Press "Enter" to skip to content

Anar isgəndərov azərbaycanda türk müsəlman soyqirimi

Rəhbərliyi altında 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.

Anar İsgəndərov

Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956 ( 1956-01-10 ) , Kolatan , Masallı rayonu ) — Azərbaycan tarixçisi, Tarix elmləri doktoru, professor.

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Fəaliyyəti
  • 4 Siyasi kariyera
  • 5 Elmi adları
  • 6 Əsərləri
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur. [1]

1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilmişdir.

Təltif və mükafatları

  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə “Tərəqqi” medalı ilə təltif olunub.
  • 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib [2] .
  • 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib [3] .
  • 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu[4] və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı[5] ilə təltif edilib.

Fəaliyyəti

1978–1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Fəlsəfə” kafedrasında kabinet müdiri, 1984–1999-cu illərdə BDU-nun Tarix fakültəsi “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent, 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.

Çalışdığı müddətdə “Azərbaycan tarixinin tarixşünaslığı”, “Azərbaycan tarixinin mənbəşünaslığı”, “Tarix elminin aktual problemləri”, “Tarixi tədqiqatların metodoloji problemləri” fənləri üzrə mühazirə və seminar məşğələləri aparır. 200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.

Rəhbərliyi altında 4 nəfər namizədlik dissertasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.

İlk dəfə olaraq 1917–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.

1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” qızıl medalı ilə təltif olunmuşdur.

2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə “Qızıl döş nişanı” ilə təltif olunmuşdur.

Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.

“1918–1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi” mövzusunda tədqiqat işləri aparmışdır.

Siyasi kariyera

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. [6]

Elmi adları

1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

2004-cü ildə “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

  • 1918-ci il Mart qırğınının tarixşünaslığı. Bakı, 1997.
  • Azərbaycan Xalq Cümhuriyyəti . Bakı, 2003.
  • Azərbaycan Xalq Cümhuriyyəti. (biblioqrafiya). Bakı, 2003.
  • Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı 1918–1920-ci illər. Bakı, 2006.
  • Təzəpir (Azərbaycan, rus, ingilis və ərəb dillərində). Bakı, 2009.
  • Author: Isgenderli Anar; Foreword by Justin McCarthy; Translated from the azerbaijani to the english by Yusif Axundov. Bloomington: Xlibris Corporation, 2011, 234 pages. ISBN 9781456879556
  • Azərbaycan həqiqətləri: 1917–1920. Bakı, “Elm və təhsil”. 2012, 228 s.

İstinadlar

  1. ↑ . 2016-03-04 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-05-06 .
  2. ↑ A.C. İsgəndərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. ↑ Prezident sərəncamı: Nazirlikdə təqdimat
  4. ↑ Prezident BDU-nun əməkdaşlarını təltif etdi
  5. ↑ “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif olunanlar
  6. ↑http://yap.org.az/az/view/pages/7

Xarici keçidlər

  • Anar İsgəndərov

September 06, 2021
Ən son məqalələr

“Humay” mükafatı

“Heydər Əliyev” ordeni

“Heydər Əliyev” ordeni ilə təltif edilənlərin siyahısı

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı (Azərbaycan)

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı (SSRİ)

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilənlərin siyahısı

“Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı

Ən çox oxunan

Xaçmaç

Xaçova döyüşü

Xaçakilsə

Xaçaparaq nekropolu

Xaçapuri

anar, isgəndərov, əsgər, anar, iskəndərov, ilə, səhv, salmayın, adı, anar, camal, oğlu, isgəndərov, yanvar, 1956, 1956, kolatan, masallı, rayonu, azərbaycan, tarixçisi, tarix, elmləri, doktoru, professor, şəxsi, məlumatlartəhsili, bdudoğum, tarixi, yanvar, 195. Esger Anar Iskenderov ile sehv salmayin Anar Isgenderov tam adi Anar Camal oglu Isgenderov 10 yanvar 1956 1956 01 10 Kolatan Masalli rayonu Azerbaycan tarixcisi Tarix elmleri doktoru professor Anar IsgenderovSexsi melumatlarTehsili BDUDogum tarixi 10 yanvar 1956 1956 01 10 65 yas Dogum yeri Kolatan Masalli rayonu Azerbaycan SSR SSRIElmi fealiyyetiElm sahesi tarixElmi derecesi tarix elmleri doktoruTeltifleri Mundericat 1 Heyati 2 Teltif ve mukafatlari 3 Fealiyyeti 4 Siyasi kariyera 5 Elmi adlari 6 Eserleri 7 Istinadlar 8 Xarici kecidlerHeyati RedakteAnar Isgenderov 1956 ci ilde Masalli rayonunun Boyuk Kolatan kendinde anadan olmusdur 1 1973 1978 ci illerde BDU nun Tarix fakultesinde tehsil almisdir 1984 cu ilden BDU nun Menbesunasliq tarixsunasliq ve metodika kafedrasinda calisir 1999 cu ilden Menbesunasliq tarixsunasliq ve metodika kafedrasina mudir secilmisdir Teltif ve mukafatlari Redakte2009 cu ilde Azerbaycan Respublikasi Prezidentinin serencami ile Tereqqi medali ile teltif olunub 2016 ci il yanvar ayinin 11 de Azerbaycan Respublikasinin Prezidentinin serencami ile Azerbaycan Xalq Cumhuriyyeti dovrunun tedqiqinde xidmetlerine gore 3 cu dereceli Vetene xidmete gore ordeni ile teltif edilib 2 2018 ci ilde Azerbaycan Respublikasi Prezidentinin serencami Azerbaycan Xalq Cumhuriyyetinin 100 illiyi 1918 2018 yubiley medali ile teltif edilib 3 2019 cu ilde Baki Dovlet Universitetinin 100 illiyi munasibetile ve Azerbaycanda tehsilin ve elmin inkisafindaki xidmetlerine gore Azerbaycan Respublikasi Prezidentinin fexri diplomu 4 ve Baki Dovlet Universitetinin 100 illiyi yubiley medali 5 ile teltif edilib Fealiyyeti Redakte1978 1981 ci illerde Masalli rayonunda tarix muellimi 1982 1984 cu illerde Azerbaycan Dovlet Neft Akademiyasinda Felsefe kafedrasinda kabinet mudiri 1984 1999 cu illerde BDU nun Tarix fakultesi Menbesunasliq tarixsunasliq ve metodika kafedrasinda bas laborant muellim bas muellim dosent 1999 cu ilden indiye qeder hemin kafedraya rehberlik edir Calisdigi muddetde Azerbaycan tarixinin tarixsunasligi Azerbaycan tarixinin menbesunasligi Tarix elminin aktual problemleri Tarixi tedqiqatlarin metodoloji problemleri fenleri uzre muhazire ve seminar mesgeleleri aparir 200 e qeder elmi meqalenin 2 monoqrafiyanin iki kitabin muellifidir Rehberliyi altinda 4 nefer namizedlik dissertasiyasi mudafie etmis 3 eyani aspirant 6 nefer dissertant namizedlik dissertasiyasi uzerinde tedqiqat islerini davam etdirirler Ilk defe olaraq 1917 1920 ci illerde turk muselman ehalisine qarsi heyata kecirilen soyqirimin tarixsunasligi tedqiq olunaraq Azerbaycan ictimaiyyetine catdirilmisdir 1998 ci ilde Ankarada Turkiye Cumhuriyyetinin 75 illiyine hesr olunmus beynelxalq elmi konfransda maraqli meruzesine gore Turkiye Cumhuriyyetinin bas nazirinin qol saati ve Altun qizil medali ile teltif olunmusdur 2008 ci ilin dekabrinda Turkiye ve Azerbaycan tarixinin arasdirilmasinda xidmetlerine gore Qizil dos nisani ile teltif olunmusdur Hazirda Turk dunyasinin bir cox gorkemli tarixcileri ile o cumleden Amerika tarixcisi Castin Makkarti ile birlikde turk muselman soyqirimi problemi ile bagli emekdasliq edir 1918 1920 ci illerde turk muselman ehalisine qarsi heyata kecirilen soyqirimi problemi movzusunda tedqiqat isleri aparmisdir Siyasi kariyera RedakteYeni Azerbaycan Partiyasinin VII qurultayinda 5 mart 2021 ci il YAP Idare Heyetinin uzvu secilib 6 Elmi adlari Redakte1989 cu ilde Azerbaycanda sovet hakimiyyetinin qurulmasi ve mohkemlendirilmesinin tarixsunasligi movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir 2004 cu ilde Azerbaycanda 1917 1918 ci illerde turk muselman soyqirimi probleminin tarixsunasligi movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir Eserleri Redakte1918 ci il Mart qirgininin tarixsunasligi Baki 1997 Azerbaycan Xalq Cumhuriyyeti Baki 2003 Azerbaycan Xalq Cumhuriyyeti biblioqrafiya Baki 2003 Azerbaycanda turk muselman soyqirimi probleminin tarixsunasligi 1918 1920 ci iller Baki 2006 Tezepir Azerbaycan rus ingilis ve ereb dillerinde Baki 2009 Realities of Azerbaijan 1917 1920 Author Isgenderli Anar Foreword by Justin McCarthy Translated from the azerbaijani to the english by Yusif Axundov Bloomington Xlibris Corporation 2011 234 pages ISBN 9781456879556 Azerbaycan heqiqetleri 1917 1920 Baki Elm ve tehsil 2012 228 s Istinadlar Redakte Kendin diger taninmislari Anar Camal oglu Isgenderov masallilar az sayti 2016 03 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 05 06 A C Isgenderovun 3 cu dereceli Vetene xidmete gore ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami Prezident serencami Nazirlikde teqdimat Prezident BDU nun emekdaslarini teltif etdi Baki Dovlet Universitetinin 100 illiyi 1919 2019 yubiley medali ile teltif olunanlar http yap org az az view pages 7Xarici kecidler RedakteAnar IsgenderovMenbe https az wikipedia org w index php title Anar Isgenderov amp oldid 6128418, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Xankəndi

Milli Məclisin deputatı, tarixçi alim, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Anar İsgəndərovun Azvision.az -a müsahibəsini təqdim edirik:

– Azərbaycanda qısa müddət ərzində güclü dövlət konsepsiyasının necə reallaşdırılması, ölkəmizin sürətli inkişafı bütün dünyada maraq doğurur. Bu mənada Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ili necə xarakterizə edərdiniz? Ali Baş Komandan kimi torpaqlarımızın işğalına son qoyması ilə bağlı tarixi missiyanın reallaşdırılmasını necə dəyərləndirərdiniz?

– Doğru vurğuladınız ki, bu tarixi missiya idi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində ən böyük uğurlara imza atılan zəfərlə yekunlaşdı. Son 17 il ərzində əslində əksəriyyət belə düşünürdü ki, Ermənistan güclənir, işğalçının havadarları artır. Dağlıq Qarabağ məsələsi sanki unudulur, dünyada belə bir münaqişənin olması müzakirə edilmir və s. İddia edirdilər ki, gənc nəsil də bu məsələlərlə bağlı az düşünür, gənclər sanki Qarabağı özünün tarixi missiyası saymırlar. Amma bu yanlış düşüncə idi. Azərbaycanın dövlət başçısı həm müharibə dövründə, həm İkinci Qarabağ müharibəsi qələbəmizlə yekunlaşandan sonra, həm də Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında bir daha bu məsələyə qayıtdı. Ölkə başçısı 17 illik hakimiyyəti dövründə 4 vacib məsələni reallaşdırdı. İlk olaraq xalqla iqtidar birliyini, həmrəyliyini təmin etdi. İkinci məsələ – bu 17 il ərzində Dağlıq Qarabağ probleminin tarixi və hüquqi tərəfini uğurlu şəkildə dünyaya çatdıra bildi. Üçüncü məqam güclü iqtisadiyyat yaratdıq. Nəhayət, dördüncü vacib məsələ güclü ordu amilini önə çəkib, ordu quruculuğunu yüksək səviyyədə həyata keçirdi.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəyə hesablanmış bu dörd əsas fəaliyyətə nəzər yetirsək, bunların hər birinin torpaqların işğaldan azad olunmasına ayrıca bir töhfə verdiyini görərik. Əvvəlki illərdə bu işlərin effektli şəkildə qurulmasının nəticəsi idi ki, biz dünyanın diqqətlə izlədiyi vacib, tarixi müharibədə qısa zamanda qalib gələ bildik. Bəli, bu bir reallıqdır ki, indi beynəlxalq aləmdə Azərbaycan xalqı qalib, işğalçılar isə məğlub xalq kimi önə çıxırlar.

– Vacib məqamlardan biri kimi xalq-iqtidar birliyini vurğuladınız. Yəqin ki, tarixdə belə nümunəyə nadir hallarda rast gəlinir. Şübhə yox ki, xalq-iqtidar birliyi bundan sonra da güclü dövlət olaraq qalmağımızda öz sözünü deyəcək.

-Əlbəttə, buna şübhə belə olmamalıdır. Azərbaycan tarixində yeganə hadisə idi ki, bütün siyasi qurumlar birmənalı olaraq ölkənin Ali Baş Komandanının siyasi qərarlarının, iqtidarın yanında olduğunu bəyan etdilər. Xalq-iqtidar birliyindən söz açmışkən, yenidən ordu amilinə toxunmaq istərdim. Dünya tarixində xeyli sayda müharibələr olub ki, burada da neqativ hallar az olmayıb, döyüşən əsgərlərin ya etirazı, ya geri çəkilməsi və digər məqamlarla bağlı minlərlə misallar var. Amma Azərbaycan Ordusunda bir nəfər də olsa fərari əsgər olmadı. Əksinə, hərbçilərimiz yarımcan olsalar belə irəli getdilər. Biz yaşadığımız bu tarixi anlarda nələri müşahidə etdik? Əsgərlər yaralanıb hospitala aparılanda həkimlərindən incik düşürdülər ki, onları burada nahaqdan saxlayırlar. Yaralı, müalicə alan hərbçilərimiz dəfələrlə döyüş yoldaşlarının yanına can atıblar. Yaxud da, jurnalistlərin qazilərlə bağlı müsahibələrində xeyli oxşar fikirlər səsləndirilir ki, yaralı əsgər Şuşa döyüşlərinədək irəliləyə bilməməsindən məyus olur, təəssüf hissi keçirir ki, vaxtından tez yaralanması onun daha çox döyüşməsinə imkan verməyib. Xalqın içindən çıxan bu əsgərlər sadə silahlarla dünya hərb tarixinə düşəcək Şuşa döyüşlərini elə bir məharətlə qazandı, qəhrəmanlıq göstərdi ki, bu qələbə yüz il sonra da müzakirə olunacaq. Bütün bunlar Azərbaycan əsgərinə xas olan xarakterdir, xüsusiyyətdir. Tarixçi olaraq dünyada baş vermiş bir çox müharibələri oxumuş, araşdırmışam. Amma bu 44 günlük müharibədə yaşanan tarixi hadisələr, Vətənini, torpağını belə inanılmaz dərəcədə sevən Azərbaycan əsgəri qədər ikinci bir əsgər və hadisə olmayıb. Bütün bunlar tarixdir. Bəziləri elə düşünürdü ki, bu illər ərzində ölkəyə gələn neft gəlirləri və digər maliyyə axınları düzgün istifadə edilmir. Amma sübut olundu ki, bu da yanlış düşüncə imiş. Azərbaycan bu illər ərzində ən müasir, bir çox ölkələr üçün əlçatmaz olan silahlara sahib olurmuş. Ancaq tək müasir, güclü silahları əldə etmək deyil, kadrların yetişdirilməsi, yeni texnika və silah növlərindən peşəkarcasına istifadə edilməsi də vacib amildir. Kadr potensialını da genişləndirdik. Biz həm də xalq olaraq birləşib, bu illər ərzində dünyaya nəyi sübut etmək istəyirdik? Qarabağın Azərbaycan torpağı olmasını. Silahlar sonra öz sözünü deyəcəkdi. Amma buna qədər xalq çəkici bir nöqtəyə vurub, dövlətimizlə birgə beynəlxalq aləmdə düzgün təbliğatlar qurmalı idi. Əslində bacardıq, dünyaya çatdıra bildik ki, biz haqlı tərəfik. Prezidentin bu işlərdə gərgin əməyi, diplomatik məharəti, inanılmaz dərəcədə enerji sərf etməsi də sonda öz sözünü dedi.

Qısa bir xatırlatma edim ki, Münhendə dövlət başçısı bütün dünyanın gözü önündə işğalçı ölkənin rəhbərinə tarix dərsi keçdi. Kürəkçay müqaviləsini xatırlatdı ki, gör sənin millətinin, dövlətinin adı bu sənəddə keçirmi? Eyni zamanda məsələnin hüquqi tərəfində də ciddi işlər görülürdü. ATƏT, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamentinin, İƏT-in qəbul etdiyi vacib qərarların hər birində Azərbaycanın ərazi bütövlüyü önə çəkilirdi, torpaqların əsl sahibi bizim olduğumuz təsdiqlənirdi. Amma bununla yanaşı problemin sülh yolu ilə həlli də bizə yeganə çıxış yolu kimi göstərilirdi. Dövlət başçısının dediyi kimi, ancaq biz gördük ki, 30 il müddətində ATƏT-in Minsk Qrupu vaxt keçirir, bizə ancaq gözləyin mesajı verir, sülh bəhanədir, hüququn gücündən istifadə edilmir. O zaman ölkə, xalq olaraq biz gücün hüququndan istifadə etdik. Öz gücümüzlə, hərb yolu ilə beynəlxalq sənədlərdə təsbit olunmuş, tarixi və əzəli torpaqlarımızı geri qaytara bildik.

Yəni sualınıza qayıdaraq bir daha deyirəm ki, güclü iqtisadiyyat, xalq-iqtidar birliyi olmasaydı, məsələnin tarixi və hüquqi tərəfi təmin edilməsəydi və Azərbaycan gəncliyi, əsgərlərimiz bu ruhda tərbiyə olunmasaydı, təbii ki, müharibədən qalib tərəf kimi çətinliklə çıxardıq. Amma xoşbəxtlikdən ilk sualınızda sadaladığım məlum dörd şərti, faktoru Azərbaycan dövləti, Ali Baş Komandan, xalq yüksək səviyyədə yerinə yetirə bildi. Nəticədə biz müharibələr tarixinə düşən Vətən savaşında zəfər əldə etdik. Dünyanın az qala ən böyük nüfuzlu təşkilatları, bəzi böyük dövlətləri Azərbaycanı məcbur edirdilər ki, işi yarımçıq saxlasın. Amma Ali Baş Komandan bu təzyiqlərə axıra kimi sinə gərdi. Nəinki sinə gərdi, sona qədər əvvəldən dediyi fikirlərinin, tələblərinin üstündə durdu ki, işğalçı ölkə sülhə razılaşıb dinc yolla torpaqlarımızdan geri çəkilsin. Sonuncu əsgərinə kimi erməni ordusu torpaqlarımızdan çıxsa, yaxud da, yalnız ölkə rəhbərinin imzası ilə öhdəlik olsa ki, qarşıdakı təyin olunan tarixlərdə çıxırıq, biz də döyüşləri, azadetmə əməliyyatlarımızı dayandıracağıq. Doğrudan da bu belə oldu.

-Bu, Qarabağın azad edilməsi ilə bağlı böyük planlarımızın bir hissə idi. Artıq biz Qarabağı yenidən cənnətə çevirməyə başlamışıq, bərpa işlərinə start vermişik. İkinci mərhələnin uğurla getdiyini demək olarmı?

– Hər şey öz axarına düşüb, qarşıda bizi böyük quruculuq işləri gözləyir. Artıq qalib tərəf kimi dünyanı məcbur edirik ki, atom bombasının atılmasından sonrakı mənzərəni xatırladan kənd və şəhərlərimizə gəlib reallıqları öz gözləri ilə görsünlər. Görsünlər ki, onlar 30 il müddətində hansı bir vəhşi dövlətə təzyiq göstərməyiblər. Anlasınlar ki, bu işğalçı dövlətdə, humanizm, ədalət, xeyirxahlıq, tarixi mədəni, irslərə dəyər yoxdur. Onlar faşist, qəddar bir dövlətdir ki, bu qədər nəhəng tarixi, mədəni, dini abidələrdən birini də salamat saxlamayıblar. Yaşayış yerləri, kənd və şəhərlərin, məktəb və ümumilikdə evlərin yerlə-yeksan edilməsini hələ demirik. Bu dövləti, belə xalqı və onun ordusunu müdafiə etməyə dəyərdimi? Ona görə də bu cür proseslərin getməsi vacibdir. Bir tərəfdən quruculuq, digər tərəfdən isə güclü təbliğat işləri ilə dünyanı hökmlə inandırmaq lazımdır ki, gələcəkdə bir də belə hallar təkrarlanmasın, işğalçılar pərdələnməsin. UNESKO kimi bir təşkilat yersiz şəkildə Azərbaycana çağırış edəndə ki, azad olunan torpaqlarımızda xristian abidələrini qorumaq lazımdır, biz geri çəkilmədik. Əksinə, loru dildə desək, onları başa saldıq ki, bizim islamaqədərki tariximiz xristian tarixi olub. Bu abidələr dövlətindir, xalqımız isə artıq dünyada nadir nümunəyə çevrilmiş multikultural dəyərlərə malikdir. Bizim üçün heç bir fərqi yoxdur ki, torpağımızda xristian, yaxud da digər dinlərə məxsus abidələr var. Onların hər biri dini dəyər olaraq müqəddəs sayılır, borcumuz isə daim onları qorumaq olub. Kəlbəcərdəki dini abidələrin alban abidələri olduğu dünyada hər kəsə bəllidir. Bizim ilk dövlətlərimizdən biri də Alban dövləti sayılır. Yəni məsələyə hansı aspektdən yanaşsaq, Azərbaycan xalqını bu işlərdə suçlamaq düzgün deyil.

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyası (YAP) da Vətən müharibəsindən sonra regionda və ölkədə yaranmış reallıqlara uyğun fəaliyyətə keçdiyini göstərdi. Partiya gələn il baş tutacaq 30 illik yubileyinə artıq yeniləşmiş formatda gedir. Qurultayla bağlı fikirləriniz maraqlı olardı. VII qurultaydan sonra yəqin ki, YAP fəaliyyətini Qarabağ zəfərinin ölkəmizdə yaratdığı yeni reallıqlara uyğun quracaq. Partiyanın yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edən yeni proqram hazırlayacağı bildirilir. Bütün bu prosesləri necə qiymətləndirirsiniz?

– 44 günlük müharibəyə qədər hamımız məğlub ruhda idik. Amma Vətən müharibəsindən sonra hər şey dəyişdi. Artıq Cənubi Qafqazın siyasi mənzərəsi belə dəyişib. Cümhuriyyət dövründə, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də biz tez-tez Qafqaz evi ifadəsini gündəmə daşıyırdıq. Təəssüf ki, buna fikir verən olmurdu. İndi bu Qafqaz evinə nəinki İran, Türkiyə də qoşulur. Gürcüstan, Rusiya da bu birliyə can atır və əgər Ermənistan bura qoşulmaqda maraqlıdırsa, artıq Cənubi Qafqazın deyil, ümumilikdə böyük bir ərazinin, regionun siyasi mənzərəsi dəyişəcək. Bütün bu dəyişikliklər mövcuddursa, əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın da platforması, nizamnaməsi və proqramında dəyişikliklər edilməli idi. Azərbaycan bu gün qalib ölkə kimi işğaldan azad olunan torpaqlarını necə bərpa edəcəyini planlaşdırır. Eyni zamanda hələlik ermənilərin yaşadığı ərazilərin də taleyini həll edir. Düzdür, status məsələsi aradan götürülüb. Amma bunu hələlik biz reallaşdırmışıq. Çünki dünyanın nüfuzlu dövlətləri və təşkilatlarının bu mövzuda konkret fikirləri də yoxdur. Biz öz fikrimizi əsaslandırmaq üçün daha nələrdən istifadə etməliyik? Yəni beynəlxalq aləmdə, daxili və xarici siyasətdə görüləcək işlər hələ çoxdur. Əlbəttə ki, təkcə YAP-da yox, ümumiyyətlə dövrün siyasi mənzərəsində böyük dəyişikliklər var. 6 partiya nə üçün YAP-a qoşuldu? Çünki onların proqram və nizamnamələrində Dağlıq Qarabağla bağlı nələr nəzərdə tutulmuşdusa, 44 gün ərzində onların hamısı həyata keçirildi. Bu partiyaların üzvləri, rəhbərləri başa düşdülər ki, YAP onların yazdıqlarını reallaşdıra bilibsə, elə bu siyasətçilər də hakim partiya ilə birgə addımlasalar daha məqbuldur. Birmənalı şəkildə deyə bilərəm ki, 10 milyonluq xalqın həyatında hər şey dəyişib. O cümlədən də partiyada. YAP iqtidar partiyası olduğu üçün yeniliklərə getdi. Nə üçün yeni proqram hazırlanmalıdır? Artıq bu gün müdafiə yox, hücum diplomatiyasındayıqsa bizim bütün fəaliyyətlərimiz bunun üzərində qurulmalıdır. Düşünməliyik ki, gələcək üçün nələr etmək lazımdır ki, dünyada daha üst səviyyəyə qalxa bilək. Biz ərazicə kiçik dövlət ola bilərik. Amma siyasi mövqeyimiz, nüfuzumuza görə yalnız Cənubi Qafqazda deyil, dünyada tanınır, böyük hörmətlə önə çəkilirik. Əgər Cənub Qaz kəməri Azərbaycan qazını Bolqarıstan, İtaliya, Yunanıstana çatdıra bilirsə, bu artıq ölkəmizin yalnız Cənubi Qafqaz dövləti olması anlamına gəlmir. Yaxud da Böyük İpək Yolu ilə bağlı məsələlərdə İran, Türkiyə, hətta Cənub-Şərqi Asiya ölkələrinə qədər gedə, ciddi bir iqtisadi şəbəkə qura biliriksə, bu artıq kiçik deyil, böyük nüfuza malik dövlət anlamına gəlir. Təbii ki, belə dövləti idarə edən partiyanın nizamnamə və proqramında dəyişikliklər olmalı idi. Ona görə də baş verən yeniliklər və onlarla ayaqlaşma təbii proseslərdir.

– Bir neçə mühüm məqamı həm tarixi aspektdən, həm də indiki reallıqlar baxımından şərh etdiniz. Bəs yaxın illərdə bizi gözləyən başqa bir tarixi hadisə – Zəngəzur dəhlizinin perspektivlərini necə qiymətləndirirsiniz?

– Əslində ən böyük qazanclarımızdan biri də qeyd etdiyiniz dəhliz amilindən sonra reallaşacaq. Ermənistan respublikası yaradılması və sonradan Zəngəzurun bolşeviklər tərəfindən ermənilərə verilməsi ilə Naxçıvanla Azərbaycan arasında olan quru sərhəd aradan qaldırıldı. Naxçıvan sözün həqiqi mənasında blokadaya salındı. Bu gün belə bir dəhlizin açılması çox ciddi tarixi hadisə sayılacaq. Naxçıvanla bağlı 90-cı illərdən sonra da müəyyən təklif və planlar var idi, məşhur amerikalı politoloqun bu mövzuda ideyası ortaya atılmışdı. Amma bu məsələlər reallaşmadı. Dəhliz ideyasını bu dərəcədə ideal, belə uyğun formada xeyrimizə həll etmək mümkün deyildi. Ancaq indi yaranan situasiyaya baxaq, görün nə gözəl imkan və mənzərə yaranıb. Naxçıvanla Azərbaycan arasında planlaşdırılmış nəqliyyat-kommunikasiya xətlərinin bərpası tarixi nailiyyət olacaq. Artıq burada yalnız Naxçıvan deyil, Türkiyə ilə Azərbaycan arasında da yollar bərpa olunacaq. Bu həm də birmənalı olaraq Naxçıvanın blokadadan qaldırılması deməkdir. Bu günə kimi Azərbaycanla muxtar respublika arasında süni şəkildə yaradılmış bütün çətin əlaqələr daha da asanlaşacaq. Bundan böyük uğur ola bilməz. Regionun mənzərəsi də yenidən dəyişəcək. Düzdür, dövlət başçısı qeyd etdi ki, qarşı tərəfdən bu məsələlərlə bağlı bəzi tərəddüdlər, geri çəkilmə meylləri hiss olunur, amma bu mümkün deyil. Nə üçün? Çünki ortada sənəd var, üç ölkənin imzası var. Öhdəliklər isə yerinə yetirilməlidir. Digər tərəfdən əgər Ermənistan bu işlərə tez bir zamanda başlasa, inanın ki, nəinki erməni vətəndaşlar, elə Dağlıq Qarabağ ermənilərinin çoxu da rahat şəkildə Türkiyədə, İstanbulda olacaqlar. Yəni bu dəhlizdən həm sosial məsələlər, həm iqtisadi gəlişmə, həm də digər baxımdan ən çox qazanan tərəf elə İrəvan olacaq. Ağıllı, uzaqgörən rəhbər bu işdən qazmaz. Həmçinin millətçilik və revanşist hisslərdən imtina etmək lazımdır. Əslində bütövlükdə Ermənistanda yaşayan sadə insanlar deyil, diaspor, lobbi, ümumilikdə siyasi elita həmişə bu xalq üçün faciələrə yol açan siyasi gedişlərə səbəb olublar. Əgər onlar da ağılla hərəkət edib, ölkənin gələcəyini düşünsələr, bizdən qabaq bu dəhlizi bərpa edərlər.

Naxçıvanla Azərbaycan, Azərbaycanla Türkiyə rahat şəkildə birləşəcəklər, dəhliz bizi daha əlçatan edəcək. Amma ən çox qazanan dediyim kimi hazırda ağır iqtisadi duruma düşmüş Ermənistan olacaq. Əminəm ki, bu dəhliz, yollar açılacaq. Bildiyiniz kimi 1921-ci ildə bağlanmış Moskva, Qars müqavilələrinin yüz illiyi yaxınlaşır. Bu dəhlizin indi reallaşması həm də tarixilik baxımdan töhfə olar. Müqavilədən sonra Naxçıvan çətinliklərlə Azərbaycanın tərkibində qalmışdı. Amma 100 ildən sonra bu çətinliklər aradan qalxa bilər. Naxçıvanı Azərbaycandan ayıran 42 kilometr ərazi var. Ancaq Zəngəzur dəhlizinin reallaşması buna son qoyacaq. İran və Rusiya üçün də yeni imkanlar açıla bilər. Yəni tarixilik baxımdan regionda artıq yeni mərhələ başlayır, bu məsələdə qonşu ölkələrin heç biri itirməyəcək. Biz həmişə deyirik ki, Cənubi Qafqazda yaşayan xalqlar firavan, xoşbəxt bir şəkildə, əməkdaşlıqla irəli getməlidirlər. Bölgədə kimin tez, kimin gec formalaşmasından və ya regiona gəlməsindən asılı olmayaraq, bütün xalqlar səmimi münasibət qura bilsələr, o zaman Qafqaz ölkələri güclü şəkildə inkişaf edər. Əmin-amanlıq şəraitində yaşayan xalqlar gələcəyə ümidlə baxa bilərlər. Amma nə zaman ki, müharibə, torpaq iddiaları ortaya atılır, həmin ərazidə heç vaxt sabitlik, inkişaf olmayacaq. Biz o sabitliyi istəyirik və bu inkişafın, sülhün, birgəyaşayışın xətrinə Ermənistanı da inkişaf etdirməyə hazırıq. İrəvan təcavüzkar siyasət yürütməsəydi, neft-qaz kəmərlərimiz indi onların ərazisindən keçmişdi. Bu gün də deyirik ki, erməni xalqının ağır şəraitdə yaşamasının səbəbi siyasi elitasının təcavüzkar siyasət sərgiləməsi oldu. Bəlkə, doğrudan da İrəvan yaxın gələcəkdə ağılla hərəkət etməyə başlayacaq. Əgər normal qonşuluq siyasətinə qayıtsalar, bu erməni xalqına nələrsə verəcək. Əks təqdirdə, onlar üçün bataqlığın sonu görünmür.

Anar isgəndərov azərbaycanda türk müsəlman soyqirimi

1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Lenin başda olmaqla bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında altında yaşamağa məhkum edilən məzlum xalqlarının arzularını puça çıxartdı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda bolşeviklərin fəallığı artdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paraxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdlən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart – A.İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı.
Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Fövqəladə Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi.””. (ARDA, f.1061, siy.1, iş 95, vər.2). Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge Komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.20)

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmi
şdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26)
Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də (köhnə təqvimlə-A.İ) bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi.
Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırmışlar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)

Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”. (ARDA, f.100, siy.2, iş 791, vər.791)
“Nikolay Buniatov” paraxodu komandirinin köməkçisi Kazım Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır.
İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi.
Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlamışdır.
Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o daha fotoşəkil çəkə bilməmişdi.

Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi. (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10)
Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18) Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.
1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.

Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının-şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. – əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı şəhərində 8 min, qəzanın 53 kəndində isə ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. (ARDA, f.1061, siy.2, iş 85, 87,100)

“Çağırış” bu sözlərlə qurtarırdı: “Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”

Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

Amazasp Quba camaatını meydana yığaraq bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm”-deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.
Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri alqana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”. Başqa bir şahid yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə birbirilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”. A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.

Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, “Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”.
Qubada törətdiyi qırğınlardan quduzlaşan Amazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: “Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…” O, daha irəli gedərək deyirdi: “Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək, Şahdağa çatacağam”. Doğrudur, müsəlman qanına susayan Amazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə “Qanlı dərə” kimi daxil oldu.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.(M.Məlikməmmədovun “Qanlı dərə” əsərinə istinad olunub).

Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etdi”

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.
Dağıdılan bu 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəsi edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərini qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Çullu kəndində ermənilər yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışlar. Müsəlman meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında keçirilmişdir.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu və yüz minlərlə xırda buynuzlu mal–qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndələrinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur. (ARDA: f.894, siy. 4, iş 65).

1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülmüşdü.

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə –yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.

Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər.

Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı. 1918-ci ildə “İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər:

– 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.
– bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.
– bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
– otuzuncu illərin repressiyalarında erməni xisləti üçün yaranmış fürsətdən məharətlə istifadə edildi.
– 1947-53-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı.
– 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.
– 1918-ci ilin martında erməni vəhşiliyindən canını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.
Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Bəli, düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdə və barışmadı.
2020-ci ilin sentyabrın sonlarında Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi.Tarixə 44 günlük müharibə kimi daxil olan bu zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi.
Qarabağ Azərbaycandır!

Anar İsgəndərov,
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor.

Comments are closed, but trackbacks and pingbacks are open.