Press "Enter" to skip to content

Vizasız gedə biləcəyimiz Avropa ölkələri

Bu kateqoriyada 21 altkateqoriya var və onlardan 21 altkateqoriya aşağıda göstərilir.

Qərbi Avropa ölkələri

Sahəsi 3,8 mln km 2 olan bu regiona 24 IEÖ daxildir. «Böyük 7-liyə» daxil olan ölkələrin 4-ü AFR, Fransa, Ingiltərə və Italiya burada yerləşir. Bu regiondan Vatikan, San-Marino, Malta, Monako, Lixtenşteyn, Andorra cırtdan və ya mikro dövlətlərindir. Dövlət quruluşuna görə bu regionun ölkələrinin 12-si respublika,12-si isə konstitusiyalı monarxiyadır.
Qərbi Avropa ölkələrinin coğrafi mövqeyi 3 başlıca əlamətlə səciyyələnir.
1. Bir-birinə görə sıx qonşuluq mövqeyi.
2. Əksər ölkələrin dəniz mövqeyi və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi.
3. Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması.

Əhalisi 393 mln nəfər olub, əhalinin təbii artımının birinci tipinə aiddirlər. Əhali az artdığından işçi qüvvəsi çatışmır. Belə vəziyyət Qərbi Avropanı dünyanın başlıca əmək immiqrasiyası mərkəzinə çevirib. Indi regionda 18-20 mln xarici fəhlə yaşayır.
Milli tərkibinə görə region əhalisi nisbətən yekcins olub əsasən Hind-Avropa dil ailəsində danışır. Dünyanın ən çox urbanizasiyalaşmış regionlarından biri olan Qərbi Avropada əhalinin 2/3-si şəhərlərdə yaşayır. London, Paris və Reyn-Rur Avropanın ən iri aqlomerasiyalarıdır.
Təsərrüfatı: Bu region iqtisadi gücünə görə ABŞ-dan sonra dünyanın 2-ci böyük regionudur.
Kənd təsərrüfatı istehsal həcminə görə ABŞ-dan geri qalsa da, yüksək məhsuldarlığı ilə fərqlənir. Buğdanın məhsuldarlığına görə (hər hektardan 60-70 sentner) Qərbi Avropanın dünyada tayı-bərabəri yoxdur.
Qərbi Avropa ərzaq məhsulları ilə əhalinin təlabatını tam ödəyir. Burada yalnız tropik əkinçilik məhsulları və yem taxılı idxal edilir. Şimali və Orta Avropa ölkələrində heyvandarlıq, Cənubi Avropada isə əkinçilik daha yaxşı inkişaf edib.
Nəqliyyat şəbəkəsinin sıxlığına görə dünyada 1-ci yer tutur. Avtomobil və dəniz nəqliyyatı daha güclü inkişaf edib.
Enerji və xammaldan kasıb Qərbi Avropa ölkələri daha qənaətcil texnologiyaya keçməyə məcbur olmuşlar. Nəticədə bu ölkələr ekstensiv iqtisadiyyatdan intensiv iqtisadiyyata keçmiş və ekoloji vəziyyəti xeyli yaxşılaşdıra bilmişdir.
Coğrafi, tarixi və təsərrüfat fərqlərinə görə Qərbi Avropanı 3 regiona- Orta, Şimali və Cənubi Avropaya ayırırlar. Ərazisinin böyüklüyünə görə bu regionlar təxminən bərabər, əhalinin sayına görə isə olduqca müxtəlifdir. Bu 3 regiondan Orta Avropa daha güclü inkişafı ilə fərqlənir.

Vizasız gedə biləcəyimiz Avropa ölkələri

Yəqin ki, çox az adam bilir ki, Avropada elə dövlətlər var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr isə Makedoniya, Albaniya, Monteneqro, Bosniya və Herseqovinadır.

Qeyd edək ki, bu ölkələr keçmiş Yuqoslaviyanın parçalanmasından sonra yaranıb. Məlumat üçün bildirək ki, Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.

Azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.

Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı, tarixi yerlər ilə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi – “Saat Kula”ya da tamaşa etmək mümkündür. Bundan başqa, Skopye qalası və qədim Çarşiya bazarına da tamaşa etmək olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.

Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.

Skopyedə qonaqlamaya gəlincə isə Makedoniya paytaxtında 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətlərə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən, belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.

Bosniya və Herseqovina
Bir nəfərin iyun ayında Saraevo şəhərinə gedib-gəlməsi üçün 921 manat ödəmək lazım olacaq.
Saraevo şəhəri qərblə şərqin qovuşduğu şəhərlərdəndi. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.

Tirana şəhərinə gediş-gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.
Tiranada çoxlu sayda parklar var. Bundan başqa, şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.
Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəniz, 718 dollar ödəməklə Albaniyada 3 gecə, 4 gün istirahət etmək olar.

  • Birləşmiş Krallığa viza necə almalı?
  • Viza nədir ?
  • Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
  • Amerikaya viza dəstəyi
  • Vizasız ölkələr siyahısı
  • Macarıstana necə viza almaq olar?
  • Fransa vizası üçün lazım olan sənədlər
  • Niyə məhz İngiltərə?
  • Avstriyaya viza almağın qaydaları
  • Bolqarıstana necə viza almalı?
  • Çin vizası haqqında
  • Yunanıstan vizası dəstəyi
  • Malta vizası dəstəyi
  • Taylanda səfər etmək üçün viza tələbləri
  • Çexiya vizasının növləri
  • Malta vizası dəstəyi
  • İsveçrə viza dəstəyi
  • İtaliyaya turist vizası almaq üçün lazım olan sənədlər

Vizalar.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir. Viza dəstəyini vizalar.az-a etibar edin.

Kateqoriya : Avropa ölkələri

Bu kateqoriyada 21 altkateqoriya var və onlardan 21 altkateqoriya aşağıda göstərilir.

A

Azərbaycan‎ (21 kat., 5 səh.)

B

Bolqarıstan‎ (1 kat., 1 səh.)

F

L

M

P

Q

R

Rusiya‎ (9 kat., 1 səh.)

S

San-Marino‎ (1 kat., 1 səh.)

T

Türkiyə‎ (7 kat., 1 səh.)

U

Ukrayna‎ (1 kat., 1 səh.)

Y

Ç

İ

Ş

  • Avropa
  • Regionlara görə ölkələr

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 11 may 2019 21:03 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikimənbə haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Comments are closed, but trackbacks and pingbacks are open.