Press "Enter" to skip to content

Ataxan paşayev molla nəsrəddin

Azərbaycan Dövlət Baş Arxivlər İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev Cəlil Məmmədquluzadənin naşirliyi və redaktorluğu ilə işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalının və eyni adlı ədəbi-ictimai məktəbin fəaliyyətinin mühüm məqamlarını açıqladı, milli-mənəvi dəyərlərimizin qorunmasında, islahında və zənginləşdirilməsində mollanəsrəddinçilərin xidmətlərini vurğuladı. O, “Molla Nəsrəddin” jurnalını Azərbaycanda yeni milli mədəniyyət, sivil düşüncə, milli toparlanma uğrunda tarixi mübarizənin güclü tribunası kimi səciyyələndirdi.

Ataxan Paşayev

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Ataxan Əvəz oğlu Paşayev ( 1 may 1938 , Disər , Ordubad rayonu – 4 avqust 2022 ) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin rəisi
Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru

Mündəricat

Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur [1] .

Fəaliyyəti Redaktə

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında “XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1984-cü ildən “Azərbaycan arxivi” jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib.

Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış edib. [2]

2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [3] .

Elmi əsərləri Redaktə

  • Molla Nəsrədddin. Bakı: Gənclik, 1982. 148 s.
  • Köçürülmə. Bakı, “Azərnəşr”, 1995. 40 s.
  • Açılmamış səhifələrin izi ilə. Bakı, “Azərbaycan”, 2001. 536 s.
  • Cümhuriyyət parlamentinə gedən yol. Bakı, “Adiloğlu”, 2005. 88 s.
  • “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən. Bakı, “Çaşıoğlu”, 2009. 356 s.
  • Ermenilerin Azərbaycan halkına qarşı torpak iddiaları, soyqırımı və təhcirləri (XIX –XX yüzyıl). Ankara, ATİB 2011.138 s.
  • Ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddiaları, soyqırımı və deportasiyalar (XIX–XX əsrlər). Bakı, “Çaşıoğlu”, 2011. 136 s.
  • XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar. Bakı, “Çaşıoğlu”, 2011. 328 s.
  • Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX век). Баку, “Эльм ве техсил”, 2013. 152 s.
  • Ötən günlərdən. Bakı, “Elm və təhsil”, 2015. 101 s.
  • Tarixi yaddaşımızın etibarlı saxlanc yeri. Bakı, “Elm və təhsil”, 2016. 380 s.

İstinadlar Redaktə

  1. ↑”A. Ə. Paşayevin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin fərmani”. 2022-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-01-30 .
  2. ↑Azərbaycan arxivşünaslığının atlantı – 525-ci qəzet. Əsgər Rəsul. 03.05.2013
  3. ↑”A.Ə.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. 2022-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-01-30 .

Ataxan paşayev molla nəsrəddin

Milli mətbuatımızın möhtəşəm abidəsi

“Molla Nəsrəddin” – 105

Böyük demokrat yazıçı, millətsevər publisist Cəlil Məmmədquluzadənin və onun məslək dostlarının 105 il əvvəl nəşrinə başladıqları və 25 il yaşatdıqları “Molla Nəsrəddin” satirik jurnalı milli mətbuatımızın möhtəşəm abidəsi, azərbaycançılıq məfkurəsinin misilsiz qaynağıdır. Cəlil Məmmədquluzadənin ev muzeyində keçirilən görüşdə “milli varlığımızın ensiklopediyası” adı qazanmış bu nadir nəşr barədə tədqiqatçıların, yazarların, müəllim və şagirdlərin çıxışları səsləndi.

Muzeyin direktoru Pəri Mahmudova demokratik jurnalistika tariximizdə “Molla Nəsrəddin” jurnalının yeri, xalqımızın milli oyanışı və istiqlal mübarizəsində rolu, muzeyin bu zəngin mənəvi irsin öyrənilməsində və çağdaş nəsillərə çatdırılması yönündə gördüyü işlər barədə ətraflı məlumat verdi.

Azərbaycan Dövlət Baş Arxivlər İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev Cəlil Məmmədquluzadənin naşirliyi və redaktorluğu ilə işıq üzü görmüş “Molla Nəsrəddin” jurnalının və eyni adlı ədəbi-ictimai məktəbin fəaliyyətinin mühüm məqamlarını açıqladı, milli-mənəvi dəyərlərimizin qorunmasında, islahında və zənginləşdirilməsində mollanəsrəddinçilərin xidmətlərini vurğuladı. O, “Molla Nəsrəddin” jurnalını Azərbaycanda yeni milli mədəniyyət, sivil düşüncə, milli toparlanma uğrunda tarixi mübarizənin güclü tribunası kimi səciyyələndirdi.

Bakıdakı 150 nömrəli məktəbin əməkdar ədəbiyyat müəllimi Məlahət Balakişiyeva, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Əli İsmayılov, satirik “Kirpi” jurnalının rəssamı Hafiz, media təmsilçiləri və başqa mollanəsrəddinsevərlər jurnalın bir sıra çıxışlarının bu gün də təsirli və önəmli olduğunu söylədilər, bu gərəkli irsin dərindən öyrənilməsinin zəruriliyini qeyd etdilər.

Müxtəlif nəsillərin görüşündə Nuridə Nurullayevanın rəhbərliyi ilə Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzinin və 20 nömrəli məktəbin istedadlı uşaqları “Molla Nəsrəddin”dən satirik parçaları məharətlə ifa etdilər.

Qonaqlar muzeyə yeni daxil olmuş tarixi sənədləri əks etdirən ekspozisiya ilə də tanış oldular.

Tahir AYDINOĞLU

Xalq qəzeti.- 2011.- 17 aprel.- S. 5.

Ataxan paşayev molla nəsrəddin

Görkəmli yazıçı-dramaturq, Azərbaycanın mətbuat tarixində “Molla Nəsrəddin”çi mübariz qələm sahibi kimi yeni bir səhifə açmış Cəlil Məmmədquluzadənin çoxşaxəli fəaliyyətinin bir parçası da Qarabağın dilbər guşələrindən biri olan Ağcabədinin Kəhrizli kəndi ilə bağlıdır.

C.Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsinin səbəbkarı məşhur Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən olan Cəfərqulu ağanın oğlu Kəhrizli Əhməd bəy Cavanşirin qızı Həmidə xanım Cavanşirdir.

Mirzə Cəlillə Həmidə xanımın tanışlığı 1903-cü ildə Tiflisdə olmuşdur. Belə ki, Həmidə xanım yenicə vəfat etmiş atası Əhməd bəy Cavanşirin şeirlər kitabını çap etdirmək üçün Tiflis şəhərinə gedir. Bu zaman Tiflisdə “Şərqi-rus” qəzetində işləyən Cəlil Məmmədquluzadə ilə tanış olur və onun köməyi ilə atasının şeirlərini Tiflisdə kitab halında çap etdirir.

Həmidə xanımın açıq fikirliliyi, həyata düzgün baxışı ədibdə ona qarşı böyük rəğbət hissi yaradır və bu ünsiyyət dörd il sonra mehriban ailə həyatına çevrilir.

Həmidə xanım həmişə kəndlilərin tərəfini saxlayır, onların qeydinə qalır, dar ayaqda dadlarına çatırdı. Öz xərci ilə kəhrizlər qazdırır, həmkəndlilərinin əkinlərinə su verir, onlara tibbi yardım göstərir, məktəb, toxuculuq emalatxanası və dəyirman açaraq yoxsul kəndlilərin ehtiyacını ödəyirdi. Məhz bu canyananlığın, xeyriyyəçiliyin və kəndlilərə belə həmdəm olmağın nəticəsidir ki, onun adı el-oba yanında həmişə əziz olub, doğmalaşmışdı.

C.Məmmədquluzadə ilə Həmidə xanımın birgə ailə həyatı 1907-ci il iyun ayının 15-dən başlamışdır. Həmin dövrdən etibarən böyük ədib ömrünün sonunadək müxtəlif fasilələrlə Ağcabədidə – Kəhrizli kəndində yaşamışdır.

Mirzə Cəlil ilk gündən özünü kəndin doğma adamı kimi aparır, kənd əhalisinə qaynayıb-qarışırdı. Çox keçmədən o, kənddə hamının hüsn-rəğbətini qazanır. Sonralar kəndə hər gəlişində özü ilə əhali arasındakı bu mehribanlıq daha da artır, bu yerlərə qəlbən bağlanırdı. Sevimli həyat və məslək yoldaşı Həmidə xanım həmin unudulmaz illəri xatırlayaraq yazır ki, bir dəfə Mirzə Cəlil mənə dedi: “Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca qovaq ağaclarını görüb malikanəmizi tanıyır və bu zaman ürəyim sevinclə döyünməyə başlayır. Doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirirəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Jurnalın qarşısında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim. ”

C.Məmmədquluzadə əsəblərinin sakitləşdiyi, mənəvi zövq aldığı bu yerlərə təkcə istirahət xatirinə gəlmirdi. O, hər dəfə kəndə gəlişində əhalinin qeydinə qalır, camaatla çiyin-çiyinə kəndin müəyyən bir işinə kömək edirdi. O, nəinki kəndin mühüm işlərində, habelə xırda təsərrüfat işlərində də çalışaraq dəyirmana gedir, taxıl səpir, əkinləri suvarır, bağdakı ağaclara qulluq edirdi. 1919-cu ilin payızında o, sevimli həyat yoldaşına yazırdı: “Gözün aydın olsun, Həmidə! Bu il taxıl əkinlərimiz yaxşı tutub, ona görə ki, sahələri vaxtında şumladıq. Gələn il dəni tökməyə yer tapmayacaqsan. Kəndlilər də mənə baxıb taxılı vaxtında səpdilər. Əgər çəyirtkə, dolu və quraqlıq olmasa, bu il bol məhsul götürüləcək”.

C.Məmmədquluzadənin kəndlilərə əvəzsiz xidmətləri ilk növbədə kənddə məktəb və toxuculuq emalatxanası açılmasında göstərdiyi yüksək qayğıdır. O, bu sahədə Həmidə xanıma yaxından kömək edərək həvəslə işə girişir, usta çağırtdırıb 20 ədəd skamya və sinif lövhəsi hazırladır. Həmidə xanımla bərabər lazım olan müxtəlif dərs ləvazimatı toplayır, həmçinin məktəbin ilk müəllimi olaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Mirzə Cəlilin Kəhrizlidə ən böyük xidmətlərindən biri də kənddə kitabxana açması olmuşdur. Maraqlıdır ki, bu kitabxana Ağcabədidə açılan ilk kitabxana idi. Şura hökuməti gələndən sonra hökumət adamları həmin kitabxananı dağıdıb Şuşaya aparmışdılar.

Cəlil Məmmədquluzadənin Ağcabədi, xüsusilə Kəhrizli kəndi ilə bağlılığını araşdırarkən Həmidə xanımın həmin kənddə açdığı məktəbdə özünün təşkil etdiyi “Molla Nəsrəddin” adına kitabxananın bərpası ilə əlaqədar olaraq 2 iyul 1921-ci ildə Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizəsi diqqət çəkir:

“1907-ci ildə həyat yoldaşım Həmidə xanım tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində yaradılmış xalq məktəbinin nəzdində mənim tərəfimdən “Molla Nəsrəddin” adına kitabxana təşkil olunmuşdur. Həmin kitabxana illərlə zənginləşdirilərək beş böyük şkafda yerləşirdi. Keçənilki inqilab zamanı bizim iştirakımız olmadan kitabxananın bir hissəsi talan edilmiş, bir hissəsi isə müsadirə olunmuş və deyilənə görə, Şuşa şəhərində yerləşir.

Xalq Maarif Komissarlığından xahiş edirəm ki, həmin kitabxana Həmidə xanımın iştirakı ilə bərpa olunsun və Kəhrizli kəndində savadlı kəndlilərin bu xalq sərvətindən istifadə etməsi üçün Həmidə xanımın ixtiyarına verilsin”.

2 iyul 1921-ci il

Həmin ərizə ilə əlaqədar müvafiq tədbir görülmək üçün Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin Şuşa qəza maarif şöbəsinə göndərdiyi məktubda yazılır:

“Şuşa qəzasının Kəhrizli kəndində 1907-ci ildə Həmidə xanım tərəfindən yaradılmış xalq məktəbinin nəzdində yerləşən, “Molla Nəsrəddin” adına kitabxana keçən il müsadirə olunmuşdur. Deyilənə görə hal-hazırda Şuşa şəhərində yerləşir.

Yuxarıda yazılanları və adı çəkilən kitabxananın yaradıcısı Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin müraciətini nəzərə alaraq, xahiş olunur ki, kitabxananın qorunub saxlanması və yerli Kəhrizli əhalisinə xidmət məqsədilə Kəhrizli xalq məktəbinə köçürülməsi üçün müvafiq tədbir görəsiniz”.

16 iyul 1921-ci il

Yuxarıdakı hər iki sənəddən aydın olur ki, 1907-ci ildə Kəhrizli kəndində Həmidə xanımın açdığı məktəb Ağcabədidə ilk məktəblərdən biridir. Həmin məktəbin nəzdində görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin açdığı “Molla Nəsrəddin” adına kitabxana isə Ağcabədinin ilk kitabxanası olmuşdur.

Təqdirəlayiq haldır ki, görkəmli alim Ataxan Paşayev “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı tədqiqat əsərində Cəlil Məmmədquluzadənin həyatının Kəhrizli ilə bağlı səhifələrinə ətraflı aydınlıq gətirir.

Kəhrizli kəndində toxuculuq emalatxanasının açılması işində də Mirzə Cəlilin xidməti az olmamışdır. O, yenə də Həmidə xanımın ən yaxın silahdaşı olmuş, əlaqədar təşkilatlara müraciət edərək bu işə icazə alınmasına və lazımi şəraitin yaradılmasına nail olmuşdur.

Cəlil Məmmədquluzadənin Kəhrizli kəndi ilə yaxın, mehriban əlaqəsi doğma qardaşı Ələkbərin də bir müddət hökumətdən gizlənərək həmin kənddə yaşamasına və orada da dəfn edilməsinə səbəb olmuşdur. Hazırda Cəlil Məmmədquluzadənin qardaşı Ələkbərin qəbri Ağcabədinin Kəhrizli kəndindədir.

Ağcabədi mühiti ilə bağlılıq şübhəsiz ki, C.Məmmədquluzadə kimi həssas bir yazıçının yaradıcılığına da öz təsirini göstərməyə bilməzdi. Həmidə xanımın qeyd etdiyi kimi, ədib “Anamın kitabı” pyesinin müəyyən hissəsini və “Molla Nəsrəddin” jurnalı üçün baş məqalələrin bir çoxunu, eləcə də 1907-ci ildə “Molla Nəsrəddin” jurnalının 24-cü nömrəsində çap olunan “Hanı 45 min manat” adlı felyetonunu Kəhrizlidə yazmışdır. Yazıçı “Oğru inək” hekayəsinin mövzusunu da Kəhrizli mühitindən götürmüşdür. “Ölülər” pyesinin qəhrəmanı Kefli İskəndər, eləcə də əsərin bir neçə prototipi Ağcabədinin Hüsülü kəndi ilə bağlıdır. Kefli İskəndər tanınmış şəxs olub. Hüsülü kəndində yaşayan Hacı Həsən ağanın oğlu idi. Bu obrazın prototipi olan İskəndər adətən öz üzüm bağından şampana oxşayan gözəl şərab çəkir, camaatın və mollaların tənələrinə baxmayaraq həmişə içib kefli olurdu. Buna görə də kənddə hamı onu “Kefli İskəndər” deyə çağırırdı.

Həmidə xanım qeyd edir ki, hər gün gecə kənd yuxuya gedir, tam sükut yarandıqdan sonra Mirzə Cəlil yazı masasının arxasında oturur, jurnal üçün baş məqalələr və felyetonlar yazır, qalın bir dəftərə nə isə köçürürdü.

C.Məmmədquluzadənin kənd həyatı ilə yaxından əlaqəsi və bağlılığı Kəhrizli camaatının gündəlik həyatına və dünyagörüşünə mühüm təsir göstərirdi. O, açıq fikirləri ilə camaatın gözünü açır, güclü məntiqi, nəzakətli davranışı, habelə Həmidə xanıma və kəndlilərə qarşı olan mehribanlığı ilə ailə-məişət münasibətlərinə də müəyyən təsir göstərirdi.

Mirzə Cəlil Həmidə xanımın xeyriyyəçi fəaliyyətini məhdud bir çərçivədən çıxarıb ictimai aləmə qovuşdurdu. O, maddi imkanlarını “Molla Nəsrəddin” jurnalının nəşrinə, əbədiyaşar sənətkarımız M.Ə.Sabirin müalicəsinə, öz vəsaiti ilə Tiflisdə Qızlar Məktəbinə müəllim təyin olunmasına, həmçinin müxtəlif ictimai tədbirlərin keçirilməsinə sərf edərək mədəni aləmdə böyük nüfuz qazandı.

C.Məmmədquluzadənin Kəhrizlidə keçən həyatı bu məkanın mədəni inkişafındakı xidmətləri, Ağcabədi tarixinin şərəfli səhifələrindəndir.

Ağcabədidə çıxan “Aran” qəzetinin redaktoru

Comments are closed, but trackbacks and pingbacks are open.