsi halları ilə qarşılaşırıq. Bu, sifarişçinin şəxsi seçimidir və biz buna hörmətlə yanaşırıq. Lakin ümid edirik ki, vəziyyət tezliklə dəyişəcək. Eyni zamanda, gənclərin də bir çoxu qadın sürücü ilə səfərdən imtina edir, yaşlı nəslin nümayəndələri isə bizə həmişə şad olurlar”.

Yango ilə tərəfdaşlıqdan danışan tədbir iştirakçılarından biri həmişə şəxsi həyatı və işi bir-birindən ayırdığını dedi: “Hər birimizin əhval-ruhiyyəsi pis ola, nələrsə yolunda getməyə bilər, amma mən problemləri heç vaxt işə köçürmürəm və həmişə sərnişinlərlə təbəssümlə ünsiyyət qururam və bunun müqabilində müsbət enerji alıram. Demək olar ki, hər yeni sərnişin yeni tanışlıq və maraqlı söhbətdir”.

Qonaqlar həmçinin bildiriblər ki, onlar üçün onlayn xidmətlə əməkdaşlıq ailəni dəstəkləməyə kömək edən rahat əlavə qazanc imkanıdır. Digər seçimlərdən fərqli olaraq, burada onlar öz cədvəllərini özləri tənzimləyə bilərlər: “Əsas işim saat 7-də başa çatır. Bundan sonra Yangoya qoşulub 3-4 saat ərzində sifariş qəbul edərək hər gün 40 manat, hətta daha çox qazanc əldə edirəm. Bizim üçün bu, ailə büdcəsində nəzərəçarpacaq artımdır”, – deyə qadın sürücülərdən biri qeyd edib.

Sonda Yango görüş iştirakçılarını 8 mart münasibətilə gül dəstələri və xatirə hədiyyələri ilə təbrik etdi.

Prezident Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.

Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.

Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.

Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.

İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar”.

Milli.Az

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Sizə ən gözəl 8 mart təbriklərini yazırıq:
Dünyanın en gözel qadınını 8 Mart beynelxalq qadınlar günü münasibeti ile tebrik edirem! Heyatın her zaman sevgi ile dolu olsun

8 Mart qadınlar günü münasibeti ile sizi tebrik edirem. Arzu edirem su qeder temiz, heyat qeder canlı, çiçek qeder teravetli ve gözel qalasınız.

8 Mart qadinlar gunu munasibeti ile sizi tebrik edirem. Arzu edirem su qeder temiz, heyat qeder canli, cicek qeder teravetli ve gozel qalasiniz.

Bu gün dunyanın qadinlar qarşısında bas əydiyi gündür. Hər kəs varlığı üçün size borcludur. 8 Mart bayraminiz mubarek

Fədakarlıq, Sevgi, Səbr ve gözəllik nədir deyə soruşarlarsa, Anamdır deyerem. Qadınlar günün mübarek Anacan.

Sevgilim, inanıram ki, bir gün mene gösterdiyini sevgi ve sebri sene göstermek şansım olar. Qadınlar günün mübarek.

Belke sənə sevgimi her zaman göstere bilmirəm, amma sen bunu daim bilirsen. Qadınlar günün mübarek.

Sən həyatımın ulduzu oldun. Hara getsəm sənin işığın altında sevginlə oldum. Düz yolu tapdım. Səni sevirəm. Qadınlar günün mübarək.

Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əskik olmasın.

Maraqlı Baxılıb: 327061 Tarix: 09 mart 2022
f Paylaş

Digər yazılar

Üzüklər və barmaqlar

Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela

Bürclərə görə saç rəngləri

Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər

Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ

Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür

Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Astroloji proqnoz – 8 mart

Qoç – Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirin. Bu gün həssas və kövrək olacaqsınız. Ani qərarlar qəbul etməyin. Buğa – Başqalarının fikrinə önəm vermirsiniz. Bu daha rahat və stressiz həyat tərzi keçirməyinizi asanlaşdırır

Astroloji proqnoz – 7 mart

Qoç – Qarşınıza çıxan fürsətləri dəyərləndirin. Detallara diqqət edin, əks halda xoşagəlməz hadisələrlə üzləşə bilərsiniz. Bu gün özünüzə qapanacaq, insanlarla ünsiyyət qurmaq istəməyəcəksiniz. Buğa – Fikirlərinizi dilə gətirməkdə

Astroloji proqnoz – 6 mart

Qoç. Ağlınıza gələn hər şeyi dilinizə gətirməyin. Xırdaçlıq etməyin. Gülərüz olun. Buğa. Tənqidə dözümsüzsünüz. Bu isə iş həyatında tez-tez çətinliklərlə üzləşməyinizə səbəb olur. Sevdiyinizlə bir-birinizə dəstək olacaq

Astroloji proqnoz – 5 mart

Qoç. Xarici görkəminizə fikir verin. Baxımlı olsanız, zövqünüzü daha yaxşı hiss edəcəksiniz. Həddən artıq qürurlusunuz. Bu, məhəbbətdə problemlər yaşamağınıza səbəb olur. Buğa. İşini sevən insanlar sizə stimul verir. Dos

Astroloji proqnoz – 4 mart

Qoç – Sevdiyiniz məşğuliyyətlərə vaxt ayırın. Eşq həyatınızda müsbət irəliləyişlər olacaq. Yeni tanış olduğunuz biri ilə dostlaşacaqsınız. Buğa – Üzərinizdə təzyiq hiss edəcəksiniz. Özünüzü həmkarlarınızdan gözləyin. İstəkləriniz

Comments are closed, but trackbacks and pingbacks are open.