Audit FƏNNİ ÜZRƏ proqram
Sənədləşmənin (işə qəbul və ya azad etmə) düzgünlüyü yoxlandıqqdan sonra əmrlər, əmək müqavilələri yoxlanılır. əməyin ödənişi zamanı adətən ya vaxtamuzd ya da işəmuzd ödəniş formalarından istifadə edilir.
Daxili auditin həcmi, məqsədi və nəzarət sistemində rolu
Xülasə Tədqiqatın məqsədi-daxili auditin həcminin və məqsədinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemində onun rolunun araşdırılması və neqativ hallarla mübarizədə daxili audit fəaliyyətinin təhlil edilməsindən ibarətdir. Tədqiqatın metodologiyası-sistemli yanaşma, müqayisəli təhlil və ümumiləşdirmə. Tədqiqatın nəticələri-daxili audit müəssisənin təsərrüfat-maliyyə fəaliyyəti üzərində effektiv nəzarətin həyata keçirilməsi elementi olub, onun həcmi, məqsədi və nəzarət sistemindəki rolu müəssisənin təsərrüfat quruluşundan, onun fəaliyyətinin xarakterik xüsusiyyətlərindən və idarəetmə orqanlarının qarşıya qoyduqları vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. Tədqiqatın məhdudiyyətləri-daxili auditlə bağlı informasiyaların kifayət qədər olmaması. Tədqiqatın praktiki əhəmiyyəti-Azərbaycan müəssisələrində daxili auditin tətbiqinin genişləndirilməsində istifadə oluna bilər. Tədqiqatın orijinallığı və elmi yeniliyi-daxili auditin həcmi, məqsədi və nəzarət sistemində rolunun kompleks şəkildə tədqiq edilməsindən və onların elmi cəhətdən əsaslandırılmasından ibarətdir. Acar sözlər: monitorinq, daxili nəzarət, daxili audit, kənar audit
Read Now Download Free PDF
Read Now Download Free PDF
Audit FƏNNİ ÜZRƏ proqram
Heyvanların auditinin qarşısında mal-qaranın mühavizəsinin, saxlama və yemləmə şəraitinin, heyvanların damazlıq keyfiyyətinin, təkrar istehsalının, istifadəsinin yaxşılaşdırılması üzrə planlaşdırılan tədbirlərin səviyyəsinin yoxlanması durur. Vacib vəzifələrdən biri heyvanların mədaxil edilməsi, qrupdan qrupa keçirilməsi, çıxdaş edilməsi və silinməsi qaydalarına düzgün əməl edilməsinin yoxlanmasıdır. Həmçinin auditor müəssisədə heyvanların mühasibat və zootexniki uçotunun vəziyyətini, onların mövcudluğunun və hərəkətinin sənədlərlə düzgün rəsmiləşdirilməsi qaydaları aydınlaşdırılmalıdır.
Auditor audit yoxlamasını aşağıdakı ardıcıllıqla aparmalıdır: əvvəlcə heyvandarlıq sahələrinin təşkili ilə tanış olub heyvanların ayrı-ayrı maddi məsul şəxslərə təhkim edilməsi qaydalarını öyrənməlidir. Sonra isə heyvanların saxlanma və yemlənmə şəraitinı yoxlamalıdır. Axırda heyvanların sonuncu inventarizasiyasının materialları və audit dövrünün inventarizasiya materialları əsasında yoxlamanı aparmalıdır. Nəhayət, təsərrüfata balalar və satın alınan heyvanlar da daxil olmaqla heyvanların vaxtında və tam mədaxil edilməsini müəyyən etməlidir.
Heyvanların mövcudluğu və hərəkətinin auditi aparılarkən auditor əvvəlcə təsərrüfatın ərazisində onların yerləşdirilməsi və ayrı-ayrı maddi məsul şəxslərə təhkim edilməsi, sonra isə heyvanların saxlanılma və yemlənmə şəraiti ilə tanış olmalıdır.
Heyvanların yemlə təmin edilməsi, yemçiliyin və yemlərin hazırlanmasının təşkili yoxlanmalıdır. Mümkün olan material və maliyyə ehtiyatları dairəsində heyvanların saxlanılma və yemlənmə şəraitinə mütərəqqi texnologiyaların tətbiqi imkanlarına xüsusi fikir verməlidir. Hər bir təsərrüfatda heyvanların mühavizəsi üçün ciddi tədbirlər görülməlidir. Bunun üçün də heyvanların saxlandığı yerdə onların vaxtında inventarizasiyasının həyata keçirilməsi, mal-qaranın hərəkətinin mühasibat uçotu və zootexniki uçotu üçün sənəd formaları və kitabları ilə təminatı yoxlanmalıdır.
Heyvanların müəssisənin ərazisində yerləşməsi, onların saxlanması şəraiti və maddi məsul şəxslərə təhkim edilməsi yoxlayarkən auditor heyvandarlıq sahələrində tikililərə sərf edilən kapital qoyuluşunun, ayrı-ayrı heyvandarlıq sahələrinin ixtisaslaşmasının, istehsal proseslərinin mexanikləşmə, əməyin və istehsalın təşkili, heyvanların saxlanma şəraitinin zoobaytarlıq tələblərə cavab verməsi səciyyəsini müəyyən edir.
Fermada heyvanların və yemlərin mühavizəsinin vəziyyətinin yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün cari uçot sənədlərinin və qeydlərin məlumatları öyrənilməklə heyvanların mövcudluğu, yemlərin qalığı, qarışıq yemlərin hazırlanması, həmin dövrdə heyvanların yem rasionlarının tərtibi üzrə nəzarətin vəziyyəti öyrənilməlidir. Odur ki, fermada mal-qara və quşların hərəkəti kitabı, yem məsarifi cədvəlləri, heyvanların və quşların hərəkəti haqqında hesabatlar, material qiymətlilərin hərəkəti haqqında hesabat və digər registirlər üzrə məlumatlardan istifadə etmək lazımdır. Heyvan balalarının tam və düzgün mədaxilinin, əhalidən və təşkilatlardan satın alınmış heyvanların, onların ayrı-ayrı maddi məsul şəxslərə təhkim edilməsinin cari yoxlanması xüsusilə səmərəlidir. Bu zaman yoxlama vaxtı uçota alınmamış heyvanlar mövcud olarsa, mədaxil edilməli, əksinə, əskik gələrsə günahkar şəxslərdən tələb edilməlidir. Auditor bu barədə müəssisə rəhbərinə məlumat verməlidir.
Sənədlərin yoxlanılması, onların qarşılıqlı üzləşdirilməsi, uyğun binalara baxış və heyvanların nəzarət inventarizasiyası kimi əsas nəzarət üsullarından istifadə etmək lazımdır. Məlumat mənbəyi kimi təsərrüfatın illik hesabatları, hevanların hərəkətinin uçotu kitabı, inventarizasiya siyahıları, yem məsarifi cədvəlləri, heyvanların və quşların hərəkəti haqqında məlumatları, heyvandarlıq üzrə statistik hesabatları, zootexniki uçot registirləri əsas götürülür. Əsas diqqəti təsərrüfatda aparılan heyvanların inventarizasiyasının qüvvədə olan qanunçuluğa uyğunluğuna vermək lazımdır.
Audit zamanı yoxlanılan təsərrüfat subyektində heyvanlarının saxlanmasının vəziyyəti barədə daha ətraflı məlumat əldə etmək üçün nəzarət inventarizasiyası aparmaq lazımdır. Bunun üçün heyvanları saymaq, qruplar üzrə onların sayını müəyyən etmək, lazım gələrsə hüyvanları çəkmək lazımdır və nəticəni aralıq aktında əks etdirmək lazımdır. Yoxlamanı seçmək və başdanbaşa aparmaq olar.
Aktın nəticələri mühasibat uçotu məlumatları ilə üzləşdirilməklə artıq və ya əskik gəlmələr müəyyən edilir. Üzləşdirmə cədvəli tərtib edilərək artıq çıxmalar məsaxil edilir, əskikgəlmələr isə maddi məsul şəxslərdən tələb edilir. Üzləşdirmə cədvəlinə müəssisə rəhbəri və baş mühasib imza edir və auditor sübütu kimi auditor tərəfindən götürülür.
Heyvanların mövcudluğu və hərəkətinin auditi aparılarkən yoxlanılan döverdə təsərrüfata daxil edilən bütün hüyvanların vaxtında və bütövlökdə mədaxil edilməsi öyrənilməlidir. Təsərrüfata hüyvanlar aşağıdakı kanallardan daxil ola bilər: əsas sürüdən, əhalidən və başqa təsərrüfatdan satın alınmasından, əvəzsiz daxil olmalardan, başqa təsərrüfatdan və s. Eyni zamanda heyvanların böyüdülməsi və kökəldilməsi sayəsində alınan çəki artımı və diri çəki də vaxtında və düzgün mədaxil edilməlidir.
Heyvanların daxil olmalarının bu mənbələri üzrə sistematik olaraq əvvəlcədən, cari və sonradan nəzarət həyata keçirilməlidir.
Heyvanların və quşların hərəkəti kitabının və fermada mal – qara və quşların hərəkəti haqqında hesabatın məlumatlarına əsasən mədaxil olunan balaların sayını müəyyən etmək olar. Bundan sonra sənədləri və qeydləri qarşılıqlı üzləşdirməklə balaların alınması və onların hərəkəti haqqında məlumatlar hər tərəfli təhlil edilir. Belə ki, heyvan balalarının mədaxil aktları tərtib edilmə tarixləri üzrə heyvanların və quşların hərəkətinin uçotu kitabının, fermada mal – qara və quşların hərəkəti haqqında hesabatın, həmşinin baş kitabın məlumatlarl ilə üzləşdirilir. Nəticədə balaların tam və vaxtında mədaxil edilməsi müəyyən esdilir. Çox vaxt fermanın vəzifəli şəxsləri doğulan balaları ölən və itən heyvanların əvəzinə qoyməq və yaxud mənimsəmək məqsədilə ehtiyatlar yaradıb onları uçota almırlar.
Mədaxil edilməmiş balalar müəyyən edilərkən onları ayrıca cədvəllərdə əkaetdirib yekunu ümumi aktda qeyd etmək olar.
Başqa müəssisə və təşkilatlardan alınmış heyvanların tam mədaxil edilməsini müəyyən etmək üçün qəbul aktlarını, hesab – fakturaları heyvanların və quşların hərəkəti üzrə sənədlərlə üzləşdirilmək, həmçinin malgöndərən təşkilata sorğu vermək lazımdır. Heyvanların sürü dövriyyəsi ilə əlaqədar oıaraq onun tərkibi daimi dəyişir. Heyvanların bir yaş qrupundan digər yaş qrupuna keçirilməsi baş verir. Balaların vaxtında mədaxilinin auditi aparılarkən auditor onların mədaxilinə dair aktın rəsmiləşdirilmə müddətini bilməlidir. Belə ki, iribuynuzlu mal – qaranın, donuzların, qoyunların, keçilərin balaları – doğulan gündə, iş heyvanlarının, damazlıq atların, dəvələrin, dovşanların və quşların balaları – bir günlük yaşda rəsmiləşdirilir.
Cavan heyvanların yuxarı yaş qrupuna keçirilməsinin gecikdirilməsi əlavə xərclərin çəkilməsinə və iqtisadi səməməliliyinin aşağı düşməsinə səbəb olur. Cavan heyvanların əsas sürüyə keçirilməsi və məhsuldar mal – qaranın çıcdaş edilib satılması və ya kəsilməsi auditorun nəzərindən qaçmamalıdır.
Ayrı – ayrı vəzifəli şəxslər məhsul istehsalı üzrə göstəriciləri yüksəltmək məqsədi ilə təzə – doğmuş düyələri ana inək qrupuna vaxtında keçirmirlərş Buna görə də düyələrin təkibində doömuş düyələrin olub – olmaması yoxlanılmalıdır. Əsas sürüdən çıxdaş edilmiş kökəldilməyə qoyulan ana inəklərin sağılan inəklərin tərkibində saxlanması hallarına da rast gəlmək olar.
Heyvanların ayrı – ayrı yaş qrupları və yarımqruplarının mühasibat uçotundə və heyvanlar üzrə tərtib edilən hesabatlarda düzgün əks etdirilməsinin auditi aparılmalıdır. Bunun üçün faktiki heyvanların inventarizasiyasının məlumatları fermada mal – qara və quşların hərəkəti haqqında hesabatın, heyvanların qrupdan – qrupa keçirilməsinə dair aktların, yem məsarifi cəsvəllərinin əmtəə – nəqliyyat qaimələrinin, heyvandarlıq işçilərinə əmək haqqının hesablanması üzrə cədvəllərin məlumatları ilə üzləşdirilməlidir.
Heyvanların qrupdan – qrupa keçirilməsinin auditi zamanı 202 № – li hesabının analitik və sintetik uçot məlumatlarından, yaşlı heyvanlar və iş heyvanları üzrə məlumatlardan istifadə edilməlidir. Mühasibat uçotu hesablarının və heyvanların qrupdan – qrupa keçirilməsi aktlarının məlumatları diqqətlə yoxlanılaraq heyvanların qrupdan – qrupa keçirilməsinin reallığı və məqsədəuyğunluğu müəyyən edilməlidir. Auditin bu mərhələsində ayrı – ayrı heyvanların hərəkətinin uçotuna ciddi fikir verilməlidir.
Ayrı – ayrı növ heyvanlardan alınmış balaların miqdarını müəyyən edib yuxarı yaş qrupuna qədər hərəkətini izləmək lazımdır. Çünki, heyvanların və quşların çıxmasına dair aktla rəsmiləşdirimədən heyvanların ölümünü örtmək üçün əvvəllər uçotdan gizlədilmiş balalar fermada mal – qara və quşların hərəkəti haqqında hesabata salına bilər. Belə hallarda bu heyvanları mədaxil etmək, heyvanların ölüm səbəblərini və günahkar şəxsləri müəyyən etmək məqsədilə aktla rəsmiləşdirmək lazımdır. Heyvanların hərəkətinin inventar nömrələri üzrə auditini davam etdirərək auditor qrupdan – qrupa keçirilmələrin qüvvədə olan qaydaya uyğunluğunu, heyvanların qrupdan – qrupa keçirilməsi aktlarında saxta düzəlişləri onların düzgün tırtib və təsdiq edilməsinin əks etdirilməsinin reallığını müəyyən etməlidir.
Auditor bir heyvanın təkrar olaraq sənədləşdirərək qrupdan – qrupa keçirilmdiyinə əmin olmalıdır.
Heyvanların mədaxilinin auditi zamanı əsas diqqəti onların tam və vaxtında mədaxilinə fikir verilirdisə, heyvanların çıxmasının auditi zamanı onların təsərrüfatın balansından silinməsinin reallığıl və düzgünlüyü yoxlanılır.
Heyvanların çıxması əməliyyatlarının auditi ayrı – ayrı istiqamətlər üzrə apareılması məqsədəuyğun hesab edilir: satış, təsərrüfatda kəsilmə, dəyişdirilmə, əvəzsiz verilmə, oğurluq, mənimsəmə.
Heyvanların çıxmasının əsas istiqamətlərindən biri heyvanların satışıdır. Heyvanlar ayrı – ayrı təşkilatlara, şəxslərə müxtəlif məqsədlər üçün satıla bilər. Bu zaman satış üzrə bütün mərhələlərdə əsas diqqəti heyvanların miqdarına, diri çəkisinə, istifadəyə yararlığa, cinsinə, balans dəyərinə, qrupuna, inventor nömrələrinə vermək lazımdır.
Mal – qara və quşların satışının auditi aparılarkən uçot sənədlərində və qeydlərdə əks etdirilən satışla əlaqədar əməliyyatların və məlumatların reallığı yoxlanılmalıdır. Bunun üçün əmtəə – nəqliyyat qaimələri, alıcının qəbzləri, heyvanların və quşların hərəkətinin uçotu kitabı, fermada mal – qara və quşların hərəkəti haqqında hesabat, mühasibat hesabatları üzləşdirilməlidir.
Təsərrüfatda bu və ya digər heyvanın kəsilməsinin məqsədəuyğunluğu, kəsim vaxtı əldə edilən məhsulların tam mədaxil edilməsi yoxlanılmalıdır. Yoxlamanın məlumat mənbəyi kimi heyvanlar və quşlar çıxmasına aktlardan, mühasibat və zootexniki uçotdan, heyvanların kəsilməsindən alınan ət çıxımına dair normativlərindən istifadə etmək olar.
- Azərbaycan Respublikasının “ Auditor xidməti haqqında” Qanunu. Bakı, 1994.
- Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu, Bakı, 2004.
- Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2008.
- “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə. Bakı, 1995.
- Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004.
- Müəssisələrin Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat. Bakı, Azərbaycan “ Bilik” Maarifçilik Cəmiyyəti, 1996.
- Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, ADİU – c nəşriyyat, 2003.
- Abbasov Z.M. Audit (dərslik). Bakı, 2007.
- Hacıyev R.Ş. Təftiş və nəzarət (dərslik). Bakı, 1999.
- Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2011.
MÖVZU 9. Əmək haqqı və əmək ödəmələri üzrə hesablaşmaların auditi.
P L A N
1. Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların auditinin məqsəd və vəzifələri.
2. Əmək haqqı və əmək ödəmələrinin normativ hüquqi bazası. Auditin aparılması üçün məlumat mənbələri.
3. Müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinin auditi.
4. Əmək məhsuldarlığının səviyyəsinin təhlili. İşçilərin sayının kateqoriyalar üzrə auditi. Əməyin uçotu üzrə ilk sənədləşmənin və əmək haqqının düzgün hesablanmasının auditi. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi və məzuniyyət üzrə hesablamaların düzgünlüyünün yoxlanılması.
5. Əmək müqavilələrinin mövcudluğunun auditi.
6. Əmək haqqı və əmək ödəmələrinin auditinin nəticəsinin yekunlaşdırılması.
Əmək insanların məqsədəuyğun fəaliyyətidir. İstehsal edilən külli miqdarda məhsul insan əməyinin məhsuludur.
Əmək haqqı işçilərin yerinə yetirdikləri işlərin kəmiyyət və keyfiyyətinə görə aldığı məbləğdir.
- Görülmüş işlərin həcminin, keyfiyyətinin, sərf edilmiş əməyin kəmiyyətinin və hesablanmış əmək haqqının dəqiq və vaxtında sənədləşdirilməsi;
- İstehsalda iştirak edən fəhlə və qulluqçulqrın sayının gözlənilməsi;
- İşçilərin əmək haqqının, onların mükafatlandırılmasının, əmək haqqından qanun dairəsində edilən tutulmaların vaxtında və düzgün hesablanmasına nəzarət;
- Əmək haqqı fondunun öz təyinatı üzrə sərf edilməsinə gündəlik nəzarət edilməsi;
- Əmək və əmək haqqı üzrə hesabatın vaxtı-vaxtında tərtibi və təqdimi üzərində nəzarət.
Əmək haqqı və əmək ödəmələrinin normativ hüquqi bazası dedikdə, Azərbaycan Respublikasının mövcud qanunverici normativ hüquqi aktları, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin qanun və qərarları, Azərbaucan Respublikası Prezidentinin fərman və sərəncamları, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin normativ sənədləri, Vergi Nazirliyinin normativ hüquqi sənədləri və bu sahədə bəzi məsələlərə dair ayrı-ayrı nazirlik, baş idarələrin təlimat məktubları başa düşülür.
Əmək haqqı və əmək ödəmələrinə dair əməliyyatların yoxlama-ekspertiza işlərinin aparılmasında vacib məqamlardan biri də yoxlamaüçün lazımi məlumatların əldə edilməsidir.Əmək haqqı və əmək ödəmələrinə dair yoxlama-ekspertiza işləri kompleks xarakter daşıyır və burada yoxlama işinin xarakterindən asılı plaraq əmək və onun haqqının ödənilməsinə dair lazımi məlumatlar kompleks vəya qismən əldə edilə bilər.Əmək münasibətlərini xarakterizə edən məlumatlara müəssisə vəişçilər arasında bağlanmış müqavilələr, işçilərin işə qəbul olunmasına dair ərizələr, müraciətlər, əmrlər aid edilir. Bu formalardan istifadə işin xarakterindən asılıdır.Müəssisə vətəşkilatlar fəhlə və qulluqçilarla əmək münasibətlərinə girən zaman qanunverici normativ hüquqi aktların tələblərinə əməl edilməsini ilkin sənədlərdə öz əksini tapan məlumatlarla müəyyən etmək olar. Ayrı-ayrı hallarda bu məlumatları Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə və digər normativ aktlarla müqayisə etmək lazımdır.
Əmək haqqı və əmək ödəmələrinə dair əməliyyatların yoxlanması seçmə üsulu ilə aparılır. Yəni yoxlama-ekspertizasının əhatə etdiyi dövrün bir neçə ayının əməliyyatları seçilir və onlar yoxlama ekspertizaya cəlb olunur. Lakin əmək haqqı və əmək ödəmələri o qədər çox şaxəli və digər əməliyyaylarla əlaqəlidirlər ki, burada başqa yoxlama metodikasından istifadə olunması da istina deyildir. Audit zamanı auditor qarşısında qoyulan tapşırıqlardan asılı olaraq. əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatları tematik yoxlama, başdan-başa üzləşdirmə və digər üsullardan da istifadə edilə bilər. Lakin bütün hallarda əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlama işinin strateji quruluşu digər sahələrin yoxlanılmasında olduğu kimi, bir sıra prinsipial məsələləri əhatə etməlidir:
- əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların normatıv hüquqi bazasına dair yoxlama-ekspertiza işləri və onların qiymətləndirilməsi;
- əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların audit yoxlama-ekspertizasının prosedur qaydaları və metodikası;
- əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların uçot-hesabat işlərinin vəziyyəti;
- əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların audit yoxlama-ekspertiza nəticələrinin rəsmiləşdirilməsi.
Əmək haqqının uçotu 533 № – li “Əməyin ödənişi üzrə işçi heyyətilə hesablaşmalar” hesabında uçota alınır. 533 № – li hesabın kreditində hesablanmış əmək haqqı məbləği, debitində isə əmək haqqından qanun daxilində tutlmalar və əmək haqqının ödənilməsi əks etdirilir.
Böyük və orta müəssisələrində əməyin və onun ödənilməsinin auditi çox vaxt və böyük əmək tələb edir. Kiçik müəssisələr və firmalarda isə onun yoxlanmasını hesablaşma əməliyyatının yoxlanması ilə birgə aparmaq olar. Birinci növbədə, müəssisədə əmək qanunvericiliyinə necə əməl edilməsi yoxlanmalıdır. Bununla əlaqədar auditorun işçilərin işə necə qəbul və ya azad olunduğunu, işçilərin iş vaxtı içotunun necə aparıldığını, əmək haqqının hansı ödəniş sisteminin qəbul edildiyini və s. məsələləri yoxlamalıdır.
Sənədləşmənin (işə qəbul və ya azad etmə) düzgünlüyü yoxlandıqqdan sonra əmrlər, əmək müqavilələri yoxlanılır. əməyin ödənişi zamanı adətən ya vaxtamuzd ya da işəmuzd ödəniş formalarından istifadə edilir.
İş vaxtının və əmək haqqının ödənilməsinin uçotunda istifadə edilən ilkin sənədlərə – iş vaxtının uçotu tabeli, əməyin və yerinə yetirilmiş işlərin uçotu vərəqi, hesablaşma – ödəniş sədvəli, şəxsi hesab, ödəniş cədvəli, deponent məbləğlərin ödəniş cədvəli və s. aiddir.
Bundan başqa, əməyin işəmuzd ödəniş sistemində naryad, raport, marşrut vərəqləri və s. sənədlərdən istifadə edilir.
Əmək qanunvericiliyinə riayət edilməsinin və əmək haqqının auditi zamanı auditor aşağıdakılara mütləq fikir verməlidir:
1. Əmək qanunvericiliyinə riayət edilməsinə, əmək münasibətlərinə daxili nəzarətin vəziyyəti;
2. İşəmuzd fəhlələrin əmək haqqının hesablanması və onların hazırladığı məhsulun uçotu;
3. Vaxtamuzd və başqa formada hesablanmışəmək haqqlarının uçotu;
4. Fiziki şəxslərin əmək haqqından tutulmaların düzgünlüyü;
5. İşləyənlərin analitik uçotu;
6. Hesablanmış əmək haqqının yekunu;
7. Əmək haqqından vergilərin düzgün tutulması, əmək haqqı fondundan verilən ayırmaların və onların uçotunun düzgünlüyü;
8. Deponentə keçirilmiş əmək haqqının uçotunun düzgünlüyü.
Yoxlama proqramlarının təribi və auditor sübutlarının toplanması üçün auditorun sorğu vərəqəsinin təryib edilməsi məqsədəuyğundur.
Auditorun sorğu vərəqəsində aşağıdakılar göstərilməlidir.
I. Əmək qanunvericiliyinə əməl edilməsi, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyəti:
1. Şəxsi heyyətin uçotu üzrətəsdiq edilmiş formalardan istifadə edilməsi. Bura daxildir: işçilərin şəxsi vərəqəsi, məzuniyyət verilməsi barədə əmr (sərəncam), işçilərin vəzifəyə keçirilməsi barədə əmr, əmək müqaviləsinə xitam verilməsinə dair əmr.
2. İşçilərə əmək kitabçasının açılması.
3. Qəbul edilmiş aylıq əmək haqlarının və işçilərinin dərəcələrinin təsdiq edilmiş ştat cədvəlinə uyğunluğunun yoxlanılması.
4. Bölmələrdə, sexlərdə, şöbələrdə iş vaxtının uçotu tabelinin aparılması.
II. İşəmuzd işləyən işçilərin əmək haqqının hesablanmasına və onların hazırladığı məhsula nəzarət və onların uçotu:
1. Müəssisədə əmək şöbəsi tərəfindən təsdiq edilmiş ayrı-ayrı işlərin qiymətlərinin və normalarının istifadə edilməsi;
2. İlkin sənədlərin nümunəvi formalarından istifadə edilməsi;
3. İlkin sənədlərdə ödənişlər haqqında qeydlərin edilməsi;
4. Əməyin işəmuzd ödəniş formasında hesablamada kompüterlərdən istifadə edilməsi;
5. Briqadalarda, dəstələrdə naryadlardan istifadə edilməsi.
III. Əməyin ödənilməsinin vaxtamuzd və digər formalarının hesablanması və uçotu.
1. Vaxtamuzd ödəniş sistemində hesablaşma üçün iş vaxtının uçotu tabelinin aparılması.
2. Müxtəlif növ ödənişlərin düzgün hesablanmasını əmək haqqı şöbəsi və ya daxili auditorun yoxlanması.
3. Hesablamanın aparılmasında kompüterdən istifadə edilməsi.
IV. Fiziki şəxslərin əmək haqqından tutlmalar.
1. Haqq-hesab ödəniş cədvəllərində əmək haqqından tutulmaların düzgün aparılması üçün məlumatların göstərilməsi (gəlir vergisi, icra sənədləri üzrə tutmalar və s.).
2. Tutulmaların hesablanmasında kompüterdən istifadə edilməsi.
3. Vergi idarələri və sosial sığorta fondları tərəfindən gəlir vergisi və sosial sığorta fondları üzrə hesablaşmaların yoxlanılması.
V. Hesablamaların və tutulmaların analitik uçotu.
1. Analitik uçot üzrə haqq-hesab ödəniş cədvəllərinin tərtibi.
2. Analitik uçotun aparılması üçün kompüterdən istifadə edilməsi.
3. İşçilərlə hesablaşma üzrə analitik uçot sənədlərinin arxivdə saxlanılmasının təmin edilməsi.
VI. Deponentə qoyulmuş əmək haqqı üzrə hesablaşmalar.
1. Müəssisədə deponentə keçirilmiş əmək haqqı üzrə kartoçkalar və dövriyyə cədvəlləri aparılması.
2. İddia müddəti keçən deponentləşdirilmiş əmək haqqı 801 №-li “Mənfəət və zərər” hesabının aid edilməsi.
3. Deponentə qoyulmuş əmək haqqı üzrə hesablaşmada kompüterdən istifadə edilməsi.
Auditorun sorğu vərəqəsini doldurmaqla müəssisədə mühasibat uçotunun bu bölməsi üzrə daxili nəzarəti qiymətləndirmək olar. Bu məlumatları toplamaq auditora imkan verir ki, auditor sübutu toplamaq üçün lazım olan prosedurları təyin etsin, ayrı-ayrı hesablaşmaların yoxlanılması zamanı zəruri məqamlara diqqət yetirsin.
Auditor ilkin sənədlərin necə tərtib edildiyini, norma və tariflərdən düzgün istifadə edilməsini, vəzifəli şəxslərin imzalarının mövcudluğunu, müvafiq rekvizitlərin doldurulmasını yoxlayır, aparılmış düzəlişlərə diqqət yetirir.
Auditor hesablaşma – ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə əmin olmalıdır. Əvvəllər ödənmiş sənədlər (naryad və digər birdəfəlik ödəniş sənədləri və s.) üzrə ikinci dəfə ödəniş olub-olmamasına diqqət yetirmək daha vacibdir. Əgər işəmuzd əmək haqqının hesablaşması və uçotu kompüterlə aparılırsa, onda hesablaşmanın alqoritminə, istifadə edilən normativ məlumatların düzgünlüyünə fikir verilməlidir.
Yoxlama zamanı istifadə edilən auditor sübutlarının yığım metodları aşağıdakılardır:
1. Müəssisədə tərtib edilmiş sənədlərin yoölanılması;
2. Riyazi hesablamalara nəzarət (işəmuzd əmək haqqının məbləğini müəyyənləşdirmək).
Vaxtamuzd ödəniş sistemində əmək haqqının hesablanmasının yoxlanıl-masında auditor vaxtamuzd əmək haqqının necə hesablanmasını, orta aylıq əmək haqqı üzrə hesablaşmaları, məzuniyyət günlarinə görə hesablaşmaları, mükafatların və digər ödənişlərin hesablaşmasını yoxlayır.
Təsdiq edilmiş vəzifə maaşı ilə işçilərə hesablanmış əmək haqqının aşağıdakı düsturla yoxlamaq olar:
Burada: M ə.h. – hesablanmiş əmək haqqı;
Mv.m. – işçinin vəzifə maaşı;
ti.v. – ay ərzində işlənmiş vaxt;
ta.i.v. – aylıq iş vaxtı.
Vaxtamuzd ödəniş sistemindətəsdiq edilmiş təriflə və dərəcələrlə ödənilmiş əmək haqqını aşağıdakı düsturla yoxlamaq olar:
Burada: M ə.h. – hesablanmiş əmək haqqı;
Yoxlama zamanı auditorun əldə etdiyi nəticə ilə mühasibat yazılışı arasında kənarlaşma varsa, bu kənarlaşmanın səbəbi mütləq aydınlaşdırılmalıdır. Əgər aydınlaşarsa ki, hesablayıcı-mühasib düzgün hesablama aparmayıb, onda bu, auditorun hesabatında öz əksini tapır.
Orta aylıq əmək haqqının hesablanması ilə aparılan hesablaşmalarda auditor orta aylıq əmək haqqının düzgün təyin edilməsini müəyyənləşdirməli, sonra ödəmə növləri üzrə hesablaşmaları yoxlamalıdır. Bunun üçün o, Əmək Məcəlləsindən və AR Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 №-li qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və nəzərə alınmayan ödənişlərin siyahısı”ndan istifadə etməlidir.
Auditor eyni zamanda sair ödənişləri və əlavələri: məzuniyyətin ödənilməsini, bayram günlərində işlənmiş günləri, gecə iş vaxtına görə əlavələri, iş vaxtından artıq işləmə vaxtına görə ödənişləri yoxlamalıdır.
Fiziki şəxslərin əmək haqqından tutmalara aşağıdakılar aiddir: gəlir vergisi, pensiya fonduna ödəmə, icra sənədləri üzrə tutmalar, digər tutmalar (zay məhsula görə, kreditə alınmış mallara görə, əskik gəlmələrə görə və s.).
Əvvəlcə tutmalar haqqında (gəlir vergisi üzrə güzəşt, icra sənədi üzrə tutmanın məbləği və s.), sonra hesablamanın özünü yoxlamaq lazımdır.
Gəlir vergisinin düzgünlüyünü yoxladıqda auditor AR Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisi” adlı VIII fəslini rəhbər tutur. Bu halda auditor işçilərə düşən güzəşti, işçilərin statusunu (ştat işçisidir və ya əvəzetmə ilə işləyir), vergiyə cəlb edilən məbləği dəqiqləşdirməlidir.
Gəliri xarici valyuta ilə olan fiziki şəxslərdən gəlir vergisi həmin tarixə Milli Bankın xarici valyutanın manata olan məzənnəsi ilə hesablanır.
Fiziki şəxslərin aylıq ümumi gəlirinin 1 % – i pensiya fonduna tutulur.
Müəssisənin siyahı sayına daxil olan və olamyan işçi heyati ilə əməyin ödənişi (əmək haqqının bütün növləri, mükafat, müavinət, işləyən pensiyaçılara pensiya və başqa ödəmələr), habelə həmin müəssisənin səhmləri və digər qiymətli kağızlar üzrə ödənilməsi gəlirlər üzrə hesablaşmalar haqqında məlumatlar 533 №-li “əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar” hesabında ümumiləşdirilir.
Uçotun jurnal-order formasında 533 №-li hesabın kreditini 201 №-li, hesabın debeti isə 1 №-li, 2 №-li, 8 №-li jurnal-orderləri ilə yoxlamaq lazımdır.
Avtomatlaşdırılmış uçot sistemində məlumatlar debet və kredit üzrə yazılışlara dövrəyyi cədvəlində toplanır. Bundan başqa, həmin məlumatları Baş kitabda (533 və 522 №-li hesablar üzrə) da yoxlamaq olar.
Əmək kaqqı və əmək ödəmələrinin auditinin son mərhələsi yoxlama-ekspertiza işlərinin nəticələrinin rəsmiləşdirilməsidir. Bu mərhələdə əmək haqqı və əmək ödəmələri üzrə aparılmiş yoxlama-ekspertiza nəticəsində aşkar edilmış qanun pozuntuları, yol vermiş nöqsanlar, çatışmazlıqlar, mənimsəmələr və digər neqativ hallar təvsilatı ilə şərh edilməli və qiymətləndirilməlidir. Digər sahələrdə aparılan yoxlama-ekspertiza işlərindən fərqli olaraq əmək haqqı və əmək ödəmələrinin auditində olduqca müxtəlif yanaşmalar və üsullardan istifadə edilir. Əmək haqqı və əmək ödəmələri üzrə audit nəticələrinin yekunlaşdırılmasında da ümumi metodikadan istifadə edilə bilər. Burada da ilk növbədə əmək haqqı və əmək ödəmələri üzrə aparılmış əməliyyatların hüquiqi qiyməti verilməlidir, yəni müəssisələr fəhlə və qulluqçularla əmək münasibətlərinə girən zaman müqavilələrin bağlanması zamanı, onların işdən azad edilməsi, mövcud taarif dərəcələrinin düzgün istifadə edilməs, əmək haqqı və əmək ödəmələri üzrə mühasubat hesablamalarının cari uçotda və icmal sənədlərində düzgün əks etdirilməsi, eyni zamanda əmək haqqi və əmək ödəmələri üzrə uçot-hesabat işlərinin qüvvədə olan qanunverici normativ hüquqi sktların tələblərinə uyğun olaraq qurulmasının hüquqi qiyməti verilməlidir.Bu mərhələdə auditor iki yanaşma formasından istifadə etməlidir: əməliyyatlarda yol verilmiş qanun pozuntularının cinayət tərkibli olmasını müəyyən etmək, digər qrup əməlittatları isə sadəcə olaraq mövcud qanunverici normativ hüquqi aktların tələblərinə uyğun olub- olmaması baxımından müəssisəyə dəyən maddi ziyanları qiymətləndirmək. Bu mərhələdən sonra yoxlama-ekspertiza işlərində aşkar edilmiş nöqsanlar, çatışmazlıqlar, qanun pozuntuları ümumi metodikaya uyğun olaraq iqtisadi məzmununa, xarakterinə, təyinatına və digər əlamətlərinə uyğun olaraq qruplaşdırılmalı və yekun arayışında onların şərti qiyməti verilməlidir. Əgər auıditor yoxlama-ekspertiza işlərində əmək haqqı və əmək ödənişi üzrə əməliyyatlarda mənimsəmə halları aşkar edilmişdirsə və bu hal bir neçə dəfə təkrarlanmışdırsa, o zaman mənimsəmə halı üçün temarik qaydada ayrıca yoxlama arayışı tərtib edilməlidir.Əgər belə hal müstəsna hal kimi bir dəfə olmuşdursa bu məsələ audit ümumi yekun arayışında öz şərhini tapa bilər. Əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlama- ekspertiza nəticəsində aşkar edilmiş nöqsanlar xarakterinə görə maddi-məsul şəxslər üzrə müxtəlif ola bilər. Əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlama- ekspertiza Işi yekunlaşdırılan zaman daxili auditin apardığı mütəmadi yoxlamalar və araşdırmaların nəticələrinə diqqət yeririlməsi vacibdir.
Auditin tәşkili vә onun aparılması mәrhәlәlәri
Müәssisәlәrdә auditor fәaliyyәtinin başlanması vә tәşkilindә ilk mәrhәlә sifarişçinin seçilmәsidir. Hәr bir müәssisәdә aparılmış auditor fәaliyyәti ilk növbәdә seçilәn müәssisәnin xüsusiyyәtlәrindәn, onların iş hәcmindәn vә auditin keçirilmә vaxtından xeyli asılıdır.
Mәlumdur ki, auditor fәaliyyәti mövsümi fәaliyyәt daşıyır, yәnı audit bir qayda olaraq hәr bir müәssisәdә ilin yekunu ilә әlaqәdar olaraq aparılır. Lakin auditor firmaları sahibkar olmaqla, daimi fәaliyyәt göstәrmәli vә mәnfәәt әldә etmәlidirlәr. Ona görә dә auditor firmaları ilin yekunu ilә әlaqәdar olaraq auditor. yoxlaması aparmaqla yanaşı, digәr nәzarәt formaları ilә dә mәşğul olmalıdırlar.
Bununla әlaqәdar olaraq auditor firmaları vә sәrbәst auditorlar öz sifarişçilәrindә mühasibat uçotunun sәhmana salınması, mühasibat (maliyyә) hesabatının tәrtib olunması, onlarda tәhlil әmәliyyatlarının aparılması, mәslәhәtlәr verilmәsi vә sair mәsәlәlәrlә mәşğul olmalıdırlar.
Auditor xidmәtinin vacib mәsәlәlәrindәn biri yoxlamanın yüksәk sәviyyәdә keçirilmәsidir. Bu isә, ilk növbәdә firmanın auditor kadrlarının keyfiyyәti, onların ixtisas tәcrübәsi, auditor prinsiplәri vә standartlarının düzgün tәtbiq olunması, nәzarәtin mövcud olan metodoloji prinsiplәrinin öyrәnilib tәcrübәdә istifadә olunması vә s. göstәricilәrdәn asılıdır.
Bu da gizli deyil ki, sәrbәst bazar iqtisadiyyatına keçid dövründә ölkәdә neqativ halların genişlәnmәsi müşahidә olunur. Xüsusilә mövcud olan әmlakın vә pul vәsaitinin mәnimsәnilmәsi, saxtakarlıq, korrupsiya vә iqtisadi cinsiyyәt әmәliyyatları xeyli artmışdır.
Belә bir şәraitdә hәr bir auditor tәşkilatının sifarişçini seçmәsi çox ciddi vә vacib mәsәlәdir, Bu xüsusilә ona görә lazımdır ki, auditor firması qazandığı imicini itirmәsin.
Mövcud olan qanunvericiliyә görә auditor xidmәti hәr hansı iqtisadi subyektin tәşkilati-hüquqi vә mülkiyyәt formasından asılı olmayaraq, göstәrilә bilәr. Bunun әsasında iqtisadi subyekt sәrbәst auditoru vә auditor firmasını özü sәrbәst seçir.
Sifariçi müәssisә auditor xidmәti göstәrilmәsinә dair auditor tәşkilatına şifahi vә yazılı müraciәt etmәklә, auditor xidmәti göstәrilmәsini mәqsәdini vә audit prosesindә yoxlanılması olan zәruri mәsәlәlәri, audit yoxlamasının hәcmini göstәrir. Auditor firması qarşıya qoyulan mәsәlә ilә әlaqәdar olaraq, sifarişçiyә razilığa dair cavab verir.
Sifarişçiyә cavab vermәzdәn әvvәl auditor işin hәcmini müәyyәn etmәk mәqsәdilә, zәruri hallarda audit aparılacaq obyektdә sifarişçi müәssisәnin tәsәrrüfat maliyyә göstәricilәrinin öyrәnilmәsi ilә әlaqәdar olaraq müәyyәn tәdqiqat apara bilәr.
Bütün bu göstәricilәr Azәraycan respublikası Auditorlar Palatası Şurasının 1999-cu il 7 dekabr tarixli qәrarı ilә tәsdiq olunmuş «Audit aparılmasının şәrtlәri» (mәktub-öhdәçilik) milli audit standartında öz әksini tapmışdır.
Mәktub öhdәçilikdә audit aparılmasının şәrtlәri üzrә zәruri mәlumatlar, auditorun öhdәliklәri, tәsәrrüfat subyektçinin öhdәliklәri göstәrilmәlidir. Bunun әsasında ilkin razılıq әldә edilir vә auditor xidmәti göstәrilmәsinә dair müqavilә bağlanır.
Müqavilәnin tәrtib olunması vә rәsmilәşdirilmәsi qaydası Azәrbaycan Res-publikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qәrarı ilә tәsdiq edilmiş «Auditin aparılmasına dair müqavilә» mifli audit standartında müәyyәnlәşdirilmişdir.
Tәrtib olunmuş müqavilә icrası vә sifarişçi tәrәfindәn imza olunmaqla, 2 nüsxәdәn ibarәt olmalıdır.
Auditin keçrilmәsi haqqında tәsәrrüfat subyekti ilә müqavilә bağlandıqdan sonra auditin planaşdırılması mәrhәlәsi başlanır.
Planlaşdırma mәrhәlәsindә auditin hәcmi, yoxlanılan işlәr vә onların növlәri, icra müddәtlәri müәyyәn olunmaqla, tәsәrrüfat subyektinin mühasibat (maliyyә) hesabatının audit nәticәlәri ilә әlaqәdar rәyin hazırlanması üçün lazım olan auditor әmәliyyatlarının hәcmini vә növünün ardıcıllıqla göstәrәn audit proqramı hazırlanır.
Auditor planaşdırılması әsasәn aşağıdakı mәrhәlәlәrә ayrılır:
a) Auditin ilkin planaşdırllması;
b) Auditin ümumi planının hazırlanması vә tәrtib edilmәsi;
c) Audit proqramının hazırlanması vә tәrtib edilmәsi. Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn audit tәşkilatlarının audit aparmaları fәaliyyәtini planaşdırmaq üçün mövcud olan qanunvericilik tәlәblәrinә uyğun olaraq Azәrbaycan Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında hazırlanınış vә Şuranın 1999-cu il 24 mart tarixli qәrarı ilә tәsdiq etmişdir.
Qәbul olunmuş hәmin slandartla әmәliyyatlar müәyyәnlәşdirilir vә auditin icrası başlanılır.
auditin keçirilmәsi müәyyәn olunmuş
ilә әlaqәdar olan bütün prinsiplәrә uyğun olaraq
Yoxlama dövründә auditor nәticә әldә etmәk vә sifarişçinin mühasibat (maliyyә) hesabatına dair etibarlı rәy tәrtib olunması üçün vacib olan subutlar toplanmalıdır. Hәmin toplanan subutlar lazımi sәviyyәdә sәnәdlәşdirilmәlidir.
Auditor sәnәdlәşdirilmәsi auditin planaşdırılmasına dair sәnәdlәr, müәssisәnin tәşkilatı-hüquqi formasına aid olan mәlumatlar, uçot sisteminin öyrәrilmәsi, mühasibat (maliyyә) hesabat göstәricilәri, mühasibat uçotu hesabları üzrә qalıqlar vә sair informasiyalar aiddir.
Audit qurtardıqdan sonra iş sәnәdlәri auditorun mülkiyyәti olmaqla, onda qalır.
Azәrbaycan Respublikasında auditorun iş sәnәdlәrinin formasını, mәzmununu vә mahiyyәtini müәyyәnlәşdirmәk vә auditin yekununu rәsmilәşdirmәk mәqsәdilә Azәrbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 noyabr tarixli qәrarı ilә «Auditin iş sәnәdlәri Milli sıandartını» vә 1997-ci il 4 fevral tarixli qәrarı ilә «Auditorun yekun sәndlәri» milli sıandartlarını hazırlamış vә tәsdiq etmişdir.
Auditorun yekun sәndlәri aparılan yoxlama nәticәsindә auditorun hazırladığı vә sifalrşçiyә tәqdim etdiyi audit aktından, auditor rәyindәn vә yekun sәnәdlәrindәn ibarәtdir. Audit aktı vә auditor rәyi yekun sәnәdlәrinin tәrtib hissәsidir.
Yekun sәnәdlәri yoxlama nәticәsindә auditorun müәyyәn etdiyi mühüm faktları, nöqsanı vә çalışmamazlıqları, onların aradan qaidırılmasına dair tәkliflәri vә nәticәlәri müәyyәn edәn sәnәdlәr sistemidir.
Auditor yoxlama nәticәsi ilә әlaqәdar olan yekun sәnәdlәrini tәhvil aktı ilә sifarişçi müәssisәnin rәhbәrinә tәhvil vermәlidir.
Auditin tәşkili vә nәticәlәrinin rәsmiyyәtә salınmasında mühüm mәrhәlә aparılan audit yoxlamasının nәticәlәrini әks etdirәn auditor rәyinin tәrtib olunmasıdır.
«Auditor xidmәti haqqında» Azәrbaycan Respublikasının Qanununun 8-ci maddәsindә «Auditor rәyi auditorun (auditor tәşkilatının) ınınzası vә möhürü ilә tәsdiq olunmuş, audit aparılan tәsәrrüfat subyektinin maliyyә vәziyyәtinә, maliyyә-tәsәrrüfat әmәliyyatlarının qanuniliyinә, illik mühasibat hesabları mad-dәlәrinin doğruluğuna, mühasibat uçotunun mühüm vәziyyәtinә verdiyi qiymәti әks etdirәn vә bütün hüquqi vә fiziki şәxslәr, dövlәt hakimiyyәti vә idarәetmә orqanları, habelә mәhkәmә orqanları üçün hüquqi әhәmiyyәti olan rәsmi sәnәddir».
Sәlahiyyәtli dövlәt orqanlarının qәrarına әsasәn keçirilmiş yoxlamanın nәticәlәrini әks etdirәn auditor rәyi Azәrbaycan Respublikası prosessual qanunvericiliyinә uyğun olaraq tә’yin edilmiş ekspertizanın rәyi ilә bәrabәr tutulur.
Azәrbaycan Respublikası әrazisindә fәaliyyәt göstәrәn auditorlar tәşkilatı vә auditorlar fәaliyyәtini tәnzimlәnınәsi ilә әlaqәdar olaraq Azәrbaycan Respublikası Auditorlar Palatası tәrәfindәn 1996-cı il 26 dekabr tarixli qәrarla «Auditor rәylәri» milli sıandarlı qәbul olunmuşdur. Qәbul olunmuş auditor rәyindә, onun tәrtib olunması qaydaları, әks olunacaq әsas göstәricilәr müәyyәn olunmuşdur.
auditin əsasları pdf, audit kitabi, audit derslik, audit kitabi pdf, audit pdf, ibad abbasov audit, auditin esaslari, auditin planlaşdırılması
Comments are closed, but trackbacks and pingbacks are open.