Опытные онлайн-репетиторы
Nümunədə hansı bədii ifadə vasitəsi işlənilib?
7-ci sinif azrbaycan dili kiçik summativ qiymtlndirm 3
Toggle navigation MENU
- Baş Səhifə
- Riyaziyyat Tarixi
- Riyaziyyatın Sahələri
- Riyaziyyatın Sirrləri
- Riyaziyyatçılar
- Riyaziyyat Həyatımızda
- Haqqımda
- Əlaqə
- Azərbaycanım
- Azərbaycan haqqında ümumi məlumat
- Dövlət Rəmzləri
- XX əsr Azərbaycan faciələri
- Qarabağ həqiqətləri
- Xocalı Soyqırımı
- Araşdırma Bölməsi
- Qəhramanlıq Tarixi
- Qarabağ
- Qarabağ Bölgələri
- Dağlıq Qarabağ Muxtar Vilayəti
- Kurikulum .Ümumi məlumat
- Milli Kurikulumu öyrənmək üçün vəsait
- Fəal dərsin mərhələləri
- İnteraktik təlim üsulları
- 7 sinif Perspektiv Planlaşdırma
- 8 sinif Perspektiv Planlaşdırma
- Məşhur Riyaziyyatçılar
- Azərbaycan Riyaziyyatçıları
- Riyaziyyatçı Alimlər
- Evklid
- Arximed
- Pifaqor
- Nəsrəddin Tusi
- İsaak Nyuton
- Evarist Qalua
- Ogüsten Lyi Koşi
- Lütfi Ələsgərzadə
- Hikmətli,Müdrik kəlamlar
- 6 sinif
- 6 класс
- 7 sinif
- 7 класс
- Online Testlər
- Faiz
- Çevrə
- Fırlanma cisimləri
- Müsbət və mənfi ədədlər
- Fəza fiqurlarının səthi və həcmi
- Ədədi və həndəsi Silsilə
24.10.2015
10/24/2015 01:44:00 ÖÖ Arzu Məlikova Test Tapşırıqları Şərh yoxdur
7 sinif Kiçik Summativ qiymətləndirmə №3( həndəsə və ehtimal)
VII sinif üçbucağın xarici bucağı, düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet, ehtimal və s. mövzularını əhatə edən KSQ tapşırıqları.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz.
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!“Kiçik summativ qiymətləndirmə” 7 sinif
Necə də qorxmayaydı. İndi yeddi-səkkiz il idi ki, balasını doyunca görməmişdi. O, sarbana nökərçiliyə veriləndə doqquz-on yaşında bir uşaq idi. İndi on yeddi – on səkkiz yaşlı bir igid olmuşdu. Karvanla birgə şəhərləri, ölkələri qarış-qarış gəzmiş, qışın şaxtasından, yayın qızmarından üzünün dərisi bərkiyib sərtləşmişdi.
Ana çoxdan bəri ürəyində bəslədiyi dadlı xəyal və arzularını oğluna bildirmək istəyirdi. Onu razı salıb yanında saxlamağı, əzab və əziyyətlərlə dolu olan ömrünün son günlərini oğlu ilə birgə keçirməyi arzu edirdi. Bu ümidlə oğluna dedi:
__ Nə yaxşı oldu ki, gəldin, oğul. Gözüm yollarda qalmışdı. Deyirəm ki, daha heç yana getmə. Ac-yalavac da olsa, bu kasıb daxmamızda birtəhər dolanarıq.
Babək anasının ürəyindən keçənləri duydu. Onu boş xəyallarla yormamaq üçün sözünü yarımçıq qoyub dilləndi:
__ Yox, anacan, mən burada qala bilmərəm. Elə bu “ birtəhər, ac-yalavac dolanmağa ” qatlaşmaq bizim evimizi yıxıb. Daha bəsdir.
O, sanki anasına yox, minlərlə adama deyirmiş kimi, sözünə davam etdi:
__ Daha bəsdir, ana. Mən İrandan, Ərəbistandan Hindistana qədər hər yeri qarış-qarış gəzmişəm. Azərbaycan torpağı hər yerdən bərəkətli, Azərbaycan oğulları hamıdan qeyrətlidir. Biz niyə “ birtəhər, ac-yalavac dolanmağa ” qatlaşaq? Yox, mən gedəcəyəm, ana.
Gənc Babək özü də istəmədən bu amansız sözləri ilə ananın yaralı qəlbini qanatmışdı. Dərdli ana hıçqırıqlı bir səslə inlədi:
__ Oğul, bəs mənə yazığın gəlmirmi? Məni qoyub hara gedirsən?
Babək anası ilə sərt danışdığını indi başa düşüb, yumşaq, lakin inamlı bir səslə dedi:
__ Elə demə, anacan. Anasına kəm baxan oğulun gözlərinə qan damar! Mən səni sevdiyim üçün belə düşünürəm, anacan! Mən karvanda yeddi-səkkiz il çarvadarlıq etdim. Təbrizdə emalatxanalarda işlədim. Azdan-çoxdan qazancım var. Bir inək, beş-on qoyun-keçi alıb, sən deyən kimi “ birtəhər ” dolana bilərik. Ancaq sabah xəlifənin əmirləri, İranın naibləri onu da tutub əlimizdən alacaqlar. Bəs sonra. Sonra necə olsun?! Yox, anacan, yaxşı oğul gərək təkcə özünü, öz komasını düşünməsin. Bizim elimiz, yurdumuz var, anacan! Sənin də, mənim də böyük bir anamız var. __ Vətən! Anacan, mən səni sevirəm, ancaq Vətənimi də sevirəm. Bil ki, ərəb işğalçıları ilə İran hakimləri Vətəndən qovulmadıqca.
Elə bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan at kişnəmələri, it hürüşmələri eşidildi.
1. Mətnin planını tətib edin.
2. Anası ilə söhbətində Babəkin xasiyyətindəki hansı cəhətlər üzə çıxır?
1) Mübarizlik 2) Xeyirxahlıq 3) Təvəzökarlıq 4) Vətənpərvərlik
A) 1,4 B) 2,3 C) 1,3 D) 2,4
3. Aşağıdakı cümlədə hansı bədii təsvir vasitəsi işlənmişdir?
Gənc Babək özü də istəmədən bu amansız sözləri ilə anasının yaralı qəlbini qanatmışdı.
A) Bənzətmə B) Epitet C) Mübaliğə D) Bədii sual
4. Cümlənin ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?
-Oğul,bəs mənə yazığın gəlmirmi?Məni qoyub hara gedirsən?
A) Kədər, məzəmmət B) Qəzəb, sərtlik C) Yalvarış, hiddət D) Xahiş, hədə
5. Hekayə hansı mövzuda yazılıb?
A) Ana B) Əmək C) Dostluq D) Vətən
6. Əsərdə qaldırılan başlıca problem hansıdır?
A) Vətənin azadlığını hamı düşünməlidir?
B) Övlad-ana münasibətləri
C) Qürbətdə ömür sürməyin çətinliyi
D) Dolanışıqda çətinliyə dözmək
7. Babəkə yazıçı necə müasibət bəsləyir? Fikrinizi nümunələrlə əsaslandırın.
8. “Sənin də, mənim də böyük bir anamız var. – Vətən! Anacan, mən səni sevirəm, ancaq Vətənimi də sevirəm. Bil ki, ərəb işğalçıları ilə İran hakimləri Vətəndən qovulmadıqca. ”
Nümunədə hansı bədii ifadə vasitəsi işlənilib?
A) Mübaliğə B) Təkrir C) Bədii sual D) Litota
9. Çərçivəyə alınmış hissənin məzmununu yığcam yazın.
10. Əsərdə başlıca fikir hansıdır?
A) Ananın qədrini bilmək lazımdır.
B) Vətən azad və müstəqil olmaldır.
C) Azərbaycan torpağı bərəkətlidir.
D) Yaxşı oğul ananın məsləhətinə qulaq asmalıdır.
- Azərbaycan haqqında ümumi məlumat
Comments are closed, but trackbacks and pingbacks are open.