Press "Enter" to skip to content

Ali Sinir Faliyyti Tipi v davran Sinir sisteminin

cəld və istiqanlıdırlar.Belə uşaqlar asan tərbiyə olunur və böyük
qabiliyyətə malikdir.Bu tip Hippokratın sanqvinik temperamentinə
uyğundur.
4.GÜCLÜ TƏMKİNƏ MALİK LƏNG TİP.
Əvvəlki tipə nisbətən
müsbət və mənfi şərti reflekslər çox ləng yaranır.Danışıqları aramlı sakit
təmkinli olur.Hiss olunan emosiya və əl-qol hərəkətlərinin olmaması
müşahidə edilir.Buna görə də müsbət və mənfi qıcıqlandırıcıların
birindən digərinə keçməsi reaksiyaların pozulmasına səbəb olur.Belə
uşaqlar bir qayda olaraq dərs məşğələlərində sait olmaları ilə
fərqlənirlər.Qarşılarına çıxan çətinlikləri asanlıqla həll edirlər.Əksər
hallarda belə uşaqlar yaxşı oxuyur və qabiliyyətli olurlar.Verilən
tapşırıqları ləng amma vicdanla yerinə yetirirlər.Belə tipə aid olan
adamlar Hippokratın fleqmatik temperament tipinə uyğun gəlir.
Xarici mühitin əlverişsiz amilləri ali sinir fəaliyyətini həm qısa müddət
həm də uzun müddət poza bilər.Bu vaxt böyük beyin yarımkürələrinin
qabığında oyanma və tormozlanma prosesləri nisbəti pozulur bu da
şərti reflekslərin əmələ gəlməsini pozur yaddaşın zəifləməsinə
yuxusuzluğa səbəb olur.Ali sinir fəaliyyəti pozulduqda daxili orqanların
fəaliyyətində patoloji dəyişikliklər baş verir.Pozulmuş prosesləri
doğuran səbəblər aradan qaldırılarsa həmin proseslər bərpa olur.Bunun
üçün bəzən mühiti dəyişmək yaxşı dincəlmək kifayət edir.
EDEBİYYAT/C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ
FİZİOLOGİYASI//G.A HACIYEV/İNSAN ANATOMİYASI
BAKI-2001

Ali SİNİr fəALİYYƏTİ VƏ onun tiPLƏRİ

ALİ SİNİR FƏALİYYƏTİ VƏ ONUN TİPLƏRİ.
PLAN
1)İ.M.SEÇENOV VƏ İ.P.PAVLOVUN ALİ SİNİR FƏALİYYƏTİ TƏLİMİNİN
YARADILMASINDA ROLU.
2)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ NİTQ VƏ
TƏFƏKKÜR.
3)İNSANIN ALİ SİNİR FƏALİYYƏTİNİN TİPLƏRİ.
4)ALİ SİNİR FƏALİYYƏTİNİN GİGİYENASI.
1861-cü ildə görkəmli rus fizioloqu İ.M.Seçenov heyvan və insanın ən
mürəkkəb davranışlarının şüur və təfəkkürün beyində baş verən
reflektor fəaliyyətin məhsulu olduğunu göstərən çox cəsarətli bir
fərziyyə irəli sürdü.Sonradan İ.M.Seçenov tərəfindən verilmiş bu fikirləri
İ.P.Pavlov təcrübə yolu ilə inkişaf etdirərək sübut etmişdir.Ona görə də
dünyanın elm aləmi haqlı olaraq Pavlovu ali sinir fəaliyyəti haqqında
müasir təlimin banisi hesab edir.Bu təlimlə ali sinir fəaliyyətinin elmi
əsası qoyuldu.Ali sinir fəaliyyəti beyin qabığında gedən və qarşılıqlı
əlaqədə olan bir çox sinir proseslərinin məcmusudur.Bu proseslər
yüksək dərəcədə təşəkkül tapmış heyvanların və insanların davranışının
daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşmasına səbəb
olur.Ali sinir fəaliyyəti haqqında təlimin mahiyyəti nədən
ibarətdir?Məlum olduğu kimi İ.P.Pavlov həzm şirələrinin reflektor
surətdə ifraz olunmasının səbəblərini öyrənərkən bəzi faktlarla
qarşılaşmışdır.İ.P.Pavlov bütün faktları analiz edərkən belə qənaətə gəlir
ki heyvanlarda və insanda anadangəlmə reflekslərdən başqa bir sıra
digər reflekslər də mövcuddur.Bunlar həyat boyu qazanılır.Bu
qazanılma reflekslər sayəsində orqanizm daim dəyişməkdə olan xarici
mühitin konkret şəraitinə uyğunlaşa bilir.

İnsanın psixikası – başa düşülən və dərk edilməyən psixiki fəaliyyətlərin
kompleksi olan nitqin mənimsənilməsi prosesində formalaşır.İnsan
daima xarici mühitlə qarşılaşır və bu zaman insanın baş beyinində
müəyyən anlayışlar yaranır ki onların köməyi ilə insan onu əhatə edən
mühiti dərk edir.Yaranmış hisslər baş beyində müxtəlif anlayışlara
çevrilir.Anlayışlar isə bir insan fərdinin digərinə dediyi söz və ya
göstərdiyi işarələr vasitəsilə nəql olunur.Bu qabiliyyət niqt sayəsində
mümkün olur.Nitq təfəkkürü – elm və incəsənətin bəşəriyyətin
mütərəqqi inkişafının əsasıdır.Uşaq nitqin köməyilə öz fikrini çatdırır
biliyini bölüşdürür yeni bilik vərdiş və bacarıq əldə edir.
Nitq – əsl mənasında səs və işarə siqnalları sisteminə daxil olan
ümumiləşmiş anlayışların cəmidir.O insanda iradi şüurlu fəaliyyətlərin
formalaşması üçün əsasdır.Müxtəlif sözlər vasitəsilə insanın baş
beyninə qıcıqlar haqqında məlumatlar verilir.Bu qabiliyyət isə insanda
mücərrəd təfəkkürün inkişafına imkan verir.İnsan şifahi və yazılı nitq
vasitəsi ilə bəşəriyyətin toplamış olduğu ictimai – tarixi təcrübə ilə tanış
olur.
TİPLƏRİN TƏSNİFATI.
Bizim eradan əvvəl altıncı əsrdə yaşamış
qədim yunan həkiminə görə hər bir adam davranış xüsusiyyətlərindən
asılı olaraq dörd temperament tipindən birinəaid edilir:Melanxolikə
xolerikə sanqvinikə fleqmatikə.İ.P.Pavlov heyvanlarda şərti reflekslərin
yaranması və inkişafını öyrənərkən uzun illər apardığı təcrübələri
ümumiləşdirərək göstərir ki bu temperament tipləri ali sinir
fəaliyyətinin dörd tipinə tamamilə uyğundur.Pavlova görə
temperamentin tiplərə bölünməsinin əsasını sinir proseslərinin üç əsas
xüsusiyyəti təşil edir.Birinci xüsusiyyət oyanma və tormozlanma
qüvvəsi.İkinci xüsusiyyət oyanma və tormozlanma qüvvələrinin nisbəti
başqa sözlə bu qüvvələrin bərabər və ya qeyri-bərabər olması.Üçüncü
xüsusiyyət oyanma və tormozlanma prosesinin hərəkətliliyi başqa sözlə
onların bir-birini əvəz etmə sürətidir.Pavlov bu göstərilən üç xüsusiyyət

əsasında dörd tipin olduğunu qeyd edir:zəif qüvvəli qeyri-bərabər
qüvvəli bərabərtərəfli hərəkətli qüvvəli bərabərtərəfli asta və ya sakit.
1.ZƏİF TİP.
Bu tipə aid olan uşaqlarda qüvvəli və uzunmüddətli
qiciqlanma olduğu üçün qüvvəli tormuzlanma baş vermir.Onlarda çox
yüngül induksion tormuzlanma olur.Şərti reflekslər çox gec əmələ
gəlir.Hərəkət fəallığı az və zəif olur.Uşaq qorxaq və zəif görünür.Bu tip
Hippokratın melanxolik temperamentinə uyğun gəlir.
2.QÜVVƏLİ QEYRİ-BƏRABƏR TİP.
Bu tipədə güclü qiciqlanan tip
deyilir.Orqanizimdə qıcıqlanma tormuzlanmaya nisbətən üstünlük təşkil
edir.Müsbət şərti reflekslər çox asanlıqla yaranır.Bu reflekslər təkcə zəif
deyil eyni zamanda çox güclü qıcıqlandırıcı olur.Tormuzlandırıcı
reflekslər isə əksinə çox çətinliklə əmələ gəlir.Hətta kənar qıcıqlanmalar
belə induksion tormuzlanma yaratmır əksinə reflektor reaksiyanı daha
da artırır.Mənfi şərti reflekslər davamsız olur və tez sıradan çıxır.Belə
adamlar tez-tez ucadan və qeyri-bərabər nitqə malik olurlar.Uşaqlar çox
çevik həddindən artıq hərəkətli və qıcıqlanmış vəziyyətdə olurlar.
Təmkinsizlik tipinin bir neçə variantı aid edilir:1.əksər hallarda
qabiliyyətli yüksək dərəcədə qıcıqlı və temperamentli uşaqlar.Bunlar
çox emosional olur.2.çılğın və tez coşan uşaqlar.Normal davranışları tez-
tez pozulur və qısa müddətdə düzəlir.Belə uşaqlar coşan zaman
özlərindən çıxır və aqressiv olurlar.3.Tormuzlanma prosesinin aşağı
düşməsi açıq şəkildə özünü göstərir.Öz hisslərinin ödənilməsi xatirinə
hər şey edirlər onların qarşısını heç cür almaq olmur.Çətin tərbiyə
olunurlar.Bu tip Hippokratın xolerip tipinə uyğun gəlir.
3.GÜCLÜ TƏMKİNƏ MALİK DİRİBAŞ TİP.
Həm müsbət həm də
mənfi şərti reflekslər çox tez yaranır.Yaranmış şərti əlaqələr qüvvəli
olur.Tez-tez kəskin şəkildə oyanmadan tormuzlanmaya və əskinə
keçirlər.Bu zaman beyin yarımkürələrinin qabığında heç bir pozğunluğ
baş vermir.Danışıqları kifayət qədər tez açıq emosional ucadan eyni
zamanda əl qol atmaqla və müəyyən qədər mimikalı olur.Belə uşaqlar

cəld və istiqanlıdırlar.Belə uşaqlar asan tərbiyə olunur və böyük
qabiliyyətə malikdir.Bu tip Hippokratın sanqvinik temperamentinə
uyğundur.
4.GÜCLÜ TƏMKİNƏ MALİK LƏNG TİP.
Əvvəlki tipə nisbətən
müsbət və mənfi şərti reflekslər çox ləng yaranır.Danışıqları aramlı sakit
təmkinli olur.Hiss olunan emosiya və əl-qol hərəkətlərinin olmaması
müşahidə edilir.Buna görə də müsbət və mənfi qıcıqlandırıcıların
birindən digərinə keçməsi reaksiyaların pozulmasına səbəb olur.Belə
uşaqlar bir qayda olaraq dərs məşğələlərində sait olmaları ilə
fərqlənirlər.Qarşılarına çıxan çətinlikləri asanlıqla həll edirlər.Əksər
hallarda belə uşaqlar yaxşı oxuyur və qabiliyyətli olurlar.Verilən
tapşırıqları ləng amma vicdanla yerinə yetirirlər.Belə tipə aid olan
adamlar Hippokratın fleqmatik temperament tipinə uyğun gəlir.
Xarici mühitin əlverişsiz amilləri ali sinir fəaliyyətini həm qısa müddət
həm də uzun müddət poza bilər.Bu vaxt böyük beyin yarımkürələrinin
qabığında oyanma və tormozlanma prosesləri nisbəti pozulur bu da
şərti reflekslərin əmələ gəlməsini pozur yaddaşın zəifləməsinə
yuxusuzluğa səbəb olur.Ali sinir fəaliyyəti pozulduqda daxili orqanların
fəaliyyətində patoloji dəyişikliklər baş verir.Pozulmuş prosesləri
doğuran səbəblər aradan qaldırılarsa həmin proseslər bərpa olur.Bunun
üçün bəzən mühiti dəyişmək yaxşı dincəlmək kifayət edir.
EDEBİYYAT/C.Ə.NƏCƏFOV N.R.ZEYNİYEV
S.M.QULİYEV/UŞAQ ANATOMİYASI VƏ
FİZİOLOGİYASI//G.A HACIYEV/İNSAN ANATOMİYASI
BAKI-2001

ANALİZATORLAR.ANALİZATORLARIN ÖYRƏNİLMƏSİNDƏ
PAVLOV TƏLİMİ.GÖRMƏ ANALİZATORU.
PLAN
1)Hiss və ya duyğu orqanları.
2)Analizatorun quruluşu.
3)Görmənin əhəmiyyəti.
4)Gözün quruluşu.
5)Görmə qıcıqlarının qəbul edilməsi.
6)Görmənin gigiyenası.
Orqanizmin xarici mühitlə əlaqəsində duyğu üzvləri çox mühüm rol
oynayır.Xarici mühitdən gələn qıcıqların təsiri ilə
görmə,eşitmə,qoxu,dad,dəri hissiyatı üzvlərinin reseptorlarında
oyanmalar əmələ gəlir ki,bunlar da mərkəzi sinir sisteminə
aparılır.Duyğu uzvlərinin reseptorları tərəfindən qəbul edilən qıcıqlar
beyin yarımkürələri qabığındakı nahiyələrdə ayırd edilir.
Belə ki,görmə nahiyəsində görmə üzvü tərəfindən qəbul edilən
qıcıqlar:əşyaların şəkli,ölçüləri,rəngi,işıqlanma dərəcəsi ayırd
olunur.Eşitmə nahiyəsində səslərin gücü və xarakteri,eşitmə üzvünün
qəbul etdiyi səs tonlarının ucalığı ayırd olunur.Dəridəki reseptorlardan
gələn oyanmalar dəri hissiyatı nahiyəsinə çatdıqda,biz əlimizi
vurduğumuz əşyaların səthinin nə cür,yəni hamar,yaxud kələ-kötür
olduğunu,formasını,isti-soyuqluğunu hiss edirik.Həmçinin,dəridən gələn
ağrı qıcıqları da bu nahiyədə ayırd olunur.Digər duyğu üzvlərinin-
dad,qoxu üzvləri reseptorlarının qəbul etdiyi qıcıqlar da beyin
yarımkürələri qabığının müvafiq nahiyələrində ayırd olunur.

Beynə ayrı-ayrı duyğu üzvlərindən gələn siqnallar sayəsində insan və
heyvanlar onları əhatə edən xarici mühitdə davranış tərzini müəyyən
edir və xarici mühit şəraiti dəyişdikdə ona müvafiq şəkildə reaksiya
göstərə bilirlər.İ.P.Pavlovun müəyyən etdiyi kimi,hər bir analizator üç
hissədən ibarətdir:
Reseptor hissə-analizatorun mühiti hissəsi.
Sinir impulslarını ötürən sinir yolu.
Mərkəzi hissə-baş beyin və beyin yarımkürələri qabığının
reseptorlardan oyanmanı qəbul edən
şöbələri.Beləliklə,reseptorlar,onlardan oyanmanın nəql edildiyi yol və
qabığın müəyyən nahiyəsi tam bir sistem təşkil edir.Analizatorun üç
hissəsindən hər hansı birinin zədələnməsi müəyyən qıcıqları qəbul və
analiz etmək qabiliyyətinin itməsinə səbəb olur.Beyin qabığında hər bir
analizatorun mərkəzi vardır.İnsan görmə sayəsində – məişət və əmək
vərdişləri qazanır,adi davranış qaydalarını həyata keçirməyi
öyrənir.Gözün sayəsində insan oxumağı və yazmağı
müəllimlərindən,valideynlərindən öyrənir və əldə etdikləri bəşəri
təcrübəni gələcək nəsillərə verirlər.Duyğu orqanlarına xarici mühitdən
təsir edən qıcıqlar içərisində görmə qıcıqlarının xüsusi əhəmiyyəti
vardır.Görmə orqanı bizə nəinki keçmiş və gələcəyimiz haqqında geniş
məlumatlar olan kitabları oxumaqla,həm də təbiət
gözəlliklərini,memarlıq,heykəltaraşlıq,rəssamlıq,kinomatoqrafiya
əsərlərini gözümüzlə görməyə vasitəçi olmaqla və onların yaxşı və pis
cəhətlərini analiz etməyə şərait yaratmaqla,həm bu günümüz,həm də
bizdən əvvəl yaşamış insanlar haqqında məlumatlar toplamağa kömək
edir.
Kürəşəkilli göz alması kəllənin göz yuvasında yerləşir.Göz almasının
divarlarından göz almasının xarici səthinə gözü hərəkət etdirən əzələlər
gəlir.Gözün ətrafındakı üzvlər onu xarici mühitin zərərli təsirlərindən
qoruyur.Qaşın tükləri alından axan təri yanlara axıdır,göz qapaqları və

kirpiklər gözə toz düşməyə qoymur.Gözü qoruyan üzvlərə onun bayır
bucağındakı gözyaşı vəzisidə aiddir.Bu vəzinin ifraz etdiyi gözyaşı daim
göz almasının üzərini isladır,gözün xarici qatındakı canlı hüceyrələri
qurumağa qoymur,gözü qızdırır,gözə düşmüş yad cisimləri yuyub
aparır,sonra isə göz yuvasının içəri küncündən göz yaşı kanalı ilə burun
boşluğuna axır.Gözü xaricdən örtən sıx ağlı qişa onu mexaniki və
kimyəvi və közə kimyəvi zədələrdən qoruyur,gözə yad cisimlər və
mikroorqanizmlər düşməyə qoymur.Gözün ön hissəsində bu qişa şəffaf
buynuz qişaya keçir;bu qişa işıq şüalarını pəncərə şüşəsi kimi sərbəst
surətdə içəri buraxır.Ortadakı damarlı qişanın işərisində sıx qan
damarları şəbəkəsi vardır,bunlar göz almasını qanla təchiz edir.Bu
qişanın daxili səthində işıq şüalarını udan boyayıcı maddə – nazik qara
piqment qatı vardır.Gözün ön hissəsində buynuz qişanın qarşısında
damarlı qişa güzehli qişaya keçir,bu qişa açıq mavi rəngdən tutmuş
qaraya kimi müxtəlif rəngdə ola bilər.Gözün rəngi həmin qişadakı
piqmentin miqdarından və tərkibindən asılıdır.Buynuz qişa ilə güzehli
qişanın arasında tam şəffaf maye ilə dolmuş sahə vardır.Buynuz qişa və
şəffaf maye işıq şüalarını buraxır ki,onlarda güzehli qişanın ortasındakı
bəbək adlanan dəlikdən göz almasının içərisinə keçir.İşıq şüaları düşən
kimi bəbək dəliyi reflektor surətdə daralır.İşıq zəif olduqda bəbək
genəlir.Bəbəyin dalında şəffaf billur yerləşir.O iki tərəfi qabarıq linzaya
oxşayır və kirpikli əzələ ilə əhatə olunmuşdur.İşıq saf billura oxşayan
şüşəyə bənzər cisimdən keçib gözün daxili və çox zərif olan tor qişasına
düşür.Bu qişada işıq şüalarının qıcıqlandırıcı təsiri ilə oyanan hüceyrələr
vardır.Bunlar işıq qəbul edən hüceyrələr,yaxud görmə
reseptorlarıdır.Oyanma işıq qəbul edən hüceyrələrdən görmə siniri ilə
beynə ötürülür.
Beləliklə,görmə qıcıqlarının qəbul edilməsi kimi mürəkkəb bir proses
torlu qişada başlayır və beyin yarımkürələri qabığının görmə
nahiyyəsində qurtarır.Həmin proses görmə analizatorunun tamlığı
sayəsində həyata keçirilir.

Çox vaxt soruşurlar ki,gözün torlu qişasında əşyaların xəyalının tərsinə
alınmasına baxmayaraq,nə üçün biz onları əslində olduğu kimi
görürük?Bunun səbəbini Avstriya alimi C.S.Stretton torlu qişada
əşyaların tərsinə deyil,düzünə xəyalının alınmasına səbəb olan
gözlükdən istifadə edərək öz üzərində apardığı təcrübə ilə
aydınlaşdırmışdır.Gözlüyü taxandan sonra,bütün ətraf mühiti olduğu
kimi deyil,tərsinə-başı aşağı çevrilmiş kimi görürdü.Bir neçə gün
keçdikdən sonra,digər duyğu orqanlarından beyinə gələn oyanmalar
gözün səhvini düzəltdi.O, ətraf aləmi olduğu kimi gördü.Həmin alim
gözlüyü çıxartdıqdan sonra,yenə ətrafı təzədən tərsinə
görmüşdür.Onun ətraf aləmi düzünə görməsi üçün yenə bir neçə gün
vaxt lazım gəlmişdir.Bu təcrübəyə əsasən müəyyən edilmişdir ki,biz
xarici aləmi bütün duyğu orqanlarından gələn oyanmaların qarşılıqlı
təsiri sayəsində dərk edirik-qavrayırıq.Bu qarşılıqlı təsirin analizi baş
beyində həyata keçirilir.
Gözün görmə qabiliyyətini qorumaq üçün yaş dövrlərinə uyğun olaraq
bir sıra gigiyena qaydalarına riayət edilməlidir.Kitab oxuduqda çalışmaq
lazımdır ki,həriflər yaşa uyğun olsun.Buna görə dəkitab oxuduqda, yazı
yazdıqda və başqa bir iş gördükdə bunları gözdən 30-35 sm arlı tutmaq
lazımdır.Uzun müddət kitab oxuduqda 25-30 deqiqeden bir tənəffüs
etmək lazımdır.Ən çox təbii işıqdan istifadə etmək
lazımdır.Tramvayda,avtobusda,metroda gedərkən kitab oxumaq gözü
zəiflədir.Çünki bu zaman kitabla göz arasındakı məsafə tez-tez dəyişir və
kitabın üzərinə işıq lazımınca düşmür.Gözləri tozdan qorumaq
lazımdr.Onları əllə ovuşdurmaq çirkli dəsmalla silmək olmaz.Bunlara
əməl etmədikdə gözə infeksiya düşür.Müxtəlif göz xəstəlikləri yarana
bilər.Bəzən görmə pozğunluğu avitominoz nəticəsində baş
verir.Görmənin bu cür pozğunluqlarının qarşısını almaq üçün tərkibində
kifayət gədər A vitamini olan qidalardan istifadə etmək lazımdır.Uşaq və
yeniyetmə yaşlarında papiros çəkmək,spirtli içkilər içmək və narkotik
maddələrdən istifadə etmək görmə sinirini zədələməklə korluğa səbəb

ola bilər.Bunların qarşısını almaq üçün sanitariya – gigiyena qaydalarına
əməl edin,gözlərinizə qulluq edin,onları qoruyun.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV(UŞAQ
ANATOMİYASI VƏ FİZİOLOGİYASI)
2.G.A.HACIYEV(İNSAN ANATOMİYASI)
BAKI-2001
BÖYRƏKÜSTÜ VƏZİ,MƏDƏALTI VƏZİ VƏ
ONLARIN FUNKSİYALARI.
PLAN
1.Böyrəküstü vəzinin quruluşu.
2.Böyrəküstü vəzinin hormonları.
3.Böyrəküstü vəzinin funksiyası.
4.Mədəaltı vəzinin quruluşu.
5.Mədəaltı vəzinin hormonları.
6.Mədəaltı vəzinin funksiyası.
Böyrəküstü vəzilər böyrəkləri yuxarı ucları üzərində yerləşir.Bu
vəzilər iki qabıq və beyin qatlarından ibarətdir.Hər iki qatın hüceyrələri

sərbəst olaraq hormon hazırlayırlar.Böyrəküstü vəzin qabıq qatında 40
dan çox hormon sintez olunur.Onları şərti olaraq 3 qrupa ayırırlar.
1Mineralokortikoidlər(aldosteron ,dezoksikortkosteron
hormonları)
2Qlükokortikosidlər(kartikosteron,hidrokortizon,və kortizon
hormonları)
3Cinsiyyət hormonları(androgen,estrogen,progesteron).
Mineralokortikoidlər orqanizmdə natrium,kalium və su
mübadiləsində iştirak edirlər.Qlükokortikoidlər karbohidrat
mübadiləsini tənzim edirlər.Cinsiyyət hormonları isə ikinci cinsi
əlamətlərin meydana çıxmasında rol oynatırlar.
Böyrəküstü vəzin beyin qatinda isə adrenalin və noradrenalin
hormonları sintez olunur.
Adrenalin və noradrenalin birlikdə katexolaminlər adlanır,lakin
onların bioloji təsir mexanizmi və qanda miqdarı eyni
deyil,Məsələn.,ağrı və qorxu emosional vəziyyətində qanda adrenalinin
miqdarı artır, aqressiv emossiyalarda isə noradrenalinin miqdarı çoxalır.
Böyrəküstü vəzin beyin maddəsinin hipofunksiyasi olmur. Ona
görə ki, digər toxuma və orqanlardakı ( məsələn ,dalaqda, qaraciyərdə
simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr( xromafin
hüceyrələri) həmin hormonları sintez edərək vəziyyəti aradan
götürülür.
Böyrəküstü vəzin qabıq qatının hipofunksiyası zamanı Adisson
xəstəliyi yaranır.Kəskin arıqlama,ümumi zəiflik,dərinin boz və ya
qəhvəyi rəng alması müşahidə olunur.Vəzin hiperfunksiyası zamanı
uşaqlarda cinsiyyət vəzilərinin erkən yetişməsi,daha doğrusu, ikinci
cinsiyyət əlamətlərinin vaxtından əvvəl meydana çıxması,qadınlarda isə
bədən quruluşunun kəskin dəyişməsi,bığ,saqqalın çıxması,səsin
obudlaşması və s. müşahidə olunur.

Mədəaltı vəzi.
Mədədən bir qədər arxada,onikibarmaq
bağırsağın yanında yerləşir və qarışıq funksiya daşıyır.Daxili sekresiya
funksiyasını adacıqlar şəklində yerləşən və Langerhans adacıqları
(hüceyrələri) adlanan hüceyrələr qrupu həyata keçirir.Bu hüceyrələr 3
qrupa bölünməklə insulin, qlükaqon və lipokain hormonları sintez
edirlər.
Orqanizmin karbohidrat mübadiləsində iştirak edən insulin daha
çox maraq doğurur.Betta hüceyrələrində sintez olunan insulini ilk dəfə
olaraq 1921-ci ildə təmiz halda Bantinq və Best almışlar.Onun kimyəvi
tərkibini isə 1950-1956-ci illərdə Sendşer müəyyən etmişdir.İnsulinin
tərkibində 51 amin turşusu var və ikiqatlı polpeptib
zənciridir.Müəyyənləşdirilib ki, insulin hormonu əzələ,qaraciyər və digər
toxumalarda qlükoqensintetaza fermentini aktivləşdirməklə ordakı
qlükozanı qlükogenə çevirir və nəticədə axırıncının miqdarı artır.Digər
tərəfdən insulin qanda qlükozanın miqdarının azalmasına –
oksidləşməsinə (parçalanmasına) zəmin yaradır,zülalların və yağların
karbohidratlara çevrilməsinin qarşısını alır ki, o da kəskin arıqlamaya
gətirib çıxarır.Bir sutkada 2 mq insulin sintez olunur.
Mədəaltı vəzin alfa hüceyrələrində qlükaqon hormonu sintez
olunur.Bu hormon fosforilaza fermentinin feallığını artırmaqla
hüceyrələrdə ehtiyat halında toplanan qlikogen molekullarının
parçalanmasını sürətləndirir,nəticədə isə qanda şəkərin miqdarı
artır,şəkərə ehtiyacı olan orqanların,xüsusilə,əzələlər və baş beynin
fəallığı təmin olunur.
Mədəaltı vəzin hipofunksiyası zamanı isə qanda şəkərin
miqdarının azalması-hipoqlikemiya müşahidə olunur. Belə xəstələrdə
tənəffus tezliyi artır,mərkəzi sinir sistemi oyanma vəziyyətində olur.
Mədəaltı vəzidə insulin əmələ gəlməsi prosesi pozulduqda
şəkərli diabet-xesteliyi baş verir.Nazik bağırsaqlardan qana sorulan
qlükoza diabetə tutulmuş xəstələrdə qaraciyərdə,əzələlərdə qlikogenə

çevrilə bilmir.Nəticədə qanda üzüm şəkərinin miqdarı artır və onun
artıq hissəsi sidiklə xaric olunur.İnsulin hormonunun təsirindən qanda
şəkərin normadan artıq hissəsi qlükogenə çevrilərək qaraciyərdə və
əzələlərdə ehtiyat halında toplanır.Qanda şəkərin miqdarı normadan az
olduqda qlükogen insulinin əksinə təsir edərək qlükozanın toxumalarda
çoxalmasına səbəb olur.Vegetativ sinir sisteminin para simpatik şöbəsi
vasitəsilə insulin hormonunun,simpatik şöbəsi tərəfindən isə qlükaqon
hormonunun sintezi tənzim olunur.Normada qanda şəkərin miqdarı 80-
120mq%-ə bərabərdir.
Şəkər xəstəliyi zamanı qanda şəkərin miqdarı normadan çox
(180-200mq%) olur və sidiklə xaric olur.Belə xəstələrə insulin vurmaqla
onların vəziyyətini yaxşılaşdırmaq olar.
ƏDƏBİYYAT
1.C.Ə.NƏCƏFOV,N.R.ZEYNİYEV,S.M.QULİYEV “Uşaq
anatomiyası və fizo.2.G.A.HACIYEV “İnsan antomiyası”

BÖYÜMƏ VƏ İNKİŞAF QANUNAUYĞUNLUQLARI.
İnsanın böyümə
və inkişafı yumurta hüceyrəsinin normal
mayalanmasından başlayır. İnkişaf prosesi özündə üç əsas göstəriciləri
birləştirir-böyümə
toxuma

orqanların
differensasiyası

formalaşma.Uşağ orqanizmini yaşlıların orqanizmindən fərqləndirən
əsas anatomik-fizioloji göstəricilərdən biri onların böyüməsidir.Buda
hüceyrələrin sayının və ölçülərinin dəyişilməsi-çoxalması hesabına
olur.Bəzi orqanlarda məsələn ağciyərdə sümüklərdə böyümə
hüceyrələrinin bölünüb-çoxalması hesabına olduğu halda əzələ və sinir
toxumasında böyümə hüceyrələrinin ölçülərinin artması hesabına
olur.Uaşaq orqanizmin böyümə və inkişaf qanunauyğunluqlarına bu
prosesin fasiləsizliyi qeyri-bərabərliyi yəni həyatı əhəmiyyətı olan
funksional sistemlərin vaxtindan əvvəl yetkinləşməsı formalaşması və
akselarasiya aidir.Normal döğulmuş körpənin inkişafinı alimlər müxtəlif
dövurlərə-mərhələlərə bölürlər. Ən çox maraq doğuran pedaqojı –
psixolojı əhəmiyyətlisi isə uşaqlıq dövrüdür.Uşaqlıq dövrü uşaq anadan
olandan cinsi yetkinliyə çatanadək olan vaxtı əhatə edir və üç böyük
mərhələyə bölünür.
Birinci mərhələ üç yaşadək olan vaxtı əhatə edir.Bu mərhələyə öz
növbəsində dörd yaş dövrunə bölünür və ilk uşaqliq .adlanir.
a)doğulandan sonraki dövur-7 gun
b)çağalıq dövru-7-30 gün.
v)südəmərlik dövru-30 gündən 1 yaşadək.
q)körpəlik dövrü-1-3yaş.
İkinci mərhələ məktəbəqədər və yaxud ikinci uşaqliq dövrünü-3-6
yaşadək olan vaxtı əhatə edir.
Üçüncü mərhələ məktəbli və yaxud üçüncü uşaqlıq 6-12-14 yaşı
əhatə edir. Uşaq anadan olandan bir yaşa çatanadək olan dövürdə

orqanizim yaxşı inkişaf edir çəkisi güclü surətdə artir süd dişləri çıxır.1
yaşdan 3 yaşadək süd dişlərinin sayı artır baş beyin qabığı inkisaf edir
hərəkət aktivliyi meydana çıxır.3 yaşdan 7 yaşa dək olan dövrdə
böyümə tempi bir qədər zəifləyir.Daim eyni səviyyədə qalır.Üçüncü
dövrdə isə (7-12 yaş)əvvəlcə böyümə tempi əhəmiyətli dərəcədə
zəifləyir lakin sonunda güclü surətdə artır.Boyun uzanması daha aydın
görünür.Uşaq orqanizminin böyümə prosesinin xüsusiyyətlərindən biri
qeyri-bərabər və dalğavari olmasıdır.Güclü böyümə zəif böyümə ilə
daim əvəz olunur.Uşaq orqanizminin böyüməsində sıçrayışlar ayırd
edilir.İlk sıçrayışa anadan olandan cinsi yetkinliyədək olan böyümədə
rast gəlinir.Əgər uşaq anadan olanda boyu 50 sm olarsa ilin sonunda
onun boyu 75-80sm böyüyür.Kütləsi isə təxminən üç dəfə artır.Cinsi
yetkinliyədək böyümə nisbətən aşağı düşür.Böyümənin ikinci sıçrayışı
cinsi yetkinliklə əlaqədar olur.11-12 yaşında qızların böyüməsi oğlanlara
nisbətən surətli olur.13-14 yaşında isə oğlanların böyüməsi qızların
böyüməsindən artıq olur.Cinsi yetkinliyə çatanadək bədəndə ölçü
fərqləri bədənin ayrı-ayrı hissələrində o qədər hiss olunmur.Cinsi
yetkinlik dövründə oğlanların ətrafları qızlarla müqayisədə daha uzun
olur.Fizioloji sistemlərin ayrı-ayrı hissələrinin yetkinləşməsidə yaşla
əlaqədardır.Sinir sistemi şöbələrinin inkişaf və böyüməsi də müxtəlif
templə gedir.Məsələn qıcığı bədənin periferik hissəsindən mərkəzə
aparan sinir sisteminin mərkəzə qaçan və yaxud afferen şöbəsi uşaq
anadan olanda artıq formalaşmış olur.6-7 yaşında isə tam
yetkinləşir.Lakin qıcığı mərkəzdən işçi orqana və vəzilərə aparan
mərkəzdənqaçan efferent şöbə isə 23-25 yaşda tam formalaşır.Baş
beyin və onurğa beynin böyüməsi 8-10 yaşadək davam edir.Hərəkət
analizatorlarının yetkinləşməsi əsasən 13-14 yaşdan başlayır.İnsan
orqanizmini fiziki inkişafı çəki və boy artımı eyni zamanda bədən
üzvlərinin bir-birinə olan nisbəti kəmiyyət və keyfiyyət dəyişməsi ilə
xarakterizə olunur.

Ali Sinir Faliyyti Tipi v davran Sinir sisteminin

Tipi və davranışı Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyıyr, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki, heyvanın birində oyanma cox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.

İvan Petroviç Pavlov

İvan Pavlov Həyatı Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılar. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi.

Pavlovun təcrubəsi İtə ilk olara bir neçə dəfə zəng çalınar. Lakin it reaksiya verməz. Sonradan ət verilər, itin tüpürcəkləri axar. Sonra ət ilə birlikdə zəng çalınar. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının sununun axdığı görülər. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyar və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğular. Pavlov, bu sahədəki işlərinə görə 1904 -cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı.

Ali sinir fəaliyyəti – temperament növləri

Ali sinir fəaliyyəti (GNI) növləri və balans – Məni ehtiraslandırır və inhibe bir balans ki, bu qüvvələr arasında nisbəti. növləri inhibitory və excitatory proses qüvvələrin nisbəti balanslı və balanssız ola bilər ayırmaq nəzərə alaraq, yəni proseslər ya bərabər güclü ola bilər, ya başqa bir artıq üstünlük təşkil edəcək.

tez əyləc prosesinin Məni ehtiraslandırır və əksinə alternativ hüceyrələri korteks kimi sinir prosesləri belə daşınar. Ki, ali sinir sistemi fəaliyyət labil (mobil) və ya inert (passiv) ola bilər olunur.

Pavlov tərəfindən Ümumdaxili Gəlirin növləri

Pavlov I. heyvanların üzərində tədqiqatlar P.-based və insanlar sinir sisteminin növü dörd parlaq təzahürü müəyyən edə olmuşdur:

1. vəba növü – temperamentli, balanssız, güclü.

2. nikbin – güclü, çevik, yaxşı balanslaşdırılmış.

3. fleqmatik – davamlı, inert, güclü.

4. Melanxolik – zəif.

heyvanlar üzərində təcrübələr nəticəsində əldə edilən məlumatlar da insanlar üçün tətbiq edilir. Amma fizioloq Pavlov bir klinik qəbulu Ali Sinir fəaliyyət və insanlarda növləri tədqiq ki, qeyd dəyər.

sinir proseslərinin təmkin və dinamizm fəaliyyət növlərini xarakterizə sinir sisteminin öz temperaments fiziki əsası olan insanların. Xüsusilə, ali sinir fəaliyyəti (temperament növü) davranış özünü göstərir. Və insan davranışının şəkildə, həm də özünü büruzə ağıl üzvü deyil, yalnız , təlim fəaliyyəti tədbirlər və insan hissləri.

Ali sinir fəaliyyəti (temperament növü) siqnalizasiya sistemləri və onların qarşılıqlı fəaliyyətinin özünü. Amma insan davranış zamanı formalaşır şərti, müvəqqəti əlaqələri sistemi yalnız fizioloji əsasında, həm də sayəsində müxtəlif ola bilər insan fəaliyyətinin.

Ali sinir fəaliyyəti (temperament növü) yalnız insanlar və fəaliyyəti davranış təsir göstərir. Bundan əlavə, növü insan sinir sisteminin insanın məruz qaldığı olan təsir asılıdır həyat zamanı dəyişə bilər. Həmçinin təlim və təhsil növləri asılıdır. Çox tez-tez yaş temperament ilə dəyişir.

sinir fəaliyyətinin hər hansı bir növü, eləcə də hər hansı temperament mühüm sosial verə bilər kişilik özellikleri. Onların hər biri öz lehte ve eksiklikleri var növləri, müsbət və ya mənfi qiymətləndirilə bilməz. Məsələn, vəba qəti da fleqmatik və reaksiya sürəti, lakin bu fleqmatik yaşamaq və soyuq. Məsələn, müxtəlif temperaments cavab müsbət xassələri vəba, melanxolik sabitlik Vigor, nikbin, fleqmatik yavaşlıq səbəb ola bilər.

Amma digər tərəfdən ali sinir fəaliyyəti, temperament növləri – də tez-tez şəxsiyyət xüsusiyyətləri arzuolunmazdır. Nikbin, məsələn, müəyyən şərtlər bir “tullamaq” tendensiya gətirib çıxara bilər ki, fleqmatik – ətraf mühit və s üçün laqeydlik və biganəlik müəyyən edə bilər. Buna görə də, temperament müsbət və mənfi tərəflərini anlamaq və təhsil əsas məqsədi olan onları idarə etmək lazımdır.

Comments are closed, but trackbacks and pingbacks are open.