Press "Enter" to skip to content

AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır

Aviabilet qiymətlərini online öyrənib, heç bir aviakassaya getmədən plastik kartınızla sifariş edə bilərsiniz. Rahat və sürətli axtarış sistemimiz vasitəsi ilə 100-dən çox şirkətdən qiymət təklifi alacaqsınız. Online olaraq Avia bilet qiymətlərini müqayisə edib, haradan serfeli bilet almağınıza seçim edə bilərsiniz.

Avia biletler

Avia biletlərin onlayn sifarişi. Ucuz avia bilet sifarişi bütün avia şirkətlər üzrə.
Baki Dubay, Baki Turkiye , Baki Anlatya, Baki İstanbul, Baki Moskva və digər şəhərlər üzrə ucuz avia biletler sifarişi etmək mümkündür.
Tel: 055 6366333

Aviabilet qiymətlərini online öyrənib, heç bir aviakassaya getmədən plastik kartınızla sifariş edə bilərsiniz. Rahat və sürətli axtarış sistemimiz vasitəsi ilə 100-dən çox şirkətdən qiymət təklifi alacaqsınız. Online olaraq Avia bilet qiymətlərini müqayisə edib, haradan serfeli bilet almağınıza seçim edə bilərsiniz.

Turlar.az Azərbaycanda turizm şirkətləri üçün pulsuz elan yerləşdirməyə imkan yaradır. Siz Turlar.az saytı vasitəsilə öz elanlarınızı asanlıqla sayta pulsuz elan kimi yerləşdirə bilərsiniz. Daxili Turlar , Xarici Turlar, istirahet merkezleri , Tur paketler 2023, ucuz qiymete avia biletler tapmaq mümkündür. Endirimli turlar 2023, müalicəvi turlar mövcuddur. Azərbaycan Daxili turlar üçün Bakı , Qəbələ, İsmayıllı, Şahdağ, Masallı, Naftlanan, Naxçıvan turları ən çox yayılanlardı. Xarici Turlar üçün siz Antalya, Bodrum , İstanbul turlari, Turkiyədə şəhər turları, Dubay turlari, Gürcüstanda Tiflis, Batumi turlari. Saytda Istirahet merkezleri , hoteller, evler , turizm elanları yerlesdirmek mümkündür.
avia bilet avia biletler viza desteyi viza desteyiTurizm şirkətləri
© 2016 TURLAR.AZ Privacy Policy Term of use | info [@] turlar.az | Bizimlə əlaqə

AZAL bütün istiqamətlər üzrə biletlərin qaytarılmasına və dəyişməsinə hazırdır

Koronavirus infeksiyası COVİD-19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir.

Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən, aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

– yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;

– biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

– hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

– eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

– əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

– uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.

Avia biletlərin satışı üzrə informasiya sisteminin yaradılması

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-02-2014, Nəşr nömrəsi: 32), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2014, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 156)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201402130268
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

  1. 18 iyun 2020-ci il tarixli 2107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ( “Xalq” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 754 )

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 18 iyun 2020-ci il tarixli 2107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ( “Xalq” qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 754 ) ilə 2.2-ci bənddə “inzibati, iqtisadi” sözləri “kommersiya, inzibati” sözləri ilə əvəz edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.