Press "Enter" to skip to content

Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. презентация

Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər.

Avtomatik idarəetmə

İdarəolunan obyekt proseslərinin lazımi səviyyədə saxlanmasına, yaxud tələb olunan şəkildə dəyişdirilməsinə avtomat qurğularla, insanın iştirakı olmadan yönəldilən təsirlərin məcmusu. Avtomatik idarəetmə əmək məhsuldarlığının yüksəldilməsi, tənzimlənmənin keyfiyyət və dəqiqliyi, nisbətən çətin, yaxud insan səhhəti üçün təhlükəli olan şəraitlərdə istifadə üçün tətbiq olunur.

İdarəetmənin məqsədi tənzimlənən (idarəolunan) kəmiyyətin — idarəolunan obyektin çıxış kəmiyyətinin zaman daxilində dəyişməsi ilə əlaqələndirilir. Müxtəlif idarəolunma obyektlərinin xarakterik xüsusiyyətlərini nəzərə almaqla idarəetmə məqsədinə nail olmaq üçün obyektin idarəolunan orqanlarına idarəetmə təsiri göstərilir. Avtomatik idarəetmə həmçinin tənzimlənən kəmiyyətin tələb olunan qanunauyğunluqla dəyişməsini pozmağa çalışan kənar həyəcanlandırıcı təsirlərin effektini kompensasiya etmək üçündür. İdarəetmə təsiri idarətmə qurğusu tərəfindən yaradılır. Qarşılıqlı təsirdə olan idarəetmə qurğusu ilə idarəolunan obyekt avtomatik idarəetmə sistemini təşkil edir.

Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. – презентация

Презентация на тему: ” Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda.” — Транскрипт:

1 Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda

2 TP AIS Proqram t ə minatı Riyazi t ə minat İnformasiya t ə minatı Texniki t ə minat Ümumsistem v ə T ə şkilati h ə ll ə r Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS) layihəsinin tərkibi

3 Ümumsistem və Təşkilati həllər Ümumsistem həlləri – AİS-in layihələndirilməsində qəbul edilən həllərin əsaslandırılmasından, iqtisadi effektivliyin təyin edilməsindən, obyektdə AİS-in tətbiqetmə hazırlığından və istismar prosesində onun vəziyyəti haqqındakı məlumatlardan ibarət olur. Bunlardan başqa ümumsistem həllərin tərkibinə AİS-in təyinatı, AİS-in izahatı, obyektin idarəetmə sistemində AİS-in yeri və digər idarəetmə sistemləri ilə AİS-in əlaqəsi kimi sistem həlləri daxildir.

4 TP AİS-in təşkilati həlləri – TP AİS-in operativ personalının funksiyaları üçün qayda və qanunlardan, həmçinin texnoloji proseslərin təhlükəsiz aparılması və avtomatlaşdırılmış idarəetmə sisteminin müvəffəqiyyətlə tətbiq edilməsi barəsində sənədlər yığımından ibarətdir. Bu sənədlərə misal olaraq aşağıdakıları qeyd etmək olar: TP AİS-in istismar edilməsi üçün istehsalatın texnoloji reqlamenti; Avtomatlaşdırılmış texnoloji kompleksin funksional, təşkilati və texniki strukturu; TP AİS-in normal funksionallaşması üçün texnoloji və operativ personalın işə çıxma cədvəlləri və vəzifə təlimatları; Texnoloji aqreqatların işə salınması və dayandırılması təlimatları; TP AİS-in işi haqqında personalın öyrədilməsi; Texniki təhlükəsizlik qaydaları.

5 Texniki təminat. Texniki təminat – TP AİS-in bütün funksiyalarının yerinə yetirilməsini, həmçinin işçi personalın texnoloji proseslərlə və sistemin texniki vasitələri ilə qarşılıqlı əlaqəsini təmin edən texniki vasitələr kompleksidir. TP AİS-in texniki təminatının tərkibinə aşağıdakılar daxildir: İnformasiyanın toplanması vasitələri (vericilər, sayğaclar, siqnalizatorlar, əl ilə daxil etmə qurğuları); İcra mexanizmləri (siyirtmələr, klapanlar. ); Proqramlaşdırılan məntiqi kontrollerlər (PLC); Operator stansiyaları (komp.); Mühəndis stansiyaları; Serverlər; Operator panelləri; Proqrammatorlar; Şəbəkə adapterləri; Tezlik çeviriciləri; Əlaqə kabelləri; Son vəziyyət açarları; Tablo; Səs və işıq siqnalizasiya qurğuları və s.

6 TP AİS-in texniki təminatı özündə onun bütün funksiyalarını həyata keçirməyə imkan verən texniki vasitələrin tam yığımını cəmləşdirir. Texniki vasitələr kompleksinin tərkibinə hesablayıcı və idarəedici qurğular; məlumatların alınması (vericilər), çevirilməsi, saxlanılması, əks etdirilməsi və qeyd olunması (siqnallar) vasitələrini; siqnalların ötürülməsi və icra mexanizmləri qurğuları daxildir.

7 İnformasiya təminatı. TP AİS-in informasiya təminatı özündə aşağıdakıları birləşdirir: – Sistemin istismarı və ya yaradılması prosesində istifadə olunacaq ilkin verilənlər; – Sonrakı emal prosesləri üçün real zaman ərzində verilənlər bazasında saxlanılan aralıq verilənlər, verilənlər bazasının strukturu; – Avtomatlaşdırılmış iş yerində monitorlarda, tablolarda və operator panellərində vizual əks olunan və icra mexanizmlərində realizə olunmaq üçün ötürülən çıxış verilənləri; – İstifadəçi tərəfindən kağız və yaxud elektron şəkildə ötürülən məlumatlar; – Giriş və çıxış sənədlərinin (elektron və ya kağız) qəbul edilmiş formaları; – İnformasiyanın qəbul edilmiş kodlaşdırma sistemi; – Verilənlərin elektron arxivi.

8 Riyazi təminat. TP AİS-in riyazi təminatı layihələndirmə mərhələsində və TP AİS-in istismarı prosesində istifadə olunan müxtəli məsələlərin həlli üçün alqoritmlər və riyazi modellər yığımından ibarətdir. Riyazi təminata aşağıdakılar aiddir: – İdarəetmə obyektlərinin riyazi modelləri; – Siqnalların filtrasiya üsulları; – Tənzimləmə və idarəetmə alqoritmləri; – İntellektual idarəetmə alqoritmləri; – Diaqnostik alqoritmlər və s.

9 Proqram təminatı TP AİS-in proqram təminatı onun bütün rəqəm texniki vasitələr kompleksinin (kontrollerlər, serverlər, fəhlə və mühəndis stansiyaları, proqrammatorlar, operator panelləri) funksionallaşmasının realizasiyası üçün lazım olan proqramlar yığımıdır. Proqram t ə minatı Ümumi proqram t ə minatı Xüsusi proqram t ə minatı

10 TP AİS-in ümumi proqram təminatı hesablama texnikasının vasitələri ilə birlikdə verilir və əməliyyat və SCADA sistemlərindən, kontrollerlərin proqramlaşdırılması üçün proqram paketlərindən, kompilyatorlardan və redaktorlardan ibarət olur. TP AİS-in ümumi proqram təminatı konkret avtomatlaşdırma obyektinə bağlı olmur, texniki vasitələr kimi buraxılır.

11 TP AİS-in xüsusi proqram təminatı (tətbiqi proqramlar) konkret TP AİS üçün yaradılır. Buraya idarəetmə və informasiya emalı kimi müəyyən funksional məsələləri realizasiya edən kontrollerlər üçün proqramlar, konkret texnoloji prosesin verilənlərinin arxivləşdirilməsi, əks etdirilməsi (vizualizasiyası)üçünSCADA mühitində generasiya olunmuş proqramlar aiddir. (Supervisory Control And Data Acquisition – диспетчерское управление и сбор данных-verilənlərin toplanması və dispetçer idarəsi) Xüsusi proqram t ə minatı (t ə tbiqi proqramlar) Kontroller s ə viyy ə sinin proqram t ə minatı (aşağı s ə viyy ə nin PT) SCADA funksiyalı proqram t ə minatı (Yuxarı s ə viyy ə nin PT)

12 İş təcrübəm zamanı ( illər) işlədiyim müəssisələrdə: (NORD İB, Neftqazavtomat EİM (Müdafiə Sənayesi Nazirliyi) Neftqazelmitədqiqatlayihə İnstitutu (SOCAR), NÖC və Avtomatika Şirkəti) Avtomatlaşdırma, informasiya texnologiyaları və cihazqayırma sahəsində aşağıdakı istiqamətlər üzrə aparılan işlərdə iştirak etmişəm: 1) Neft və qaz sənayesində texnoloji proseslər üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS) layihələndirilməsi. 2) PLC – proqramlaşdırılan məntiqi kontroller bazasında özəl avtomatik idarəetmə sistemlərinin (AİS) yaradılması və tətbiqi. 3) Aparat səviyyəsində işləmələr (mikrokontroller bazasında yeni cihaz və qurğuların işlənməsi):

13 İşin məzmunu: Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsi üçün nəzərdə tutulmuş PLC bazasında avtomatlaşdırılmış nəzarət və idarətmə sistemi üçün – IEC standartında PLC-nin və Dispetçer səviyyəsində avtomatlaşdırılmış iş yeri üçün SCADA funksiyalı proqram təminatının işlənməsi, sazlanması və obyektdə tətbiqi Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsində 5 quyuluq monifold sisteminin artırılaraq genişləndirilməsi (sif layihəsi) obyektində quraşdırılmış Dispeçer nəzarət və idarəetmə sisteminin dispetçer səviyyəsi üçün proqram təminatına aşagıdakı funksiyaların yerinə yetirilməsi daxildir : -şleyf xətlərinin sonunda quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericilərindən -köhnə qazpaylama sisteminə əlavə olunan 5 quyuluq manifold sisteminə quraşdırılmış NÖC avadanlıqlarından (elektromaqnitli kəsici klapanları idarə edən 5 ədəd təzyiq vericiləri, klapanlardan sonra quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericiləri), -mövcud 14 quyuluq manifold sistemində quraşdırılmış 14 ədəd təzyiq vericiləri və 14 ədəd temperatur vericilərindən,

14 -TS tədqiqat separatorunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, səviyyə vericisindən, kondensat çıxış xəttində quraşdırılmış 2 ədəd kariolis tipli sərfölçən, elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericiləri və 1 ədəd temperatur vericilərindən, -3 ədəd S1, S2, S3 separatorlarının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən,hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmışelektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -4 ədəd T1, T2, T3, T4tozuducularının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmış elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -5 ədəd MT1, MT2, MT3, MT4, MT5 maye tutum blokunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, maye tutumlarının hər birində quraşdırılmış səviyyə vericilərindən,

15 – ŞS- şam separatoru üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, – DT -drenaj tutumu üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, -MB- metanol bloku üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən -7 ədəd FLOWBOSS-107 tipli sərfölçənlərdən (Təzyiq, təzyiqlər fərqi, temperatur, ani sərf, sutkalıq sərf və s.) daxil olan informasiyanı qəbul etmək, məlumatlar bazasına yazmaq, real zaman ərzində emal etmək və istifadəçi üçün lazım olan informasiyanı qrafik şəkildə, cədvəl şəklində monitorda əks etdirmək və çap etmək, NÖC avadanlıqlarına əmrlər göndərmək, həm mövcud, həm də əlavə edilmiş qazpaylama sistemində baş vermiş qəzalar və digər cari hadisələr haqda hesabat tərtib etmək üçün nəzərdə tutulub. Növbəti slaydlarda Qaradağ YQA-da tətbiq olunmuş avtomatik idarəetmə sisteminin obyektdə çəkilmiş çəkli və texnoloji proses üçün işlənmiş SCADA funksiyalı proqram təminatının əsas pəncərəsi təsvir olunub. Bu pəncərə vasitəsi ilə operator bütün texnoloji prosesə nəzarət edə bilir. Saniyədə bir intervalla Mitsubishi şirkətinin Melsec Q seriyalı PLK-dən alınan informasiyanı emal edilərək istifadəçi interfeysində əks olunur. (Yəni NÖC göstəriciləri hər saniyə yenilənir). Operator klapanları idarə edən vericilərin göstəricilərinə nəzarət etməklə yanaşı, onların qəzadan öncə siqnallamasını da müşahidə edə bilir. Həmçinin klapanları idarə edə bilər.

16 İstifadəşiyə həm nəzarət olunan, həm də siqnalizasiya olunan parametrlərin minimum və maksimum sərhədlərini dəyişmək, idarə olunan klapanların avtomatik nəzarətinə icazə və ya qadağa qoyulması imkanı verilir. Bu məqsədlə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

17 Texnoloji prosesin avtomatik nəzarəti və idarə olunması zamnı baş verən hadisələr və operator tərəfindən olan müdaxilələr verilənlər bazasında (SQL serverdə) xronoloji ardıcıllıqla qeyd olunur və istifadəçiyə cədvəl şəkliddə təqdim edilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

18 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin qrafik şəkildə istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

19 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin verilənlər bazasında saxlanması və cədvəl şəklində istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

20 Qaradağ YQA-da 4ədəd mövcud və 3 ədəd yeni əlavə edilmiş Floboss -107 tipli sərfölçəndən (19- ədəd quyu və iki ədəd KS-1, KS-2 ayrılmış xətt üzrə) daxil olan qazın təzyiqinin, temperaturun, təzyiqlər fərqinin, anı, saatlıq, sutkalıq, ötən günün sərfinin hesablanması və istifadəçiyə cədvəl və qrafik şəkildə göstərilməsi məqsədilə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

21 İstifadəşiyə NÖC avadanlıqlarının xarakteristikalarının minimum və maksimum sərhədlərini daxil etmək və ehtiyac olarsa dəyişmək mkanı verilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:

22 Analoq vericilərin yoxlanılması

23 Dərin dəniz özüllərində (DDÖ) və stasionar dəniz özüllərində (SDÖ) layihələndirmənin NÖC və avtomatika hissəsinin yerinə yetirilməsi : -Texnoloji hissə üçün NÖC və Avtomatika -avtomatik yanğından müdafiə və qaz təzahürünə nəzarət sistemləri, -avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri və video-müşahidə sistemlərinin layihələndirilməsi əsasında aparılır. Layihələndirmənin Avtomatıaşdırma hissəsi bir qayda olaraq aşağıdakı hissələrə ayrılır: Neft quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1. özüllərin neft quyularının yığım sistemi 2.seperasiya sistemi 3.qazlift qazının neft quyularına paylanması sistemi 4.drenaj sistemi 5.nəql sistemi kimi əsas tərkib hissələrinə, Qaz quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1.özüllərin qaz quyularının yığım sistemi 2.seperasiya 3. nəql sistemi kimi əsas tərkib hissələrindən ibarət ola bilər. Özülün lokal AİS-lərində texnoloji parametrlərə nəzarət və müvafiq icra mexanizmlərin idarəedilməsi ən müasir NÖC və Avtomatika avadanlığı, PLC bazasında idarəetmə sistemləri vasitəsi ilə həyata keçirilir. Özülün lokal AİS-ləri inteqrasiya olunaraq Mərkəzləşmiş məlumat-nəzarət və idarəetmə sistemi şəklində birləşdirilir. Layihələndirmə işləri normativ sənədlərdə (ГОСТ , ГОСТ , СНиП , ПБ ) göstərilən tələblərə, Sifarişçilərin istəyi ilə bir çox layihələr (xüsusən avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin layihələndirilməsi) beynəlxalq standartalrın (ATEX, API, NFPA, IEC 61508, IEC 61511, IEC 61131) tələblərinə uyğun olaraq aparılır.

24 Neft quyularının abadlaşdırılması üçün istifadı olunan ə sas qurğulardan aşağıdakıları göst ə rm ə k olar: «OZNA Vx» qurğusu–neft quyularının debitinin (hasilatının) ölçülməsi üçün nəzərdə tutulub. Seperasiyasız texnologiya əsasında işləyən «OZNA Vx» çoxfazalı ölçü qurğusu olub «OZNA» və «Şlyumberje» şirkətləri tərəfindən işlənmişdir. Avtomatik qazpaylayıcı qurğu URQ- L neftqazçıxarma müəssisələrində işçi aqentin (qazın) qazlift quyularına vurulması və qazın sərfinə nəzarıətin, qeydiyyatının təmin edilməsi üçün istifadə olunur. 24 из 54

25 DIQQ Ə TİNİZ Ə GÖR Ə ÇOX SAĞ OLUN.

Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 12

İdarə siqnalına müvafiq olaraq obyektin tənzimləyici elementinin yerini dəyiş­dirən quruluşa icra elementi deyilir.

Obyektə daxil olan enerjinin yaxud materialın axınını dəyişmək yolu ilə ida­rəetmə obyektinə tənzimləyici orqanın köməyilə təsir göstərən qurğuya icra mexa­nizmi deyilir.
Tənzimləyici orqanlar kimi müxtəlif növlü drossellər, cəftələr, ventillər, reos­tatlar, şiberlər, siyirtmələr, klapanlar, kranlar, zolotniklər, forsunkalar, dozalayıcılar, qi­dalandırıcılar, istiqamətləndirici aparatlar istifadə olunurlar.
Tənzimləyici orqan tənzim olunan parametrin maye etməsi nəticəsində siqnal alan və tənzimləmə obyektinə təsir göstərən elementdir.
Şiber – içərisindən qaz və ya maye keçən kanalı açıb – bağlamaq üçün qapayıcı quruluşdur. Düzbucaqlı və ya fiqurlu şəkildə olur. Forsunka – buxar qazanlarının ol­duğuna, mühərriklərin silindrinə və s. maye və ya toz halında yanacaq vermək üçün cihazdır. Drossellər – onlardan keçən hava yaxud mayenin miqdarını məhdud­laş­dırmaq üçündür. Onlar müxtəlif konstruksiyalarda olurlar.
İcra mexanizmi ümumi şəkildə intiqaldan, tənzimləyici orqandan, son qırıcı açarlardan, idarəetmə və siqnallaşdırma elementlərindən və onlar arasındakı kinematic və elektrik əlaqələrdən ibarətdir.
Bir sıra icra mexanizmlərində tənzimləyici orqanlar onların ayrılmaz hissəsi olub, onlarla vahid qurğu kimi nəzərdə tutulurlar. Başqa hallarda isə tənzimləyici orqan idarəetmə obyektində yerləşir və onun tərkib hissəsi sayılır.
İcra mexanizmlərinə bir sıra hallarda relelər, addım axtarıcıları, kontaktorlar, maqnit işə buraxıcıları və başqa açarlar aid edilir. Bunlar idarəetmə obyektlərinin avtomatik açılmasını və qoşulmasını yerinə yetirirlər.
İcra mexanizmlərində elektrik enerjisindən, maye axınının hərəkət enerjisindən yaxud sıxılmış hava və onun təzyiqindən, qaldırılmış yükün potensial enerjisindən yaxud sıxılmış yaydan, partlayış enerjisindən və s. istifadə edirlər. Avtomatikada ən çox elektrik, hidravlik və pnevmatrik icra mexanizmləri daha çox yayılmışlar. Onlar elektrik enerjisini və maye təzyiqini yaxud sıxılmış havanın enerjisini tənzimləyici or­qanların mexaniki yerdəyişməsinə çevirirlər. Onları bəzən servointiqal adlandı­rır­lar.
İcra mexanizmləri avtomatik sistemlərin ən güclü hissələridir.
İcra mexanizmləri aşağıdakı növlərə bölünürlər: elektrik, hidravlik və pnevmatik (şək. ).

Elektrik icra mexanizmləri

Elektrik icra mexanizmlərinin aşağıdakı növləri vardır (şək ) . Elektrik icra mexanizmləri müxtəlif konstruksiyalı elektromaqnitlərdən yaxud elektrik mühərriklərindən ibarətdir.

Elektrik icra mexanizmləri avtomatik sistemlərdə daha geniş istifadə olunurlar. Onlarda güclərin ən geniş diapazonu 0,01-dən 1 kVt-a və valın ən böyük fırlanma tezliyi 20 min dövr/dəq-yə qədər olur. Elektrik mühərrikləri tənzimləyici orqanın hərəkətini səlis dəyişmək lazım gəldiyi hallarda tətbiq olunurlar və bu zaman o istənilən aralıq vəziyyət tuta bilir.
a) Elektrik mühərriki icra mexanizmləri
Tənzimləyici orqanın növündən asılı olaraq icra mexanizmləri bir dövrlü, çox dövrlü, addımdaim fırlanan elektrik mühərrikli icra mexanizmlərinə bölünürlər.
Çıxış valının dönmə bucağı 120…270° olan bir dövrlü icra mexanizmləri adətən tənzimləyici orqanları cəftələr, kranlar, şiberlər və s. kimi olan intiqallarda tətbiq olunurlar.
Çox dövrlü icra mexanizmləri bağlama ventilləri, drossellər və siyirtmələr şəkilində olan tənzimləyici orqanların yerdəyişməsi üçün istifadə olunurlar.
Addım icra mexanizmləri funksiyalanmış dönmə bucağında idarəetmənin impuls siqnallarını çevirmək üçün, daha doğrusu hər impulsda mexanizm ciddi olaraq verilən bucaq addımı edir.
İdarə siqnalı “0” və “1” ayrı-ayrı impuls şəkilində verilən qurğularda addım icra mexanizmləri istifadə olunurlar. Onlar addım axtarıcılarına oxşayırlar. Hər impulsda öz rotorunu müəyyən bucaq qədər döndərirlər. Addım axtarıcılarından fərqli olaraq qeyri-məhdud dönmə bucaqlarına malikdirlər və böyük fırlanma tezliyini buraxırlar (1,6 kHs-ə qədər tezlikli impulsları qəbul edə bilirlər).
Onlar kifayət qədər sadə, etibarlı olub kiçik ölçülərə malikdirlər. Əsasən proqram idarəetmə sistemlərində tətbiq olunurlar. Proqramı perfokartda yaxud maqnit lentinə yazırlar, o burada impulslar şəklinə çevrilir və addım mühərikinin idarə dolağına daxil olur.
Daim fırlanan icra mexanizmlərində elektrik mühərrikinin valından moment tənzimləyici orqana adətən elektromaqnit muftaları vasitəsilə ötürülür. Muftanın çıxış istiqamətini və fırlanma sürətini muftanın təsirlənmə cərəyanını dəyişməklə tənzimləyirlər.

İdarəedici qurğunun növünə görə hidravlik icra mexanizmləri zolotnikli və axınlı icra mexanizmlərinə bölünürlər.

Şək. İcra mexanizmlərinin təsnifatı.

Elektrik mühərrikli icra mexanizminin blok sxemi şək. –də göstərilmişdir.

Şək. 2. Elektrik mühərrikli icra mexanizminin blok sxemi:

G – gücləndirici; Mİ – məsafədən idarə; M – mühərrik; Ə İ- əl ilə idarə;

SA-son qırıcı açar; TO – tənzimləyici orqan; ƏR – əks rabitə; C – cihaz;
İM – icra mexanizmi.

Mİ – məsafədən idarə qurğusunun köməyilə operator C cihazı üzrə vəziyyətə nəzarət edərək tənzimləyici orqana təsir edə bilir. Məsafədən idarə qurğusu Mİ nasaz olduqda isə Əİ əl ilə idarə qurğusu vasitəsilə təsir edir. TO tənzimləyici orqanının yerdəyişməsi SA son açarlarla məhdudlanır.

Elektrik mühərrikli icra mexanizminin əsas xarakteristikaları çıxış valındakı M nominal momenti və çıxış valının Tçıx tam dövretmə müddətidir.

İşçi dövrlərin sayı -a qədər olduqda icra mexanizminin maksimal fırladıcı momenti həddlərində götürülür.
İrəliləmə yerdəyişməsi 25…750 mm olduqda qüvvə həddlərində götürülür. Moment yaxud qüvvə nə qədər yüksək olarsa, Tçıx bir o qədər böyük olar. saniyəyə qədər ola bilər.
Verilən müddəti və momenti təmin etmək üçün elektrik mühərrikinin gücü P (Vt) aşağıdakı düsturla seçilir:

burada Mçıx.nom – icra mexanizminin çıxış valındakı nominal moment, N.m;
Tçıx – çıxış valının tam dövretmə müddəti, san;
– reduktorun f.i.ə.
Elektrik icra mexanizmləri kontaktlı və konkaktsız elementlərlə idarə olunur­lar. Kontaktlı idarə işçi orqanları sabit sürətlə yerini dəyişdirən mexanizmlərdə istifadə olunurlar. Kontaktsız idarədə elektron və yarımkeçirici elementlər tətbiq olunurlar. Onlardan mühərriklərin reversinə və fırlanma tezliyinin dəyişməsinə siqnallar daxil olur.
Şək. 3-də bir dövrlü (ИМ-2/120 tipli) icra mexanizminin kontaktlı irdarəetmə sxemi göstərilmişdir.
Şək. 3. Bir dövrlü (ИМ-2/120 tipli) elektrik icra mexanizminin kontaktlı idarəetmə sxemi

ИМ-2/120 tipli bir dövrlü icra mexanizminin nominal momenti 20 Nm, valının tam dövretmə müddəti 120 saniyədir. İki fazalı asinxron mühərrikinin dolağından biri (1 yaxud 2) rele-tənzimləyicinin P1 və P2 kontaktları ilə bilavasitə dəyişən cərəyan şəbəkəsinə qoşulur. İkinci dolaq isə dolaqdan axan cərəyanın faza sürüşməsini yaradan C kondensatoru vasitəsilə qoşulur. (İkinci dolaq isə). Kondensatorun sayəsində elektrik mühərriki başlanğıc moment və mümkün olan revers (saat əqrəbi istiqamətində və ya əks istiqamətdə) alır.

Şək.2 M mühərriki -reduktoru vasitəsilə TO tənzimləyici orqanın valını fırladır. Bu valda (şək. 3) SA1 və SA2 son açarları qoyulur. Həmin açarlar çıxış valının gedişini 120°-yə qədər məhdudlaşdırır. Çıxış valı ilə vəziyyət üzrə ƏR əks rabitənin Rər reostatının sürüncəyi əlaqədardır. (Şək. 3). Mühərrik açıldıqdan sonra ətalət qarşısının azaltmaq üçün kontaktlara paralel olaraq R1 və R2 rezistorlarını qoşurlar (Şək. 3).
Çox dövrlü elektrik icra mexanizmlərinin intiqal mühərrikləri adətən birdövrlülərə nisbətən güclü olurlar, ona görə onların tənzimləyici orqanları idarə etməsi üçün üçfazalı asinxron mühərriklər tətbiq olunurlar. Belə elektrik intiqalının prinsipial idarəetmə sxemi şək.4-də göstərilmişdir.
M mühərriki Kн B düyməsi ilə məsafədən yaxud ikimövqeli rele – tənzimləyicisinin P1 kontaktlarını qaramaqla avtomatik “İrəli” hərəkətə qoşulur. Sxemi Kн H yaxud rele tənzimləyicisinin P2 kontaktları ilə reversləyirlər. Mexanizm kənar vəziyyətlərə çatdıqda CA1 və CA2 son qırıcı açarları işləyirlər. Həmin açarlar KЛВ və КЛН maqnit işə buraxıcıları vasitəsilə mühərriki dövrədən açırlar və ЛH siqnal lampaları qoşulurlar. Məsafədən açma KнC düyməsi ilə həyata keçirilir. Mühərrikin momenti buraxıla bilən qiymətindən artıq olduqda açılması PT maksimal cərəyan relesi vasitəsilə yerinə yetirilir. Zaman saxlayan (zaman dözümlü) PT relesi işə buraxma cərəyanlarını sazlayır.
Mühərrik həddən artıq yükləndikdə cərəyan artır, PT relesi KЛВ yaxud КЛН maqnit işə buraxıcılarını PT kontaktları ilə dövrədən açır və ЛA qəza dayanma siqnal lampasını qoşur.
Elektromaqnit solenoid icra mexanizmləri

Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər.

Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda (“açıqdır” yaxud “bağlıdır) tətbiq oluna bilər.
Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır.
Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır. Maqnit nüvəli solenoid elektro­maq­nitdir.

muftanın idarəetmə sxemi

Adətən elektromaqnit muftalar sabit cərəyan mənbəyindən qidalanırlar. Əgər sabit cərəyan mənbəyi olmasa, qidalanma düzləndirici vasitəsilə dəyişən cərəyan mənbəyindən verilir.

Sxemdə EMM muftasının dolağına sabit cərəyan D düzləndiricisindən verilir. Təsirlənmə cərəyanı isə dəyişən müqavimətli R rezistoru vasitəsilə dəyişdirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.