Aliyə əhmədova
Vəliyev Ramin Məsim oğlu
İKT TƏHSİL
Müsahibim Aliyə Əhmədova 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinin bakalavr şöbəsi, 2002-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin “Fizika müəllimliyi” fakültəsi üzrə magistratura təhsili alıb. Hazırda Sumqayıt şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbdə fizika müəlliməsi kimi işləyir. Aliyə xanım eyni zamandaTəhsil Nazirliyinin təşkil etdiyi “Gənc Təhsil Liderlərinin Yay Məktəbi” nin 2014-cü il müdavimidir.
Aliyə Əhmədova Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai birliyinin Ulu Öndər Heydər Əliyevin 91-ci doğum ili münasibətilə birgə təşkil etdiyi “Ən yaxşı təhsil blogu” müsabiqəsində bütün nominasiyalar üzrə qalib olaraq “Ən yaxşı təhsil bloqçusu” fəxri adına layiq görülüb. V “Elektron Təhsil” Respublika Müsabiqəsinin “Müəllimlərin bloqları” nominasiyası üzrə 1-ci yeri əldə edib. TN və Edumedia-Aərbaycan təşkilatının təşkil etdiyi “Promethean lövhələri tədrisdə tətbiqi” müsabiqəsində fərqlənmə diplomu qazanıb. TN və Milli bankın birgə təşkil etdiyi “Həyat bilgisi-maliyyə savadlılığı” müsabiqəsində fərqlənmə diplomuna layiq görülüb. Məktəblilərin VIII “İnformatika Layihə Olimpiadası” nın finalçısı olub.
Aliyə Əhmədova fizika fənninin tədrisində istifadə olunan texnologiyalar və onlayn resurslar, fizika və infromatiak fənninə olan maraqla bağlı Xeberler.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
–Aliyə xanım, Məktəbdə fizika fənninə olan maraq necədir? Şagirdlər bu fənnə nə dərəcədə maraq göstərir?
-Fizika, kimya orta məktəbdə tədris edilən, qavranılması çətin olan fənnlərdəndir. Bu səbəbdən 6-cı sinif şagirdləri fizika ilə ilk tanışlığa sadə təcrübələrin icrası, kiçik araşdırmalarla başlayırlar. Bu, onlarda fizika fənninə qarşı marağın yaranmasına səbəb olur.Ümumilikdə isə fizika fənninə ən çox riyazi qabilliyyətləri normal olan şagirdlər maraq göstərir.
– Dərslərinizi necə qurursunuz? Fizikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz?
Dərslərimi qurarkən fizika laboratoriyasından, məktəbin İKT imkanlarından maksimum dərəcədə yararlanmağa çalışıram. Şagirdlərə ev tapşırığı olaraq http://learningapps.org saytında hazırladığım onlayn tapşırıqlar da verirəm. Məktəbdə olan elektron lövhə, EduMedia-Azərbaycan təşkilatı tərəfindən mənə verilmiş GlobiLab proqram təminatlı LabDisk-Physio rəqəmsal laboratoriya qurğusu da fizika fənninin tədrisi imkanlarını artırmış olur. Fizikanın tədrisində geniş imkanları olan Crocodil proqramından da uyğun mövzularda istifadə etməyə çalışıram.
– Fizikanın tədrisi üçün yetərincə milli elektron resurslar, saytlar varmı? Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?
Qeyd edim ki, sual çox aktualdır. İnternetdə bir neçə Azərbaycan dilli fizika resursları təqdim edən saytlar var. Nümunə olaraq deyim ki , http://skoool.edu.az saytının fizika bölməsi aşkar şəkildə hansısa sadə xarici resursun bəsit tərcümə olunmuş variantıdır və şəxsən məni qane etmir, bu səbəbdən də şagirdlərimə tövsiyyə etməmişəm. Dərslərimdə istifadə etdiyim http://portal.edu.az saytının fizika fənninə aid simulyasiyaları isə keyfiyyətlidir və çox imkanlara malikdir. Çox istərdim ki, bu sayta gələcəkdə artırılacaq resurslar fizika dərsliklərindəki təcrübə və laborator işlərə uyğunlaşdırılsın. Milli elektron resursların hazırlanmasında Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinin rolunu da xüsusi qeyd etmək istərdim. http://musabiqe.edu.az saytında müəllimlərimiz tərəfindən hazırlanmış kifayət qədər dəyərli elektron resurslar var. Şagirdlərimlə iş zamanı şəxsi müəllim bloqum olan http://asanfizika.blogspot.com “əyləncəli Fizika kurikulumu” bloqumda toplanmış resurslarımdan istifadəni tövsiyyə edirəm.
Uşaqların tez-tez istifadə edtikləri resurslar varmı?
-Təbii ki ,hər yeni dərs ilinin əvvəlində şagirdləri istifadə edə biləcəkləri etibarlı mənbələrə yönləndirmək lazımdır.Nümunə üçün qeyd edim ki,Təhsil Nazirliyi tərəfindən istifadəyə verilmişhttp://www.e-derslik.edu.az saytı şagirdlərə öz Android və planşetlərinə e-dərslikləri yükləmək və üzərində qeydlər aparmaq imkanı verir. Milli Təhsil Televiziyası olan http://oxu.tv saytında toplanmış fizika fənninə aid videolar da şagirdlərim tərəfindən müsbət qarşılanır. Xüsusi olaraq qeyd edim ki ,Təhsil Nazirliyinin istifadəyə verdiyi “Şagirdlər arası bilik yarışı” platforması olan http://www.e-test.edu.az saytında nəzərdə tutlmuş fizika bölümünün aktivləşməsini şagirdlərimlə bərabər mən özümdə böyük səbirsizliklə gözləyirəm.
-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə, məktəbin texnoloji avadanlıqlarla təmiantı necədir?
-Məktəbimizin kompüterlərlə təchiz olunmuş 2 informatika otağı işlək vəziyyətdədir. Elektron lövhələrimizin isə proyektorlara ehtiyacı var.
–Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki Kompüter elmləri, tətbiqi riyaziyyat, proqramlaşdırma və.s ixtisaslar bir başa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.
-İnformatika fənnini müəllimlər tərəfindən illik planlaşdırma əsasında normal tədris olunarsa şagirdlərin xüsusi mərkəzlərdə İKT hazırlığına ehtiyac qalmaz. Bu hal xüsusilə ibtidai siniflərdə hiss olunur. Öz dərslərimdə şagirdlərin informatika biliklərinin qənaətbəxş olduğunu müşahidə etmişəm. Sevindirici haldır ki, şagirdlərdən bir qismi hətta biz müəllimlərdən daha irəli İKT qabiliyyətlərinə malikdir.
-Məktəbdə İnternet sürətlidirmi və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?
-Məktəbdə İnternetin sürəti normaldır. Bütün kompüterlərdən eyni zamanda İnternet üçün istifadə olunduqda problemlərlə qarşılaşa bilirik. Bu səbəbdən İnternetdən eyni zamanda istifadə etməməyə çalışırıq. Kompüterlərdə xüsusi bir problemlərlə qarışılaşmamışıq.
–Məktəbin saytı varmı? Necə yenilənir? Uşaqlar bu prosesdə iştirak edirlərmi?
Məktəbimizin saytı yoxdur. Düşünürəm ki, 2 dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş məktəbin saytının olması düzgün olardı. Məktəbin tədbirlərinin, şagird və müəllim nailiyyətlərinin işıqlandırılmasında, ümumiyyətlə, əlaqələrin qurulmasında bu, ən müasir üsullardandır.
-Sizin özünüzün və dərs dediyiniz şagirdlərin bloqu varmı?
-Öz fənnimə aid hazırladığım və zənginləşdirdiyim bir neçə bloqlarım var. Hazırladığım interaktiv tapşırıqlar şagirdlər tərəfindən həll edildikcə müraciət forumu ilə mənimlə əlaqə qura, suallarını verə bilirlər. Şagirdlərimin müsabiqələrə qatılmış bloqlarından http://shagirdimiz.blogspot.com və http://mektebli18.blogspot.com nümunə verə bilərəm.
-Ümumiyyətlə, uşaqlarla əlaqəni hansı vasitə ilə qurursunuz? Bu məqsədlə şosial şəbəkələrdən effektiv istifadə edirsinizmi?
-http://learningapps.org saytının e-sinif imkanlarından istifadə etmişəm və deyə bilərəm ki, bu, istifadəsi rahat bir xidmətdir. Ümumi sosial şəbəkələrdən şagirdlərimlə əlaqə vasitəsi kimi istifadəyə müsbət baxmıram, bu barədə öz arqumentlərim var. Yeni tədris ilində qəbul edəcəyim yeni 6-cı sinif şagirdlərimlə isə Təhsil Nazirliyinin təqdim etdiyi e-sinif xidmətini sınaqdan keçirməyi də planlaşdırıram və düşünürəm ki, bu, daha etibarlı virtual məkan olar.
–Uşaqların təhlükəsizliyi ilə bağlı onlara nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizliklərini qoruya bilirlərmi? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu?
-Təhlükəsizlə bağlı deyə bilərəm ki, şagirdlərə onlayn tapşırıq verdiyim zaman onlara hansı saytlardan axtarış etməli olduqlarını əvvəlcədən tövsiyyə edirəm. Ümumiyyətlə rastlaşdıqları hər informasiyanı birbaşa qəbul etməmələrini, valideyn və müəllimləri ilə müzakirə etmələrinin bildirirəm. İnternet üzərindən alınan hər məlumatın heç də etibarlı və dəqiq olmadığını, bu məlumatların tənqidi yanaşma tələb etdiyini israrla söyləyirəm.
–Dərs prosesində uşaqlar planşetlərdən istifadə edə bilərlərmi?
-Sevindirici haldır ki, Təhsil Nazirliyi bu il respublikanın 50 məktəbini Glogilab proqram təminatlı LabDiskmobil rəqəmsal laboratoriya avadanlıqları və bu proqram yüklənmiş, geniş imkanlı müasir planşetlərlə təmin edib. LabDisk Physio təlimçisi olaraq mənə də Təhsil Nazirliyi və EduMedia-Azərbaycan təşkilatı tərəfindən LabDisk və planşet dəsti təqdim edilib. Bu qurğularla təmin olunmuş məktəblərin fizika müəllimlərinə GlobiLab proqram təminatı və LabDisk qurğusu təlimlərində təlimçi olaraq da həmkarlarıma dəstək olmuşam. Fizika dərsində bu qurğu və plaşetin imkanlarından yararlanıram.
Ruhəngiz Muradova
Aliyə əhmədova
Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:
Abdullayev Şaban Bəşir oğlu
Abdullayeva Lalə Sabir qızı
Abışov Nasim Əjdər oğlu
Ağacanov Hörmət Camirzə oğlu
Ağayeva Esmira Azər qızı
Axundov Qədir Bəhlul oğlu
Alışov Alış Musa oğlu
Alıyeva Ulduzə Qədir qızı
Bağırova Səhnə Novruzəli qızı
Bayramov Zakir Gülbala oğlu
Bayramova Məryət Abdurəhman qızı
Dadaşov Məhəbbət Vahub oğlu
Ellazov Fazil Cavad oğlu
Əfəndiyeva İradə Ağaəli qızı
Əfəndiyeva Yeganə Cavanşir qızı
Əhədova Aybəniz Babaxan qızı
Əhmədova Səidə Sabir qızı
Əhmədova Şükufə Qəşəm qızı
Ələkbərov Azər Fikrət oğlu
Əliyev Hacıağa Yaqub oğlu
Əliyev Nazir Səlim oğlu
Əliyeva Nigar Kamil qızı
Əliyeva Səmagül Əsgər qızı
Əlizadə Sevda Cavanşir qızı
Əsgərli Sevda Yadulla qızı
Əsgərov Valeh İsa oğlu
Əzimzadə Yaqut Mustafa qızı
Fərzəliyev Yusif Xanlar oğlu
Fəttahova Lətifə Hacı qızı
Hacıyev Eyvaz Mirhüseyn oğlu
Hacıyeva Elmira Cəfər qızı
Hacıyeva Əsmər Əskər qızı
Heydərova Yulduz Fərrux qızı
Həsənov Əlipənah Sultanağa oğlu
Həsənova Ərkinaz Paşa qızı
Həsənova Nazənin Rza qızı
Hüseynov Rahim Həsən oğlu
Hüseynova Sevinc Tahir qızı
İbadova Bibixanım Orucəli qızı
İsayeva Eliza Barat qızı
İsmayılov Pənah İsmayıl oğlu
İsmayılov Yaşar Sahib oğlu
İsmayılova Mafizə Balabəg qızı
Qurbanova Nəzmiyyə Həmzə qızı
Mahmudov Vaqif Həsən oğlu
Mahmudova Cəmilə Tapdıq qızı
Məmmədov Rövşən Kamil oğlu
Məmmədova Sevinc Muxtar qızı
Məmmədova Zübalə Rza qızı
Möhsümova Aybəniz İlyas qızı
Musayev Mahmud Musa oğlu
Mustafayeva Fatma Xəlil qızı
Mustafayeva Nailə Tahir qızı
Ramazanova Almaz Ziyad qızı
Rəhimov Kamran Osman oğlu
Rüstəmova Saçlı Tahir qızı
Sadıqov Əli Bəhrəm oğlu
Salmanov Çingiz İsa oğlu
Seyfullayeva Jalə Adəm qızı
Səfərova Gülnarə Sabir qızı
Səlimova Arzu İzzətulla qızı
Süleymanova Fatimə Hüseynbala qızı.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abbasov Abbas İmran oğlu
Abbasova Dilarə Şaban qızı
Abdullayeva Kəlmət Abdulla qızı
Ağayev Sərxan Şaxyəddin oğlu
Babayev Fuad Polad oğlu
Baxşəliyev Elburus Şəkəralı oğlu
Baxşiyev Zamin Şahab oğlu
Bayramov Bəxtiyar Muxtar oğlu
Budaqova Sevinc Budaq qızı
Cabarova Xəyalə Ramiz qızı
Cəbrayılov Vahid Allahyar oğlu
Cəfərov Asif Musa oğlu
Cəfərova Tamam Şaməmməd qızı
Cəlilova İmarət Cəlil qızı
Dadaşov Süleyman İgdalı oğlu
Əhmədova Aliyə Fərman qızı
Əkbərova Bilqeyiz İsmayıl qızı
Ələkbərova Sevinc İkram qızı
Əliyev Firudin İsmayıl oğlu
Əmrahova Samirə Adəm qızı
Gondolova Günay Hacısüleyman qızı
Heydərov Murad Paşa oğlu
Həbibli Samir Çingiz oğlu
Hənifəyeva Nigar Əli qızı
Həsənov Aqil Xəlgüllah oğlu
Həsənov Səyyad Qafar oğlu
Həsənova Şahirə Elbrus qızı
Hüseynov Zaman Salman oğlu
Hüseynova Günəş Kamal qızı
Xəlilova Elnarə Şəmxəlil qızı
Xəlilova Gülnarə Pərviz qızı
Xəlilova Rəna Həsənbala qızı
İsayev Rəhman Niftalı oğlu
İslamova Zahidə Kərəm qızı
İsmayılov Malik Hüseyn oğlu
İsmayılov Nofəl Şahmar oğlu
Kazımova Günel Mayıs qızı
Kazımova Sədaqət Şövkət qızı
Kərimxanova Telli Telman qızı
Qəribova Şəhla Heybət qızı
Quliyev Elməddin Əli oğlu
Quliyev Niyaməddin Əmir oğlu
Quluyev Elşən Əyyub oğlu
Lahıcov Natiq Rafiq oğlu
Məhərov İbrahim Kamran oğlu
Məhərrəmova Sevinc Nəriman qızı
Məhərrəmova Şəlalə Nazim qızı
Məmmədkərimova Tamara Bəşir qızı
Məmmədov Anar Fizuli oğlu
Məmmədov Firqət Siracəddin oğlu
Mənəfova Rəqibə Dursun qızı
Musayeva İzzətxanım Seyfəddin qızı
Mustafayeva Rəhilə Cənnət qızı
Namazov Vüqar Bəhmən oğlu
Nəzərova Viktoriya Nəzərovna
Rzayeva Rəna Xəlil qızı
Rzayeva Ziba Ziyəddin qızı
Səfərov Seyran Əmən oğlu
Tağıyev Vahid Müzəffər oğlu
Tağıyeva Zi̇niyət Vəli qızı
Talıbova Xuraman İman qızı
Vəliyev Ramin Məsim oğlu
Vəzirova İradə Azər qızı
Zeynalova Ayna Əjdər qızı.
Arvadını öldürdü, 17 yaşlı gəlinini döyə-döyə zorladı – Azərbaycanda AĞLASIĞMAZ OLAY – VIDEO
Ötən ilin iyun ayında Balakən rayonunda həbs edilmiş rayonun Şumbul kənd sakini 1961-ci il təvəllüdlü Teymur Əhmədov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iş açılıb.
Milli.Az xəbər verir ki, T.Əhmədov barəsində Məcəllənin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (həmin əməllər təkrar törədildikdə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 229.4-cü ( Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama), 228.4-cü(Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma – xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 149.2.3-cü (Zorlama – təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) və 149.2.4-cü (Zorlama – zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) açılmış iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilmiş proses yekunlaşıb. T.Əhmədovun gəlini, 2003-cü il təvəllüdlü Aliyə Əhmədovanın (ad şərtidir) və oğlunun zərəçəkmiş şəxs kimi tanındığı iş üzrə təqsirləndirilən şəxsin əməlləri sübuta yetirilib və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həbsxanadan kəndə qayıdış
Məhkəmə prosesində bildirilib ki, Teymur Əhmədov 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla hücum edərək ona xəsarət yetirib və buna görə 4 il 6 ay həbsxana həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə o, 2008-ci ildə o, həyat yoldaşı Ayzənət Əhmədovanın boğazını kəsərək qadını qətlə yetirib. 10 il həbsxanada saxlanılan Teymur 2018-ci ildə azadlığa çıxıb və Şumbul kəndinə qayıdıb. Bundan sonra o, əvvəlcə qardaşının, daha sonra isə oğlu Amir Əhmədov (ad şərtidir) və gəlini Aliyənin yanında yaşamağa başlayıb. Kənddə problemli adam kimi tanınan, heç kimlə münasibəti olmayan Teymur tədricən evdə problemlər yaratmağa, dava-dalaş salmağa başlayıb.
2020-ci ilin fevral ayından etibarən T.Əhmədov oğlunun evdə olmadığı vaxtlarda bir neçə dəfə gəlinə qarşı seksual xarakterli hərəkətlər edib. O, gəlini ilə cinsi əlaqədə olmağa cəhd edib. Bu səbəbdən də dava-dalaş olub. Daha sonra üzr istədiyinə və ibadətlə məşğul olacağına söz verdiyi üçün oğlu onu bağışlayıb. Lakin gəlini Aliyə isə qayınatasını bağışlamayacağını deyib. Çirkin niyyətinə nail ola bilməyən Teymur daha sonra gəlininin qonşuluqda yaşayan və təxminnə 50 yaşında olan R.Q ilə münasibətinin olduğunu deyib. O, gəlinindən qonşunun evinə gedib-gəlməməsini tələb edib, yoxsa onu da Ayzənət kimi öldürəcəyini deyib. Eyni zamanda gəlini ilə cinsi əlaqədə olmağa çalışan şəxs bıçaqla ona bir neçə dəfə hədə-qorxu gələrək niyyətinin real olmasını göstərməyə çalışıb. Bu müddət ərzində T.Əhmədov armaturdan soyuq silah hazırlayaraq onun bir hissəsini parça ilə örtüb və ağır xəsarət yetirə biləcəyi alətlə gəzməyə başlayıb.
Gəlininə gözü düşdü
T.Əhmədovun əməlləri, eləcə də onun gəlinini şərləməsi, seksual xarakterli zorakılıq hərəkətləri etməsi və soyuq silahla hədələməsi barəsində oğlu və gəlini onun barəsində hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra, yəni ötən ilin iyun ayının əvvəlində T.Əhmədov qisas məqsədilə oğlu və gəlininin yaşadığı fermaya yollanıb. O, özü ilə armaturdan hazırladığı soyuq silahı da götürüb. Fermadakı evin qarşısına çatdıqda o, gəlini Aliyənin tək olduğunu və qab-qacaq yuduğunu görüb. T.Əhmədov gəlinindən onunla birgə getməsini tələb edib. Aliyə bundan imtina etdikdə o, özü ilə gətirdiyi armaturla qadının başına zərbə endirib. Başının kəllə sümüyü çartlayan qadının başqa bədən nahiyələrinə də zərbələr endirən kişi gənc qızın müqavimətini qırıb və ondan yapışaraq özü ilə gəlməyə vadar edib. T.Əhmədov gəlinini fermadan bir qədər aralıdakı çöllüyə doğru aparıb və yol boyu onu bir neçə dəfə itələyərək içərisi quru kolla dolu olan kanala itələyib və hər dəfə oradan çıxmasını tələb edib. Başı, üzü və əlləri qan içində olan Aliyəni 300 metrə qədər aparandan sonra o, qızı yenidən kanala itələyib və paltarlarını soyunmasını tələb edərək armaturla zərbələr endirib.
“Məni zorladıqdan sonra öldürəcəyini düşündüm”
İstintaqa ifadə verən Aliyə Əhmədova qeyd edib ki, qayınatası onu həmin əraziyə apararkən əvvəlcə qətlə yetiriləcəyini düşünüb. Sonrakı tələblərini eşidəndən sonra isə Teymurun onu əvvəlcə zorlayıb sonra öldürəcəyini yəqin edib və ağlayaraq yalvarmağa, qışqırmağa başlayıb. Lakin ətrafda heç kim olmadığından onun səsini eşidən olmayıb.
Qaça-qaça evə gələn Aliyə baş verənlər barədə həyat yoldaşına danışsa da, zorlanması barədə deməyib, yalnız Teymurun onu döydüyünü bildirib. Onlar bu barədə polisə məlumat veriblər və xəstəxanaya gediblər. Polis əməkdaşları gecə saatlarında fermaya gələrək T.Əhmədovu çöllük ərazidə yaxalayıb.
İstintaqa zərərçəkmiş şəxs qismində ifadə verən T.Əhmədovun oğlu da həyat yoldaşı ilə eyni fikirləri səsləndirib.
Ailəmizin namusunu təmizlədim
Teymur Əhmədov isə ona böhtan atıldığını, gəlininə qarşı seksual xarakterli hərəkətlər etmədiyini, onu zorlamadığını, oğlunun ondan 2008-ci ildə anasını qətlə yetirdiyinə görə qisas aldığını bildirib. O, gəlini Aliyənin qonşuluqda yaşayan R.Q ilə gizli görüşdüyünü iddia edib və buna görə acıqlandığını bildirib. Təqsirləndirilən şəxs hadisə baş verən gün, yəni 2020-ci il iyunun 4-də fermaya gedərək əslində münasibətləri aydınlaşdırmaq istədiyini, hadisədən 1 neçə gün əvvəl oğlu Amir Əhmədovun onu niyə vurduğunu soruşmaq istədiyini, bu zaman isə gəlininin armaturla onu vurduğunu bildirib. Təqsirləndirilən şəxs oğluna əslində yaxşılıq etdiyini, anasını öldürərək namusunu təmizlədiyin, Amirin isə biqeyrət olduğunu deyib.
Məhkəmə tərəflərin və şahidlərin çıxışlarını dinlədikdən sonra, eləcə də sübut və dəlillər dəyərləndirilərək T.Əhmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Qeyd edək ki, zərərkəçmiş şəxslər Dağıstanda evlənərkən Aliyə yetkinlik yaşına çatmayıb. Buna görə də Amir Əhmədov Rusiya qanunvericiliyinə uyğun cəza çəkib və cəzasını bitirdikdən sonra Balakənə qayıdıb. (publika.az)
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.