Atalar və oğullar ivan turgenev
Bu qərarlardan bir neçəsi xüsusilə diqqətimi cəlb etdi: deyilirdi ki, dövlət və siyasət adamları qəbul etməlidirlər ki, onlara qarşı tənqidin sərhədləri daha geniş olmalıdır.
Atalar və oğullar
Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.
Как читать книгу после покупки
- Чтение только в Литрес «Читай!»
Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли
По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее
Стоимость книги: 312,09 ₽
Ваш доход с одной покупки друга: 31,21 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти
- Жанр:л итература 19 века, р усская классикаРедактировать
Эта и ещё 2 книги за 399 ₽
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги
İvan Sergeyeviç Turgenevin (1818-1883) “Atalar və oğullar” romanı – XIX əsrin 60-cı illərində yazılmış və o dövr üçün çox məşhur olmuş əsərin baş qəhrəmanı Yevgeni Bazarov gənclərin təqlid nümunəsi olmuşdur. Kompomistizlik, nüfuzlar və köhnə həqiqətlər önündə əyilməmə, faydalı olan şeyin gözəl olan üzərində üstünlüyü kimi ideallar həmin dövrün adamları tərəfindən dərk edilmiş və Bazarovun dünyagörüşündə əks olunmuşdur. “Atalar və oğullar” romanında, o dövr rus ədəbiyyatının ən xarakterik xüsusiyyətlərindən biri – ədəbiyyatın ictimai əhval-ruhiyyəsinin real axını ilə sıx əlaqəsi daha tam şəkildə öz ifadəsini tapmışdır. “Russkoe slovo” jurnalı D.İ.Pisaverin şəxsində, hətta radikal əhval-ruhiyyəli Bazarovu öz idealı hesab edir. Eyni zamanda, əgər Bazarov surətinə tarixi nöqteyi-nəzərdən yanaşılsa, yəni ona XIX əsrin 60-cı illərinin əhval-ruhiyyəsini əks etdirən bir tip kimi baxılsa, onda deyə bilərik ki, bu surət tamamilə açıqlanmamışdır. Belə ki, o dövrdə ictimai-siyasi radikalizm kifayət qədər güclü olmuşdur və romanda buna demək olar ki, toxunulmamışdır.
Подробная информация
Возрастное ограничение: 16+ Дата выхода на ЛитРес: 20 октября 2022
ISBN: 9789952268065 Переводчик: Правообладатель: Qanun nəşriyyat
Книга нарушает законодательство?
«Atalar və oğullar» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.
Отзывы
Сначала популярные
- Сначала популярные
- Сначала новые
+ Оставить отзыв
Оставьте отзыв
Напишите отзыв и получите 100 бонусных рублей на ваш счёт ЛитРес
Atalar və oğullar ivan turgenev
Hüseynbala Səlimov
Yox, burada İ.Turgenevin eyni adlı dəyərli romanından bəhs etməyəcəm. Hərçənd, bunu etmək də olardı, çünki həm kontekstə düşür, həm də dünya ədəbiyyatında böyük, bəşəri suallar qoymaqda rus ədəbiyyatının tayı-bərabəri yoxdur.
Qərəz, nə qədər qəribə olsa da, son bir neçə gündə ölkədə maraqlı mübahisələr getdi: məmur atalar öz övladlarına görə, daha doğrusu, onların qanunsuz əməllərinə, özbaşnalıqlarına, bir az da kobud desək, yaramaz hərəkətlərinə görə işdən azad edilə bilərmi.
Hamı bu xüsusda fikrini dedi. Kimi “hə” dedi, kimi də “yox”. Mən isə bir azacıq uzaqdan başlamaq sitəyirəm.
Bir ara Avropa İnsan Haqları Məhkəməsinin də bəzi qərarlarını öyrənməklə məşğul idim, daha doğrusu, məni söz və ifadə azadlığı ilə bağlı qərarlar maraqlandırırdı.
Bu qərarlardan bir neçəsi xüsusilə diqqətimi cəlb etdi: deyilirdi ki, dövlət və siyasət adamları qəbul etməlidirlər ki, onlara qarşı tənqidin sərhədləri daha geniş olmalıdır.
Bəli, bu, faktiki olaraq o demək idi ki, dövlət və siyasət adamlarının toxunulmaz tərəfləri yoxdur və yaxud da kobud şəkildə desək, onların hətta şəxsi həyatları müəyyən mənada cəmiyyət üçün açıq olmalıdır.
Qəddar və amansız qərardırmı? Müəyyən mənada əlbəttə. Amma hər sahənin öz spesifikası var. Ömrünü siyasətə və dövlət işinə həsr etmiş insanlar bilməlidirlər ki, başqa cür olmur, onların həyatları ilə bağlı ən ilginc nüanslar belə insanları maraqlandırır.
Həm də burada bir məsələ də var. Ailəsinə, övladlarına təsir etmək, onları cəmiyyətin və dövlətin qaydalarına əməl etməyə vadar etməyi bacarmayan insanlar böyük kollektivləri, cəmiyyəti necə idarə bilərlər?
Elə bu səbəbdən də, qoy, bizim məmurlar da inciməsinlər – onlar hər şeydən əvvəl öz uşaqlarının və yaxınlarının əməllərinə cavabdehdirlər.
Başqa cür ola da bilməz. Bir dünyaya baxın. Yüksək çinli məmurlar daim medianın və cəmiyyətin diqqətində olurlar. Bəzən kiçik bir hərəkət və yaxud yanlışlıq belə məmurlar üçün böyük başağrısı olur, onlar hətta buna görə vəzifələrilə vidalaşmalı olurlar.
Bəzən mənə elə gəlir ki, məmurlarımızın bir qismi hətta tutduqları postların belə fərqində deyillər, sanki onların bəzisinə elə gəlir ki, vəzifə onlara pul və sərvət toplamaq üçün verilib.
Mən də arabir işi məhkəmədə olan bəzi məmurların ifadələri ilə maraqlanıram. Əksər hallarda da dilimin ucunda bircə söz donub qalır: dəhşət.
İnanın, bunun başqa bir adı yoxdur, elə həqiqətən dəhşətdir! Heyrət içində razılaşmalı olursan ki, bəli, Azərbaycan həqiqətən də çox varlı bir ölkədir, baxmayaraq ki, bəzi məmurlar onu bu qədər talayır, yenə sərvəti bitib– tükənmir.
Bir tərəfdən belə neqativ halların hakimiyyətin özü tərəfindən ifşa edilməsi adamda ümid yaradır və düşünürsən, haqq nazilsə də üzülmür – bu ölkədə də haqqın da qalib olmaq şansı var.
Amma daha sistemli iş istərdik. Daha yaxşısı bu, olardı ki, bu cür halların sayı ildən – ilə azalsın, bir cəzalandırılmış məmur onuna dərs olsun. Bəli, o halda ölkə həyatı normal məcraya yönələrdi. Amma min təəssüf ki, belə olmur, bir məmur dağıdıb– talan edib gedir, yerinə başqa birisi gəlir və eyni həvəslə talayır.
“Niyə”si də aydındır. Korrupsiyanın “canını” yalnız şəffaf dövlət və hökumət qurmaqla almaq olar. İndi isə bu olduqca azdır, sanki hökumət nəzarəti cəmiyyətlə bölüşmək istəmir. Halbuki qəbul etmək lazımdır ki, nə cəmiyyət, nə onun ayrı –ayrı institutları, media və ya QHT-lər heç də düşmən deyillər, onlar da yalnız bu ölkənin yaxşılığını istəyirlər.
Fikir verirəm, bizim dövlət adamlarımız həmişə təhlükəsizlik məsələlərini önə çəkirlər. Belə də olmalıdır. Təhlükəsizlik təmin olunmayan yerdə nə azadlıq olur, nə bərabərlik, nə də ki, sosial rifah.
Bir məsələni də unutmaq lazım deyildir. Korrupsiya və ya məmur özbaşnalığı bilavasitə milli təhlükəsizliklə bağlı məsələdir. Hələ ABŞ politoloqu, müqayisəli politologiyanın banilərindən biri Z.Bjezinski də yazırdı ki, korrupsiya müəyyən dövlətləri idarə etmək, onların siyasətinə müdaxilə etmək üçün ən yaxşı vasitədir.
Korrupsioner məmur üçün əslində müqəddəs heç nə yoxdur, hər şeyin sadəcə, qiyməti var. Məsələnin ən qəliz tərəfi də budur ki, biz adi dövlət deyilik, müharibə aparan dövlətik. Düşmən kəşfiyyatı isə yatmayıbdır və bütün üsul–vasitələrdən yararlanmağa çalışır.
Qərəz, qayıdaq əvvələ. Atalar və övladlar məsələsinə. Onların da arasında müəyyən “konfliktin” olması labüddür, çünki elə bu da yenilik və köhnəlik məsələsidir.
Amma ki, əsrlərin sınağından keçmiş qaydalar da var və bunu məmurlarımız da bilməlidir: yaxşı ata övladının üzünü ağartdığı kimi, elə yaxşı övlad da atasının üzünü ağ etməlidir.
Bir daha deyirik ki, bu hamıya aiddir – o cümlədən də məmur atalara və onların övladlarına.
Turgenev və Tolstoyun 17 il küsülü qalmalarının səbəbi
1861-ci ilin yazında “Atalar və oğullar” əsərini yazıb bitirən İvan Turgenev əsərinin ilk əlyazmasını oxuyub fikrini bildirmək üçün yaxın dostu Lev Tolstoya aparır. Tolstoyun yaşadığı malikanəyə gedən Turgenev əlyazmaları onun masasının üzərinə qoyub çıxır. Aradan bir müddət keçdikdən sonra otağa qayıdan yazıçı Tolstoyun yatdığını görür. O, bu məqamdan incik düşsə də, üzə vurmayıb evdən gedir.
Ertəsi gün Tolstoy və Turgenev şair Afanasi Fetin evində hazırlanan qonaqlığa gedirlər. Çay süfrəsi arxasında əyləşib söhbət etdikləri zaman Turgenev qızının ingilis dili müəlliməsini tərifləməyə başlayır. Müəllimənin onun qızına xeyirxahlıq təlqin etdiyini, ondan bəlli miqdarda pul ilə kasıblara yardım etmək istəməsini deyir. Daha sonra o, hətta müəllimənin Turgenevin qızından yoxsul insanların cırıq, köhnə paltarlarını tikməsini, yamamasını da xahiş etdiyini açıqlayır.
Turgenevin fəxrlə dediyi bu sözlər Tolstoyun xoşuna gəlmir. O, üzünü ona tərəf çevirib deyir:
– Sən də bütün bu dediklərini doğru hesab edirsən?
– Əlbəttə. Belə vəziyyətdə insan yoxsulluğun nə olduğunu daha yaxşı anlayar.
– Mən isə belə düşünmürəm. Yoxsulların murdar, mikroblu cındırlarını nəzakətli və tərbiyə görmüş bir qız niyə əlinə almalıdır? Mənə belə gəlir ki, bu səmimiyyəti olmayan fars teatrına bənzəyir.
Dostunun bu sözlərindən hiddətlənən Turgenev deyir:
– Lev Nikolayeviç, xahiş edirəm belə danışmayın. Siz indi demək istəyirsiniz ki, mən qızıma yaxşı tərbiyə verə bilmirəm?
Tolstoy isə cavabında deyir:
– Nə düşünürəmsə, onu da deyirəm. Məncə, sizin tərbiyə üsulunuzda çatışmamazlıqlar var.
Bu sözlərdən sonra Turgenev qəzəblə ayağa qalxıb deyir:
– Bu dəqiqə sizin sifətinizi yumruğumla əzişdirərəm.
O, Tolstoyun üstünə yerisə də heç nə etməyib otaqdan çıxır. Bir neçə dəqiqədən sonra isə otağa qayıdıb Fetin arvadından üzr istəyib gedir.
Hər iki yazıçının hikkəli olduğunu yaxşı bilən Fet Tolstoyu hirsinin yatması üçün qaynının qonşu kənddə yerləşən malikanəsinə göndərir. Tolstoy mənzil başına çatan kimi Turgenevə belə bir məktub yazır. “Fet və arvadının yanında mənə qarşı təhqiramiz hərəkət etdiyini çox güman ki, vicdanın sənə söyləyib. Elə isə səndən tələb edirəm ki, mənim üçün bir üzrxahlıq məktubu yaz və göndər. Əgər mənim bu tələbimi haqsız hesab edirsənsə, o zaman səni Bogoslov yaxınlığında gözləyəcəm”.
Turgenevdən heç bir cavab almayan Tolstoy elə həmin günü silah sifariş edərək Turgenevi duelə çağırır.
Əslində Turgenev Tolstoyun ilk məktubuna üzrxahlıq cavabı yazır. Lakin necə olursa, məktubu səhv ünvana yollayır. O, Tolstoydan duelə çağırış məktubu alanda isə ikinci məktubu yazır. “Möhtərəm Lev Tolstoy, hal-hazırda səbəblərini qeyd etmək istəmədiyim anlaşılmazlıq ucbatından sizinlə mübahisə etdim. Bu mübahisənin olmaması üçün sizin atdığınız silahın qəlpələrinə öz sinəmi sevinərək sipər edərdim. Bunun üçün sizə yazdığım birinci məktubda üzr istəmişəm.
Əgər lazım gəlirsə, sizdən bir daha üzr istəyirəm. Çox güman ki, həmin hadisədən və məktubdan sonra bizim dostluq münasibətlərimiz sona çatacaq. Çünki, belə hadisələrin tamamilə silinməsi və bərpası mümkün deyildir. Bunun üçün də məktubumun sizi razı salmasını ürəkdən arzu edirəm. Məktubdan istədiyiniz nəticəni çıxarıb məni xəbərdar edəcəyinizə də əminəm. Hörmətli qulunuz İvan Turgenev”.
Tolstoy məktubu oxuduqdan sonra Turgenevə belə bir cavab yazır “Məndən qorxduğun gün işığı kimi aydındır. Amma mən sənin kimi bir adamla heç bir əlaqəmin olmasını istəmirəm”.
Lakin iki aydan sonra Tolstoy öz gündəliyinə bu sözləri yazırdı. “Turgenevlə dəhşətli davamız oldu. O əsl alçaqdı. Ancaq hesab edirəm ki, bir müddət sonra onu bağışlamamağım mümkünsüz olacaq. Onun haqqında ədalətli olmalı və ona bir əhv məktubu da mən yazmalıyam”.
Ertəsi gün o, Turgenevə belə bir məktub yazır “Səni çətin vəziyyətə saldımsa, məni bağışla. Səninlə düşmən olmaq məni dəhşətli dərəcədə məyus edir”. Həmin ərəfədə Turgenev Parisdə olduğundan Tolstoyun məktubu ona üç aydan sonra çatır. Bu müddət ərzində Tolstoyun Turgenevin ona yazdığı barışıq məktubunu bütün şəhərə yayması haqqında dedi-qodular gəzib dolaşır. Turgenev bu məsələdən xəbərdar olanda çox kədərlənib, Tolstoya yazda Rusiyaya qayıdıb şərəfini təmizləyəcəyi barədə hiddətli cümlələrlə bol məktub yazır. Lakin onun bu hiddətinə qarşılıq olaraq Tolstoy yenə ondan bağışlanmasını tələb edir.
Aradan bir müddət keçir. Turgenev isə Tolstoya təhdid dolu məktublar yazmağa davam edir. Tolstoy isə öz növbəsində onu inandırmağa çalışır ki, onun özü haqqında eşitdikləri şaiyədən başqa bir şey deyil. Lakin bütün bu söz-söhbətlər səngimir. Hətta Afanasi Fetin barışıq cəhdləri də baş tutmur. Tolstoy onu Turgenevin tərəfini tutmaqda ittiham edir. Bu söz-söhbətin üstündən düz 17 il vaxt keçir. İki dost bir də 1878-ci ildə barışırlar. Həmin vaxt Tolstoy artıq “Hərb və sülh”, “Anna Karenina” əsərlərini yazıb bitirmiş böyük yazıçı idi. İlk olaraq o, Turgenevə barış və sevgi dolu bir məktub yazıb onunla görüşmək istədiyini bildirir. Turgenev isə ona qısa və yumşaq ifadələrlə cavab yazıb onun barışıq üçün uzanan əlini sıxdığını bildirir.
İki nəhəng yazıçının məktublaşmaları 1882-ci ilə qədər davam edir. Sonuncu məktub isə ölüm yatağında olan Turgenevdən gəlir.
“Əziz dost xeyli vaxdır ki, sənə heç nə yaza bilmirəm. Bu məktubu yazmağıma səbəb isə artq ölüm döşəyində olmağımdır. Vəziyyətim günü-gündən pisləşir. Yaxşı olacağımı düşünməyin özü belə çox yorucu və mənasızdı. Dostum, ölüm artıq yaxınlığımdadı. Həkimlər belə xəstəliyimə bir ad tapıb qoya bilmirlər. Yeriyə bilmirəm, yemək yemirəm, yuxum da artıq pozulub. Ey rus torpağının yetişdirdiyi böyük yazıçı, ricamı eşit. Bu məktub sənə çatan kimi yanıma gəl və icazə ver səni, uşaqlarını, xanımını qucaqlayıb bağrıma basım. Artıq yaza bilmirəm. Tükəndim”.
Tolstoy məkubu əldə edən kimi dostunu ziyarət etmək üçün Parisə yola düşməyə hazırlaşsa da aldığı xəbər onu dərindən sarsıdır. Avqust ayının 22-də Turgenev artıq dünyasını dəyişir.
Sonralar Turgenevin xatirəsi üçün hazırlanacaq tədbirdə Tolstoydan da çıxış etməsini istəmişdilər. Həmin tədbirdə çıxış etmək üçün Tolstoy Turgenevin bütün əsərlərini yenidən oxuyub hazırlaşır. Lakin həmin ərəfədə onun cəmiyyət və din haqqındakı fikirlərindən qorxan çar quruluşu tədbirdə Tolstoyun çıxışının qarşısını almaq üçün xatirə gecəsini ləğv edir.
Tərcümə: Samirə Əşrəf
- Teqlər:
- rus ədəbiyyatı
- , rus yazıçıları
- , Lev Tolstoy
- , İvan Turgenev
- , yazıçılar
Comments are closed, but trackbacks and pingbacks are open.