Press "Enter" to skip to content

Avropanin enerji təhlükəsi zli yi

Ölkəmizin dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır. Bunu ötən ildə əldə olunan makroiqtisadi göstəricilər bir daha təsdiq edir. Ölkəmizdə bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv tədbirlərin həyata keçirilməsi iqtisadi sahədə davamlı inkişafı təmin etmişdir. Ötən ildə fəal antiböhran tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlərin reallaşdırılması, habelə sahibkarlığın inkişafına diqqətin yüksəldilməsi bugünkü uğurlarımıza gətirib çıxarmışdır.

Avropanin enerji təhlükəsi zli yi

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.

Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi; texnologiyaların inkişafı və tətbiqinin təmin edilməsi; enerjinin istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması; qüvvədə olan tədarük müqavilələrinin təmin edilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxışı aid edə bilərik.

Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır.

Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır.

Ölkəmizin dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır. Bunu ötən ildə əldə olunan makroiqtisadi göstəricilər bir daha təsdiq edir. Ölkəmizdə bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv tədbirlərin həyata keçirilməsi iqtisadi sahədə davamlı inkişafı təmin etmişdir. Ötən ildə fəal antiböhran tədbirlərinin həyata keçirilməsi, maliyyə intizamının gücləndirilməsi, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlərin reallaşdırılması, habelə sahibkarlığın inkişafına diqqətin yüksəldilməsi bugünkü uğurlarımıza gətirib çıxarmışdır.

Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu isə dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Fevralın 3-də Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunub. Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib. Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının da bu il baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə göstərir. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atıb. Bu mənada Prezident cənab İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin iki əsas komponentini qeyd etmək olar. Birincisi, Azərbaycanın Avropaya qaz ixracını artırmasıdır ki, bu, ötən il iyulun 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır. Artıq həmin sənədin icrasına başlanılıb. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr, 2022-ci ildə isə bu rəqəm 11,3 milyard kubmetr təşkil edib. Cari ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uğurlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.

Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.

Rafiq Məmmədov,

Əməkdar müəllim, “TƏRƏQQİ” medalı təltiftiçisi

Avropanin enerji təhlükəsi zli yi

Enerji təhlükəsizliyi bu gün dünya ölkələrini qayğılandıran aktual problemlərdən biri olaraq qalır. Doğrudur, alternativ enerji mənbələrinin yaradılması ənənəvi enerji ehtiyatlarına ehtiyacı müəyyən qədər azaldıb. Ancaq sənayenin sürətli inkişafı, dünya əhalisinin, istehsalın, dünya iqtisadiyyatının ümumi həcminin artımı ənənəvi enerjiyə tələbatı da adekvat olaraq artırmaqda davam edir. 1973-ci ildə birinci neft böhranından sonra əksər dünya ölkələri neftdən asılılığın hansı risklər doğurduğunu anlamağa başladılar. Enerji mənbələrinin diversifikasiyası və alternativ enerji mənbələrinin formalaşdırılması mühüm çağırışa çevrildi.

Eyni zamanda, enerji alıcısı olan ölkələr təhlükəsizlik üçün bir nöqtədən asılılığın aradan qaldırılması konsepsiyasına keçid etdilər. Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Əgər, Samuel Hantinqton yaşadığımız XXI əsri dünya sivilizasiyalarının toqquşması əsri kimi xarakterizə edirdisə, müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər.

Enerji təhlükəsizliyinin siyasi məfhum kimi meydana çıxmasının tarixi başlanğıcı vardır. Belə ki, Birinci Dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü siyasi mənzərəsini müəyyənləşdirən əsas şəxslərdən biri olan Uinston Çörçil ingilis donanmasının gəmilərinin enerji qaynağını kömürdən neftə keçirtmək haqqında tarixi bir qərar qəbul etdi. Çörçil ingilis donanmasını alman donanmasından daha sürətli etmək niyyətində idi. Lakin bu keçid Kral Dəniz Qüvvələrinin təkcə Uelsdəki kömürə deyil, eyni zamanda o dövrdə Fars körfəzindən gələcək neft tədarükünə olan etibarın vacibliyini də ifadə edirdi. Beləliklə, enerji təhlükəsizliyi milli strategiyanın əsas məsələsinə çevrildi.

Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, daxili və xarici siyasətdəki uzlaşmazlıqlar, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan əsaslı ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıda gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir.

2000-ci illərə gəldikdə, alternativ enerji axtarışları və bərpa olunan enerji mənbələrindən istifadə genişlənsə belə, ənənəvi enerji mənbələrinin mövqeləri zəifləmədi. Belə halda, enerji ixracatçısı olan ölkələrin dünya iqtisadiyyatı və siyasətindəki yeri önə çıxdı. Azərbaycan da 90-cı illərdə dünya enerji bazarına daxil olan mühüm iştirakçılardan biri kimi parlamağa başladı.

Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafı üçün mühüm bazis yaratdı, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməyə başladı. Dahi siyasətçi Heydər Əliyevin enerji strategiyasının bir hissəsi olaraq gerçəkləşən “Üç dənizin əfsanəsi” – Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və Ulu Öndərin bir neçə onilliklər üçün hesablanmış enerji siyasətinin uğurla davam etdirilməsinin sayəsində bu gün Azərbaycan nəinki Avropanın enerji təminatında mühüm rol oynayır, bu layihə, eyni zamanda, ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır.

Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir. 9 iyul 2019-cu ildə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfəri bu münasibətin əsas göstəricilərindən biridir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçməkdədir.” Öz növbəsində Donald Tusk bəyan etdi: “Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır. Münasibətlərimiz daha da güclənir və Cənub Qaz Dəhlizi layihəsi bizi birləşdirir. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməli və Azərbaycanın öz islahat proseslərini və iqtisadi şaxələndirilməsini müşayiət etməlidir.”

Cənub Qaz Dəhlizi Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünyamiqyaslı infrastruktur layihəsidir. İlkin mərhələdə 7 dövləti birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 qlobal maliyyə təsisatları iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan Cənub Qaz Dəhlizi bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Bu layihədən isə daha çox qazanan Azərbaycan dövləti və xalqı olacaq. Çünki üçüncü tərəflərin gələcəkdə Cənub Qaz Dəhlizinə daxil olması Azərbaycanın gəlirlərinin daha da artmasına, ölkəmiz üçün əlavə dəyərin yaradılmasına imkan verəcək. Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub. Təsadüfi deyil ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Məhz, bu il Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə isə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP vasitəsilə Azərbaycanın İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qazı çatdırılacaq. Artıq “Şahdəniz” yatağından da 137 milyard kubmetrlik qaz hasil edilib ki, bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Azərbaycan qazı Avropada Yunanıstan, Bolqarıstan və İtaliya bazarlarına nəql olunsa da, gələcəkdə qitənin bir çox istiqamətlərinə də təbii qazın nəqli mümkün ola bilər. TAP boru kəməri İtaliyanın cənubuna qədər uzanır. Orada da İtaliyanın iri qaz şirkətinin şəbəkəsinə qoşulur. Bu şirkət İtaliyada ən geniş paylama şəbəkəsinə malik şirkətlərdən biridir. Bu istiqamətdə gələcəkdə İtaliya üzərindən bir çox ölkələrə, əsasən də Qərbi Avropa ölkələrinə təbii qazın nəqli reallaşdırıla bilər. Bu ölkələr Fransa və İsveçrə də ola bilər. Digər tərəfdən Bolqarıstandan əlavə olaraq Rumıniya və Macarıstan bazarlarına təbii qazın daşınması mümkün ola bilər. Yəni, bu, öz növbəsində Cənub Qaz Dəhlizinin gələcəkdə də nə dərəcədə perspektivli və strateji bir layihə olduğunu göstərir. Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan və Qazaxıstan kimi ölkələrin təbii qazının nəqlini də həyata keçirə bilər. Digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qaz, əsasən də İsrailin təbii qazı gələcəkdə bu boru kəməri ilə daşına bilər. Eyni zamanda, Yaxın Şərq ölkələrini də Avropa bazarlarına çıxara biləcək əlverişli marşrut Cənub Qaz Dəhlizidir. Bu da öz növbəsində bu ölkələr üçün hazır infrasrukturdur və əlverişli perspektiv yaradır.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividentlər əldə edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq.

Ələkbər Mirzəyev,

BDU-nun Geologiya fakültəsinin müəllimi, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü

Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə – ŞƏRH

Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirəcək. Azərbaycanın, ümumilikdə iştirakçı dövlətlərin hər birinin enerji siyasətinin uğurlarına işıq salan beynəlxalq əhəmiyyətli tədbirlərdə, enerji sammitlərində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bu reallığı da diqqətə çatdırır ki, ölkəmiz neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də tanınır, nüfuz qazanır. Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin də məhz elektroenergetika sahəsindən başlandığına diqqəti yönəldən deputat deyib: “Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın”.

M.Həsənov İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakından da bəhs edib: “Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Qarşılıqlı səfərlər, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sözügedən mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urson “Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam” söyləməklə iki ölkənin hazırkı münasibətlərinin aydın mənzərəsini təqdim etdi və bir daha bildirdi ki, İtaliya Azərbaycanın tarixi dostudur. Cari ilin ötən dövründə İtaliyanın üç nazirinin ölkəmizə səfəri İtaliya ilə Azərbaycan arasında möhkəm əlaqələrin olmasını göstərir. Ümumilikdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu mühüm məqamı qeyd etmək kifayətdir ki, iki il bundan əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, son məntəqəsi İtaliyadır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP layihəsini Azərbaycan və İtaliyanın birgə uğuru kimi dəyərləndirdi. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə hazırda aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edirlər. Prezident İlham Əliyev dost ölkələrin bu prosesdə fəal iştirakını yüksək dəyərləndirir”.

Deputat qeyd edib ki, Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.

Comments are closed, but trackbacks and pingbacks are open.