Abituriyent jurnalı №4
Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2020-ci il 2-ci nömrəsində dərc edilmişdir.
“Abituriyent” jurnalının 2-ci nömrəsi çap edilib
DİM-dən BAKU.WS-ə verilən məlumata görə, bu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.
Bu nömrədə həmçinin:
– 2020-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları;
– tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) məqaləsi;
– imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr;
– cavabların “Cavab kartı” və “Cavab vərəqi”ndə qeyd olunma qaydasının izahı və sair materiallar da dərc olunmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Abituriyent jurnalı №4
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2020-ci il 2-ci nömrəsində dərc edilmişdir.
Məhsulun kodu: 9772223972006
Janr: Elm
Cild: Yumşaq
dil: Azərbaycan
şərhlər 0
Haqqımızda
Aksiyalar Və Endirimlər
- Möhtəşəm endirimlər
- Pulsuz çatdırılma fürsəti
- Bağda darıxırsan?
- Hədiyyə Sertifikatları
- VISA kartla ödəniş zamanı 7% endirim
Sifariş haqda
- Sifarişi necə etmək?
- Ödənişi necə etmək?
- Promokodu necə istifadə etməli?
- Bölgələrdən sifariş etmək qaydası
- Çatdırılma
- Sərfəli taksit imkanı
- Bir kliklə alış-veriş
- “Özün götür” xidməti nədir?
- Bizimlə əlaqə saxlayın
- Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
- Geyimlərin rahat qaytarılması
- Pulsuz dənəmə nədir?
- Evə kitabxana lazımdır?
Abituriyent 2 jurnalı 2017 yükləmək
Jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub.
Dövlət İmtanah Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, jurnalda qəbul kampaniyasının bütün mərhələ və aspektlərini müəyyən edən, başlıca tənzimləyici hüquqi-normativ sənəd – “Ali təhsil müəssisələrinə qəbul qaydaları” bir daha təqdim olunub.
Hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqram¬larında sistemlilik və ardıcıllıq prinsipləri gözlə¬nilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris mate¬rial¬larının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və s. verilib.
Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə tapşırıq nümunələri də verilib. Yeni qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Hər bir abituriyent bu tapşırıqlarla tanış olub, onların üzərində işləməklə özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.
Bu nömrədə təqdim olunan “Balların hesablan¬ma qaydası” başlığı altında verilmiş material¬ hər bir abituriyentə öz ballarını müstəqil şəkildə hesablamağa imkan yaradır.
“Açıq tipli tapşırıqların növləri və onlara aid nümunələr” başlığı altında verilmiş materialda həm cavabların kodlaşdırılması tələb olunan, həm də yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıq¬lar haqqında məlumat və nümunələr təqdim olunub.
Jurnalın ənənəvi “Soruşun, cavab verək” rubri¬kasında isə mütəxəssislər abituriyentlərdən və icti¬maiy¬yətdən Dövlət İmtahan Mərkəzinə daxil olan sual və müraciətlərə cavab verirlər.
Bu nömrədə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları da verilib. Həmin təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər bu elanlarla tanış olub, qəbul qaydaları barədə geniş və hərtərəfli məlumat ala bilərlər.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən (bazar ertəsindən etibarən), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
• Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
• Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Comments are closed, but trackbacks and pingbacks are open.