Press "Enter" to skip to content

Atom nüvəsinin tərkibi. Nuklon. Nüvə qüvvələri

Nüvə qüvvələrin xassələri:

Atom və nüvə fizikası i smət

İxtisasın qısa təsviri:

Atom fizikası – atomların quruluş və xassələrini, elektron örtüyünün quruluşunu, və onun dəyişməsi zamanı baş verən fiziki və kimyəvi prosesləri öyrənən fizikanın əsas bölmələrindən biridir. Atom fizikasının başlıca vəzifəsi atomun enerji səviyyəsinin düzgün xarakterini, onların incə və ifrat (hədsiz dərəcədə) incə quruluşunu, xarici elektrik və maqnit sahələrində enerji səviyyələrinin parçalanması yaxud hər hansı dəyişməsini öyrənməkdən, hərəkət miqdarı momentinin ala biləcəyi qiymətləri və həyacanlanmış hallarda elektronların orta yaşama müddətini tapmaqdan ibarətdir.

Nüvə fizikası atom nüvələrinin quruluşunu,xassələrini,nüvələrdə gedən prosesləri,nüvə reaksiyalarını,nüvə qüvvələrinin mahiyyətini,nüvələrin və zərrəciklərin maddə ilə qarşılıqlı təsirini,yüklü zərrəciklərin sürətləndirilməsini,nüvə şüalanmalarının qeyd edilmə üsullarını öyrənir.

İxtisasın gələcəyi:

Atom və nüvə fizikası XIX əsrdə yaranmış, müasir dövrdə sürətlə inkişaf etməkdədir. Bu baxımdan da bu ixtisas gələcəkdə prestejli ixtisaslardan sayılacaq deyə bilərik.

Universitetlər:

Bakı Dövlət Universiteti (BDU)

Atom nüvəsinin tərkibi. Nuklon. Nüvə qüvvələri

1913-cü ildə rezerford tərəfindən proton kəşf olunub.

1932-cü ildə Rezerfordun şagirdi Çedvik tərəfindən neytron kəşf olunub.

1932-cü ildə İvanenko və Qeyzenberq nüvənin proton-neytron modelini irəli sürüblər. Bu modelə əsasən nüvə proton və neytronlardan ibarətdir.

Nuklon – nüvəni təşkil edən proton və neytronların ümumi adıdır.

  • Nüvədə olan protonların sayıdır;
  • əsasən Z hərfi ilə işarə olunur;
  • elementin Mendeleyev cədvəlindəki sıra nömrəsinə bərabərdir.
  • nüvədə olan nuklonların sayıdır;
  • əsasən A hərfi ilə işarə olunur;
  • təqribən elementin nisbi atom kütləsinə bərabərdir.

Nüvədə olan neytronların sayı əsasən N hərfi ilə işarə olunur.

Kütlə ədədi, yük ədədi və neytronların sayı arasında əlaqə:

A = Z + N.

Nüvədəki nuklonlar arasında cazibə xarakterli nüvə qüvvələri təsir edir.

Nüvə qüvvələrin xassələri:

1. Qısatəsirlidir (10 –14 m – 10 –15 m məsafəsində).
2. Güclü qarşılıqlı təsirdir (elektromaqnit təsirindən ≈100 dəfə böyükdür).
3. Doyma xassəsinə malikdir (hər bir nuklon ona yaxın olan digər nuklonlar ilə qarşılıqlı təsirdə olur).
4. Yükdən asılı deyil . Nuklonun yükündən asılı olmayaraq proton və proton arasında, proton və neytron arasında, neytron və neytron arasında nüvə qüvvəsi təsir edir. скачать dle 12.1
Müəllif: Ağakişiyev Səbuhi

Atom Və Nüvə Fizikası

N etBufe.Com Kazanç amacıyla kurulmamış ve ücretsiz yararlanılan bir sitedir. Video içeriklerinde yer alan reklamlar ile NetBufe.Com sitesinin hiçbir menfaat bağlantısı söz konusu olmayıp ilgili reklamlar videonun yüklü olduğu siteler tarafından veya videoların yüklü olduğu sitelere yüklemeyi yapan kişilerce eklenmiş reklamlardan ibarettir.

Videoların paylaşıma açıldığı sitelerde yüklü videolar/video linkleri herhangi bir nedenle kaldırıldığında ve/veya kısıtlandığında/yasaklandığında sitemizde de ilgili videonun gösterimi otomatik olarak son bulmaktadır.

Telif Hakkı(Copyright Notice) Olabilecek Açık Kullanım İzni Verilmemiş Video Materyaller Hakkında Önerimiz İlgili Videoyu İzlemeyerek (Bu Yönde Materyallerin İzlenmesine Destek Vermeyerek) , Resmi Olarak Satın Alıp İzlemeniz Yönündedir.

Tarafımızdan Üyelerimizin sayfamız üzerinde ayrıntılı olarak yer alan tüm bu durumlara ilişkin bilgi ve gerekleri okuyup anladıkları ve kabul ettikleri varsayılmaktadır.

Sitemize ücretsiz ve kol ayca üye olarak birçok video paylaşım sitelerindeki kendi videolarınızın linklerini ekleyebilir, Sık Kullanılanlar ve Çalma Listelerinize kaydedebilir ve üye olmanın diğer tüm ayrıcalıklarından üye sosyal alanınızda yararlanabilirsiniz. Video Linkleri Ekleyebileceğiniz Örnek Bazı Siteler

Comments are closed, but trackbacks and pingbacks are open.