Press "Enter" to skip to content

Афаг Масуд – Afag Masud

Afaq Məsudun gəlişi ilə, onun Gənc Ədiblərin görüşünə gələn ilk qadın yazar olduğunu vurğulayıb tədbirə başladıq.

Afaq Məsud: “Orfoqrafiya lüğəti”nin ən başlıca qüsurlarından biri sözlərin iki, bəzən üç variantda verilməsidir”

– Açığını deyim, bu gün dövriyyədə olan “Orfoqrafiya lüğəti”miz elə haldadır ki, mövcud vəziyyətdə onun status məsələsi ilə bağlı hər hansı fikir yürütmək əhəmiyətini itirib. Hamımıza məlumdur ki, orfoqrafiya lüğəti milli ədəbi dilin tərkibinə daxil olan sözlərin düzgün yazılışını bildirən ali dil vəsaitidir, dilin ana kitabıdır. Burada isə vəziyyət tamam ayrı cürdür və mən dövlət dilinin anası, yəni ilkin fundamenti və aynası hesab edilən bu kitabın hansı səbəbdən belə hala salındığını anlaya bilmirəm.

İlk növbədə, bundan başlayım ki, sözlərin düzgün yazılışını bildirməli olan bu kitab minlərlə yazılışı səhv, yaxud mənası qüsurlu sözlərlə doludur: «bakal», «baletçi», «əyriqılça», əyriqılçalıq», «epidemiyalaşmaq», «fotoqraflama», «ekssentriklilik», «büdrəgən», «büdrəgənlik, «boylu-hamilə», «boyluluq-hamiləlik», «aqrari», «antimexanizator», «antikometaprojektor», «çalançı»», «çömmə», «çəplikli», «çayçıxana», «eyibləmə»», eyiblik», “elektrovozqayıran», «fondsaxlama», «fondsaxlayan», «etüd-seans», «çaparçı», «isteblişmentcə», «isteblişmentcəsinə», «bikar», «bikarçılıq», «balansöyrənmə”, «arxitektor-dendroloq» və sair və ilaxır.

Eləcə də kitabda, dil vəsaitində işlədilməsi yolverilməz olan «eşşəkqabırğa”, «anqutboğaz», «araqlama», «asfaltsifət», «arvadoğlu», «eşşəkqulağı», «badımcanburun», «çezmək», «çezdirmə», çezdirtmə», “ağzıheyvərə», «əkələnmə», «əkələmə», «bəbirlənmə», «ağzıcırıq, «arvadsifət», «evyıxanlıq», «çərdəymişlik», «çırt-pırt», «çızqırtma», «çoşqabala», «çürükçənə», «çuşka», «andıraqalmış», «andıraqalma», «balağagirən», «başıbatmışlıq», «bərkgedənlik», «cananlıqedən», «cananlıqetmə», «cananolma» və s. bu kimi yüzlərlə küçə və ara sözləri, onların hər birinin hallandırmaları yer alır ki, bunların da belə bir formatlı lüğətə hansı məqsədlə salındığının mənası anlaşılmır. Burada siz məişətdə, sosial həyatda işlədilməyən, istifadə edilməyən minlərlə terminlərə, dərman və kimyəvi element adlarına, onların lüzumsuz hallandırmalarına rast gələ bilərsiniz. Məsələnin digər absurd tərəfi budur ki, Azərbaycan sözlərinin düzgün yazılışını bildirməli olan bu kitaba qəti aidiyyatı olmayan bu terminlərin, hətta özlərinin də çoxunun yazılışı bu səhv verilib: «qasteroloq», «qamma-fraza», «aximiya», «akredititassiya», «qamma-radiassiya», «qamma-«fakoliz», «fazmetr», «fakoanafilaksiya», «feldeger», «fanerozey», «fasilitatoluq», “beüz», «frambiziya», «franşız», «ftorasenat», «geodezik», «genetik-minerologiya», «genetik-avtomatik», «indefrent», «indoksikasiya», «ionazasiya», «ionazator», «geoloji-hidrogeoloji», «gibbs» və sair və ilaxır. Bəzən isə burada, ümumiyyətlə mövcud olmayan, uydurma terminlərə rast gəlinir ki, bunun da nədən ötrü edildiyinin səbəbi anlaşılmır. Lüğətin digər qüsuru, sanki səhifələrini artırmaq xatirinə minlərlə lüzümsuz sözlər və söz hallandırılmaları ilə süni şəkildə doldurulmasıdır: «fırçatutan», «fırçavarı», «fırçavarılıq, «fırçayabənzərlik», «fırçayaoxşarlıq», «fırçaşəkillilik», «çəngələbənzər», «çəngələbənzərlik», «çəngələoxşarlıq», «çəngəlvarılıq», çəngəlşəkillilik», «boruyaçıxan», «boruyaçıxma» və sair və ilaxır. Lüğətdə yer alan sözlərin böyük əksəriyyəti, sonuna mütləq şəkildə artırılan həmin bu lüzumsuz «oxşar»-larla, «bənzər»-lərlə, «şəkilli» lərlə, «varı»larla təkrarlana-təkrarlana, uzana-uzana gedir. Lüğətdən çıxarılan bu sayaq sözlərin çoxu Tərcümə Mərkəzinin təsnifat üzrə hazırladığı cədvəlin «Lüzumsuz sözlər və söz hallandırmaları» sütununa daxil edilib. Bu sütunda siz, hətta Afrika ölkələrinin qəbilə adlarından, onların çalğı və əmək alətlərindən, ölkələrində bitən ekzotik bitkilərdən və toxumlardan tutmuş, dünyada mövcud olmayan xalqların və bitkilərin adlarınacan, adam adları, içki və şəhər adları, xarici maşın adları, əcnəbi aktyorların, kino-filmlərin, teatr, roman qəhrəmanlarının, orta əsrlərin siyasi hərəkatlarının və partiyalarının adlarınacan, Rusiyanın, hansısa uzaq vilayətində ara rus sözlərindən qondarılmış market, dükan, vulkanizassiyaadlarınacan, nə istəsəniz tapa bilərsiz. Adam, şəhər, kənd, qəsəbə və ölkə adlarının, hansısa ölkələrin musiqi, mahnı, rəqs adlarının orfoqrafiya lüğətində yerləşdirilməsi, təbii ki, ciddi nöqsandır və bu sözlər, kiçik hərflə verildiyinə görə təsnifatın «Yazılışı qüsurlu sözlər» sütununa yerləşdirilib.

Lüğət, həmçinin dilimizdə işlənməyən, istifadə olunmayan minlərlə qəliz ərəb, fars, rus və digər əcnəbi sözlər, yaxud, bir neçə sözdən düzəldilmiş, cümlə uzunluğunda qurama sözlərlə doludur: «başmaqseyrinəçıxma», «diqqətəşayanolma», «dilənçipayıvermə», «dilənçipayıalma», «əğyarayarolma» «qanundanyankeçmə», «qanundanyankeçən», «qaralarlaoynama», «qaralarlaoynayan», «filqulağındayatan», «filqulağındayatma», «dərd-fəryadqoparan», «dərd-fəryadqoparma» «dabanıüstədönmə», «çəkməyaxamcırıldı», «çağırışçıolma», «çağırışçıolan», «fasonlukəsən», «fasonlukəsmə» «qarmaqdanasma», «qarmaqdanasan», «bəzənib-forslanma», «bəzənib-nazlanma», «boynubükükbaxan, «çalışıb-yaşama», «çapalayıb-bayılma», «çapalayıb-bayılmaq», «baxıb-qaçmaq», «ağgünəçıxma», «çənəçürklüketmə», «çərənçiliketmə», çətəçiliketmə», «çıxışçıolma», «çilsifətolma, «çırtıqlayıb-oynama» və sair. Hansını deyəsən? Belə «sözlər» lüğətdə yüzlərlə, minlərlədir. Bu ifadələrin bu sayaq birləşdirilərək, əcaib şəkillərə salınmasının, yaxud sözə oxşaması üçün defislə verilməsinin nə elmi, nə də məntiqi izahı var. Digər anlaşılmazlıq, tədris vəsaitlərinin tərtibində, dövlət qurumlarının rəsmi yazışmalarında masaüstü köməkçi dil vəsaiti qismində istifadə olunan bu kitaba «qazıyıbqurdunçıxaran», «qazıyıbqurdunçıxarma», «meyitatış», «alt-üstgetmə», «biz-bizduran», «biz-bizdurma», «cırrıtgetmə», «ciftolma», «bircüretmə», «bircürə-bircürə», «bircürlük», «birdənçəkən», birdənçəkmə», «birsimsiz», «çəpikolma», «çağıldama», «çağıldamaq», «çartıltısızlıq», «ağvalideynlik», «forsorlaşma», «budünyalıqolan», «fisin», «qanburlaşdırma», «blokabənzərlik», «butulkayaoxşarlıq», «fenolaoxşarlıq», «donquzsuzluq», ««elegiyavarılıq», «qəsəbəvarılıq», «çaynikyelən», «qıfvarılıq», «çıpıldama», «çıpıdatma», «çırtılma», «çılıqqalıq», «çömçəquyruqluq», «çivilənmək», «at-mal», «at-gün», «aşıq-incik», «çoxu-çoxu», «amitov», «alaxana-balaxana», «alabaşlılıq» və sair və ilaxır bu kimi, yüzlərlə mənası bilinməyən, yaxud söz düzəltmək xatirinə eybəcərləşdirilib tanınmaz hala salınan sözlərin, həmçinin müxtəlif heyvan, quş, əşya, bəzənsə, ümumiyyətlə mənşəyi bəlli olmayan lüzumsuz səslərin yerləşdirilməsidir: «qart-qart», «qart-qurt», «qır-qur», «qırt-qırt», «qıs-qıs», «cük-cük», «cırt», «cırtacırt», «cırrıt», «cıqq», «cız-vız», «cur-cur», «cükk», «car-cur», «dit-dit» «dız», «dızz», «dü-dü», «domb», «dom-dom», «hav-hav», «ham-ham», «xar-xur», «hırt», laqq», «lırç», «şır», «tıs», «tıpp» və sair. Məgər bunlar sözdür? Yer üzü, həyat, məişət səslərlə doludur. Hər insan eşitdiyi hər səsi bir cür səsləndirə, ifadə edə bilər. Onda belə çıxır ki, bütün mövcud səslər bu dil vəsaitində yer almalıdır? İt hürüşü «ham-ham» məgər Azərbaycan sözüdür? Üstəlik, bu sözü fərdə aid etməyin – «hav-havlamaq», yaxud «hürüb-mırıldamaq» – mənası nədir? Ümumiyyətlə, burada elə sözlər yer alır ki, oxucuda kitab tərtibçilərinin savadına və təfəkkürünə dərin şübhələr oyadır: «dövlətligörsənmə», «dır-dıretmə», «dit-ditetmə», «dız-dızoynama», «düd-düdetmə», «düsturolma», «dürtükolma», «dövranaçıxma», «döyənəkolma», «donuzbala», «didişməsalma», «diktatorolma», «qazıyıbqurdunçıxarma», «qazıyıbqurdunçıxaran», «filmyapışdıran», «farsyazan», «farsyazma», «qatarbağlayan», «fasonverən», «fasonvermə», «farmazonluqetmə», «göbəkyazan», «göbəkyazma», «gövdəqucaqlama», «gövdəqucaqlayan», «gömrükdəsaxlama», «gömrükdəsaxlayan», «gurultu-patırtı», «gəzmələrdəntutma», və sair və ilaxır.

Lüğətin digər və ən başlıca qüsurlarından biri də, vahid və düzgün yazılış qaydasını təyin etməli olan bu kitabda sözlərin iki, bəzən üç variantda verilməsidir. Burda «alaf» da var, «ələf» də, «altun» da var, «altın» da, «çalpaşıq» da var, «çəlpəşik» də, «qırov» da var, «qrov» da, «kompyuter» də var, «kompüter» də, «ictimaiyyat» da var, «ictimaiyyət» də, «çönmə» də var, «çömmə» də, «eyib» də var, «ayıb» da, «kollec» də var, «kollej» də. Yazılışı bu sayaq, iki-üç varianta verilmiş sözlər lüğətdə yetərincədir. İndi siz təsəvvür edin ki, tədris vəsaitləri, test tapşırıqları sualları və cavabları, eləcə də digər dil və tədris mənbələri, rəsmi yazışmalar və sair, məhz bu kitaba əsaslanaraq hazırlanır, tərtib edilir.

– Mərkəzin hazırladığı yeni “Orfoqrafiya lüğəti” nə zaman nəşr olunacaq?

– Biz tamamilə yeni bir lüğət hazırlayırıq. Bu, Azərbaycan dilinin saf ədəbi sözlərinin toplanacağı, «Azərbaycan dili sözlüyü», yaxud «Azərbaycan dilinin işlək sözlər lüğəti» adlandırılacaq dil vəsaiti olacaq. Bu lüğətdə yer almayan sözlərin, eləcə də yeni yaranan sözlərin toplanması üçün mərkəz yeni proqram üzərində işləyir. Bu proqram ölkənin müxtəlif sahələri üzrə artıq söz müstəvisinə axmaqda olan yeni sözlərin tapılmasında və toplanılmasında çevik resurs rolunu oynayacaq. O daim yenilənəcək, yeni sözləri toplayıb təqdim edəcək. Odur ki, tələsmirik. Hazırda kitabdan çıxarılan 40 000-dən çox söz təsnifat üzrə işlənməkdə, arxivləşdirilməkdədir. Bu proses, lüğətin hazırlanmasından daha çətin, yorucu və əziyyətli bir işdir. Təsəvvür edin, lüğətdən çıxarılan minlərlə sözün hər birinin nöqsan dərəcəsi üzrə təsnifatın hansı sütununa yerləşdirilməsinə, yaxud minlərlə terminin hansının düz, hansının səhv yazıldığının müəyyən edilməsinə nə qədər vaxt və zehni əmək sərf olunur. Amma nə qədər əziyyətli də olsa, onu sona çatdırmağı vacib bilirəm. Biz bu təsnifatı kitab şəklində də nəşr edəcəyik.

– Dövlət qurumlarında, dərsliklərdə və s. sahələrdə dövlət dilinin tətbiqi ilə bağlı apardığınız işlərin nəticələri hansı reallıqları ortaya qoydu?

– Mərkəz 2016-cı ildə 100-dən çox dövlət qurumlarının, universitetlərin, nazirlik və komitələrin rəsmi yazışmaları və saytları üzrə dövlət dilinin və tərcümənin tətbiqinə və keyfiyyətinə dair ekspertiza apardı. Vəziyyət, əlbəttə ki, ürəkaçan deyil. Bir-iki qurumu çıxmaq şərti ilə, istər dilin tətbiqi, istər tərcümə yarıtmaz haldadır. Bəzi qurumların iyirmi, otuz səhifəlik materialında 80-dən çox orfoqrafik, leksik, məna və üslub xətaları aşkarlandı. Tərcüməyə gəlincə, burda vəziyyət daha acınacaqlıdır. Bu barədə dəfələrlə demişəm. Tək diplom tərcüməçiliklə məşğul olmağa əsas vermir. Bizdə isə, əfsuslar olsun ki, hələ də bu sahədə boşluqlar var. Mərkəzin, hələ də tərcüməçiləri akreditə etmək hüququ yoxdur. Şəhərin küçələrini «Tərcümə mərkəzi» adı altında bürüyən tərcümə kotorlarında tərcümə spesifikasını bilməyən səriştəsiz tərcüməçilər ordusu xidmət göstərir. Əfsuslar olsun ki, bu xidmətdən təkcə vətəndaşlar deyil, əksər dövlət qurumları da yararlanır. Bir şeyi anlamaq lazımdır ki, Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Ölkə inkşaf edir, dəyişir, güclənir, beynəlxalq müstəvidə öz layiqli yerini tutur. Azərbaycana maraq artdıqca, onun internet resurslarının istifadəçiləri də çoxalır, maraq auditoriyası genişlənir və burda böyük Aristotelin sözü yada düşür: «danış, səni görüm».

Eyni mənzərə, təəssüflər olsun ki, orta və ali məktəblər üçün hazırlanan Azərbaycan dili və ədəbiyyatı, eləcə də digər fənnlər üzrə dərsliklərdə, tədris vəsaitlərində, rus bölmələri üçün hazırlanan və bərbad halda tərcümə edilən dil və ədəbiyyat kitablarında da yaşanır. Dilin, ədəbi fikrin eybəcər hala salındığı bu mətnləri, sual və tapşırıqları oxuduqca, dilin və gələcək nəslin halına acımamaq olmur.

– Televiziya proqramlarında, yayımlanan seriallarda ədəbi dilin tətbiqində mövcud olan boşluqların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, ölkədə tərcümə olunan kitablar, dublyaj olunan filmlər necə, sizi qane edirmi?

– Bu barədə də dəfələrlə demişəm. Amma heç bir nəticə hasil olunmur. Yenə əksər televiziya kanallarında «layihə» sözü aparıcılar tərəfindən «lahiyə» kimi işlədilir. Ən adi, çox işlənən sözlərin səhv tələffuz edilməsi, əlbəttə ki, ürək bulandırır: «matasklet», «pereparat», «sklet» və s. Dublyajla bağlı vəziyyət də eyni ilə belədir. Mərkəz, hələ ki, bu sahələrə müdaxilə edə bilmir, yalnız tövsiyə xarakterli açıqlamalar verir. Eləcə də afişa və reklam mətnlərin, qida məhsullarının etiketlərində yol verilən çoxlu sayda qüsurlarla bağlı Mərkəz Bakı şəhəri İcra Hakimiyyətinə də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də məktub ünvanlayıb. «Ana dili» adlandırdığımız dilimizə bu sayaq laqeyd, biganə münasibət ürək ağrıdır. Amma unutmayaq ki, biz, bəlkə də dünyada öz dilini «ana dili» adlandıran yeganə xalqıq.

Афаг Масуд – Afag Masud

Афаг Масуд ( азербайджанский : Afaq Məsud ) (р. 3 июня 1957, Баку ) – азербайджанский писатель.

Взносы

Афаг Масуд кызы Валиева, родившаяся в Баку , Азербайджан , она увлеклась профессиональным писательством в подростковом возрасте. Она написала и опубликовала свой первый роман Гаргиш («Проклятие») в 1978 году, в возрасте 21 года. В последующие годы она опубликовала еще 8 романов, а также многочисленные рассказы, эссе и пьесы. В своих работах Масуд использует психологизм, чтобы подчеркнуть переживания своих главных героев. Она отказывается от идеи устанавливать романы в определенном месте, указывая на универсальный характер описываемых проблем. Несмотря на то, что почти все главные герои в ее произведениях – женщины, а проблемы, с которыми они сталкиваются, по большей части зависят от пола, Масуд не согласен с теми, кто считает ее писательницей- феминисткой .

Она также известна переводом на азербайджанский язык произведений таких авторов, как Франц Кафка , Ги де Мопассан и Габриэль Гарсиа Маркес . В настоящее время она работает главным редактором азербайджанского литературного журнала « Хазар» .

Список работ

  • Каргыш
  • Кечид
  • Üzü işığa
  • Cəza
  • Suiti
  • Фатьма
  • İzdiham
  • Азадлыг
  • II Иоханн
  • Ятакхана ( «Общежитие», читается по-английски )
  • Катастрофа, читать по-английски “
  • Воробьи, читай по-английски “
  • Смерть Кролика, читать по-английски “

использованная литература

Эта статья об азербайджанском писателе незавершена . Вы можете помочь Википедии, расширив ее .

Afaq məsud

Afaq Məsud və. ilahi izlər

Evdən çıxıb metroya tərəf gedəndə bozumtul, çiskinli, isti, yoxsa soyuq olduğu dəqiq bilinməyən hava yadıma ilk dəfə Gənc Ədiblər Məktəbinin tədbirinə qatılıb onlarla tanış olmağımı saldı. Hiss etdim ki, bu bir ildə çox şeylər dəyişib, ən azından mən universiteti bitirmişəm, bir az böyümüşəm, anlamışam ki, həyat pəncərədən göründüyü kimi deyil. İndi hər şeyi öz rəngində görməyə başlamışam.

. bu bir ildə 12 ildir uşaq gözləyən qonşumuz ümidini hər şeydən kəsib meylini pişiklərə saldı, küçədə gördüyü bütün evsiz pişikləri qucağına yığıb evinə apardı.

. haqqında bir vaxt şeir yazdığım o dilənçi uşaq da bu bir ildə öldü, indi onun yerində başqa uşaq dilənir.

. qonşu evdən qoca pianoçunun daha musiqi bəstələrinin səsi də gəlmir, barmaqlarında duz var deyirlər.

Bu bir il ərzində mən həm də hiss etdim ki, həyatdan fərqli olaraq, Bakının gecələri əslində elə evlərin pəncərələrindən göründüyü qədərdi � qalanı mənasız, rəngsiz və maraqsızdı.

Söhbəti çox uzatmayıb mətləbə keçmək istəyirəm. Bu bir ildə Gənc Ədiblər də çox dəyişiliblər- onlarla görüşə gələn qonaqdan, ədəbiyyatdan nə istədiklərini dəqiq bilirlər, özlərinə də inamları artıb, kitab çıxardırlar, inkişaf etmək istəyirlər. Əlbəttə, elə də olmalıdılar � bir neçə günə diplomlarını al ıb Gənc Ədiblər Məktəbinin ilk məzunu olacaqlar.

Bu dəfə Gənc Ədiblərin qonağının yazıçı, dramaturq Afaq Məsud olacağı xəbərini eşidəndə çox sevinmişdim. Ona görə yox ki, o mənim sevimli yazıçım idi və nədənsə onun hekayələrində öz dünyamı tapırdım. Ona görə ki, mən, mənim olan bu dünyanı hər hekayəsində �başıma yıxan� bu �qəzəbli� İlahə ilə görüşməyi çox istəyirdim.

Əslində qızdırma və boğaz ağrıları bir neçə gündü məni narahat edir, elə hey başım fırlanaraq sanki bunu bilmirəmmiş kimi dünyanın döndüyündən xəbər verirdi. Amma heç nəyə baxmayaraq �getməliyəm!� deyib, �Palsüd�ümü (öskürəyin azalması üçün) və Nərmin Hüseynzadəni (özü demiş, gənc və istedadlı yazar) qoltuğuma vurub Milli Kitabxanaya gedirdim.

Afaq Məsudun gəlişi ilə, onun Gənc Ədiblərin görüşünə gələn ilk qadın yazar olduğunu vurğulayıb tədbirə başladıq.

Rəşad Məcid uzun illər tanıdığı Afaq Məsud və onun yaradıcılığı haqqında xeyli danışdıqdan sonra söhbətarası �Aysun� hekayəsinə də toxundu. Bu hekayənin onu necə təsirləndirdiyini də qeyd edib, sözü Afaq Məsuda verdi.

Hə, indi qayıdaq Afaq xanımın söhbətlərinə. İlk hekayəsini 2-ci kursda yazdığını söyləyən Afaq xanım yazıçı, şair olmaq üçün ilk növbədə ilahi biliyə və bu biliyi doğru ifadə etmək bacarığına malik olmağın vacibliyini qeyd etdi: �Yazıçının, şairin məktəbi olmur�.

Afaq Məsud danışdıqca yadıma 1-2-ci kursda oxuduğum vaxtlar düşdü. Bu yazara rəğbətim elə o vaxtlar təsadüfən elektron səhifələrin birində rast gəldiyim �Cəhənnəmi adamsız təsəvvür edəndə, ora bir o qədər də vahiməli görünm ür� fikri ilə başlamışdı.

Afaq Məsud yazıçı qadınların həyat tərzi məsələsinə toxundu. O yazıçılıq şövqünün qadın psixikasında dəyişikliklər etdiyini, qadınların bəzən bu səbəbdən tənhalığı seçməsini söyləsə də, bir yazıçı kimi xoşbəxtliyini yazı prosesində tapdığını da vurğuladı.

Amma nədənsə mənə görə yazıçılar, şairlər bir növ Tanrının yer üzündəki zərrələri olduğu üçün onların xoşbəxtliyi də tam sığortalı, ürəkaçan deyil. Adi insanlar qayğılı həyatlarını olduğu kimi qəbul edib yaşasalar da, yazarlar, üstəlik, daim Tanrı ilə əlaqədədir. Məsələn, televizora baxdığın an, küçədə getdiyin yerdə, dostunun sağlığına badə qaldırdığın zamanda, elə lap yuxunun şirin anında sanki gözlənilmədən beyninə hardansa fikirlər damır. və o fikirləri əlinə keçən hər hansı bir kağız parçasına, telefonun �qeydlər� böl ümünə qeyd etməyincəyə qədər rahatlıq tapa bilmirsən. Bu mənada onların xoşbəxtliyini qısa qapanma, səhradakı gözə görünən ilğım və N sayda müxtəlif obrazlı ifadələrlə müqayisə etmək mümkündür.

Afaq Məsud yazıçının istedadlı yazmaq bacarığını �işıqlı bir otağa malik olmaq� bənzətməsi ilə qiymətləndirsə də, �Sərçələr�, �Şənbə gecəsi�, �Dovşanın ölümü�, �Duyğular imperiyası�, �O məni sevir� və başqa əsərləri məndə, qəribə də olsa, tamamilə əks bir fikir yaradırdı: elə bil, Afaq xanım bu əsərləri özünün dediyi kimi �işıqlı otaqda� yazmır, əksinə qaranlıq otaqda işığı axtarır və bu axtarışlar zamanı keçirdiyi hissləri, özünü, hərfbəhərf sətirlərə düzürdü.

Gənclər arasından kimsə �Afaq xanımın duyğuları nə rəngdədir?� deyə sual verdi. O an yanımda əyləşən Nərminə: �Baxarsan, bozumtul deyəcək� deyə işarə edirdim ki, Afaq Məsud �bozumtul və mavi� cavabını verdi. Bu cavabı isə mənə �Duyğular imperiyası�nın gözlərim qarşısında sərgilədiyi tablolar çoxdan demişdi. Yazıçılıq prosesinin fərqli bir hadisə olduğunu qeyd edən Afaq Məsud onu belə izah etdi: �Fikir ilğımları sanki ətrafında toz kimi dolaşır. Zəif mehin havayla axıtdığı yüngül toz dənəcikləri kimi hardasa başımın, qulağımın ətrafında üzür�. Bir dəfə Tanrının ona göndərdiyi fikirləri müəyyən səbəblərdən zamanında qələmə ala bilmədiyi üçün hələ də peşman olduğunu söylədi. O, bunu qapağı açıq qalan ətirlə müqayisə edib hər bir yazını zamanında yazmağı da tövsiyə etdi.

Bir sual tədbirin sonuna kimi düşüncələrimə rahatlıq vermədi: �Maraqlıdır, şairlər üçün gözəl-göyçək, tayı-bərabəri olmayan ilham pərisinin cinsi olurmu. Qadın yazarlar üçün də xüsusi ilham pərilərimi göndərilir. � Sualı verə bilməsəm də, hələ də cavabını gözləyirəm.

Tədbirin sonunda Afaq Məsudla xatirə şəkli çəkdirib evə tələsdim. Amma bu bozumtul, kədər qoxulu şəhər əl-qolumu bağlayıb �Bir az da məni sev� deyə küçələrində dolaşmağa, qayğısız adamların üzündə cavabsız suallarımı axtarmağa məcbur etdi. Ətrafımda qulağıma, yanağıma toxunan fikir ilğımlarını hiss edirdim. Hərflər indi lap �Sərçələr� hekayəsindəki kimi sözbəsöz mən istəmədən ətimə batır, damarlarıma keçir, ordan ətimi çərtə-çərtə, qanımı sıçrada-sıçrada bədənimdə dolanıb ağ vərəqlərin üstünə püskürməyə tələsirdi. Roma filosofu Fomanın söylədiyi ilahi izlər qarşımda cığır açıb məni həmin qaranlıq otağa işıq axtarmağa aparırdı. İnsafsız Sezen Aksu isə qulaqcıqlarda çılğıncasına oxuyurdu: �Bir başka dünyanın insanısın, yavrucağım, /Sen kendi dünyanın toprağında büyüyorsun. �

Otağıma keçəndə isə, reallıqdan kənar səslənsə də, mənə elə gəldi ki, �Şənbə gecəsi�ndəki qadın çarpayımda oturub çarpayımın üstündəki ağ vərəqlərə nəsə yazır. �Sərçələr�dəki anam isə o biri otaqdan: �Xəstə-xəstə nə var küçələrdə? Gəl bura görüm qızdırman var?� deyə qışqırırdı. O hekayədəki uşaq da elə mən özüm idim. Yorğanımdakı qələm izləri isə �Şənbə gecəsi�ndəki qadını daha da doğmalaşdırmışdı.

Bütün yazılarımı çarpayıda yorğanın üstündə əvvəlcə ağ vərəqlərə yazdığım üçün dostlarım hələ də �Camaat birbaşa kompüterə yazır, sən hələ yorğan əsrindəsən?� deyə sataşırlar. Görünür, Afaq Məsud doğmalığı burdan qaynaqlanırdı.

Bayaqdan birnəfəsə yazdığım cümlələri saxlayıb ayağa qalxdım. Otaqda özümə yer tapa bilmirdim. Hər yerdə gözümə hərflər görünürdü, hər tərəf sözlər pıçıldayırdı. Axı heç tədbirdə də ürək sözlərimi deməmişdim. Elə sakitcə oturub ona qulaq asmışdım. Axı o düz deyirdi:

�Bir qədər diqqətli olsaq, əlacsız dərəcədə tənha olduğumuzu, tənha olmadığımız məqamlarda belə � ən yaxın, doğma adamlarımızın əhatəsində də hiss edərik. Bu sayaq isti, doğma cəmiyyətlərdə belə, guya kimlərəsə dediyimiz ən səmimi sözlərimizi, duyğularımızı əslində özümüzə dediyimizi anlayırıq. �

Yeganə CANSAİL

525-ci qəzet .- 2010.- 11 dekabr.- S.22.

Comments are closed, but trackbacks and pingbacks are open.