Qazilərə qarşı dələduzluq edən şəxsin icra başçısının qardaşı oğlu olduğu üzə çıxdı – FOTO/VİDEO
Eldar Məmmədli, Bizim.Media
Analığına qarşı dələduzluq edənə şərti cəza – Hokm
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Nazim Zülfüqrovun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi üzrə ona cəza təyin edilməyib.
Buna səbəb həmin maddə üzrə cəza təyin edilmə müddətinin bitməsidir. Həmin maddə üzrə ittihama xitam verilib.
Nazim Zülfüqarova dələduzluq maddəsi üzrə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Nazim Zülfüqarov analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçməkdə təqsirləndirilib.
Gülrux Əliyeva pulunu banka qoymaq üçün N.Zülfüqarova verib. Banka qoyulan pullar Gülrux Əliyevanın xəbəri olmadan ələ keçirilib.
Gülrux Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.
Gülrux Əliyevanın sözlərinə görə, Bakı şəhəri, Nobel prospekti 16/17 yerləşən evi söküntüyə düşüb və nəticədə “Kapital Bank”da onun hesabına 360 min manat vəsait köçürülüb.
Yoldaşı Seyran vəfat etdiyindən, övladları azyaşlı olduqları üçün pulun idarə olunmasını qohumlarına, əsasən, də yoldaşının birinci evliliyindən olan oğlu Nazim Zülfüqarova etibar edib: “Çünki Nazimin bu sahədə təcrübəsi vardı. O, həm mənim, həm də vaxtilə mərhum atasının etibarını qazanmışdı. Ötən il martın 17-də banka köçürülmüş pulu dollara dəyişməklə 100 min dollarını həyat yoldaşımın birinci evliliyindən olan oğlu Nazimin adına Azərbaycan Beynəlxalq Bankda açılmış hesaba, 100 min dollarını isə qardaşım oğlu Mirismayıl Seyidpaşa oğlunun hesabına yerləşdirdim”.
Zərərçəkmiş bildirib ki, 6 iyun 2013-cü il tarixində isə 70 min dolları öz adına Beynəlxalq Banka qoyub: “Elə bilirdim ki, “Zamin Bank”da öz adıma 120 min dollar pul var. Əslində isə 80 min dollar imiş. Nazim Zülfüqarov həmin məbləğləri Beynəlxalq Banka mənim hesabıma yerləşdirməsi haqqında məlumat vermişdi. Maraqlananda Nazim mənə dedi ki, 80 min dolların faizini Beynəlxalq Bankdan, 40 min dolların faizini isə Bank Respublikadan alacaqsan. İki bankdan faiz alacağım xəbəri məndə şübhə yaratdı. Ancaq Nazim hər şeyin yolunda olduğuna məni inandırdı.
Nazim o qədər etibarımızı qazanmışdi ki, törətdiyi cinayətin sezilməməsi üçün davamlı olaraq depozit kartlarına aylıq faiz adı ilə pullar yatırırdı. Güya bu yerləşdirilmiş pul vəsaitlərinin aylıq faiz gəlirləridir. Həmçinin bildirdi ki, sənin adına Bank Respublikada 30 min ABŞ dolları, “Silk Way”da isə 20 min dollar yerləşdirilib.
Həmin hesablara pul yerləşdirməsinin təsdiqi kimi hər iki banka aid kartları mənə təqdim etdi və bildirdi ki, hər ay həmin kartlar vasitəsi ilə faiz gəlirlərini götürəcəksən. Göstərdiyim məbləğlər hər biri mənə məxsus olub və bunun sübutu istintaqa təqdim edilib. Sonradan məlum oldu ki, əslində mənə təqdim olunmuş kartlar debet kartlar imiş. Hər ayın eyni tarixində Nazim və dəstənin digər üzvləri vasitəsilə yerləşdirilib ki, məndə şübhə yaranmasın”.
Qazilərə qarşı dələduzluq edən şəxsin icra başçısının qardaşı oğlu olduğu üzə çıxdı – FOTO/VİDEO
BAKU.WS “bakupost.az”a istinadən xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur. Məlumata görə, həmin şəxsin ilk dələduzluğu olmadığından, icra başçısı onu xilas etməyə çalışmayıb.
Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb, sonuncuların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib, birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb, onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərinin özünə məxsus bank hesabına köçürülməsini təmin edib, dələduzluq yolu ilə ələ keçirib.
Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluq edən şəxsə CƏZA İSTƏDİ
Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Cəfər Əliyevin 12 il azadlıqdan məhrum edilməsini tələb edib. Növbəti proses sentyabrın 9-da davam edəcək.
İstintaq orqanı tərəfindən Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
Eldar Məmmədli, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.