CAREC ölkələrində turizmin inkişafına dair proqram təsdiqlənib
Tədbirdə vurğulanıb ki, Asiya bazarı Azərbaycan turizmi üçün prioritet istiqamətdir və imzalanan memorandum bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Asiyada turizm
İyunun 25-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyası arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Modern.az xəbər verir ki, memorandumun əsas məqsədi turizm sahəsində iki dövlət arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, iki ölkənin maraqlarını əsas götürərək turizmin inkişafının güclü və effektiv təşviqini aparmaq, eyni zamanda bu cür əməkdaşlığın ümumi maraqlara xidmət etməsinə və xalqların iqtisadi, mədəni, sosial inkişafının möhkəmlənməsinə töhfə verməkdir.
Tədbirdə vurğulanıb ki, Asiya bazarı Azərbaycan turizmi üçün prioritet istiqamətdir və imzalanan memorandum bu regiondan Azərbaycana daha çox turistin cəlb edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının rəhbər şəxləri ilə yanaşı, yerli turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Hər iki qurum bundan sonra da turizm sahəsində faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımi işlərin görüləcəyini bildirib.
İmzalanmadan öncə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyasının nümayəndələri yerli turizm şirkətlərinin iş fəaliyyəti ilə tanış olublar. Onlara Azərbaycanın turizim potensialı haqda geniş məlumat verilib.
CAREC ölkələrində turizmin inkişafına dair proqram təsdiqlənib
CAREC ölkələrində turizmin inkişafına dair proqram təsdiqlənib Turizm infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, viza qaydalarının uyğunlaşdırılması, sərhəd keçidi qaydalarının sadələşdirilməsi nəzərdə tutulur.
8 Dekabr , 2020 13:20
https://static.report.az/photo/f2b4dea5-f020-3621-819b-05991de0b994.jpg
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) XIX Nazirlər Konfransında regionda turizmin təhlükəsiz, dayanıqlı, inkluziv inkişafını, dünya miqyasında rəqabətcilliyini dəstəkləyən yeni uzunmüddətli proqram təsdiqlənib. “Report” Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, CAREC-in 2030-cu ilədək turizm strategiyası Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan nüməyəndələri tərəfindən təsdiq olunub. “Regional təşəbbüslərini tədricən həyata keçirməklə CAREC-in 2030-cu ilədək turizm strategiyası regionun COVID-19 fəsadlarından qurtulmağa, uzunmüddətli perspektivdə isə dayanıqlı, təhlükəsiz, rahat turizm bölgəsi olaraq özünü doğrultmağa dəstək olacaq”, – ADB vise-prezidenti Şiksin Çen (Shixin Chen) bildirib. Bu ildə dünya turizminin pandemiya fəsadları ilə üzləşdiyini nəzərə almaqla 2030-cu ilədək turizm strategiyası insanların səyahətə çıxarkən daha çox nisbətən yaxın, təhlükəsiz və tənha yerlərə üstünlük vermələrini rəhbər tutaraq regionun əlverişli turizm bölgəsi olaraq inkişafının uzunmüddətli proqramını təqdim edir. Turizm infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, viza qaydalarının uyğunlaşdırılması, sərhəd keçidi qaydalarının sadələşdirilməsi nəzərdə tutulur. Həmçinin CAREC turizm portalı yaratmaqla, turizm şirkətləri üçün reklam fəaliyyəti vasitəsilə “İpək Yoluna gəlin” adlı vahid brend yaratmaq də hədəflənir. “Kənd və şəhər yerlərində turizmin inkişafına rəvac verməklə yeni strategiya regionlararası bərabərsizliyi azaltmağa, yerli icmaların imkanlarını artırmağa yardım edəcək. Nəticədə iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlar, o cümlədən gənclər və qadınlar üçün əlavə gəlir mənbələr yaradılmaqla gender bərabərliyinin təmin olunmasına da rəvac verəcək”, – ADB Mərkəzi və Qərbi Asiya baş direktoru Verner Lipax qeyd edib.
Asiyada turizm
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti aprelin 20-də Almatıda start götürən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” – “KİTF 2022” sərgisində təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 22-dək davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və “Duzdağ Hotel” iştirak edir.
Azərbaycan stendində ölkəmizin, o cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.
Milli stendlə yanaşı ölkəmizin sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur.
Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir.
Sərgi çərçivəsində təşkil olunan “Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və “Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər.
Eləcə də sərgidə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bağlı xüsusi təqdimat keçirilib.
2001-ci ildən etibarən hər il təşkil olunan “KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-yə yaxın turizm şirkəti və təşkilatının qatıldığı sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.