MBNP: Gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edilib
Qaydalara əsasən, aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart
Aktivlərin təsnifləşdirilməsi
Mərkəzi Bank kommersiya banklarına güzəşt edib. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları”na edilən dəyişikliklərə əsasən, indi bankların rezervləri daha çox olacaq. Ekspertlər hesab edirlər ki, Mərkəzi Bank tərəfindən edilən bu güzəştlər, kommersiya banklarını öz müştərilərinə güzəştlər verməyə vadar etməlidir.
Ölkə.Az XəzərXəbər-ə istinadən bildirir ki, Mərkəzi Bank dövriyyədəki pulları artırmaq üçün tədbirlər görüb. Qeyri-qənaətbəxş aktivlər, yəni qaytarılma müddəti 60 gün gecikdirilmiş problemli kreditlər üzrə ehtiyat dərəcəsini 30%-dən 25%-ə, təhlükəli aktivlər, yəni 6 ay ərzində ödənilməyən kreditlər üzrə isə 60%-dən 50%-ə endirib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılacaq. Ehtiyatların dərəcələri qənaətbəşx aktivlər üzrə 1%, ümidsiz aktivlər üzrə 100% təşkil edir. İqtisadçı Vüqar Bayramov banklara edilən güzəşti belə izah edir:
“Misal olaraq 1 mln. Qeyri – qənaətbəxş aktivləri var. Və əvvəllər həmin 1 mln. görə 300 min dollar ehtiyyat normasına ehtiyac var idi. Artıq bu rəqəm 300 min deyil, 250 min dollar olacaq. Nəticədə 50 min dollar sərbəst aktiv kimi , bank tərəfindən istifadə oluna biləcək”.
Bu isə kommersiya banklarına aktivləri artırmaq imkanı verəcək. Yeni qaydaların yanvarın 6-dan qüvvəyə mindiyini xatırladan iqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu güzəştləri, əslində kommersiya banklarının da vətəndaşlar üçün güzəşt paketinin təqdim edilməsinə gətirib çıxarmalıdır. Vüqar Bayramov belə deyir:
“Bu baxımdan biz təklif edirik ki, Mərkəzi Bankın güzəştlərindən sonra kommersiya bankları , xüsusi ilə dollarla olan kreditlərin müddətinin uzadılmasi, uzadılan müddətdə faizlərinin hesablanmaması, eyni zamanda faiz dərəcələrinin aşağı salınmasına baxsın. Çünki bütövlükdə bankın mənfəəti və zərərinin az olması, onu müştərilərinin ödəmə qabiliyyətindən asılıdır”.
Ölkə.Az
MBNP: Gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edilib
MBNP: Gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edilib Bakı. 30 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edib.
30 Noyabr , 2018 17:45
Bakı. 30 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edib. “Report” bu barədə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına istinadən xəbər verir. Dəyişikliyə əsasən təminatlı aktivlərdə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-240 gün gecikənlər qeyri-qənaətbəxş, 241-360 gün gecikənlər təhlükəli və 360 gündən çox gecikənlər ümidsiz aktivlər deyə müəyyənləşib. Təminatsız aktivlər üzrə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-180 gün gecikənlər qeyri-qənaətbəxş, 181-270 gün gecikənlər təhlükəli və 270 gündən artıq gecikənlər ümidsiz aktivlər kimi müəyyən olunub. Qeyd edək ki, bundan əvvəl aktivlər təminatlı, təminatsız deyil, yüksək, orta və aşağı keyfiyyət meyarları ilə bölünmüşdü və 270 gündən artıq gecikmələrin hamısı, bəzi hallarda isə daha az müddətə gecikmələr ümidsiz aktivlər kimi təsnif olunmuşdu. Bundan başqa, təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələrində dəyişiklik edilib. Qənaətbəxş aktivlərdə milli valyutada olan istehlak və biznes kreditləri üzrə 1%, xarici valyutada 2%, digər aktivlər üzrə isə 1% müəyyən edilib. Nəzarət altında olan aktivlərdə manatla istehlak kreditləri üzrə 5%, xarici valyutada 10%, biznes kreditləri üzrə 2%, xarici valyutada 3%, digər aktivlər üzrə isə 2% müəyyən olunub. Qeyri-qənatəbəxş aktivlərdə isə bütün hallarda 25%, təhlükəli aktivlərdə 50%, ümidsiz aktivlərdə 100% müəyyən edilib. Qeyd edək ki, əvvəlki qaydaya əsasən isə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilmişdi: qənaətbəxş aktivlər – 1%, nəzarət altında olan aktivlər – 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzar ət altında olan aktivlər isə 1%, qeyri-qənaətbəxş aktivlər – 25% , təhlükəli aktivlər – 50%, ümidsiz aktivlər – 100%. Həmçinin, dəyişikliyə əsasən artıq istehlak kreditləri aşağıdakı kimi təsnifləşdirilib: 31-90 gün gecikmədə nəzarət altında olan, 91-120 gün olduqda qeyri-qənaətbəxş, 121-150 gün olduqda qeyri-qənaətbəxş, 150 gündən artıq gecikmədə isə ümidsiz kaktivlər kimi müəyyənləşdirilir. Qeyd edək ki, bundan əvvəl əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 31 gündən 60 günədək gecikdirilmiş kreditlər nəzarət altında olan aktivlər kimi, 61 gündən 90 günədək gecikdirilmiş kreditlər qeyri-qənaətbəxş aktivlər kimi, 91 gündən 120 günədək gecikdirilmiş kreditlər təhlükəli aktivlər kimi, 120 gündən artıq gecikdirilmiş kreditlər ümidsiz aktivlər kimi müəyyən edilmişdi. Qeyd edək ki, qərar 2019-cu il mayın 29-dan qüvvəyə minəcək.
Aktivlərin təsnifləşdirilməsi
Mayın 29-dan etibarən Azərbaycanda “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” qüvvəyə minib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu qaydalar 2018-ci ilin noyabr ayında MBNP tərəfindən təsdiq olunub.
Qaydalara əsasən, aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart
aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları üzrə ayrılıqda həyata keçirilir. İki təsnifləşdirmə nəticəsində aktiv üzrə təsnifat kateqoriyaları biri-birindən fərqli olduqda, aşağı olan təsnifat kateqoriyası əsas götürülür. Qənaətbəxş aktivlər ən yüksək, ümidsiz aktivlər isə ən aşağı təsnifat kateqoriyasıdır. Həmçinin yeni qaydalar aktivlərin təminatlı və təminatsız aktivlərə təsnifləşdirilməsini nəzərdə tutur.
Aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Aktivin təminatının bazar qiyməti təminat məqbul təminat olduqda aktivin ümumi məbləğinin 100%-dən, təminat məqbul təminat olmadıqda isə aktivin ümumi məbləğinin 150%-dən aşağı düşdükdə, təminatlı aktivlər təminatsız aktivlər üzrə müəyyən edilmiş gecikmə günləri üzrə təsnifləşdirilir.
Aktivin gecikmə müddəti müvafiq müqavilədə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.
Aktivin hər təsnifat kateqoriyası özünün göstəriciləri və meyarlarına malikdir.
Bundan əlavə, qaydalar aktivlər üzrə ehtiyatların yaradılması və və ümidsiz aktivlərin silinməsi, istehlak kreditlərinin təsnifləşdirilməsi, restrukturizasiya olunmuş aktivlərin təsnifləşdirilməsi, banklararası tələblərin təsnifləşdirilməsi, balansdankənar öhdəliklərin təsnifləşdirilməsini müəyyən edir.
Qeyd edək ki, bu dəyişiklikdə həmçinin istehlak kreditlərindəki DTI əmsalının da aşağı yuxarı həddində dəyişiklik olmuşdu.
Comments are closed, but trackbacks and pingbacks are open.