Afriika ölkələri müstəqil oldu
https://static.report.az/photo/8837b323-072b-36cb-a8a5-de98ddc0e43e.jpg
İlham Əliyev: “Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub”
İlham Əliyev: “Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub” Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub.
25 Noyabr , 2022 19:08
https://static.report.az/photo/8837b323-072b-36cb-a8a5-de98ddc0e43e.jpg
“Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub”. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib. “Biz Afrika qitəsinin ölkələri ilə fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik, habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir”, – dövlət başçısı bildirib. Prezident İlham Əliyev xatırladıb ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti Afrika dövlətləri idi: “Onlar başa düşürlər ki, Azərbaycan onların dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim böyük potensialımız var”.
Afrika ölkələri
Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır.
Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər.
Etnik tərkibinin müxtəlifliyinə görə bu region yalnız Asiyadan geri qalır. Burada 200-dən artıq xalq yaşayır. Afrika əhalisinin başlıca xüsusiyyəti onun sayının sürətlə artmasıdır. Nəticədə o, dünyanın ən «cavan» regionuna çevrilmişdir. «Demoqrafik partlayış» ərzaqla təminatı və digər sosial problemləri daha da kəskinləşdirir. Region əmək resursları ilə yaxşı təmin olunsa da, ixtisaslı kadrlara böyük təlabat var. Fəal əhalinin 2/3 k/t-da çalışır. Afrika urbanizasiyanın səviyyəsinə görə dünyanın digər regionlarından geri qalsa da, urbanizasiyanın sürətinə görə dünya 1-çiliyi saxlayır.
Afrikanın iqtisadiyyatında k/t məhsulları istehsalı və hasilat sənayesi üstünlük təşkil edir. Əksər ölkələrdə emaledici sənaye yaranma mərhələsindədir. Təsərrüfatın ərazi strukturu üçün paytaxtların, hasilat rayonlarının və ixracat portlarının yüksək inkişafı xarakterikdir. Bir sıra ölkələrdə k/t məhsulları istehsallarının artım sürəti əhalinin artım sürətindən geri qalır.
K/t-nın əsas sahəsi əkinçilikdir. Əksər ölkələrin k/t dar ixtisaslı –monokultur istiqamətdir. Səhra və yarımsəhra, həmdə tropik ərazilərdə yaşayan əhali xüsusilə quraqlıq illərində aslıq çəkir. Əkinçiliyə nisbətən zəif inkişaf edən heyvandarlıq ekstensiv xarakter daşıyır.
Afrika ölkələri sənaye xammalı və k/t məhsullarını ixrac edir əvəzində isə maşın, avadanlıq və ərzaq alırlar. Afrika ərazisinin böyük hissəsində ekoloji vəziyyət kəskindir. Bura meşələrin qırılması, səhralaşma quraqlıq və su çatışmazlığı daxildir.
Daxili fərqlərinə görə Afrika 5 regiona bölünür.
1. Şimali Afrika-inkişaf səviyyəsinə görə 5 regiona Afrikanın ən inkişaf etmiş regionudur. Regiona daxil olan 7 ölkədən biri –Tunis YSO-dır. Region ölkələrinin hamısı ərəb dilində danışır və islam dininə sitayiş edirlər. Regionun ICM-nin başlıca xüsusiyyətləri Aralıq və Qırmızı dənizlər ilə əhatə olunması, Süveyş kanalının onun ərazisindən keçməsi, Avropa və Cənub Qərbi Asiya ölkələrinə yaxınlığıdır. Regionda neft, qaz, (Liviya, Əlcəzair, Misir) dəmir filizi və fosforit (Mərakeş) çıxarılır. Sənaye mərkəzləri əsasən Aralıq dənizi sahillərində və ona yaxın rayonlardadır.
2. Qərbi Afrika ölkələri: Atlantik okeanı sahillərində yerləşən 8 ölkədən ibarətdir. Qərbi Avropa və Şimali Amerikaya yaxınlıq onun ICM-ni əlverişli edir.
Liberiya dəmir filizi, Qvineya-boksit, Niger-uran, Nigeriya- neft hasilatı üzrə ixtisaslaşıb. Ümumilikdə isə regionun iqtisadiyyatında k/t, xüsusilə əkinçilik (kakao, yer fındığı, palma yağı) üstünlük təşkil edir.
3. Mərkəzi Afrika ölkələri-olduqca geri qalmış (KDR-dan başqa) 11 dövlətdən ibarətdir. Region ölkələri meşə, k/t, filiz xammalının hasilatı üzrə ixtisaslaşıb. Yalnız KDR-də tam silsiləli əlvan metallurgiya sənayesi yaradılıb.
4. Şərqi Afrika ölkələri Hind okeanı sahillərində yerləşmiş 10 ölkədən ibarətdir. Region mineral resursların, həm də ümumiyyətlə sənayenin inkişaf səviyyəsinə görə Afrikanın digər rayonlarından geri qalır. Sənaye yalnız Zambiyada nisbətən yaxşı inkişaf edib. Zambiya və Zair (Kanqo) ölkələri arasında dünyanın məşhur «Mis qurşağı» yerləşir. Region dünya bazarına qəhvə, çay, pambıq, dəri, ədviyyat və diri qaramal çıxarır.
5. Cənubi Afrika ölkələri Atlantik və Hind okeanları arasında yerləşən 10 ölkədən ibarətdir. Region qızıl, platin, almaz, kömür, dəmir və əlvan metal filizləri ilə zəngindir. Namibiyada qaragül qoyunçuluğu inkişaf edib. Afrikanın yeganə IEÖ-si CAR bu regiondadır.
CAR «köçürülmə ölkələr» sırasına daxil olub, digər Afrika ölkələrinə nisbətən burada avropalıların xüsusi çəkisi böyükdür. Xammal ehtiyatları zəngin CAR almaz, qızıl və uranın hasilatına görə dünyada qabaqcıl yer tutur.
- Teqlər:
- Afrika
- , Afrika ölkələri
- , Afrikanın coğrafiyası
Afriika ölkələri müstəqil oldu
“Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur:
“Bu baxımdan Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlər uğurlu təcrübə kimi nəzərdən keçirilir”.
T.Rzayev əlavə edib ki, Zimbabve prezidenti E.Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib:
“Zimbabve tərəfi sadalanan ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün məhz bu ölkələri seçib”.
Deputat sözlərinə əlavə edib ki, Zimbabvenin də fəal iştirak etdiyi Qoşulmama Hərəkatına Azərbaycan 2019-2022-ci illərdə sədrlik edəcək
“Azərbaycan beynəlxalq münasibətlərdə xoş məramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
Comments are closed, but trackbacks and pingbacks are open.