Press "Enter" to skip to content

Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqəsinin I mərhələsi bitdi

Qeyd edək ki, A.Əliyev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub və rüşvət alma ittihamı üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum eidlib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilib.

“Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan olunub

Abşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olub. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə şərq və qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və yerləşdiyi Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə ötürmək məqsədilə komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə, Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan “Abşeron qəsəbələrinin memarlıq siması” adlı memarlıq müsabiqəsi elan edilir.

Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələrdə Ramana, Pirşağı və Əmircan qəsəbələrinin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.

Ümumi mükafat fondu 60 min manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan qəsəbələrdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər cari il noyabrın 25-dək qeydiyyatdan keçməli, layihələr isə dekabrın 10-dək saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

Bu il dekabrın 21-də elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. Birinci yerin sahibinə 10 min manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. Üçüncü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək.Müsabiqədə iştirak pulsuzdur.

Layihələr müsabiqəyə tam tərkibdə təqdim olunmalıdır. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi dəvət olunacaq.

“Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqəsinin I mərhələsi bitdi

“Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqəsinin I mərhələsi bitdi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunmuş “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin I

11 Yanvar , 2021 16:01
https://static.report.az/photo/f293708e-db9d-3cd8-ba17-39d975d8d9f8.jpeg

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunmuş “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin I mərhələsinə yekun vurulub. “Report” bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar münsiflər heyətinin onlayn formatda keçirilən iclasında müsabiqənin qalibləri müəyyənləşib.

Abşeronda son illər aparılan nəhəng quruculuq işlərinə təkan vermək, həmçinin milli incəsənət ruhunu yaşatmaq, özünəməxsus rəng çalarlarını yenidən canlandırmaq, yarımadanın tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə təşkil olunan və ümumi mükafat fondu 60 min manat olan müsabiqədə iştirak etmək üçün 53 layihə təqdim olunub. Abşeronun digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələr Əmircan, Ramana və Pirşağını əhatə edib. Təqdim olunmuş layihələrdə qəsəbələrin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapıb.

Əmircan qəsəbəsi üzrə qalib elan edilmiş layihədə mövcud infrastruktur problemləri araşdırılmış və həllinə dair təkliflər irəli sürülüb. Qəsəbənin tarixinə, yerli ənənəvi memarlığa xas olan faktorların qabardılması və ətraf mühitlə həmahəng inkişaf ideyaları üzərində qurulmuş layihədə mövcud tikililərin fasad həlləri ilə yanaşı, məkanın xarici turistlər üçün cəlbediciliyinin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi təklif ediib. Pirşağı qəsəbəsi üzrə 1-ci yeri qazanmış layihədə ictimai məkanların qıtlığı probleminin aradan qaldırılması üçün həm dalan içi məhəllələr, həm də mərkəzi küçələr boyu dəyişikliklərlə həllinə dair təkliflər öz əksini tapıb. Həmçinin layihədə avtomobillərin dominantlığının həlli məqsədi ilə yolların quruluş sxemində piyada və velosiped zolaqlarının əlavə olunması təklif edilib.

Müsabiqə proqramının ilkin mərhələsinin son qəsəbəsi olan Ramana üzrə qalib gəlmiş layihədə, ilk növbədə, qəsəbənin özünəməxsus tarixini ön plana çıxarmaq məqsədilə qala ətrafı əraziyə fokus olunub. Sakinlərin gündəlik rifahını yaxşılaşdırmaq, ənənəvi məişət həyatını əks etdirmək üçün mövcud qeyri-yaşayış obyektlərinin bərpası üçün məkana uyğun rəng və memarlıq elementləri seçilib. Təqdim olunan layihələrin hər birini ayrı-ayrılıqda münsiflər heyəti müxtəlif meyarlar üzrə dəyərləndirib. Layihə hazırlanarkən aparılan araşdırmalar, qəsəbələrin məişət həyatı və iqliminin analizi, tarixi kontekstlə əlaqə, orijinallıq, simvolizm, bütövlük, memarlıq cizgiləri, istinad planı, bədii-qrafik həll, vizual təqdimat və s. meyarlar üzrə aparılan dəyərləndirmədən sonra qaliblər müəyyən edilib.

Münsiflər heyətinin qərarı ilə hər qəsəbə üzrə seçilmiş 4 layihənin müəlliflərinə pul mukafatlarının verilməsi nəzərdə tutulub. Xatırladaq ki, 1-ci yerin sahibi 10 000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibi 5 000 manat və 2-ci dərəcəli diplom, 3-cü yerin 2 sahibi isə hər biri 2 500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaq. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.absheronsimasi.az saytında tanış olmaq mümkündür.

  • Abşeron
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Abşeronun sabiq baş memarına ikinci dəfə HÖKM OXUNDU

Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin barəsində daha bir məhkəmə prosesi keçirilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Hökmə əsasən A.Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə başlanılmış cinayət təqibinə xitam verilib.

Bundan başqa, A.Əliyev Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə təqsirli bilinib və 4 min manat cərimə olunub.
Bu cinayət işi üzrə Xırdalan şəhər Bələdiyyəsi və İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmuiş qismində tanınıb.

İttihama görə, A.Əliyev Xırdalan şəhəri ərazisində qanunsuz tikililərə icazə verib.

Qeyd edək ki, A.Əliyev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub və rüşvət alma ittihamı üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum eidlib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.