Press "Enter" to skip to content

Ali məktəb psixologiyası

Məktəb psixoloqlarının əksəriyyəti ibtidai və orta məktəblərdə işləyir, digərləri isə özəl klinikalarda, xəstəxanalarda, dövlət qurumlarında və universitetlərdə çalışırlar. Bəziləri xüsusi təcrübə keçirməyi və xüsusilə də məktəb psixologiyasında doktorluq dərəcəsi alan məsləhətçilər kimi xidmət edir.

kurrikulum ve tehsil

Uşaq psixologiyasının müstəqil bir elm sahəsinə çevrilməsi uzunmüddətli bir proses olmuşdur.Dünya mədəniyyətinin və fəlsəfi fikrinin mütərəqqi nümayəndələri həmişə uşağın psixikasının təbiətinə, onun təlimi və tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirmişlər.Uşağın doğulması, böyüməsi kimi təbii-bioloji hadisələrlə yanaşı, onun əqlinin, şüurunun, dünyagörüşü və əxlaqının formalaşdırılması çox qədim dövrlərdən etibarən yaşlıları düşündürən bir problem kimi diqəti cəlb edir.Qədim Şumer, Çin, Misir, Hind,Yunan yazılı abidələrində, dünya xalqlarının folklorunda uşaqların həyatı, onların təlimi, tərbiyəsi və inkişafı haqqında qiymətli fikirlərə rast gəlmək mümükündür.

Təlim və tərbiyə məsələləri ilə əlaqədar uşaq psixikasının xüsusiyyətlərinə maraq yeni dövrün qabaqcıl elmi-pedoqoji fikrində mühüm yer tutmağa başlamışdı.XVII əsrdən başlayaraq dünya pedoqoqu fikrində mütərəqqi ideyalar genişlənməyə başlayır.Çex pedoqoqu Y.A.Komenskinin didaktik görüşləri sistemində yaş dövrləri, uşağın inkişafının xüsusiyyətləri, dərketmə fəaliyyətinin yaş xüsusiyyətlərindən asılılığı və.s haqqında qiymətli ideyalar diqqəti cəlb edir.”Ana qucağı məktəbi” adlı əsəri uşaq aləminə, xüsusiyyətlərinə aid olması baxımından uşaq psixologiyası haqqında yazılmış çox dəyərli elmi əsər kimi qiymətləndirilə bilər.XVIII əsr Rusiyada Fatışev, Novikov, Radisşev və başqa mütəfəkkirlərin əsərlərində psixikanın inkişaf xüsusiyyətlərini, uşaq psixikasının yaşlı adamın psixikasından əsaslı şəkildə fərqli cəhətlərə malik olması haqqında fikirlərə rast gəlmək mümkündür.Radişsevin fikrincə uşağın psixikası bədənin maddi orqanlarının, sinirlərin və beynin funksiyasıdır, onların inkişafı psixikanı formalaşdırır.Uşaq psixologiyasının inkişafında böyük xidmətləri olan və zəngin irs qoyub getmiş dünya şöhrətli alimlərdən 1 rus pedaqoq və psixoloqu Uşinskdir.O, insanın bitgin psixoloji konsepsiyanı yaratmağa cəhd göstərmiş. Təlim fəaliyyətində hafizə, diqqət, nitq, təfəkkür, hisslər və digər psixi proseslərin əhəmiyyətini elmi cəhətdən əsaslandırılmışdır.Ana dili şüurlu mənimsənilməsinin zəruriliyi, nitqlə təfəkkürün bir-birinə ayrılmaz surətdə bağlı olan vahid bir proses olması fikri diqqəti xüsusi olaraq qeyd olunur.Uşinski adətləri “mənimsənilmiş refleks” adlandırılmış və xeyrli adətlər insanın özünün öz sinir sisteminə qoyduğu mənəvi kapitaldır deyirdi.Uşinski qabaqcıl pedoqogikanın vəzifəsini mexaniki, sxolastik təlimi aradan qaldırmaqda, fiziki, mənəvi və əqli inkişafı təbii-elmi əsaslar üzərində qurmaqda görürdü.

Alman fizioloqu Preyerin “Uşağın ruhi” əsərində uşaqların psixi inkişafının öyrənilməsi sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur.XIX əsrin 80-cı illərindən etibarən rus nevroloqu Bexterev özünün Petya adlı yaşyarımlıq oğlu üzərində müşahidələr aparmış və emosional reaksiyaların siyahısın tərtib etmişdi.XIX əsrin sonu, XX əsrin əvvələrində insanın həyatında sosial hadisələrə maraq genişlənməyə başlayır.Fəhlə hərakatları, tətillər, müharibə və böhran kimi sosial prosesləri öyrənmək üçün psixologiyada sosialoji istiqamət adlanan nəzəriyyə meydana gəlir.Bu nəzəriyyəyə görə uşağın inkişafı ona ətraf sosial mühitin birbaşa təsirinin nəticəsidir.Sosial nəzəriyyənin tərəfdarları sırasında fransız sosioloqları Tard, Dyurkleym, Blondelin və isveçrə psixoloqu Piajenin adını çəkmək olar.Fransız psixoloqu Jane hər bir insanın psixikasının inkişafının əsas prinsipi insanlar arasındakı qarşılıqlı münasibətlərdir və uşağın psixi inkişafının 4 səviyyəsini fərqləndirirdi: 1. Motot(hərəki) reaksiyaların inkişafilə xarakterizə olunur.Uşağın gələcək inkişafında bu reaksiyaların özləri deyil, onların sosial cəhətdən şərtlənmiş olması əsas amildir.2.Perspektiv əməliyyatların mənimsənilməsidir ki, burada əşyavi fəaliyyətin mənimsənilməsi əsas amil olub, təxirəsalınmış əməliyyatlar şəklində sonralar hafizənin inkişafını şərtləndirir.3.sosial-şəxsi səviyyədir ki. bu səviyyədə uşaq öz hərəkətlərinin başqa adamlarının hərəkətlərilə uyğuluğunu dərk edir.4.Elementar intellektual davranış uşağın nitqinin inkişafı və onun köməyi ilə ətrafdakıların tələb etdiyi kimi əməliyyatları mükəmməl surətdə icra etməyə nail olur.Nitqə yiyələnmək uşağa təfəkkürün inkişafı üçün əlverişli şərait yaradır.

Alman psixoloqu Ştern, Avstriya psixiatrı Freyd, rus psixoloqu Viqotski, Luriya, Leotyev, Rubinnşteyn, İsveçrə psixoloqu Piaje uşağın inkişafı ilə bağlı müxtəlif fikirlər söyləmişlər.Uşağın psixi inkişafına dialektik yanaşma baxımından diqqəti cəlb edən konsepsiyalardan biri kimi mütərəqqi fransız psixoloqu Vallan tərəfindən yaradılmışdır.Uşağın ontongenzə inkişafı aləmin fikrincə aşağıdakı mərhələlərdən ibarətdir.1.Bətndaxili mərhələ: Bu mərhələdə rüşeym ananın orqanizmindən tam asılı vəziyyətdədir.2.Hərəki impulsivlik mərhələsi ( anadan olandan 6 ayadək).Uşağın qidaya və hərəki fəallığa olan təlabatı spazmatik dartınmalarda, çığırtı, hərəkət və jestlərdə təzahür edir.3. Emosional mərhələ ( 1-3 yaş) Uşaq mimika və jestlərdən istifadə etməklə ətrafdakı adamlarla özünün qarşılıqlı münasibətlərini yaradır. Ağrı, qəzəb, simpatiya, məmnunluq hisslərinin xarici ifadəsi aşkar nəzərə çarpır.Uşağın ənçox əlaqəsi ana ilə bağlı olur, onun inkişafını stimullaşdırır.4.Semsomotor mərhələ ( 1-3) uşağının diqqətinin ətraf aləmə yönəlməsi, yaxın sosial əhatə ilə qarşılıqlı münasibətlərinin formalaşması, bələdləşmə refleksi, yerimə, nitqin meydana çıxması ilə xarakterizə olunur.5. Personalizm mərhələsi ( 3-5) 3 yaşın böhranı ilə başlanır, uşaqda “mən” hissinin və hərəkətlərdə böyük müstəqillik cəhdinin yaranmasilə müşayət olunur.Sonra uşaqda ətrafdakıların diqqət mərkəzində olmaq, başqa adamları yamsılamaq istəyi təzahür edir.6.Fərqləndirmə mərhələsi ( 6-11).Uşağın qarşılıqlı münasibətlər dairəsi genişlənir.Kollektivdə o özünü həm azad, həm də asılı vəziyyətdə hiss edir, fərqlənməyə çalışır, kollektivdə müəyyən yer tutmaq istəyi təzahür edir.7. Cinsi yetişmə və gənlik mərhələsində şəxsiyyətin münasibətsiz inkişafı ilə xarakterizə olunur.Psixikanın inkişafı aydın ifadəli ziddiyətlərlə fərqlənir.Məhəbbət və nifrət, özünə inam, inamsızlıq, səmimiyyət, utancaqlıq kimi hisslər, həyat idealları davranışında real gücə malik olur.Amerikan psixoloqu C.Bruner qeyd edirdi ki, 7 yaşlı uşağın beyni inteqral və diferensial tənlikləri həll etmək və ya dialektik matearilizm fəlsəfəsinin əsaslarını öyrənmək üçün sadəcə olaraq hələ yetişməmişdir, lakin bilməliyik ki, beyin strukturlarının üzvü yetişməsi sırf bioloji qanunlar əsasında baş verir.Mühit, təlim və tərbiyə amillərinin rolu ilə danılmazdır.XX əsrin ortalarından başlayaraq Rusiyada uşaq psixologiyası sahəsində eksperimental tədqiqatlar geniş vüsət almışdı.Rus psixoloqlarından Mençinskaya, Zaparojets, Lyublinskaya, Davıdov, Linçenzo, Mixina, Elkonin, Vender, Boyovik, Xripkova, Lipkina və başqaları uşaq psixikasının müxtəlif cəhətdən öyrənmək sahəsində uğurlu elmi nəticələr əldə edərək, uşaq fəaliyyətinin səmərəli təşkili, təlim-tərbiyə proseslərinin keyfiyyətinin yüksəldilməsi üçün mövcud pedoqoji təcrübəni qabaqlayan dəyərli təkliflər irəli sürmüşlər.

Azərbaycanda uşaq psixologiyası sahəsində tədqiqatlara ötən əsrin 20-ci illərindən təsadüf olunur.İlk əsərlər Azərbaycan da çalışan rus alimi Makovelski tərəfindən yazılmış “Pedoqoji” “Körpə uşaqları tərbiyəsi”, “Təlim-tərbiyənin psixolji əsasları” və.s ibarətdir.XX əsrin 50-ci illərindən etibarən Azərbaycanda psixoloqların yeni nəsli yetişməyə başlayır.Ə.K.Zəkiyev uşaq psixikasının ayrı-ayrı xüsusiyyətlərinə aydınlıq gətirmiş, milli psixoloqların hazırlanmasında gərgin əmək sərf etmişdir.Az.psixoloqu M.C.Məhərrəmovun “Məktəblilərin iradəsini tərbiyə etmək haqqında ”, “İradə tərbiyəsinin yolları”, “Məktəblilərin xarakterini tərbiyə etmək haqqında ” və.s kimi əsərləri bu cəhətdən diqqətəlayiq tədqiqatlar kimi qiymətləndirir.70-ci illərdə professor Ş.S.Ağayev “Uşaqlarda mədəni vərdiş və adətlərin tərbiyə edilməsi ”, “Uşaq psixologiyası məsələlərinə dair” və.s əsərlər psixoloqun tədqiqatlarının nəticəsidir.Azərbaycan psixoloqlarının layiqli nümayəndəsi Ə.S.Bayramov XX əsr Azərbaycan psixologiya elminin inkişafına və milli psixoloqların hazırlanmasına layiqli töhfə vermişdir.“Uşaqlarda məsuliyyət hissini tərbiyəsi”, “Uşaqlarda əxlaqi hisslərin tərbiyəsi ”, “Şagirdlərəd əqli keyfiyətlərin inkişaf xüsusiyyətləri “ və.s və bir çox əsərləri uşaq psixologiyası elminə qiymətli töhfədir.Alim, psixoloq Ə.Əlizadə Azərbaycan psixologiya elminin inkişafında xidmətləri çox böyükdür.“Uşaqlarda diqqətin tərbiyə edilməsi ”, “Uşaqlarda kollektivçilik hissinin ” tərbiyə edilməsi, “Şagirdlərdə şəxsiyyətin inkişafı və tərbiyəsi”, M.Ə.Həmzəyevin “kiçik yaşlı məktəblilərin psixoloji xüsusiyyətləri”, “Yaş psixologiyasının əsasları”, professor Ə.Ə.Qədirovun “Uşaqların psixoloji xüsusiyyətləri”, “Uşaqlarda idrak proseslərinin inkişafı”. “yaş psixologiyası”, İ.M.mehdizadənin 3 hissəli “Uşaq psixologiyası”, dosent E.M.Quliyevin “Kiçik məktəblinin psixologiyası” və.s kimi əsərləri uşaq psixologiyası sahəsində faydalı tədqiqat əsərləri olub,ali məktəb tələbələrinin peşə hazırlığında faydalı mənbə rolunu oynamaqdadır.

Ali hisslər

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsin­dən, dünya­gö­rü­şündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s.
Sadə (ibtidai) hisslər – isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Deməli, əxlaqi hisslər, müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.
Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır.
İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər. Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan halda həmin şəxs müvafiq normalara müsbət münasibət bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, fərdiyyətçilik, məsuliyyətsizlik, həyasızlıq, vicdansızlıq, namuzsuzluq və s. bu cür hisslərdir.
Bəzən də elə olur ki, insan öz hərəkətinin, rəftarının cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını, düzgün hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn iztirab, xəcalət, təəssüf, peşmançılıq, rüsvayçılıq da əxlaqi hisslər hesab olunur. Deməli əxlaqi hisslər qavrayış obyektinə bəslənən müsbət və ya mənfi münasibətlərin əks etdirilməsidir. İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön plana çəkilməlidir. Çünki, özünüdərketmənin kökləri şüurla, əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı əlaqədə daha səmərəli inkişaf edir.
İntellektual (zehni) hisslər – insanın zehni (idrak) fəaliyyəti ilə əlaqəli şəkildə əmələ gəlir. Bu cür hisslər insanı ətraf aləmin sirlərinə, özünün eləcə də başqasının rəftar və davranışının səbəbini daha dərindən dərk etməyə sövq edir. Maraq, inam, səbr, təəccüb, şübhə, yəqinlik, fəhm, heyrət, yenilik və s. intellektual hisslər hesab olunur.
Beləliklə intellektual hisslər insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hisslərdir. Təlim prosesində elmi axtarışlar zamanı, yaradıcı fəaliyyətdə zehni hisslərin hesabına insan fəaliyyəti daha da səmərəli olur. Zehni hisslərin təsiri nəticəsində insan ətraf aləmin sirlərinə, həll etməli olduğu problemlərin mahiyyətinə daha yaxşı nüfuz edir və onu həll edir. Ümumən insanın idrak fəaliyyətinin səmərəliliyi, başqa psixi hadisələrlə yanaşı həm də zehni hisslərlə şərtlənir.
Azərbaycan xalqın müqtədir oğlu, fəlsəfi-romantik şerimizin banisi Hüseyn Cavidin fəlsəfəsi, Rene Dekartın: «Hər şeyə şübhə ilə yanaş! – Budur həqiqətin meyarı» fəlsəfi kredosu ilə səsləşir:

Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli – hikmətin babası,
Şübhə artarsa həm yəqin artar,
Mərifət nuri şübhədən parlar.
Səhvinizdən ta ki doğsun şübhələr,
Həp seçilsin haqqü batil, xeyrü şər.

İdrak prosesləri ilə emosiya və hisslərin dialektik vəhdət təşkil etməsi – müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyət kəsb edən qanundur. Odur ki, hər bir müəllim təlim prosesində şagirdin idrak fəaliyyətini, onun intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu cür fəallıq nəticə etibarı ilə təfəkkürün, ağlın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji təfəkkür, təhsilin humanist­ləşdirilməsi, humanitarlaşdırılması, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil etməlidir.
Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. Füsünkar təbiət mənzərələri, insan gözəlliyi, incəsənət əsərləri, ecazkar musiqi və s. insanda estetik hisslər doğurur. Estetik hisslərə insan ictimai təcrübəni mənimsəməklə yiyələnmişdir. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür.
Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlar. Bu mənada musiqi terapiya, art terapiya və naturapsixoterapiyada musiqi, incəsənət əsərləri və təbiət gözəlliklərindən müalicə vasitəsi kimi istifadə olunur. Deməli estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi sağlamlığının əsas şərtini təşkil edir. Vaxtılə Aristotel incəsənət əsərlərinin qavranılmasının insanın psixoloji və fizioloji vəziyyətinə müsbət təsirini qeyd etmiş və bu halı «təmizlənmə» (katarsis) adlandırmışdır.
Estetik hisslər insan psixikasına stenik təsir göstər­məklə orqanizmin funksiyasını aktivləşdirir, bədəni gümrah edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. estetik hisslər hesab olunur. İnsan hisslərin köməyi ilə ətrafda baş verən hadisələrə münasibətini bildirir, başqaları ilə qarşılıqlı münasibətini tənzimləyir, həm də özünün psixoloji sağlamlığını təmin etməyə cəhd göstərir. İnsanın estetik hisslərinə əxlaqi, intellektual hissləri, eləcə də dünyagörüşü və yaşadığı sosial mühit də təsir göstərir.
Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. Dərs zamanı qarşılıqlı əlaqənin yaranması, izah olunan məsələnin şagirdlər tərəfindən aydın başa düşüldüyünü gördükdə, eləcə də pedaqoji refleksiyaya müraciət edərkən keçirilən dərsdə məqsədə nail olunması ilə bağlı müəllimin keçirdiyi hisslər praksis hisslər hesab olunur. Praksis hisslər yaradıcı hisslər kimi təzahür edir.
Beləliklə fəaliyyət prosesində göstərilən səydən asılı olaraq işin gedişinə və nəticəsinə bəslənən münasibətlə bağlı baş qaldıran hisslər praksis hisslər adlanır. Fəaliyyətin, işin mənimsənilmə səviyyəsindən asılı olaraq, praksis hisslər bəzi hallarda işin gedişi ilə bağlı, bəzi hallarda isə fəaliyyətin nəticəsi ilə bağlı olur. Çətin tapşırığın, məsələnin düzgün həllinin tapılması ilə bağlı tələbənin keçirdiyi sevinc hissi praksis hiss kimi xarakterizə olunur. Yaxud da problemin həlli ilə bağlı uğursuz axtarışlardan yaranan həyəcan, gərginlik, məyusluq və s. neqativ məzmunlu praksis hisslərdəndir.

Beləliklə, insanın şəxsiyyət kimi psixoloji portretinin mühüm cizgiləri olan ali hisslər bir – birindən təcrid olunmuş halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir.

Psixologiya əsas şöbələri

Psixoloqlar insan ağlı və davranışını necə düşünür və öyrənirlər? Psixologiya belə böyük bir mövzudur və mövzu dərinliyi və genişliyi çətin ola bilər. Nəticədə psixologiyanın bir sıra unikal və fərqli filialları nəzərə, beynə və davranışa dair xüsusi subtopiklərlə məşğul olmaq üçün ortaya çıxdı.

Hər filial və ya sahədə suallar və problemlər müxtəlif baxımdan baxır.

Hər bir psixoloji problemə və ya narahatlığa öz diqqət yetirməli olsa da, bütün sahələr insan düşüncəsi və davranışını öyrənmək və izah etmək üçün ümumi məqsədi paylaşır.

Psixologiya təxminən iki əsas sahəyə bölünə bilər:

  1. Bizim məlumat bazamızı artırmaq üçün axtarış aparan tədqiqat
  2. Bizim biliklərimiz real dünyada problemlərin həllinə tətbiq edilən təcrübə

İnsan davranışı çox müxtəlif olduğundan, psixologiya alt sahələrində daim daim böyüyür və inkişaf edir. Bu alt sahələrin bəziləri maraq sahələri kimi möhkəm şəkildə qurulmuşdur və bir çox kollec və universitet bu mövzularda kurslar və dərəcə proqramları təklif edir.

Hər bir psixologiya sahəsi müəyyən bir mövzuya yönəldilmiş xüsusi bir sahəni təmsil edir. Çox vaxt psixoloqlar bu sahələrdən birində karyera kimi ixtisaslaşırlar. Aşağıdakılar yalnız psixoloji əsas sahələrinin bir hissəsidir. Bu ixtisas sahələrinin bir çoxu üçün, bu sahədə işləmək, bu sahədəki əlavə magistr təhsilini tələb edir.

Anormal Psixologiya

Anormal psixologiya psikopatoloji və anormal davranışlara baxan sahədir. Psixi sağlamlıq mütəxəssisləri anksiyete və depressiya daxil olmaqla, müxtəlif psixoloji xəstəliklərin qiymətləndirilməsini, diaqnozunu və müalicəsini həyata keçirir. Məsləhətçilər, klinik psixoloqlar və psixoterapevərlər tez-tez bu sahədə işləyirlər.

Davranış Psixologiyası

Davranış psixologiyası , həmçinin davranışçılıq kimi tanınır, bütün davranışların kondisionerlə əldə ediləcəyi fikri əsasında öyrənmə nəzəriyyəsidir. XX əsrin birinci hissəsində psixologiya bu sahəyə hakim olsa da, 1950-ci illərdə daha az görkəmli oldu. Bununla yanaşı, davranış üsulları terapiya, təhsil və digər bir çox sahələrdə əsas yer tutur.

İnsanlar davranış strategiyasını istifadə edirlər və belə davranışları öyrətmək və ya dəyişdirmək üçün klassik kondisioner və operant kondisioner kimi istifadə olunur. Məsələn, bir müəllim sinifdə davranmalarını öyrətmək üçün bir mükafat sistemi istifadə edə bilər. Tələbələr yaxşı olduqda, onlar qızıl ulduzları ala bilirlər, sonra bir növ xüsusi imtiyaz üçün çevrilə bilərlər.

Biopsixologiya

Biyopsixologiya psixologiyanın bir şöbəsi beynin, nöronların və sinir sisteminin düşüncələrini, hisslərini və davranışlarını necə təsir etdiyinə yönəlib. Bu sahə əsas psixologiya, eksperimental psixologiya, biologiya, fiziologiya, bilişsel psixologiya və nevroloji də daxil olmaqla bir çox müxtəlif fənnlər üzərində cəmləşdirir.

Bu sahədə çalışan insanlar tez-tez beyin xəsarəti və beyin xəstəliklərinin insan davranışını necə təsir etdiyini öyrənirlər. Biopsikoloji də bəzən fizioloji psixologiya, davranış nörobilimi və ya psixologiya kimi istinad edilir.

Klinik Psixologiya

Klinik psixologiya , psixi xəstəliyin qiymətləndirilməsi və müalicəsi, anormal davranış və psixiatrik xəstəliklər ilə əlaqəli psixologiya şöbəsidir. Klinisyenler tez-tez özəl təcrübələrdə işləyirlər, lakin bir çoxları icma mərkəzlərində və ya universitetlərdə və kolleclərdə çalışırlar. Digərləri həkimlər, psixiatrlar və digər psixi sağlamlıq işçiləri daxil ola biləcək əməkdaşlıq qrupunun tərkib hissəsi olaraq xəstəxana quruluşlarında və ya zehni sağlamlıq klinikalarında çalışırlar.

Kognitif Psixologiya

Bilişsel psixologiya , daxili ruhi dövlətlərə yönəlmiş psixologiya sahəsidir. Bu psixologiya sahəsi 1960-cı illərdə ortaya çıxandan bəri böyüməyə davam etdi.

Bu psixologiya sahəsi insanların düşüncə, öyrənmə və yadda saxlamaq elminə əsaslanır.

Bu sahədə işləyən psixoloqlar tez-tez qavrayış, motivasiya , duyğu, dil, öyrənmə, yaddaş, diqqət , qərar qəbul etmə və problemlərin həlli kimi şeyləri öyrənirlər. Bilişsel psixoloqlar tez-tez beynin necə saxlandığını və məlumatları bir kompüter kimi çox işlədiyini irəli sürərək zehni necə işlədiyini təsvir etmək üçün məlumat emal modelini istifadə edirlər.

Müqayisəli Psixologiya

Müqayisəli psixologiya , heyvan davranışının öyrənilməsi ilə əlaqəli psixologiya sahəsidir. Heyvan davranışının öyrənilməsi insan psixologiyasını daha dərindən və daha geniş bir anlayışa gətirə bilər. Bu sahə Charles Darwin və Georges Romanes kimi tədqiqatçıların işində kökləri var və çoxlu disiplinlərarası bir mövzuya çevrildi. Psixoloqlar bioloq, antropologiya mütəxəssisi, ekolog, genetik və s.

Məsləhət Psixologiya

Məsləhət psixologiyası psixologiya sahəsində ən böyük fərdi alt sahələrdən biridir. Psixi narahatlıq yaşayan və müxtəlif psixoloji simptomları müştərilərə müalicə etmək üçün mərkəzləşdirilmişdir. Məsləhət Psixologiya Cəmiyyəti sahəni sosial və emosional sağlamlığı inkişaf etdirərək, sağlamlıq, iş, ailə, nikah və daha çox narahatlıqları aradan qaldırmaq yolu ilə həyat boyu kişilərarası fəaliyyətin inkişaf etdirə biləcəyi bir sahə kimi təsvir edir.

Kulturoloji Psixologiya

Kulturoloji psixologiya , insan davranışına təsir edən mədəni faktorların necə göründüyü bir psixologiya şöbəsidir. Beynəlxalq Kros-Mədəni Psixologiya Assosiasiyası (IACCP) 1972-ci ildə yaradılıb və bu dövrdən bu yana psixoloji sahəsinin inkişafı və inkişafı davam edir. Bu gün dünyada psixoloqların sayının artması dünyanın müxtəlif mədəniyyətləri arasında davranışın necə fərqləndiyini araşdırır.

İnkişaf Psixologiyası

İnkişaf psixologiyası insanların bütün həyat müddətində necə dəyişdiyini və böyüməsinə diqqət yetirir. İnsan inkişafı elmi tədqiqat insanları həyatın necə və nə üçün dəyişdirdiyini anlamaq və izah etməyə çalışır. İnkişaf edən psixoloqlar tez-tez fiziki artım, intellektual inkişaf, emosional dəyişikliklər, sosial inkişaf və ömür boyu baş verən dəyişikliklər kimi şeyləri öyrənirlər.

Bu psixoloqlar ümumiyyətlə körpə, uşaq, yeniyetmələr və ya geriatrik inkişaf kimi sahələrdə ixtisaslaşır, digərləri isə inkişaf gecikmələrinin təsirlərini öyrənə bilərlər. Bu sahə, prenatal inkişafdan Alzheimer xəstəliyinə qədər olan hər şeyi əhatə edən çox sayda mövzunu əhatə edir.

Təhsil Psixologiyası

Təhsil psixologiyası məktəblər, psixologiya, təhsil məsələləri və tələbə narahatlığı ilə bağlı psixologiya sahəsidir. Təhsil psixologları tələbələrin tələbələrin, valideynlərin, müəllimlərin və administratorların tələbələri öyrənmək və ya öyrənmək üçün birbaşa necə öyrənirlər. Onlar müxtəlif dəyişənlərin fərdi tələbə nəticələrini necə təsir etdiyini öyrənə bilərlər. Onlar həmçinin əlilliyi öyrənmək, istedadlılıq, təlimat prosesi və fərdi fərqlər kimi mövzularda tədqiq edirlər.

Eksperimental Psixologiya

Eksperimental psixologiya , beynin və davranışın araşdırılması üçün elmi metodlardan istifadə edən psixologiya şöbəsidir. Bu üsullardan bir çoxu uşaqlıq inkişafından sosial məsələlərə qədər hər şeyi araşdırmaq üçün psixologiyanın digər sahələri tərəfindən də istifadə olunur. Eksperimental psixoloqlar kolleclər, universitetlər, tədqiqat mərkəzləri, hökumət və özəl bizneslər daxil olmaqla, müxtəlif şəraitdə işləyirlər.

Eksperimental psixoloqlar bir sıra insan davranışları və psixoloji hadisələri öyrənmək üçün elmi üsuldan istifadə edirlər. Psixologiya bu şöbəsi tez-tez psixologiya daxilində fərqli bir alt sahə kimi baxılır, lakin təcrübi üsullar və metodlar həqiqətən psixologiya hər subfield ərzində geniş istifadə olunur. Eksperimental psixologiyada istifadə edilən bəzi üsullar arasında təcrübə, əlaqəli tədqiqatlar , nümunə tədqiqatları və təbii müşahidələr daxildir .

Ədli Psixologiya

Ədli psixologiya psixologiya və qanuna aid məsələlərlə məşğul olan ixtisas sahəsidir. Bu sahədə psixoloji işləyənlər hüquqi məsələlərə psixoloji prinsiplər tətbiq edirlər. Bu, cinayət davranışını və müalicələrini öyrənmək və ya məhkəmə sistemində birbaşa işləməklə məşğul ola bilər.

Məhkəmə psixoloqları məhkəmə işlərində şahidlik göstərilməsi, uşaqların istismarı ilə bağlı şübhəli hallarda uşaqların qiymətləndirilməsi, uşaqları ifadə verməyə hazırlamaq və cinayət şübhəlilərinin ruhi yetkinliyini qiymətləndirmək də daxil olmaqla, müxtəlif vəzifələri yerinə yetirir.

Psixologiya bu şöbəsi psixologiya və hüququn kəsişməsi kimi müəyyən edilir, amma məhkəmə psixoloqları bu təyinatın dəyişə biləcəyi üçün bir çox rol oynaya bilər. Bir çox hallarda, məhkəmə psixologiyasında çalışan insanlar mütləq “məhkəmə psixoloqlar” deyildir. Bu şəxslər klinik psixoloqlar, məktəb psixoloqları , nevrologlar və ya psixoloji ekspertizalarını verən, hüquqi və ya cinayət işləri üzrə təhqiqat və ya tövsiyələr vermək üçün məsləhətçi ola bilərlər.

Sağlamlıq Psixologiyası

Sağlamlıq psixologiyası bioloji, psixoloji, davranış və sosial faktorların sağlamlığa və xəstəliklərə necə təsir etdiyinə diqqət yetirən bir ixtisas sahəsidir. Tibbi psixologiya və davranışçı tibb daxil olmaqla digər şərtlər bəzən sağlamlıq psixologiyası ilə əvəzləşdirilir. Sağlamlıq psixologiyası sahəsi səhiyyə, eləcə də xəstəlik və xəstəliklərin qarşısının alınması və müalicəsinə yönəldilmişdir.

Sağlamlıq psixoloqları müxtəlif sahələrdə sağlamlığının artırılmasında maraqlıdır. Bu peşəkarlar yalnız sağlam davranışları təşviq etmir, xəstəlik və xəstəliklərin qarşısının alınması və müalicəsi üzərində işləyirlər. Sağlamlıq psixologları tez-tez çəki idarə edilməsi, siqaret çəkilmə, stress idarə edilməsi və bəslənmə kimi səhiyyələ bağlı məsələlərlə məşğul olurlar.

Onlar həmçinin insanların xəstəliklərlə necə qarşılaşdığını araşdırır və xəstələrə yeni, daha effektiv mübarizə strategiyalarını axtarmaq üçün kömək edə bilər. Bu sahədə bəzi mütəxəssislər layihə qarşısının alınmasına və ictimaiyyətin məlumatlandırılmasına kömək edir, digərləri isə səhiyyə siyasətini təkmilləşdirmək üçün hökumət daxilində çalışırlar.

Sənaye-təşkilati psixologiya

Sənaye-təşkilati psixologiya məhsuldarlıq və davranış kimi iş yerlərində araşdırma aparmaq üçün psixoloji prinsipləri tətbiq edən bir filialdır. I / O psixologiyası kimi istinad edilən bu psixologiya sahəsi iş yerində məhsuldarlığı və səmərəliliyinin artırılması üçün işləyir, eyni zamanda işçilərin rifahını artırır. IO psixologiyasında tədqiqat real tədqiqat kimi tanınır, çünki real dünya problemlərini həll etməyə çalışır. IO psixoloqları işçi davranışı, işçi davranışları, təşkilati proseslər və liderlik kimi mövzular üzərində işləyir.

Bu sahədə bəzi psixoloqlar insan amilləri , erqonomik və insan-kompüter qarşılıqlı fəaliyyət sahələrində çalışırlar. İnsan faktorları psixologiyası insan səhvi, məhsul dizaynı, erqonomiya, insan qabiliyyəti və insan kompüter qarşılıqlılığı kimi mövzulara yönəldilən disiplinlər arası bir sahədir. İnsan faktorlarında işləyən insanlar iş yerindəki və xaricindəki məhsullar və maşınlarla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə diqqət yetirirlər. Yaralanma dərəcəsini minimuma endirmək və ya daha doğrusu və təkmilləşdirilmiş təhlükəsizliyi təmin edən iş yerləri yaratmaq məqsədilə dizayn məhsullarına kömək edə bilərlər.

Şəxsiyyət Psixologiyası

Şəxsiyyət psixologiyası psixologiya şöbəsidir ki, düşüncə tərzləri, hissləri və davranışları öyrənməyə yönəldilmişdir. Şəxsiyyətin klassik nəzəriyyələri Freydin psixoanalitik şəxsiyyət nəzəriyyəsini və Eriksonun psixososial inkişaf nəzəriyyəsini əhatə edir . Şəxsiyyət psixologları genetik, valideynçilik və sosial təcrübələr kimi müxtəlif faktorların şəxsiyyətin necə inkişaf etdiyini və dəyişdiyini necə öyrənə bilər.

Məktəb Psixologiyası

Məktəb psixologiyası uşaqların akademik, emosional və sosial məsələlərlə məşğul olmasına kömək etmək üçün məktəblərdə işləyən bir sahədir. Məktəb psixologları da sağlam bir təhsil mühiti yaratmaqda kömək etmək üçün müəllimlər, tələbələr və valideynlər ilə əməkdaşlıq edir.

Məktəb psixoloqlarının əksəriyyəti ibtidai və orta məktəblərdə işləyir, digərləri isə özəl klinikalarda, xəstəxanalarda, dövlət qurumlarında və universitetlərdə çalışırlar. Bəziləri xüsusi təcrübə keçirməyi və xüsusilə də məktəb psixologiyasında doktorluq dərəcəsi alan məsləhətçilər kimi xidmət edir.

Sosial Psixologiya

Sosial psixologiya sosial davranışı izah etmək və anlamaq üçün çalışır və qrup davranışı, sosial qarşılıqlı təsirlər, liderlik , sözsüz əlaqələr və qərarların qəbul edilməsində sosial təsirlər daxil olmaqla müxtəlif mövzulara baxır.

Bu psixologiya sahəsi qrup davranışı, ictimai qəbul, sözsüz davranış, uyğunluq , təcavüz və ön mühakimə kimi mövzulara diqqət yetirir. Davranışa dair sosial təsirlər sosial psixologiyaya böyük maraq göstərir, amma sosial psixoloqlar da insanların başqaları ilə necə algılandığını və qarşılıqlı əlaqələndirirlər.

İdman Psixologiya

İdman psixologiyası psixologiyanın idman, idman performansı, məşqi və fiziki fəaliyyətini necə təsir etdiyini öyrənməkdir. Bəzi idman psixoloqları işini yaxşılaşdırmaq və motivasiyanı artırmaq üçün peşəkar idmançılar və məşqçilərlə işləyirlər. Digər mütəxəssislər bütün ömür boyu insanların həyatı və rifahını artırmaq üçün idman və idmanlardan istifadə edirlər.

Bir sözdən

Psixologiya həmişə inkişaf edir və yeni sahələr və filiallar ortaya çıxmağa davam edir. Bir psixologiyanın heç bir filialı hər hansı digərdən daha vacib və ya daha yaxşı olmadığını xatırlamaq vacibdir. Hər bir sahə sizin kim olduğunuza, necə davrandığınıza və necə düşündüyünüzə təsir edən bir çox müxtəlif psixoloji faktorların dərk edilməsinə kömək edir.

Psixoloji biliklər üçün tədqiqat aparmaq və yeni tətbiqlər hazırlamaqla psixologiyanın hər bir sahədə çalışan mütəxəssislər insanlara daha yaxşı başa düşmək, qarşılaşdıqları problemlərlə üzləşmək və daha yaxşı həyat yaşamaq üçün kömək edə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.