Press "Enter" to skip to content

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ancaq bu müddətdə yalnız “tərbiyəçi” fəaliyyət göstərmir. Cavab olaraq palata onun üçün işləməlidir. Odur:

Ailənin tipləri pedaqogika

Ailə institutunun öyrənilməsi və müasir vəziyyətinin təhlili bu institutun tarixi təkamülünə nəzər yetirilməsini zəruri edir. Kifayət qədər qədim tarixə malik olmasına baxmayaraq onun öyrənilmə tarixi heç də qədim deyil. Belə ki, ailənin elmi əsaslarla öyrənilməsi XIX əsrin ikinci yarısından başlanmış və təkamül nəzəriyyəsinin yaranması ilə bağlı olub. XIX əsrin məşhur antropoloqları İ.Baxofen, C.Mak-Lennan və L.H.Morqanın apardığı tədqiqatlarla ailə, nigah və nəsillərin bir-birini əvəzləməsi problemlərinin öyrənilməsində təkamül yanaşmanın (evolyusionizmin) əsasları qoyulur. Məhz onların tədqiqatlarında ailə və nigahın dəyişkənliyi ideyası irəli sürülür və toplanmış çoxsaylı empirik materiallarla əsaslandırılır.
Təkamülçülük müxtəlif mədəniyyətlərdəki müxtəlif ailə tiplərinə xas olan ümumini, universalı axtarıb tapmağa cəhd edir. Başqa sözlə desək, onun əsas məqsədi həyatın sosiomədəni quruluşunda ailənin xüsusi mahiyyətini aşkarlamaqdır. Bu axtarış fərqli dövrlərdə müxtəlif mədəniyyət və sosial sistemlərdə ailənin yerinə yetirdiyi səciyyəvi funksiyaların təhlilinə gətirilir. Oxşar universal funksiyaların mövcudluğu ailəni yeni nəslin doğulub sosiallaşmasında mühüm sosial institut kimi təfsir etməyə imkan verir.
Təkamül yanaşma tərəfdarları belə hesab edirlər ki, əslində ailənin yaranması insan və cəmiyyətin yaranması anlamını verir. “İnsan olmaq –ailəli olmaq deməkdir. Ailəli həyat tərzindən –sabit nigahdan, bir-neçə uşağa malik olma arzusundan, əcdadlara və gələcək nəsillərə hörmətdən hər bir kənarlaşma, sosial strukturun familist dəyərlərindən hər bir uzaqlaşma müəyyən mənada bizi daha az insan edir”.(1, 37)
Zəruri olaraq qeyd edək ki, ailə institunun öyrənilməsində digər yanaşmalardan biri də funksionalist yanaşmadır. Funksionalist yanaşmada əsas diqqət ailənin funksiyalarının tarixən digər sosial institutlara keçməsinə yönəldilir. Bu zaman ailənin funksiyalar dairəsi kifayət qədər kiçildilir. Lakin o da qeyd olunmalıdır ki, bu yanaşmalar içərisində tədqiqatçıların böyük əksəriyyəti evolyusionist yanaşmaya üstünlük verir.
Ailənin evolyusionist nəzəriyyə çərçivəsində tədqiqi, bu sahədə ilk tədqiqatın müəllifi isveçrə hüquqşünası və antropoloqu İ.Y.Baxofenin adı ilə bağlıdır. Məhz o, “Ana hüququ” adlı əsəri ilə sonradan özünə çoxsaylı tərəfdarlar tapacaq evolyusionist, yaxud təkamülçü yanaşmanın əsasını qoymuşdur. İ.Y.Baxofen əsərində ailənin mənşəyinə dair aşağıdakı müdəalları irəli sürmüşdür:
1)Əvvəllər insanlar arasında qeyri-məhdud cinsi əlaqələr olmuşdur və bu əlaqələri müəllif münasib olan “heterizm” ( “hetera” – rəfiqə) sözü ilə qeyd edir.
2)Bu cür əlaqələr atanı düzgün müəyyən etmək üçün heç bir imkan vermir, buna görə mənşəyi yalnız qadın xətti ilə –ana hüququna əsasən –müəyyən etmək mümkün idi, əvvəllər bütün qədim xalqlarda məhz belə də olmuşdur.
3)Qadının yalnız bir kişiyə mənsub olduğu təknigahlığa keçilməsi ən qədim dini tövsiyyənin pozulması demək idi, bu da günahın yuyulmasını tələb edirdi və ya buna ödənc vermək şərti ilə yol verilirdi, bu ödənc isə ondan ibarət idi ki, qadın müəyyən müddət ərzində özünü başqa kişilərin ixtiyarına verməli idi.(2, 221)
İ.Y.Baxofenin nəzəriyyəsi tədqiqatçılar tərəfindən heç də birmənalı qarşılanmamışdır. Belə ki, rus etnoloqu A.N.Maksimov bu haqda yazırdı: “Baxofenin kitabı çap olunduğu zamanlarda heç də diqqət çəkməmişdir, elə indinin özündə də mütəxəssislərin əksəriyyəti əsərlə ikinci mənbədən öyrənməyə üstünlük verirlər”.(3) İ.Y.Baxofenin nəzəriyyəsinin çatışmazlığına baxmayaraq, ailə və nigahın öyrənilməsində böyük rol oynamışdır.
Amerikalı etnoqraf Luis Henri Morqan “Qədim cəmiyyət” adlı əsərində təkamül tarixini tədqiq etmişdir. O yazır ki: “Biz belə hesab etməyə vərdiş etmişik ki, monoqam ailə həmişə mövcud olmuş, yalnız bəzi yerlərdə istisna olaraq patriarxal ailə meydana gəlmişdir. Əslində isə ailə ideyası bir sıra ardıcıl mərhələ keçmişdir, həm də monoqam ailə bu sırada sonuncu olmuşdur”.(4, 216)
L.H.Morqanın fikrincə ailənin beş ardıcıl və müxtəlif forması olub, onlardan hər birinə özünəməxsus nigah qaydası uyğun gəlir.(5, V) Y.P.Alkorun tərtib etdiyi sxemdən aydın görünür ki, ailəyəqədərki dövr üçün özünəməxsus nigah forması mövcuddur və bu başqa cür ola da bilməz. Çünki, ailə olmasa da onun əsas funksiyalarından biri – nəslin davamını təmin edən reproduktivlik funksiyası mövcud olmalı idi. Yuxarıda qeyd etdiyimiz kimi, əgər İ.Y.Baxofen onu heterizm adlandırırdısa, sonradan bu, yəni kişi və qadınların nizamsız cinsi əlaqələri, yaxud nigah forması promiskuitet adlandırılır. Promiskuitet XIX əsrdə elmi dövriyyəyə daxil edilib. Latın mənşəli promiskuitet sözünü “qarışıq”, “hər şeyə icazə verilmiş” mənası verir. Y.İ.Semyonov bu haqda yazmışdır: “Hal-hazırda qədim dövr tədqiqatçılarının böyük əksəriyyətinin fikrincə heyvani vəziyyətdən çıxmış insanlar promiskuitetlə bağlı olan sürü həyat tərzini qəbul etmişlər”.(6, 84) Bu onu bildirir ki, sürü halında yaşayan insanlar arasaında qeyri-məhdud cinsi əlaqələr mövcud olmuş, hansısa qadağalar tətbiq olunmamışdır. Bununla belə promiskuiteti tam nizamsız münasibətlər də hesab etmək olmaz. Promiskuitet nəzəriyyəsinin tərəfdarlarının fikrincə məhz bu şəraitdə müəyyən sosial normalar formalaşır: “Promiskuitet heyvani cinsi əlaqələri cilovlayaraq onların insaniləşməsinə yardım göstərmişdir. Promiskuitet nigahı sürü kollektivçiliyinin əsasında dayanmışdır. Promiskuitet olmadan ilk insanların erkən kollektivçiliyi də ola bilməzdi”.(7, 22) Belə ki, ilk insanların zooloji instinktləri ilə sosial normaların ziddiyyəti sonrakı antropoloji təkamülü təmin etmişdir.
Ailənin öz inkişafında keçdiyi mərhələləri H.L.Morqan aşağıdakı kimi təsnif etmişdir.
I.Qan qohumluğu olan ailə. Ailənin bu forması qohumlar, hətta bacı və qardaş arasında nigaha əsaslanır. Zəruri olaraq qeyd edək ki, burada promiskuitetin bəzi əlamətlərinin qaldığını görmək olar.
II.Punalua ailəsi. Bu ailə forması bir neçə bacının ümumi ərlərlə, yaxud bir neçə qardaşın ümumi arvadlarla qrup nigahına əsaslanır. Əslində bu ailə bir anadan olan uşaqlar arasında cinsi əlaqənin yolverilməzliyi ideyasının yaranması ilə meydana gəlir. F.Engelsin fikrincə bu ideya köhnə ev icmalarının parçalanmasında və yenilərin təsisində özünü göstərməli idi. “Qan qohumluğuna əsaslanan ailədən bu və ya buna bənzər bir yolla, Morqan tərəfindən punalua ailəsi adlandırılan ailə forması əmələ gəlmişdir. Havay adətinə görə, anabir və ya daha uzaq pilləli (ikinci, üçüncü və i.a. pilləli) qohum olan müəyyən qədər bacı öz ərlərinin ümumi arvadları idi, lakin həmin ərlər içərisindən onların qardaşları kənar edilirdi; bu ərlər bir-birini qardaş adlandırmırdılar, onlar daha qardaş olmamalı idilər, onlar “punalua”, yaxın yoldaş, necə deyərlər assoie (şərik) olurdular.”(2, 248) Bu ailə formasında bacı və qardaş arasında nigah tədricən qadağan edilir. Beləliklə, məhz punalua ailəsində baş verən müəyyən dəyişikliklər yeni ailə formasının yaranması ilə nəticələnir.
III.Sindiasmik, yaxud ikili ailə. L.H.Morqanın nəzəriyyəsinə görə ailənin üçüncü tarixi forması sindiasmik, yaxud ikili ailə adlanıb kişi və qadının nigahına əsaslanır, lakin bu zaman kənarda cinsi əlaqələr istisna olunmur. “Sindiasmik ailə xüsusi, özünəməxsus xarakterə malik olub. Sindiasmik ailə ayrı-ayrı cütlərin nigahına əsaslanmış və monoqam ailənin bir sıra xarakterik xüsusiyyətlərinə malik olmuşdur.” (4. 269)
L.H.Morqanın fikrincə sindiasmik ailənin başlıca xüsusiyyəti odur ki, kişilər özünə arvad seçmir, nigah müəyyən anlamda hisslərə, məhəbbətə yox, rahatlıq və zərurətə əsaslanmışdır. Övladların nigah məsələlərini, onların ailə qurmasını bir qayda olaraq valideynlər həll edir, bu zaman onların razılığı soruşulmurdu. Övladlar da adətən buna tabe olur, etiraz etmirdilər. Belə ailənin digər xüsusiyyəti gəlinin yaxınlarına hədiyyələr verilməsi olmuşdur ki, bu da ailənin qurulmasına alqı-satqı sövdələşməsi səciyyəsi vermişdir. İlkin olaraq belə nigahların pozulması çətin olmamış, sonradan ictimai rəy nəzərə alınmaqla onun möhkəmlənməsi baş vermişdir.
IV.Patriarxal ailə. Bu ailə forması bir kişinin bir neçə qadınla nigahına əsaslanır. Bu zaman qadınlar bir qayda olaraq qapalı həyat sürmüşlər. Patriarxal ailənin yaranması vəşhilik dövrünün (yəni, sivilizasiyayaqədərki dövrün –N.A.) son mərhələsi və sivilizasiyanın başlanğıc dövrünə təsadüf edir. “Tayfa başçıları ən azı poliqamiyada (çoxnigahlılıq) yaşamışlar; lakin patriarxal sistemin başlıca prinsipi olmamışdır. Qullar və xidmətçilər öz arvadları və uşaqları, başçıları olan patriarxla birlikdə eyni bir patriarxal ailəni təşkil etmişlər. Onun mahiyyətini üzvlərinin və əmlakının üzərində patriarxın hakimiyyəti təşkil etmişdir”.(4, 275)
V.Monoqam ailə –istisnasız olaraq birlikdə yaşayan ayr-ayrı cütlərin nigahına əsaslanır. L.H.Morqan belə hesab etmişdir ki, cəmiyyətin yaranması məhz monoqam tipli ailənin meydana gəlməsi ilə başlayır.(4, 276) “Bu ailə ərin hökmranlığına əsaslanır, özü də mənşəyi müəyyən atadan olmasına şübhə yeri qalmayan uşaqlar doğulması məqsədi kimi qəti ifadə olunan bir məqsəd daşıyır, mənşəyin belə şübhəsiz olması isə ona görə lazımdır ki, müəyyən müddətdən sonra uşaqlar əsl vərəsə kimi ata əmlakına sahib ola bilsinlər. İkili ailədən bu ailənin fərqi ondadır ki, nigah əlaqələri xeyli möhkəmdir və indi artıq tərəflərin hər hansının arzusu ilə pozula bilməz”.(2, 270)
Tarixi təkamül prosesində ailənin beş ardıcıl formaya malik olduğunu iddia edən L.H.Morqan, onun gələcəyi haqqında maraqlı və heç də birmənalı olamayan proqnoz verir. Belə ki, o yazır: “Əgər biz etiraf ediriksə ki, ailə özünün inkişafında dörd ardıcıl formadan keçmişdirsə və indi beşinci formasındadırsa, onda ortaya belə bir sual çıxır, bu forma gələcəkdə də mövcud ola biləcəkmi. Buna yeganə mümkün cavab belədir ki, keçmişdə olduğu kimi, cəmiyyət tərəqqi etdikcə o da tərəqqi etməlidir, cəmiyyət dəyişdikcə o da dəyişməlidir. Ailə sosial sistemin məhsuludur və mədəniyyəti əks etdirir. Sivilizasiyanın başlandığı zamandan, xüsusilə ən yeni tarixdə monoqam ailə böyük ölçüdə tərəqqi etdiyi üçün hər bir halda gözləmək olar ki, cinslərin bərabərliyinə nail olunmayınca o daha da təkmilləşə bilər. Sivilizasiyanın sabit şəkildə davam edən tərəqqisi ilə əlaqədar olaraq monoqam ailə uzaq gələcəkdə cəmiyyətin tələblərinə cavab verməyə bilər, onun varisinin necə olacağını söyləmək isə mümkünsüzdür”(4, 288). Burada L.H.Morqanın nəyi nəzərdə tutduğu bir o qədər də aydın deyil. İlk növbədə bu fikirlərə F.Engelsin münasibətinə diqqət yetirək. Əvvəla F.Engels qeyd edir ki, əslində monoqamiya yalnız qadınlara aid olmuşdur: “Məhz monoqamiya ilə yanaşı köləliyin mövcud olması, kişinin tam ixtiyarında olan cavan gözəl kənizlərin varlığı lap əvvəldən monoqamiyaya spesifik xarakter verərək, onu kişi üçün deyil, yalnız qadın üçün monoqamiyaya çevirmişdir. O özünün bu xarakterini bu gün də saxlayır.”(2, 272) Təbii ki, bu fikirlə razılaşmamaq olmur. Çünki bir kişinin bir neçə qadınla nigahı heç də nadir hadisə deyil. Buna müəyyən mənada zərurət kimi də baxıla bilər. Çünki, tarixi prosesin demək olar ki, bütün mərhələlərində hər bir cəmiyyətdə qadınlar kişilərdən sayca üstün olmuşlar. Təkcə müharibə faktının, bu müharibədə həlak olanların əsasən kişilərin olduğu nəzərə alınarsa qadınların say üstünlüyü öz təsdiqini tapır. Lakin F.Engels diqqəti daha çox L.H.Morqanın “cinslərin bərabərliyi” ifadəsinə yönəldərək, tarixi prosesin inkişafı haqqında marksist nəzəriyyədən çıxış edərək yazır: “Bu cəhətdən qadının vəziyyəti istər fabrikdə, istərsə də təbabətə və vəkilliyə qədər bütün faəliyyət sahələrində eynidir. Müasir fərdi ailə qadının aşkar və ya üstüörtülü ev köləliyinə əsaslanır, müasir cəmiyyət isə başdan-başa sanki onun molekulları olan fərdi ailələrdən ibarət olan bir kütlədir. Eyni ilə də müasir ailədə ərin arvad üzərindəki hökmranlığının spesifik xarakteri və onların hər ikisi üçün nəinki ictimai bərabərlik yaradılması zərurəti, habelə bunu əldə etmək üsulu yalnız o zaman tam aydınlığı ilə meydana çıxacaqdır ki, ər ilə arvad yuridik cəhətdən tamamilə bərabər hüquqlu olacaqdır. O zaman məlum olacaqdır ki, qadının azad edilməsi üçün birinci ilkin şərt bütün qadınların ictimai istehsala qayıtmasıdır”.(2, 282-283)
Qeyd edək ki, L.H.Morqan ailənin gələcəkdə təkmilləşməsini, yeni formalar alacağını əsasən kişi və qadınların bərabərliyinin təmin olunmasına qədər baş verəcəyini söyləyir. Yəni, kişi və qadının tam hüquqi bərabərliyi ailənin son forması kimi qəbul olunur. Bununla belə o, yeni ailə forması haqqında hansısa fikir bildirməkdən də çəkinir. F.Engels isə bütövlükdə kişi və qadının yeni cəmiyyətdə, insanların tam azadlığının mümkün olacağı kommunizm cəmiyyəti şəraitində mümkünlüyünü bildirir. Müasir dövrdə bu ideyaların təhlili göstərir ki, hər iki tədqiatçının verdiyi proqnoz özünü doğrultmamışdır.
Əvvəla onu qeyd edək ki, bu gün dünyanın əksər ölkələrində qadın və kişilərin hüquq bərabərliyi təmin edilib. İkincisi, F.Engelsin dediyi kimi heç də hər ölkədə kommunizm cəmiyyəti qurulmayıb. Hətta XX əsrdə bir sıra ölkələrdə mövcud olmuş sosializm sistemi faktiki olaraq özünü doğrultmayıb. Lakin heç bir halda monoqam ailə forması ciddi transformasiyaya məruz qalmayıb. Bununla belə müxtəlif cəmiyyətlərdə onun inkişaf səviyyəsindən asılı olaraq yeni ailə modelləri meydana gəlmişdir. Bu ailə modelləri bir sıra amillərlə şərtlənir. Belə amillərdən biri də ənənələr olmuşdur ki, bu da hər bir cəmiyyətin məxsus olduğu mədəni-sivilizasion identikliklə şərtlənir.

ədəbİyyat
1. Карлсон А. Общество – семья – личность: социальный кризис Америки. М.: 2003, 346 с.
2. Marks K., Engels F. Seçilmiş əsərləri. 3 c-də. III c. B: Aərnəşr, 1983, 667 s.
3. https://ru.wikipedia.org/wiki/Бахофен,_Иоганн_Якоб#cite_note-8.
4. Морган Л.Г. Древнее общество. Л: Изд. ЦИК СССР, 1935, 352 с.
5. Алькор П.Я. Предисловие/ Морган Л.Г. Древнее общество. с.III-X.
6. Семенов Ю.И. Происхождение брака и семьи. М.:«Мысль», 1974, 309 с.
7. Семьяведение: учебник для бакалавров. М. 2013, 403 с.

Açar sözlər: ailə, heterizm, punalua, monoqamiya.

Key words: семья, гетеризм, пуналуа, моногамия.

Ключевые слова: family, heterism, punalua, monogamy.

Нигяр Агаева
Исторические типы института семьи:
эволюционный подход
Резюме
В статье исследуются исторические формы развития института семьи. С этой целью обращается к эволюционному подходу. Исторические типы семьи изучаются на основе работ таких исследователей, как И.Бахофен, Г.Л.Морган.

Nigar Agayeva.
Historical Types of Family Institute:
An Evolutionary Approach
Summary
The article examines the historical forms of the development of the family institution. To this end, refers to an evolutionary approach. Historical types of families are studied on the basis of the work of researchers such as I. Bachofen, G. L. Morgan.

“GEOSTRATEGİYA” jurnalı №06 (48) NOYABR-DEKABR 2018

SOSİOLOGİYA

“ORTA YAŞ” PROBLEMİNƏ NƏZƏRİ YANAŞMALAR (D. LEVİNSON NƏZƏRİYYƏSİ ƏSASINDA)

Nərgiz Əliyeva
Bakı Dövlət Universiteti Sosial elmlər və .

MƏDƏNİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRİN VACİBLİYİ

Adil Sadıxov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə .

Cоциально-философский анализ теоретических воззрений и концепций журналистики на примере Азербайджана и зарубежных стран

Эльчин Сардаров
Диссертант Института Философии и Социологии НАН Азербайджана

Məşğulluq sosial təhlükəsizliyin mühüm amili kimi

Tutu Eyvazova
Bakı Dövlət Universiteti, doktorant

AZƏRBAYCANDA GƏNCLƏRİN ƏMƏK BAZARININ DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ

Rübabə Şəfibəyli
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının .

Regional inkişaf – demoqrafiyada stimullaşdırıcı tendensiya kimi

Osman Hacıyev
Sumqayıt Dövlət Universitetinin Fəlsəfə, .

Maraq qrupları və onların funksional təbiəti

Riyad Rüstəmli, BDU, Politologiya və sosiologiya kafedrası

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

Möhübbət Rəsulov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası

Qərb ölkələrində dövlət xidmətlərinin göstərilməsi strategiyalarının həyata keçirilməsi təcrübəsi

TARYEL MƏMMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik .

“İnformasiya cəmiyyəti” və Azərbaycan

Sevda Yusifova, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

İdarəçilikdə stress problemi

Sevinc Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik .

Ailə institutunun tarixi tipləri: təkamül yanaşma

Nİgar Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik .

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana müba­hi­səni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşlı uşaqlar bu münasibəti adi qarşılayır, kiçik yaşlılar özlərini yığış­dırır, lap balacalar isə ağlamsınınb dururlar. Demək tələb yaşa uyğun olmalıdır.

2. Ailə tərbiyəsində uşaqların temperament tipləri nəzərə alın­malıdır. Temperament tiplərindən asılı olaraq, hər bir oğlan və ya qıza necə yanaşmaq, onun hisslərini düzgün qiymətləndirmək asanlaşır.

“Temperament” sözünün latın dilində hərfi tərcüməsi “hiss­lə­rin lazımi qarşılıqlı nisbəti” deməkdir.Yunan həkimi Hippok­rat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anotomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tut­muş­dur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xo­le­rik, fleqmatik və melanxolik adları müasir pedaqogika və psixo­logiya elmində indi də işlənilməkdədir.

Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakte­ris­tikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mü­hi­tə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir:

Sanqvinik tip – qüvvətli və müvazinətli, canlı, zirək, diribaş, fəal və təşəbbüskar, işgüzar, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zəif ;

Xolerik tip – qüvvətli, ünsiyyətli, coşğun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələsiz;

Fleqmatik tip – qaradinməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli;
Melanxolik tip – sakit, zəif, qapalı, səbrli, kədərli, düşün­cəli, həssas, pessimist, yüksək yaddaş.

Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən göstəri­lən temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir.

3. Fərdi yanaşma prinsipi. Ailədə tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və fərdi tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq vardır. Fərdi tərbiyə təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə uşağın fərdi xüsusiyyətlərini nəzərə almağı tələb edir.

4. Hörmət və tələbkarlıq prinsipi. Valideynlər uşaqlarına yaşlarından asılı olmayaraq onlara hörmət etməli, onların şəxsiy­yəti, fikri, düşüncəsi ilə hesablaşmalıdırlar. Bəzi valideynlər övlad­la­rına yalnız tələbkarlıq göstərir, onlara hörmətlə yanaşmağın lazım gəldiyini unudurlar. Uşaq nə qədər nadinc, sözəbaxmayan, davakar olsa belə, valideyn onunla mərifətli, nəzakətli və mədəni davran­malı, pedaqoji etikanın tələblərini pozmamalıdır.

5. Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi. Bir çox hallarda ailə üzvləri bu prinsipə əməl etmirlər. Ata tərəfindən uşağa verilən tapşırıq, bəzən ana tərəfindən pozulur, yaxud da ək­si­nə olur. Ailə üzvləri arasında uşağa hamı vahid tələbkarlıqla ya­naş­ma­­lıdır.

6. Sistemlilik və ardıcıllıq prinsipi. Ailədə tərbiyə işləri müəyyən sistem və ardıcıllıqla aparılmalıdır. Bu işlə hər gün, hər saat, hər an, müntəzəm şəkildə məşğul olmaq lazımdır. Sistemsizlik, nəzakətsizlik tərbiyənin uğurla aparılmasına maneçilik törədir. Sistemlilik o deməkdir ki, həyata keçirilən hər hansı bir tədbir bir-birini tamamlasın, tərbiyəvi təsirlər zamanı vahidlik gözlənilsin.

7. Ailə münasibətlərində nikbinlik prinsipi İlk növbədə vali­deynlər öz övladlarına həmişə yaxşı nəzərlərlə baxmalı, öv­lad­larının işlərinə şübhəli baxmamalıdır. Valideynlər uşaqlarını ruh­lan­dırmalı, həvəsləndirməli, onlara inam göstərməlidirlər. Ailə üzvləri də bir-birlərinə qarşı yaxşı, nikbin münasibətdə olmalı və qarşılıqlı inam, etibar, hörmət ailədə hökm sürməlidir.

8. Ailədə böyüyən insana humanist və qayğıkeş münasibət prinsipi. Ailədə böyüyən uşaqlara valideynlər humanist, qayğıkeş mü­nasibət bəsləməli, yaxşı nə varsa hamısı ilk növbədə uşaqlar üçün nəzərdə tutulmalıdır. Valideynlər övladlarının xoşbəxt, sağlam bö­yümələri üçün onlara hər zaman qayğıkeş münasibətdə olmalı­dırlar.

9. Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi. Ailənin bütün üzvləri bərabərhüquqludurlar. Valideynlər övladları arasında ayrı­seç­kilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir. Ailə üzvləri ailənin bütün işlərinə cəlb edilməli, ailənin problemləri ailə üzvləri ilə birlikdə müzakirə edilib həll edilməlidr. Övladlar ailə işlərinə həmişə cəlb edilməli, ailə problem­lərinin həllinə kömək etməlidirlər.

10. Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb et­mə­mək prinsipi. Ailədə uşaqlara müəyyən tələblər də verilir, müəy­yən qaydalara əməl etməsi də tələb olunur. Bu ailə tərbi­yə­si­nin mühüm şərtlərindən biridir. Valideynlər uşaqlara verilən tələb­lər­də ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməli­dir­lər. Əlbəttə, tələblər də uşaqların gücünə, yaşına, sağlamlı­ğına, psi­xo­­logiyasına uyğun olmalıdır.

Bu prinsiplərdən başqa, bir sıra xüsusi prinsiplər də vardır ki, onlar da ailə tərbiyəsi üçün mühüm qaydalardır:

1.Ailədə fiziki və psixoloji təsirlərin qadağan edilməsi prin­sipi.
2.Başqalarının, ailə üzvlərinin məktub və gündəliklərini oxu- mağın qadağan edilməsi prinsipi.
3.Ailədə çox danışmağın, ucadan danışmağın qadağan edil­məsi prinsipi.
4.Uşaqları hədələməyin qadağan olunması prinsipi .
5. Ailədə erkən oyanma qayadasına əməl etmək prinsipi.
6. Ailədə səhər idmanı ilə məşğul olmaq prinsipi.
Bu prinsiplərə ailədə ciddi riayət edilməsi tərbiyənin düzgün qurulmasına səbəb olar.

Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiy­yət­ləri formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yara­dı­cı bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağ­lam­lığı, onların xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideyn­lərdən asılı olmaqla ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir.

Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büru­zə verilməsi, bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlan­dır­ma və s. ola bilər. Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi şəkildə həyata keçirilə bilər

Pedaqogikanın əsas kateqoriyaları . Pedaqogika anlayışıdır

Bu yazıda sizə “pedaqogika” anlayışını və bunun nə etdiyini açıqlayacağıq. Bir tərbiyəçi olmasanız da, gələcəkdə bir valideyn olacaqsınız və pedaqogikanın əsas kateqoriyalarının üzərində işləmək lazım olan çox vacib amillər olduğunu bilmək sizin üçün faydalı olacaqdır. Üstəlik, bu kateqoriyaların nə olduğunu bilməklə yanaşı, bunların nə olduğunu və necə ifadə olunduğunu da anlamanız lazımdır. Bu materialı bu tanışlıq üçün hazırlamışıq.

Pedaqogika nədir?

Ali təhsil pedaqogikasının əsas kateqoriyalarını və konsepsiyalarını araşdırmadan və bu gün bu sahə ilə maraqlanmadan əvvəl “pedaqogikanın” nə olduğunu başa düşəcəyik. Bu elm ayrıca bir quruluş olaraq nisbətən çox əvvəl ortaya çıxdı.Başa düşürük ki, insan yaşayır və inkişaf edir, ona yaxın olanların hamısının təcrübəsi ona ötürülür. Hər nəsildə bu təcrübə yeniləndi və yeni nailiyyətlər toplandı. Sonda bir insanı və şəxsiyyəti necə düzgün öyrətmək və tərbiyə etmək barədə bütün biliklər “pedaqogika” adı altında tanıdığımız ayrı bir elm halına gətirildi. Təbii və sosial xarakterli bir çox elmləri özündə cəmləşdirdiyini və şəxsiyyətin formalaşması prosesini öyrənən hər şey üçün bir toplama olduğunu qeyd etmək lazımdır.

Mənşə tarixi

“Pedaqogika” sözünün özü qədim yunan dilindəki “uşaq” – paydos və “qurğuşun” sözündən əvvəl gəlir. Adın özü bizə elmin uşaqlıqdan başlayaraq insanın şəxsiyyətini formalaşdırma yollarını araşdırdığına işarə edir. Qədim zamanlardan bəri müəllimlər indiki pedaqogika dediyimiz şeylə məşğul olurlar. O saatlarda, yalnız hörmətli insanlar, əsasən rahiblər və keşişlər və bəzi ölkələrdə dövlət məmurları belə bir sənətkarlıqla məşğul ola bilərdi. Rusiyada belə bir şəxsə “usta” deyildi və bu profildəki mütəxəssislərin yetişdirildiyi ayrı qurumlar yox idi.

Daha sonra ayrı bir elm seçildikdə və liderləri məqsədyönlü şəkildə yetişdirildikdə, nizam-intizamı hissələrə ayırmağa başladılar. Ali təhsil pedaqogikasının əsas kateqoriyalarını vurğuladı. Bu kateqoriyaların hər birini ətraflı nəzərdən keçirəcəyik ki, oxucu onların necə fərqləndiyini və necə qarşılıqlı əlaqədə olduğunu başa düşsün.

Pedaqogikanın əsas kateqoriyalar və anlayışları

Beləliklə, onların arasında ən vacib üçü seçilir:

  1. Təhsil.
  2. Təhsil.
  3. Təlim.

Hər üç dərk edən insan, bu üç anlayışı oxuduqdan dərhal bir-biri ilə sıx əlaqəli olduqlarını anlayacaqdır. Ümumiyyətlə təhsildən danışırıqsa, bu bir şəxsiyyətin formalaşması, ona bir forma verilməsi üçün düşünülmüş və planlı bir prosesdir. Bir çox ətraf faktorun təsiri altında keçir və fərqli ola bilər.

Təhsilə gəldikdə, zaman keçdikcə bu, insan tərbiyəsi prosesinin ayrılmaz hissəsinə çevrilir. Bilirik ki, bu, insanın lazımi bilikləri mənimsədiyi, bacarıq və bacarıqlara yiyələndiyi, eyni zamanda xüsusi qabiliyyətlərini inkişaf etdirdiyi həcmli, lakin qısa müddətli bir dövrdür. Bəs insan necə təhsil alır? Əlbətdə ki, təlimlə. İndi başqa bir əlaqə görürük. Öyrənmə, birincisi bir qədər məlumat aşıb, ikincisi onları mənimsədiyi zaman bir müəllim və tələbə cütlüyündə iş kimi görülür. İndi kateqoriyaların hər biri haqqında daha ətraflı danışaq.

Tərbiyə

Artıq pedaqogikanın əsas kateqoriyalarını, əlaqələrini və birinin digərindən necə gəldiyini və üçüncüsünün bir hissəsini adlandırdıq. Təhsil haqqında ayrıca danışarkən, ikitərəfli bir iş də var. Bir tərəfdən “tərbiyəçi” borcludur:

  • bəşər övladının topladığı bütün təcrübəni çatdırmaq;
  • şöbəni mədəni dünyaya tanıtmaq;
  • onu maraqlı, müstəqil təhsil almağa təşviq etmək üçün hər şəkildə;
  • çətin həyat suallarını həll etməyə kömək etmək, çətin problemləri həll etmək yollarını tapmaq.

Ancaq bu müddətdə yalnız “tərbiyəçi” fəaliyyət göstərmir. Cavab olaraq palata onun üçün işləməlidir. Odur:

  • ona təqdim olunan hər şeyi tədricən mənimsəyir, əvvəlki nəsillərin təcrübəsindən nəticə çıxarır, bütün zəruri əsas mədəni bacarıqlara yiyələnir;
  • özünü inkişaf etdirməklə məşğuldur;
  • insanlarla ünsiyyət qurmağı və fərqli vəziyyətlərdə və fərqli mühitlərdə davranmağı öyrənir.

Və yalnız tam qarşılıqlı əlaqə ilə müsbət bir nəticə mümkündür.

Tərbiyənin bir neçə spektri nəzərdən keçirilir:

  • geniş – burada dövlət və təhsil müəssisəsi şagird üzərində təsir göstərir;
  • dar – iş qurumun heyəti (uşaq bağçası, məktəb, dərnək və s.) əsasında aparılır;
  • son dərəcə dar – şagird və tərbiyəçi birbaşa qarşılıqlı əlaqə qurur.

Prosesin konkret nəyə yönəlməsindən, hansı dəyərlərin, bacarıqların və bacarıqların inkişaf etdirilməsindən asılı olaraq bir sıra fərqli tərbiyə növləri mövcuddur.Beləliklə, zehni, əmək, fiziki, əxlaqi, estetik təhsil və s.

Təhsil

Pedaqogikanın əsas kateqoriyalarını və onların arasındakı əlaqəni nəzərdən keçirərək başa düşürük ki, təhsil tərbiyə və ya təlimdən təcrid olunaraq mövcud ola bilməz. Bu mümkün deyil. Buna görə bu kateqoriya aşağıdakı kimi başa düşülür:

  • sistem meyarı;
  • təhsil prosesinin nəticəsi;
  • özünütəhsil əlavə edilən təhsil və təlimin cəmi;
  • bir insanın həyatda ehtiyac duyduğu biliklərin mənimsənilməsi.

Bu məqsədlə dünyada bir çox fərqli qurum fəaliyyət göstərir. Bunlar yaş kateqoriyalarına, coğrafi meyarlara görə bölünür və buraya daxil edə bilərik:

  • Uşaq bağçası;
  • məktəb (gimnaziya, lisey, internat);
  • kollec;
  • texniki kollec;
  • institut;
  • universitet;
  • akademiya;
  • yaradıcılıq evi (istirahət fəaliyyəti ilə əlaqəli hər şey).

Bütün bu qurumlar fərdin həyat yolunda bir-birini əvəz edir və estafeti ələ alır. Bu prosesdəki əsas şey, hamısının eyni nəticə üzərində hərəkət etməsidir – tam inkişaf etmiş bir şəxsiyyətin, nəsillərinin layiqli bir nümayəndəsinin formalaşmasıdır.

Təlim

Ali təhsil pedaqogikasının əsas kateqoriyalarını və xüsusiyyətlərini təsvir edərək, öyrənməyə laqeyd qala bilmərik, çünki bu, bir insanın təhsil alma qaydasıdır. Öyrənmək iki tərəfin qarşılıqlı əlaqəsi olduğundan hər iki tərəfi də nəzərdən keçirəcəyik. Beləliklə, bir tərəfdən bir müəllim var:

  • biliyi tələbəyə ötürmək;
  • həyat təcrübəsini onunla bölüşmək;
  • özünü inkişaf etdirmək arzusunu inkişaf etdirmək;
  • bilik əldə etmə prosesini tənzimləmək;
  • dəstəkləyici bir öyrənmə mühiti yaratmaq üçün lazım olan hər şeyi edir.

Digər tərəfdən bir tələbə var, cavabı olmadan yaxşı bir nəticə alınmayacaq. Buna görə tələbənin:

  • müəllimin ona söylədiklərini öyrənin;
  • bütün təlimat və tövsiyələrini diqqətlə izləyin;
  • tədqiqat mövzusuna yiyələnmək üçün lazım olan bütün tapşırıqları yerinə yetirmək;
  • özünütəhsil üçün çalışmaq;
  • mənbələrdə əlavə məlumat axtarmağa başlamaq;
  • təhlil etməyə, düşünməyə və nəticə çıxarmağa çalışın.

Bu cür qarşılıqlı əlaqə ilə ideal bir öyrənmə nəticəsi alacağıq və təsdiq olaraq – təhsil diplomu (orta, texniki, ali).

Elmin funksiyaları

Pedaqogikanın əsas kateqoriyalarının tərbiyə, təhsil və təlim olduğunu başa düşdük. Ancaq pedaqogika çoxşaxəlidir və ayrıca qeyd etmək lazım olan bir çox funksiyaya malikdir.

  1. Pedaqogikada müxtəlif hadisələrin öyrənilməsi, qanunların, qanunauyğunluqların nəzərə alınması. Bu o deməkdir ki, yaşlı nəslin təcrübəsinin mənimsənilməsinin mövcudluğu, əldə edilmiş biliklərin cəmiyyətin və dövlətin tələbləri ilə uyğunluğu və s.
  2. Ayrıca, pedaqogikanın funksiyası, təhsil və təlim proseslərinin bütün prinsiplərini, metodlarını və formalarını əsaslandırmaq məcburiyyətini əhatə edir.
  3. Qabaqcıl pedaqoji təcrübəni öyrənmək vacibdir, bunun əsasında yeni bir nəzəriyyə yaratmaq lazımdır.
  4. Tədqiqat amili faydalı bir funksiya hesab olunur. Burada rolu yalnız müəyyən bir sxem ilə düşünmək deyil, həm də praktikada tətbiq edərək real fəaliyyətdə həyata keçirmək bacarığı oynayır.
  5. Yeni texnika üzərində işləyin. Şagirdin müəllimlə necə qarşılıqlı əlaqəsi, hansı ünsiyyət formalarından istifadə etmələri və s.

Pedaqogikanın vəzifəsi

İndi pedaqogikanın əsas kateqoriyalarının tərbiyə, təhsil və təlim olduğunu dəqiq bildiyimiz üçün pedaqogikanın əsas vəzifəsini formalaşdıra bilərik. Bütün ölkələrdə təxminən eyni səslənir: Tarixi dövrün xüsusiyyətləri və şəxsin milliyəti nəzərə alınaraq təhsil prosesini təşkil edin. Zamanımızda daha konkret tapşırıqlardan danışırıqsa, bir neçə əsas tapşırıq var:

  • təhsilin strukturunu və onun məzmununu yaxşılaşdırmaq;
  • öyrənməyə yeni yanaşmalar inkişaf etdirmək;
  • təhsilin forma və metodlarını müasirləşdirmək;
  • məktəbdəki tədris prosesini daha demokratik və insani etmək;
  • bir insanın peşə fəaliyyətinə hazırlığını optimallaşdırmaq.

Məktəbəqədər pedaqogika

Məktəbəqədər pedaqogika haqqında bir neçə söz demək istərdim. Axı, övladlarımız təlim prosesinə uşaq bağçasında başlayırlar. Beləliklə, məktəbəqədər pedaqogikanın əsas kateqoriyaları:

  • təhsil;
  • inkişaf;
  • formalaşma;
  • təlim.

Ali təhsil haqqında oxumağa alışdığımızdan cüzi bir fərq görürük və bu başa düşüləndir. Şəxsiyyət formalaşmasının ilkin mərhələsində vəzifələr fərqlidir və hələ əsas mərhələlərə qədər böyümək lazımdır, baxmayaraq ki, orada təhsil və təlim mövcuddur. İnkişafa gəldikdə, bu, bir insanın müəllim nəzarəti altında illər ərzində baş verən dəyişikliklər deməkdir. Ancaq formalaşma, sosial mühit nəzərə alınmaqla, təhsil müddətində uşağın hərtərəfli inkişafını nəzərdə tutur. Xatırlamaq lazımdır ki, onsuz da gənc yaşda bir şəxsiyyətin formalaşması başlayır və bu an qaçırılmamalı və bir insanın həyatının bu dövrü qiymətləndirilməməlidir.

Pedaqogikanın sahələri

İndi, bütün məlumatları oxuduqdan sonra, pedaqogikanın əsas kateqoriyalarının üç əsas faktor olduğunu dəqiq bilirsiniz, ətraflı araşdırdıq. Ancaq bu elmdəki kateqoriyalara əlavə olaraq, bu sahənin tam olaraq nə etdiyindən asılı olaraq sənaye sahələri də seçilir. Hər sahənin mahiyyəti adından aydın olur. Hər birini təhlil etməyəcəyik, amma tanışlıq üçün ən əsaslarını sadalayacağıq:

  • “Pedaqogika tarixi”.
  • “Müqayisəli Pedaqogika”.
  • “Məktəbəqədər Pedaqogika”.
  • “Yaş Pedaqogikası”.
  • “Xüsusi pedaqogika” (fiziki və əqli qüsurlu uşaqlar üçün).
  • “Peşəkar Pedaqogika”.
  • “İslah əmək pedaqogikası”.
  • “Müalicəvi Pedaqogika”.

Və bunlar bu elmi təşkil edən bütün sahələrdən uzaqdır, faydaları nəzərə alınmamalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.