Press "Enter" to skip to content

Abş xarici siyast strategiyasinda mrkzi asiya regionu

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.

Mərkəzi Asiya ölkələri

Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir.
Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır.
Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq – regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib.

Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur.

Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır.

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.

  • Teqlər:
  • Mərkəzi Asiya
  • , Qırğızıstan
  • , Türkmənistan
  • , Özbəkistan
  • , Qazaxıstan

Abş xarici siyast strategiyasinda mrkzi asiya regionu

Əfqanıstandan sonra ABŞ-ın Mərkəzi Asiyadakı (MA) mövqeləri zəifləsə də region Vaşinqtonun maraq obyektindən çıxmadı. Rusiya-Ukrayna müharibəsi səbəbindən MA-da yaranan geosiyasi vakuum ABŞ-a mövqelərini gücləndirmək şansını verir. Amerikalı diplomat R.Hoqlanda görə, Blinkenin səfəri ABŞ-ın Rusiyanı daha da təcrid etməyə çalışdığı bir vaxtda MA ilə təmaslar qurub, ittifaqları gücləndirmək üçün bir fürsətdir.

ABŞ-ın gözləntiləri

ABŞ MA-nın Rusiyadan asılılığını yaxşı başa düşür. Blinkenin köməkçisi D.Luya görə, ABŞ MA ölkələrindən “biz və Rusiya və ya biz və Çin arasında seçim etməyi xahiş etmir”. ABŞ region ölkələrinin cari siyasətini qənaətbəxş hesab edir. MA ölkələri Rusiyanı birbaşa tənqid etməsələr də separat ərazilərin müstəqilliyini də tanımadılar. Oktyabrda Qırğızıstan öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etdi, dekabrda isə Özbəkistan prezidenti Bişkekə, Aİİ sammitinə getməkdən imtina etdi. Ölkələr bacardıqları qədər sanksiya siyasətini pozmamağa çalışırlar. Mərkəzi banklar “Mir” kartlarından istifadəyə qadağa qoyublar. Yalnız Qazaxıstan, ABŞ-ın Xarici aktivlərin idarə edilməsi üzrə nəzarət İdarəsinin (OFAC) razılığı əsasında fiziki şəxslərə “Mir” kartlarından istifadəyə icazə verir. Rusiyanı daha da təcridə məruz qoymaq üçün ABŞ Orta dəhliz kimi Rusiya ərazisindən yan keçən regional layihələrin reallaşmasına mane olmur.

Problemli məqamlar

Yüksək gözləntilərlə yanaşı ABŞ-ı narahat edən bir çox problemli məqamlar da mövcuddur. Bildiyimiz kimi, İran dronlarının ixrac üçün ilk zavodu Tacikistanda açılmışdır. Bu isə Tacikistanın dolayı yolla İran dronlarının Rusiyaya ötürülməsində iştirak etdiyini düşünməyə əsas verir. ÖzbəkistanınPromcomplektlogisticşirkəti Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlığa görə ABŞ-ın sanksiya siyahısına düşüb. Bəzi məlumatlara görə, Vaqner şirkəti müharibə üçün döyüşçüləri Türkmənistan həbsxanalarında verbovka edir. Statistikaya görə, Qırğızıstandan Rusiyaya teleskopik nişangahların tədarükü 7 dəfə artıb. Qazaxıstandan Rusiyaya ixrac olunan məişət texnikasındakı mikroçip və yarımkeçiricilər isə Rusiya tərəfindən Ukraynaya atılan raketlərin istehsalında istifadə edilir.

Rusiya faktoru

Müharibə Rusiyanın MA-da nüfuzunu zəiflətsə də, onu sıfra endirmədi. Qazaxıstandan fərqli olaraq ABŞ-ın digər MA dövlətləri ilə əlaqələri o qədər də sıx deyil. Özbəkistan bir il ərzində Rusiya ilə ticarət dövriyyəsini $7,5 mlrd.-dan $10 mlrd-a qədər artırmışdır. Qırğızıstan isə paralel idxal sayəsində Rusiyaya ixracını (ayda 80%) artıra bilmişdi. MA-nın təsir dairəsindən çıxmaması üçün Moskva region ölkələrinə çoxlu güzəştlər də edir: Tacikistanın bir neçə illik tələblərindən sonra Rusiya müxalif İslam İntibah Partiyasını terror təşkilatı kimi tanıdı; Qırğızıstan və Tacikistanın tələbi ilə Moskva hətta Rusiya vətəndaşlığına malik olan və Rusiyada gizlənən siyasi fəalları və keçmiş siyasətçiləri aktiv şəkildə deportasiya etməyə başladı. Tacikistan və Özbəkistan Aİİ üzvü olmasalar da, Rusiya hər iki ölkədən miqrant axınına mövcud məhdudiyyətləri aradan qaldırdı.

Rusiyanın təcavüzkar siyasətini dəstəkləməmə hələ MA-nın Rusiyadan üz döndərib, Qərbə meyl edəcəyindən xəbər vermir. MA 2014-cü ildə Krımın anneksiyasını, 2008-ci ildə isə Gürcüstana qarşı təcavüzü də dəstəkləməmişdi. Buna baxmayaraq Rusiya ilə münasibətlər yüksələn xəttlə inkişaf etmişdi. Rusiyaya qarşı tədbiq edilən sanksiyaların pozulmaması isə ilk növbədə iqtisadi məqsədəuyğunluq ilə izah olunmalıdır. ABŞ Rusiyanı MA-dan sıxışdırmaq istəyirsə regiona qapı olan Bakı ilə yaxın əlaqələr qurmalı və MA ölkələrinə real iqtisadi və təhlükəsizlik alternativi təklif etməlidir. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. isə MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etməyəcək.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

Ana səhifəyə qayıt Baxış: 5 774 Tarix: 2-03-2023, 23:27

Abş xarici siyast strategiyasinda mrkzi asiya regionu

1991-ci ilin dekabrın 25-də SSRİ-nin dağılmasından sonra on beş respublika müstəqilliklərinə yenidən qovuşdular. Postsovet məkanında SSRİ-nin dağılmasının qanlı şəkildə baş verdiyi Cənubi Qafqaz regionu sülh və təhlükəsizliyə təhdid olan münaqişələrdən hələ də canını qurtara bilməyib. SSRİ-nin süqut etməsi ilə nəinki, Cənubi Qafqazda eləcə də, SSRİ-nin nüfuzunun güclü olduğu digər geosiyasi əhəmiyyət kəsb edən regionlarda da Soyuq müharibə illərində onun ən böyük düşməni olan ABŞ-nin maraqlarının cəlb edildiyinin şahidi oluruq. Rusiyanın regional güc funksiyasını belə yerinə yetirmədiyi 1990-cı illərdə ABŞ-nin Cənubi Qafqazda mövcud münaqişələrdə maraqları siyasi, iqtisadi, mədəni sahələri əhatə etməklə çoxşahəli xarakter daşıyırdı.
1991-ci il avqust tarixli ABŞ-nin milli təhlükəsizlik strategiyasında iqtisadi çətinliklər yaşamasına baxmayaraq sərhəddən kənarda strateji qüvvələrinin modernizasiyasını davam etdirən SSRİ Amerika cəmiyyətini bir tək kataklizm hücumu ilə məhv etməyə qadir olan yeganə dövlət kimi göstərilirdi (11). ABŞ-nin Cənubi Qafqazda maraqları və fəaliyyəti 1991-ci ildən etibarən müxtəlif mərhələlərdən keçmişdir. ABŞ-nin Cənubi Qafqazda münaqişələrlə bağlı maraqları region dövlətləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə də, NATO çərçivəsində çoxtərəfli kontekstdə həyata keçirilir.
SSRİ-nin dağılması ilə ideoloji mübarizənin hökm sürdüyü Soyuq müharibə sona çatdıqdan sonra SSRİ-nin Cənubi Qafqazda təsirinin sürətli şəkildə azalmasına baxmayaraq ABŞ-nin də regionda aktiv fəaliyyəti sezilmirdi. Buna səbəb ABŞ-nin SSRİ-nin yoxluğunda Yaxın və Orta Şərq, Asiya-Sakit okean regionunda boşluğu doldurmağa çalışması idi. Eyni zamanda, SSRİ-nin dağılması ilə ABŞ SSRİ-yə daxil olan və “yaxın xarici”ni əhatə edən kollektiv təhlükəsizlik və müdafiə təşkilatı olan Varşava Müqaviləsi Təşkilatının üzvü olan Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrini inkişaf etdirməyə başladı. Avropada ABŞ-nin nüfuzunu yüksəltmək üçün artıq formalaşmış mexanizmlərdən istifadə etmək imkanı regiona daha az diqqətə səbəb ola bilərdi.
1992-ci ildə ABŞ-nin Cənubi Qafqazda münaqişələr üzrə mövqeyi ölkəmiz üçün heç də ürəkaçan olmadı. Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələrin 1992-ci ilin fevralın 28-də qurulmasına baxmayaraq (2) ölkə daxilində və xaricində baş verən proseslər münasibətlərin inkişafına maneə olurdu. ABŞ konqresi 1992-ci ilin oktyabrın 24-də müstəqilliyini yeni bərpa etmiş dövlətlərə dəstək məqsədilə “Azadlığı müdafiə aktı” adlı qanun qəbul etdi. Qanun postsovet məkanının yeni müstəqil dövlətlərinin rəsmi strukturlarına iqtisadi, maliyyə, ticari, kənd təsərrüfatı, kosmos, demokratiyanın genişlənməsi və digər sahələrdə yardımları nəzərdə tuturdu. “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş Azərbaycanı bu yardımlardan məhrum etdi. ABŞ Konqresinin ilk qanunvericilik aktı olan “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş 1992-ci ilin dekabrında Massaçusetss ştatının senatoru Con Kerri tərəfindən irəli sürüldü (4). Bu qanun erməni icmasının və lobbisinin təsiri ilə ABŞ-da Azərbaycan haqqında Azərbaycanın münaqişədə olduğu Ermənistanı guya blokadada saxlayır, Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılıq tətbiq edir kimi yalan informasiyalarının fonunda qəbul edilmişdi (1). 907-ci düzəlişdə qeyd edilirdi ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaların və hərbi gücdən istifadənin ləğvi sahəsində nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu Konqresə bildirməyincə, Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdi (4). ABŞ Konqresinin Azadlığı Müdafiə Aktının 907-ci bölməsi ilə ABŞ-nın Azərbaycana qeyri-humanitar yardımına məhdudiyyət tətbiq edildi. Bu qərarla Ermənistan ABŞ-ın dünyada adambaşına ən çox yardım göstərdiyi ölkəyə çevrildi (13). Ermənistan tərəfindən əzəli torpaqlarının işğal prosesinin getdiyi bir vaxtda 907-ci düzəliş Azərbaycan üçün növbəti zərbə oldu. 907-ci düzəliş Ulu Öndər Heydər Əliyevin uzaqgörən, uğurlu xarici siyasəti nəticəsində dayandırıldı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə xalqın tələbi ilə qayıdışından sonra müvəffəqiyyətli daxili və xarici siyasət kursu sayəsində ölkə daxilində siyasi sabitliyə, dinamik iqtisadi inkişafa nail olunmaqla yanaşı, xarici siyasətdə də ölkəmizin mənafeyi üçün bir sıra uğurlu addımlar atıldı ki, bu addımlardan biri də ABŞ-la olan gərgin münasibətlərin aradan qaldırılması oldu. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktından sonra ABŞ prezidenti Corc Buş beynəlxalq antiterror koalisiyasının üzvü olan və dəstək göstərən Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin dayandırılması məsələsini qaldırdı. 2002-ci ilin yanvarın 11-dən “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin qüvvəsi dayandırıldı (4). Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin respublikamızın inkişafı üçün fəaliyyəti Azərbaycan SSR rəhbərliyi dönəmindən başlamışdı. ABŞ tədqiqatçısı Bernard A.Kukin yazırdı ki, bütün Sovet dövründə azərbaycanlılar ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin hakimiyyəti illərində iqtisadi həyatda hökmran mövqe tutdular, onların özünə inamı gücləndi (8).
ABŞ-nin 1990-cı illərin əvvəllərində “Rusiya birinci (Russia first)” xarici siyasət strategiyasında postsovet məkanının demokratikləşməsi qarşıya qoyulmuş əsas vəzifə kimi göstərilmişdi. Bu məqsədlə postsovet məkanının demokratikləşməsinə ilk olaraq Rusiyanın demokratikləşdirilməsi ilə başlanması daha məqsədəuyğun hesab edilirdi. Postsovet məkanının transformasiyası və Qərbə inteqrasiyası məhz Rusiyadan başlanarsa, digər postsovet ölkələri üçün nümunə olacaqdır (10; 3, s.360-361).
1993-cü il yanvar ayında qəbul edilmiş ABŞ-nin milli təhlükəsizlik strategiyasında göstərilirdi ki, artıq qırx ildir demokratiyanın simvolu və sözçüsü kimi xidmət edən ABŞ Mərkəzi və Şərqi Avropa, keçmiş Sovet ölkələrində siyasi plüralizm və demokratiyaya yardım etməkdədir. Strategiyada Azadlığı müdafiə aktının yerinə yetirilməsi ilə ABŞ-nin müstəqilliyini yeni bərpa etmiş keçmiş Sovet ölkələrində nümayəndəli siyasi sistem, bazar iqtisadiyyatının yaradılmasına və kooperativ regional və beynəlxalq əlaqələrin güclənməsi təcrübəsini təmin edəcəyi göstərilirdi. Həmçinin, strategiyada ABŞ-nin Avrasiyada sabitliyə təhdid olan sərhədlərdə etnik böhranların dinc yolla həllinə kömək etmək məqsədilə bu dövlətlərlə birlikdə fəaliyyət göstərəcəyi qeyd edilirdi (12).
1993-cü ilin sentyabrın 21-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Entoni Leyk Cons Hopkins Universitetində Avrasiyadakı keçmiş sosialist sisteminə daxil olan ölkələrin demokratikləşməsinə yardım etmək məqsədilə “demokratiyanın genişlənməsi” konsepsiyası ilə çıxış etdi. E.Leykin ideyaları əsasında 1994-cü ildə ABŞ-nin “Cəlbetmə və genişlənmə vasitəsilə milli təhlükəsizlik strategiyası” qəbul edildi. Bu sənəd özündə Şərqi Avropa ölkələri və postsovet dövlətlərinin ümumi demokratik model vasitəsilə ilə transformasiyalarını ehtiva edirdi (7, s.59). Hüquqi sənədlərdən göründüyü kimi ABŞ-nin Cənubi Qafqaz maraqları içərisində prioritet hesab edilən əsas məsələlər demokratikləşmə və iqtisadi bazar islahatları, münaqişələrin qarşısının alınması, qaçqınlara humanitar yardımın göstərilməsi, regiona stabillik ölçüləri gətirmək olmuşdur.
NATO 1991-ci il tarixli Roma strateji konsepsiyası ilə özünün transformasiyasına başlamaqla NATO-mərkəzçi Avropa təhlükəsizliyinin formalaşdırılması prosesinə başladı. Bu istiqamətdə NATO-nun ilk addımı 1994-cü ildə NATO Şurası tərəfindən həmin dövrdə NATO üzvü olmayan ATƏM iştirakçılarına “Sülh naminə tərəfdaşlıq” proqramını irəli sürməsi oldu. SNT-nin əsas məqsədləri sırasında bir sıra məsələlər elan edildi: silahlı qüvvələr üzərində vətəndaş nəzarəti prinsipinin təşviqi, hərbi büdcənin şəffaflığının təmin edilməsi, sülhməramlı əməliyyatlara dəstək qabiliyyəti və hazırlığı, sülhüdəstəkləmə əməliyyatları, axtarış və xilasedici əməliyyatlar üzrə birgə təlimlərin keçirilməsi. SNT çərçivəsində NATO Mərkəzi və Şərqi Avropa, MDB, Rusiya, həmçinin Qərbi Avropanın neytral dövlətləri ilə fərdi proqramlara başladı. 1996-cı ildə NATO Şurası ittifaqın genişlənməsi haqqında qərar qəbul etdi (9, s.339). Bu hadisələr ABŞ-ı NATO vasitəsilə regiona daha da yaxınlaşdıraraq təsirini gücləndirməklə Rusiyaya qarşı sipər formalaşdırırmaq üçün gələcək fəaliyyətinin hüquqi əsasını yaratdı. NATO-nun yeni dövlətlər hesabına genişlənməsi ABŞ-a onların ərazilərində hərbi qüvvələr yerləşdirmək və raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması hüququ verir. Bu isə Avropanın təhlükəsizliyinə müsbət təsir göstərməklə yanaşı qüvvələr balansının pozulmasına səbəb olmaqla ABŞ və Rusiya arasında Soyuq müharibənin əsas göstəricilərindən biri olan silah yarışı təhlükəsini yaratdı.
1994-cü ilin Budapeşt samitində təşkil edilməsi qərara alınan və ilk həmsədrləri Rusiya və Finlandiya olan ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutunun həmsədrləri 1997-ci ilin yanvarın 1-dən ABŞ, Rusiya və Fransa dövlətləridir.
ABŞ-ın 39-cu Prezidenti olan C.Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi olmuş amerikan politoloqu, sosioloqu, dövlət xadimi Z.Bjezinski ABŞ-nin müasir dövrdəki hegemonluğunu Roma, Monqol imperiyaları ilə müqayisə edərək göstərir ki, ABŞ-nin onlardan fərqi mədəni üstünlüyüdür. Z.Bjezinski o imperiyaların ABŞ kimi səfərbəredici, cəlbedici olmadığını və lazımı situasiyalarda çeviklik göstərə bilmədiyini qeyd edirdi (5, s.222). “Yeni dünya nizamı” konsepsiyasının banilərindən olan Z.Bjezinski 1998-ci ilə aid “Böyük şahmat lövhəsi. ABŞ hökmranlığı və onun geostrateji imperativləri” əsərində dünyanın gələcək konfiqurasiyasını və ABŞ-nin hegemonluğunun yeni formulunu göstərən geostrateji doktrina irəli sürmüşdü (6, s.147, 148).
ABŞ akademiki, Bard kollecinin Ceyms Klarka Ceysa xarici işlər və humanitar elmlər üzrə professoru Uolter Rassel Mid (Walter Russel Mead) 1999-cu ildə yazdığı “Cekson ənənəsi” adlı məqaləsində ABŞ tarixində dörd əsas xarici siyasət ənənələrinin olduğunu qeyd etmişdi: Vilson, Cekson, Hamilton və Cefferson ənənələri. Vilson ənənəsində V.Vilsonun “14 maddə”sindən irəli gələrək ABŞ-nin dünyada liberal demokratiyalara, beynəlxalq təşkilatlara və hüquqa dəstək verməsi nəzərdə tutulur. Hamilton ənənəsi ABŞ-nin dünya ilə ticarət əlaqələrinə və qarşılıqlı əməkdaşlığına, Cefferson ənənəsi isə təcridçiliyə daha yaxın olmaqla amerikan demokratiyasının inkişafına istiqamətlənmişdi. ABŞ xarici siyasətində hərbi güc ABŞ-ın IV Prezidenti Endrü Cekson ənənəsindən irəli gəlmişdir. Müəllifin II Dünya Müharibəsində ABŞ-ın tək Yaponiya ilə müharibə zamanı (atom bombalarının fəlakətləri nəzərə alınmadan) vurduğu dağıdıcı təsiri təsvir edən statistik rəqəmləri ABŞ-ı dünya dövlətləri içərisində dağıdıcı hərbi gücə malik dövlətlərdən edir. Belə misalları o Şimali-Cənubi Koreya müharibəsində (1950-1953), Vyetnam müharibəsindən də göstərmişdi (14). Cekson ənənəsindən gəldiyimiz nəticələr – milli maraqlardan çıxış etməklə yalnız özünə güvənmək və digərlərinə qarşı ehtiyatlı davranmaq, bütün münasibətlərin qarşılıqlı olması – beynəlxalq münasibətlərin realizm məktəbinin nümayəndələrinin fikirlərini xatırladır. Hazırda ABŞ-nin müasir xarici siyasət kursunda Cekson və Cefferson ənənələrinin qarışığını müşahidə edirik.
ABŞ-nin 1990-cı illərdə Cənubi Qafqazda münaqişələrlə bağlı maraqlarının hüquqi əsaslarının təhlili onu göstərir ki, bu sahədə qəbul edilən hüquqi sənədlərdə münaqişələrin aradan qaldırılması, regionda əməkdaşlıq məsələləri və demokratiyanın genişlənməsi məsələləri mühüm yer tutmuşdu. ABŞ xarici siyasətində Cənubi Qafqaz dövlətlərinə fərqli yanaşmanın sərgilənməsi qarşıya qoyulmuş sadalanan məsələlərin yerinə yetirilməsini çətinləşdirmişdi. 1990-cı illərdə ABŞ-nin xarici siyasət fəaliyyətində Cənubi Qafqaz istiqamətli konsentrasiyanın əhatəli olmamasının digər səbəbi isə Yaxın və Orta Şərq regionunda gedən proseslər idi.

Ədəbəyyat
1. ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktına” 907-ci əlavəsi və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin onun aradan qaldırılması ilə əlaqədar fəaliyyəti mövzusunda ümumi tarixi arayış
http://lib.aliyevheritage.org/az/3711428.html
2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər http://www.mfa.gov.az/files/file/ABS_-_Azerbaycan_2016.pdf
3. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/. Bakı: “Poliart” MMC, 2017, 904 s.
4. Azadlığın müdafiə aktı 20-06-2012, 11:00 // http://tarix.info/azerbaycan-tarixi/kapitalizm-dovru/821-azadl305287305-m252dafi601-akt305na-d252z601li351.html
5. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 631 s.
6. Həsənov Ə.M. Geosiyasət. Bakı, Aypara-3, 2010, 604 s.
7. Məmmədov N. Xarici siyasət: Reallıqlar və gələcəyə baxış. Bakı, Qanun Nəşriyyatı, 2013, 264 s.
8. Qəndilov S. Heydər Əliyevin Respublikaya Prezident seçilməsi ilə Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlanmışdı. “Xalq qəzeti”, 2009, 8 dekabr. N 272. s.3.
9. Кулагин В.М. Современная международная безопасность: учебное пособие для вузов / В. М. Кулагин. Москва: КНОРУС, 2012, 432 с
10. Brzezinski Z, Paige Sullivan. Russia and the Commonwealth of Independent States: Documents, Data, and Analysis, Center for Strategic and International Studies (Washington, D.C.), 1997, p. 376.
11. National Security Strategy of the United States. The White House, Washington, DC, Aug 01, 1991.
12. National Security Strategy of the United States. The White House, Washington, DC, Jan 01, 1993.
13. Sabanadze N. International involvement in the South Caucasus // European Centre for Minority Issues, working paper # 15, February 2012.
14. Walter R. M. The Jacksonian Tradition, The National Interest, Winter 1999 p5.
http://www3.amherst.edu/~pmachala/Current%20Politics/Case%20Studies%20in%20American%20Diplomacy%20-The%20Readings%20FOR%20the%20FIRST%20and%20SECOND%20Class/Mead,%20The%20Jacksonian%20Tradition.htm

Açar sözlər: ABŞ, Cənubi Qafqaz, xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik strategiyası
Key words: USA, South Caucasus, foreign policy, Armenia-Azerbaijan, Nagorno-Karabakh conflict, , national security strategy
Ключевые слова: США, Южный Кавказ, внешняя политика, Армяно-Азербайджанский, Нагорно-Карабахский конфликт, стратегия национальной безопасности

Abstract
The most dangerous problem which threatens regional security in the South Caucasus is conflicts. Armenia – Azerbaijan, Nagorno-Karabakh conflict and internal conflicts in Georgia have a negative impact on peace and security in the region. The settlement of the conflicts has been in the interest of the regional states, as well as the great powers. One such great power was the United States, which won the USSR in the Cold War in 1991 and become a superpower state of the world. The article examines the legal bases of US interests in the South Caucasus in the 1990s. In the research process of the topic was utilized the local and foreign scientific sources, and methods such as deduction, induction, study of documents and systematic approach.

Резюме
Наиболее опасной проблемой, которая угрожает региональной безопасности на Южном Кавказе, являются конфликты. Конфликт между Армяно-Азердайджанский, Нагорно-Карабахский конфликт и внутренние конфликты в Грузии оказывают негативное влияние на мир и безопасность в регионе. Урегулирование конфликтов отвечало интересам как региональных государств, так и великих держав. Одной из таких великих держав были Соединенные Штаты, которые победили СССР в холодной войне в 1991 году и стали сверхдержавой в мире. В статье рассматриваются правовые основы интересов США на Южном Кавказе в 90-е годы. В процессе исследования данной темы были использованы местные и зарубежные научные источники, а также такие методы, как дедукция, индукция, изучение документов и системный подход.

“GEOSTRATEGİYA” jurnalı №01 (49) YANVAR-FEVRAL 2019

Comments are closed, but trackbacks and pingbacks are open.