Анар «Деде Коркут»
– Məsimoğlu, mən sənin xətrini çox istəyirəm,ancaq buna baxmayaraq Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bağlı yazdığın yazının bir çox məqamlarıyla, qətiyyən, razı deyiləm. Məni başa düş…
Anar az dədə qorqud povesti
Redaksiyadan: Təəssüf ki, internet media dönəmi ilə qəzetlər sıradan çıxdı və çıxmaqda davam edir. Halbuki bir çox qəzetdə çox maraqlı, fundamental məqalələr yayımlanırdı. Bu gün o məqalələri tapmaq üçün Axundov kitabxanasında saatlarla çalışmalısan. Çünki internetdə o dəyərli araşdırmalara rast gəlmək olmur. Bu səbəbdən də, “Keçmişə baxış” rubrikası altında uzun illər öncə yazılmış və bu gün də taleyüklü əhəmiyyətini itirməmiş yazıları yayımlayacağıq. İlk olaraq, şair-yazıçı Mübariz Məsimoğlunun məqaləsini təqdim edirik. Sovet dönəmində türkü bir-birinə düşmən etmək, düşmən kimi göstərmək üçün yazılan ən gözəl nümunəni Mübariz müəllim bizə təqdim edib. Yazını olduğu kimi təqdim edirik:
– Ay əleykümə sallam, Zeydulla müəllim!
– Məsimoğlu, mən sənin xətrini çox istəyirəm,ancaq buna baxmayaraq Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bağlı yazdığın yazının bir çox məqamlarıyla, qətiyyən, razı deyiləm. Məni başa düş…
– Zeydulla müəllim, səni çox yaxşı başa düşürəm və sən mənə indi Anardan da aydınsan. Ancaq de görüm, yazımın hansı yerinin qaşı, gözü yerində deyil?
– Bilirsən, orada elə cümlələr var ki, onları yazmaqda Anar müəllim haqlıdır.
-Hansı cümlələri nəzərdə tutursan?
-Zeydulla müəllim, sən yenə də söhbətimizi xüsusi sahədən çıxardıb ümumi fəzaya aparırsan. Belə olmaz.
Yazımın hansı məqamı (niyə və nə üçün) səni qane etmirsə, onu yaz gətir. Söhbət ikimizin arasında qalmasın, qoy Anarın sükunətdə saxladığı ədəbi mühit bir az hərəkətə gəlsin. Bu öz yerində, ancaq bəri başdan onu da deyim ki, sənin nə yazıb-yazmayacağından asılı olmayaraq mən artıq “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bağlı fikirlərimə Anarın qəlyanı şaquli şəkildə nida işarəsi kimi qoymuşam.
-Çünki indi onun “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı xəyanətləri sənin nəzər-diqqətinə çatdırmaq fikrindəyəm.
-Niyə görə mənim?
-Ona görə ki, sən heç vaxt bu dastanların özünü oxumamısan, ancaq Anarın o dastanlardan çırpışdırıb “yazdığı” “Dədə Qorqud”u mütaliə etməsən, çəkdirdiyi kinosunu dönə-dönə yaddaşının ağ lentinə qara ləkə şəklində həkk eləmisən və bu səbəbdən də elə bilirsən ki, bu müqəddəs abidəmiz sənə gün kimi aydındır. Dayan, tələsmə, mənə diqqətl qulaq as, qoy sözümü axıra qədər deyib qurtarım. Sonra sən yenə də öz iradlarını döşə mənim qabırğama…
Canım-gözüm Zeydulla, məlumun olsun ki, “Kitabi-Dədə Qorqud” dastanları bir müqəddimədən və 12 boydan ibarətdir. Bu boyların dili lakonik olduğu qədər monemental, monomental olduğu qədər lakonikdi. Anar öz “Dədə Qorqudu”nda dastanın monumentallığını məhv edib, lakonik fikirləri isə mətləbsiz, məzmunsuz şəkildə, rabitəsiz halda ora-bura səpələyib. Məsələ burasındadır ki, bu boylarda hər mövzunun, hər obrazın, hər döyüş səhnəsinin, hər deyilən sözün və s. öz ilahi təyinatı var. Bunların birini o birisi ilə qarışdırmaq o ilahi nizamı pozmaq deməkdir. Diqqətlə baxdıqda məlum olur ki, dastanın hər boyu avtonomdur və bu boyların hər biri oxucuya avtonom bir fikri, ideyanı təlqin edir. Bu baxımdan boylardakı qəhrəmanlar, mənfi obrazlar öz xarakterik xüsusiyyətləri ilə bir-birindən kəskin şəkildə fərqlənirlər. Qəhrəmanların, obrazların daxili aləmi mövzuya uyğun şəkildə kamil variantda yaradılıb. Və buna uyğun olaraq da bir boyda elə-obaya, başqa boyda qardaş-bacıya bir boyda sevgiyə, yara, eşqə və s. olan münasibətlər qabardılır, ön plana çəkilir. Artıq sözdən, xaric səsdən uzaqda duran bu müqəddəs abidə saydığımız və saydığım belə keyfiyyətlərə görə min illərin sınağından çıxıb. Bu baxımdan ona nəinki düzəliş vermək, hətta bu boyların bir vergülünə belə toxunmaq, küfürdür, günahdır…
Çox hörmətli Zeydulla müəllim! Sənin dostun Anar isə yuxarıda sadaladığım halları heç vecinə belə alçadan, heç bir ölçüyə-mölçüyə məhəl qoymadan bu müqəddəs abidəmizi özünün “yazdığı” “Dədə Qorqud” “əsəri” ilə dəyərdən salmaq istəyib. Gözünlə sual edirsən ki, niyə? Çünki həmin “əsəri” “yazmaqda” onun məqsədi Dədə Qorqudu təbliğ etmək yox, özünü gözə soxmaq, qızının, oğlunun adını əbədiləşdirmək, atasının bəsit fikirlərini beyinlərə yetirmək olub. “Kitabi-Dədə Qorqud” dastanlarından məlumatı olan hər adam bilir ki, Anarın “yazdığı” “əsər” orjinal əsər deyil. Əlimizdəki faktlar sübut edir ki, Anar bəsit plagiatdır. Ancaq bununla belə etiraf etmək gərəkdir ki, o, çox mahir kambinatordur. Çünki o, “Kitabi-Dədə Qorqud” dastanlarının mövzusunu, məzmununu öz səviyyəsinə endirib(bəsidləşdirib) öz adından cəmiyyətə sıramağağı bacarıb.
Hə mənim əzizim! Bilən bilir ki, “Kitabi-Dədə Qorqud” dastanlarında birinci boy “Dirsə xan oğlu Buğac xan boyu”dur. Bu boyda təsvir olunur ki, Xanlar xanı Bayandır xan ildə bir dəfə şadlıq edib, Oğuz bəylətini qonaq edir. Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa, övladı olmayanı isə qara otağa yerləşdirir. Belə məclislərin birində qara çadıra yönəldilən Dirsə xan pərişan olur. O, arvadının məsləhəti ilə böyük məclis qurur, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır. İç oğuz, Daş oğuz bəylərini məclisə toplayır. Acı doyurdur, əyni yalın olanı qalın geyindirir. Bütün bunlardan sonra hamı ona Allahdan övlad diləyir. Allah isə ona bir ağzı dualının alqışı ilə ona övlad verir. (Bu boyun ilahi təyinatı bu cümlənin içərisində gizlənib. Buğcanın uğuru, aldığı yaradan ana südü və dağ çiçəyi məlhəmi ilə sağalması da bu müqəddəs hikmətlə bağlıdır. Anar bunu anlamayıb və anlaya da bilməzdi). Həmin övlad)oğul) 15 yaşında Bayandır xanın buğasını yıxır. Buna görə də Dədə Qorqud ona Buğac adı verir. Daha sonra Buğacın dostları Dirsə xanı aldadıb onun öz əli ilə oğlunu oxladırlar. Buğac aldığı yaradan ölmür. Ana südü və dağ çiçəyinin məlhəmi ilə sağalır, atasına qarşı kin bəsləmədən onu yağıların əlindən xilas edir…
Anar həmin boyda təsvir edilən hadisəni öz “Dədə Qorqud”unda belə verir. Birdən buğa dartınıb zəncirini qırdı və dəvəyə tərəf cümmaqdansa çəpərə tərəf atıldı… Buğa bir başa qadınlar olan tərəfə cumurdu, buynuzlarıyla o, qırmızı donlu Burla xatunu nişan almışdı, düz qızın üstünə gəlirdi… Birdən igidlərdən biri-on altı on yeddi yaşlı oğlan bir an içində yerindən qopub, göz qırpmadan buğanın başını kəsdi… Dədə Qorqud Aslan yatağında, Ağca qayanın başında dayanıb. Dədə Qorqud igidə ad verir, deyir: – Oğul, meydanda cəng etdin hünər göstərdin, buğa öldürdün, uğur qazandın. Ömrün həmişə uzun olsun, həmişə uğur qazan. Adın da Qazan olsun.
Göründüyü kimi Anar burada özünü Dədə Qorquddan üstün tutur, buğanı yıxanın adını Buğac yox. Qazan qoyur. Dastanda Qazan xana aid olan xüsusiyyətlər “Salur Qazanın evinin yağmalanması boynunda” belə təsvir edilir. “Bir gün Tüklü quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı , Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın ağuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan yerindən durmuşdu”. Buradan açıq-aydın görünür ki, Qazan adının təyinləri(əlamətləri,keyfiyyətləri) Buğac adının təyinindən həm çoxdur, həm də xeyli üstündür. Anar öz “Dədə Qorqud”unda Buğac surətini işlətməyib, Qazan surətinin əsas keyfiyyətlərini isə yerlə-yeksan etmişdir…
Elə bu məqamda onun daha bir kobud səhvi barədə bir-iki söz demək istəyirəm. Belə ki, Anarın “Dədə Qorqud”unda Qazan xanın oğlunun adı Turaldı. O, baş kəsmir ki, qan tökmür, lalə yığır, Beyrəyin bacısı Güneli sevir. Sonda yaralanır və ana südü və dağ çiçəyinin məlhəmi ilə sağalır. “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xanın oğlunun adı Uruzdur. O, üç boyda (“Salur Qazanın evinin yağmalanması”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu”, “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boylarda) iştirak edir. O, Tanrı-ata-ana-ana haqqını uca tutan , güclü, qüvvətli bir igiddir. Dastanda Beyrəyin Günel adlı bacısı yoxdur və Uruz da onun heç bir bacısı ilə evlənmir. Məsələ burasındadır ki, Uruz adında bir qədimlik, ululuq, müqəddəslik var. Anar bu ucalığı Tural adı ilə(Anaın öz oğlunun adıdır) aşağı salır, adın qədim, möhtəşəm əlamətlərini heçə endirir, onun sirrini, sehrini, yox edir..
Bu məqamda onu da diqqətinə çatdırmaq istəyirəm ki, Anarın obraz transferləri bununla bitmir. O, Basatın qaçaqlığını Beyrəyin ayağına yazır, Dəli Domrulun xasiyyətini, dünyagörüşünü isə Dəli Qarcarın üzərinə köçürür. Bu köçürmələr nəticəsində isə həm obrazlar öz dolğunluğunu itirir, həm də dastanın çahiyyətinə, məzmununa, ideyasına əsaslı zərbələr endirilir. Gəl birlikdə bu xəyanətin sonunu izləyək. Dastanda İç Oğuzun, Daş Oğuzun düşməni Qıpçaq Məlik deyil, Söklü Məlikdi, Bayburd hasarının bəyidi, Qara Təküridi və sairədir. Dastanda, ümumiyyətlə, Qıpçaq Məlik surəti yoxdur. Belədə sual olunur ki, dastandakı adı bəlli düşmənləri qoyub, Anar niyə özündən düşmən Qıpçaq Məlik Surətini uydurub, Söklü Məlikə, Bayburd hasarının bəyinə, Qara Təküridə aid mənfi əlamətləri ona şamil eidb? Cavab verməkdə çəkirsən, elə deyilmi? Ancaq yenə təkrar edirəm, tələsmə bütün nəsnələri sənə bir-bir izah edəcəyəm. Mən bilirəm ki, bütün bunları dinləmək sənin üçün çox çətindir. Çünki sən çox xeyirxah adamsan, ancaq orasıda var ki, həm də həddindən artıq sadəlövhsən. İstədiyim budur ki, sən ətrafında baş verən hadisələrə az Anar nöqteyi-nəzərindən yanaş, ona öz gözlərinlə bax…
Hə mənim Əzizim! Qayıdaq bayaqkı sualın üstünə.
-Bay, nə tez yadından çıxdı? Axı yuxarıda belə bir sual qoymuşdum ki, Anar nə üçün adı bəlli düşmənləri qoyub pzündən Qıpçaq Məlik surətini uydurub? Bu yaramaz hərəkətin cavabı budur ki, o, sovet ideoloji basqısı altında türkü-türkə qarşı qoyub və rus “qardaş”larının xoşuna gəlmək üçün canlı-canlı xalqının müqəddəs kitabına küfr qatıb. Qz-gözünü turşutma. Hələ bu hamısı deyil. Budur, Anar dastanın motiflərinə 14 yaşlı təzə bir surət əlavə edir. Bu, Beyrəyin 14 yaşlı oğludur. Anarın “Dədə Qorqud”unda həmin yer belə davam edir. “Çoban: – Dədə bu oğlana ad qoyasıncavarmıdır? Dədə Qorqud: -Bəli- dedi- ad almağa layiqdir. Butorpaqda çox ər qırıldı, az ər qaldı. Onun adını Azər qoydum. Qoy az ərlər çox olsun, qoy Azərlər çoxalsın”. Bu dastana Anarın vurduğu son akkorddur; O, qıpçağı düşmən çıxardır, oğuzu yox edir, təzə bir Azər xalqı Formalaşdırır. Azərilər isə İranda farslaşmış yahudi tayfasıdır…
Deyəsən, səni çox yordum. Bir az da səbrini bas, indi sözümü yekunlaşdırıram. Məsələ burasındadır ki, Anar hər şəraitə uyğunlaşmağı bacarır. Bu günlərdə o, “Azadlıq fədailəri” adlı bir qəzetdə çox geniş bir müsahibə verib, özünü və dədəsini cəmiyyətdə distent ədəbiyyatının yaradıcısı kimi təqdim edib. Atalar yaxşı deyib ki, qulaq gündə bir söz eşitməsə kar olar. Anar və dədəsi hamı bilir ki, uzaqbaşı yuxarıdan aldıqları icazə nəticəsində Sovet cəmiyyətinə aid olan antipodları tənqid ediblər, Sovet ideologiyasının əleyhinə getmək heç vaxt onların ağlına belə gəlməyib. Əksinə bu vaxta qədər yazdığımız faktlar sübut edir ki, onların hər ikisi bu ideologiyanın sadiq “vintçiyi” olublar. Həmin müsahibəsində Anar özünü cənub ədəbiyyatının təəssübkeçi kimi qələmə verib. Fakta müraciət edək: 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqında Heydər Əliyevin təşəbbüsü nəticəsində Cənub şöbəsi yaradılıb. Katiblərdən biri həmin şöbəyə rəhbərlik eidb. “Ədəbiyyat” qəzeti hər nömrəsində cənub şairlərimizin yaradıcılığından səhifə hazırlayıb. Bu hal 10 il davam edib. Anar 1991-ci ildə ölkəmizdə müstəqillik bərqərar olandan sonra o şöbəni və katibliyi ləğv eləyib, 90-cı ilin axırlarında is cənub qardaşlarımızın təsis etdiyi “21 Azər” jurnalının redaksiyasını AYB-nin 4-cü mərtəbəsindən bayıra atdırıb, “Ədəbiyyat” qəzeti isə çoxdandır ki, cənub səhifəsi hazırlamır. Vəssalam, bu da sənə disent Anarın qıpçaq, oğuz, cənub, ədəbiyyat və s. sevgisi!
“Yeni Nəfəs” qəzeti
Анар «Деде Коркут»
Оригинальная и увлекательная повесть известного азербайджанского писателя Анара создана по мотивам древнего эпического сказания — исторического национального дастана «Китаби-Деде Коркуд». Она вобрала почти все сюжеты и отдельные мотивы памятника далёкой старины, его основную тему — стремление огузов жить в мире и согласии как между собой, так и с соседями.
Повесть Анара привлекательна не только для юношества, но и для любителей художественного слова вообще.
Примечание:
Анар переложил огузский героический эпос «Книга моего деда Коркута», связанный с мифом о Полифеме из «Одиссеи» на повесть, которую назвал «Деде Коркут» — в ней древний миф переосмыслен и как бы сдвинут в сторону личных художественных задач, в сторону современности. Книга была встречена и юными, и весьма зрелыми читателями с энтузиазмом. Сам Анар так рассказывает о своем замысле: «Я впервые прочел книгу о Коркуте в очень молодом возрасте, и она меня поразила на всю жизнь. Время от времени, примерно каждые десять лет, я ее перечитывал, и всякий раз она для меня раскрывалась в новом качестве (это свойство большой литературы). И когда я ее читал и перечитывал — всегда у меня перед глазами вставали кинематографические планы. (Вот вам, кстати, ответ на вопрос, повлияло ли на меня увлечение кинематографом.) Я мечтал сделать это в кино и написал сценарий. Но так как я написал его не в чисто сценарной форме, а ближе к прозе, то в итоге и вышла повесть. Потом ее перевели в Москве. Особенность данного эпоса в том, что он состоит из двенадцати самостоятельных глав-сюжетов. Я объединил все это в один сюжет: разные мотивы из разных глав свел к одному, чтобы выстроилась сквозная драматургия от начала до конца. И еще я стремился сохранить аромат т о г о языка, при этом его осовременив. Мне было важно показать, как они, персонажи, победоносно борются с чужеземцами, но когда они же сталкиваются в битве между собою, то погибают. Эта линия там есть, но она едва намечена, а я ее укрупнил. Я ввел и новых героев, одному из них даже дал имя своего сына. Провел я там и свою собственную мысль, которой в эпосе и в помине нет: главный герой напутствует молодого человека — чтобы земля стала родиной, важны два условия. Если ты не засеваешь эту землю, то ее не стоит защищать. Теперь у нас часто говорят: «Как еще 13 веков назад сказал Коркут. » А он этого не говорил, это я придумал! Но я не жалуюсь: если строки вошли в как бы фольклор, значит, так оно для людей было нужно».
Anar az dədə qorqud povesti
1-ci yazı
“Kitabi-Dədə Qorqud” xalqımızın böyük ədəbi-bədii, ulusal-folklor qaynağı, dəyəridir. O, elm aləminə məlum olmasından sonra bir an da diqqətdən yayınmayıb, hətta qadağan edildiyi çağlarda belə araşdırmaçıların dərindən öyrəndiyi mənbə olub. Xatırladaq ki, dastanın səkkizinci “Basatın Təpəgözü öldürdüyü boy” ilk dəfə 1815-ci ildə alman şərqşünası və türkoloqu Henrix Fridrix fon Dits (1751-1817) tərəfindən alman dilinə çevrilərək nəşr edilib. Eləcə də o, “Asiyadan incəsənət və elmə aid xatirələr” kitabında dastanın önəmi haqqında geniş yazıb. Müəllif dastanın dünya ədəbiyyatı və mədəniyyəti üçün əvəzedilməzliyini göstərərək onu Homerin “Odisseya” dastanı ilə müqayisə edib.
Dastan elm sahəsində çalışan müxtəlif ixtisaslı alimlər, tədqiqatçılar tərəfindən gərəyincə araşdırılıb, öyrənilib. Ədəbiyyatşünaslar, dilçilər, folklorşünaslar, etnoqraflar tərəfindən və s. bu mövzuda onlarla monoqrafiya, saysız-hesabsız elmi məqalələr yazılıb. Ona görə ki, “Kitabi-Dədə Qorqud” dastanları humanitar elm sahələri üçün bitməz-tükənməz bir xəzinə, məxəzdir.
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında və dilçiliyində “Dədə Qorqud dastanları” geniş araşdırılıb. Dastan ölkəmizdə ilk dəfə 1939-cu ildə akademik Həmid Araslı tərəfindən nəşr edilib. Daha sonra o, dünyanın müxtəlif dillərinə çevrilərək çap edilib. Ölkəmizdə dastan Məhəmmədhüseyn Təhmasib, Əmin Abid, Əli Sultanlı, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Samət Əlizadə, Fərhad Zeynalov, Tofiq Hacıyev, Kamal Abdullayev, Nizami Cəfərov, Şamil Cəmşidov, Əzizxan Tanrıverdi, Seyfəddin Rzasoy və b. tanınmış qorqudşünaslar tərəfindən geniş araşdırılıb.
İndiyədək elm aləminə dastanın iki variantı məlumdur. Onlardan birincisi Drezden, ikincisi isə Vatikan nüsxələridir. Drezden nüsxəsi bir müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. “Dastanın əsas süjeti aşağıdakı on iki boyda əks olunub: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basatın Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
Bu dastanlar XI-XII yüzillərdə və daha qabaqlar Azərbaycanda baş vermiş hadisələrli əks etdirir. Dastandakı hadisələrin çoxu Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və s. yerlərdə baş verir.
Yaxın vaxtlarda elm aləminə dastanın yeni boyu da məlum olub. Belə ki, türkiyəli türkoloq, professor Metin Ekici “Dədə Qorqud” dastanının itirilmiş sayılan 13-cü boyunu Qazaxıstanda üzə çıxarıb. O, deyib: “Orada tanış olduğumuz dostlarımız “Dədə Qorqud” nüsxələrinin əllərində olduğunu söylədilər. 61 səhifəlik kitabı bir qovluq şəklində mənə verdilər. Bu qovluğun içərisində “Kitabi Dədə Qorqud”un 13-cü boyu olan “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” də var”.
M.Ekici bu boyun 14-16-cı yüzillərdə yazıya köçürüldüyünü bildirir. “Türküstan nüsxəsi” adlandırılan kitab Türkiyə və Azərbaycan türkcələrinə çevrilərək nəşr olunub. Kitabı Azərbaycan türkcəsində türkoloq Ramiz Əskər nəşrə hazırlayıb. Akademik Həmid Araslının fikrincə, dastanların orijinalı Azərbaycanda yazıya alınıb. Türkiyəli türkoloq Məhərrəm Erginin qənaətinə görə, “Dədə Qorqud” dastanları Azərbaycan türkcəsində yazılmış və azərbaycanlılara məxsus abidədir. 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
***
Sənət bir hadisə kimi bəşəriyyətin ən böyük kəşfi, tapıntısıdır. Sənətin hər şeyə öz münasibəti var və o, insanları sabaha, gələcəyə inandırır. Bu baxımdan qeyd olunun dastan əsasında senari yazılıb, iki hissəli bədii film də çəkilib. Bu, dastanların bədiiləşdirilməsinin ən böyük örnəkləridir. Bədiiləşdirilmə isə dastanın yenidən xalqa yaxın olması, onun malına çevrilməsi, dildən-dilə gəzməsidir. Bədiiləşdirmənin təsir gücü imkan verir ki, xalqın tarixi yaşamı boyu var olmuş bu cür möhtəşəm abidələr tez bir zamanda ona çatsın. Hətta “Dədə Qorqud dastanları”nın uşaqlar üçün işlənmiş variantı da nəşr edilib. Üstəlik, dastanın ayrı-ayrı boyları əsasında cizgi filmi də çəkilib. Bütün bunlar dastanın hər zaman gərəkliyini ortaya qoyur.
Bədiiləşdirmənin başqa bir sahəsi isə rəssamlıq və heykəltəraşlıqdır. Qeyd edək ki, bir xalq olaraq uzun yüzillər boyu bu sənət sahələrindəki inkişafdan geridə qalmışıq. Belə ki, islamın gəlişindən sonra düz XX yüzilin başlanğıcına qədər Azərbaycanda dünyadakı kimi peşəkar rəssamlıq və heykəltəraşlıq olmayıb. Yəni din bu sənətlərin ölkəmizdə varlığına qadağa qoyub. Dinə görə, insan surəti yaratmaq yasaqdır. Ona görə də biz bu sənətlərin qadağan edildiyi yüzillərdə yalnız miniatür sənətindən, eləcə də tətbiqi-dekorativ sənətdən danışa bilərik.
İslamdan öncəki Azərbaycan türk heykəltəraşlığına baxsaq, onun yalnız milli özül üzərində yaradıldığını görə bilərik. Belə ki, qədim qəbirüstü at, qoç, döyüşçü və qoca heykəlləri xalqımızın tarixinin ayrılmaz, əvəzsiz nemət kimi qorunan bir parçasıdır. Belə abidələrə Azərbaycanın hər yerində rast gəlmək olar. Onların bir yerdə ən çox qorunduğu məkan isə Naxçıvandakı Mömünə xatun məqbərəsinin ətrafıdır.
“Dədə Qorqud dastanları” Azərbaycanda uzun müddət rəssamların və heykəltəraşların diqqətindən qıraqda qalıb. Bunun da başlıca səbəbi Azərbaycanda peşəkar rəssamlıq və heykəltəraşlıq sənətinin əsaslı şəkildə XX yüzilin başlanğıcında təşəkkül tapmasıdır.
1906-cı ildə ilk satira-karikatura dərgimiz “Molla Nəsrəddin”in nəşrilə peşəkar rəssamlıq sənətimiz də formalaşmağa başladı. 1920-ci illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbi yaradıldı, burada milli rəssam kadrlar yetişdi. Rəssamlarımız xalq həyatının müxtəlif yönlərinə aid əsərlər yaratdılar.
“Dədə Qorqud” dastanı qəhrəmanlarının rəssam fırçasında obrazlaşdırılması və bədiiləşdirilməsi isə ilk dəfə 1956-cı ildə baş verib. O çağlar gənc rəssam Mikayıl Abdullayev Dədə Qorqud obrazının yaradılması yönündə ilk addımı atıb. Həmin il nəşr olunan kitabın əvvəlində onun çəkdiyi Dədə Qorqud portreti yer alıb. Bundan başqa o, dastanın bütün boylarına illüstrasiyalar çəkib ki, bu da dastanın təqdimat və təsir gücünü artırmağa xidmət edir. Ayrı-ayrı illərdə nəşr olunan “Dədə Qorqud kitabı”nda onun rəsmlərindən çox istifadə edilib.
Dədə Qorqud mövzusunda çox əsər çəkən rəssamlardan biri Fəxrəddin Məmmədvəliyev olub. O, bu mövzuda bəlkə də bütün rəssamlardan daha çox əsər yaradıb. F.Məmmədvəliyevin “Gəlimli-gedimli dünya”, “Dədə Qorqudun elçiliyə getməsi”, “Oğuz elində şadlıq mərasimi”, “Təpəgözün dünyaya gəlməsi”, “Qazan xanın evinin yağmalanması” miniatürlərində çox güclü bədii ifadə var. Rəssam Dədə Qorqud mövzusuna aid 11 qrafik rəsm və kətan üzərində yağlı boya ilə 6 əsər işləyib. İstanbulda nəşr olunan “Türk dünyası” dərgisinin 1996-cı il dekabr sayında rəssamın həmin tablolarının fotosu çap edilib. F.Məmmədvəliyevin bu mövzuda əsərlərinə Dədə Qorqudla bağlı bir çox kitabların səhifələrində tez-tez rast gəlmək mümkündür. Eləcə də rəssamın dastandakı qəhrəmanlar, onların geyimləri, oğuzların məişəti ilə bağlı çoxlu eskizləri var.
2000-ci ildə Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 ili keçirildi. Bu münasibətlə rəssamlar arasında Azərbaycanda Dədə Qorqudun obrazının yaradılması üçün müsabiqə elan edildi. Məqsəd çəkilən əsərlər içərisindən birini Dədə Qorqudun obrazı olaraq qəbul etmək idi. Yarışmanın jürisi bir neçə dəfə toplansa da, sonda bir nəticəyə gələ bilmədi. Ona görə ki, yarışmaya bir-birindən dəyərli əsərlər təqdim edilmişdi. Münsiflər də həmin əsərlərdən hansının birinci olmasına qərar verə bilmədi və məsələ indiyədək açıq qaldı. Odur ki, bu gün Azərbaycan rəssamlığında Dədə Qorqudun vahid obrazı yoxdur. Hər rəssamın öz təxəyyülü ilə yaratdığı və qəbul etdiyi Dədə Qorqud obrazı var. Bu elmi işdə həmin əsərlər haqqında araşdırmamızı təqdim etməyə çalışacağıq.
Azərbaycanın böyük rəssamı Toğrul Nərimanbəyov 1975-ci ildə çəkilən iki hissəli “Dədə Qorqud” bədii filminin rəssamı olub. Bu baxımdan rəssam Dədə Qorqud mövzusuna çox müraciət edib. Onun dastanın bütün boyları ilə bağlı yağlı boya ilə işlənmış əsərləri var. Həmin əsərlər sanki nağılı xatırladır. Rəssamın nağılvari tərzdə çəkdiyi bu əsərlər onun mavi, qırmızı, çəhrayı və sarı rənglərinin harmoniyası ilə yadda qalır. Qaraca Çobanın bağlandığı ağacı yerindən qoparması səhnəsi əsərlər içərisində özəlliklə diqqət çəkir. O, kürəyində ağac düşmənlərlə savaşır. Qaraca Çoban sanki havadadır. Çünki onun təsvir olunduğu mühit mavi fonla əhatələnib.
Xalq rəssamı Tahir Salahovun yaratdığı Dədə Qorqud obrazı nisbətən fərqlidir. Onun əsərində Dədə gənc çağlarında təsvir olunub. Sənətşünaslar bu əsərin uğursuz olduğunu söyləyiblər. Rəssam da bu həqiqəti təsdiq edib və əsərin uğursuzluğuna aydınlıq gətirib. Bunun bircə səbəbi varmış. Sən demə, rəssam obrazı yaratmaq üçün istifadə etdiyi naturaçı kişi gənc imiş. Ona görə də, Dədə Qorqud obrazı belə gənc alınıb.
Xalq rəssamı Mahmud Tagıyev də Dədə Qorqud mövzusuna müracət edib. Belə ki, onun Dədə Qorqudu tamaşaçıya daha qıvraq qoca təsiri bağışlaylayır. Bu əsərdə Qorqud babamızın sağ əlində çomaq, sol çiynində isə qopuzu təsvir edilib. Dədə təbiət qoynunda üzü gülümsər şəkildə tamaşaçıya baxır. Arxa fonda təbiət təsvirləri yer alır.
Xalq rəssamı Altay Hacıyevin “Dədə Qorqud” əsəri bu mövzuda yaradılan ən uğurlu işlər sırasındadır. Onun əsəri həm rəssamların, həm də tamaşaçıların rəğbətini qazanıb. Rəssam Dədəni çox düşüncəli və qayğılı çəkib. O, bir qayaya söykənib, sevimli qopuzu da əlindədir. Əsərdə göy və bənövşəyi rənglərdən çox istifadə edilib. Obraz daşlar üzərində oturdulub, Dədə isə qayaya dirsəklənərək sağa baxır. O, xəyallı, fikirli, bir az da qayğılıdır. Ağ saçları və saqqalı, eləcə də üzünün cizgiləri tamaşaçıya ona doğruçu müdrik kimi yanaşmaq imkanı verir. Olsun ki, A.Hacıyevin “Dədə Qorqud”unu xalqa sevdirən obrazın baxışlarındakı dərin kədərdir. Bu əsər ən yaxşı Dədə Qorqud obrazı kimi qəbul edilir, müxtəlif nəşrlərdə, kitablarda daha çox istifadə olunur.
Soltan Soltanlı
- 25 Yanvar 20:45
- 15 113
Comments are closed, but trackbacks and pingbacks are open.