Press "Enter" to skip to content

Sabit Kərimov İnformasiya Sistemləri

Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sistemi (ALİSA) artıq Bakının 3 kitabxanasında test formasında yoxlanılıb. Sistem 4 rayon kitabxanasına da quraşdırılıb. Sistem, demək olar ki, hazırdır.

Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sisteminin kütləvi tətbiqinə başlanılacaq

Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sistemi (ALİSA) artıq Bakının 3 kitabxanasında test formasında yoxlanılıb. Sistem 4 rayon kitabxanasına da quraşdırılıb. Sistem, demək olar ki, hazırdır.

Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bu fikrini “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, kitabxana sistemi digər sistemlərdən çox fərqlənir, eyni zamanda bu sistemi yaratmaq da çətindir:

“Amma “Ultra” şirkəti bir neçə ilin içində bu sistemi formalaşdırdı və yaratdı. Düşünürəm ki, ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemi cari ilin ortalarından Azərbaycan kitabxanalarına kütləvi şəkildə tətbiq olunacaq. Rəqəmsal kitabların əldə olunması, kitabxanalarda olan kitabların rəqəmsallaşdırılması və digər məsələlərin hamısı sistemin təşkilində nəzərdə tutulub və müvafiq qurğular da alınıb. Azərbaycan Milli Kitabxanasında artıq bu istiqamətdə işlər aparılır”.

Qeyd edək ki, Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyinin birgə məhsuludur. “Ultra” şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləyib. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.

Proqram komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir.

Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında “Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi” üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilib, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı (“DATA” Mərkəz) yaradılıb.

Həqiqət İSABALAYEVA

Sabit Kərimov İnformasiya Sistemləri

Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri Ġnformasiya sistemləridir.Hazırda informasiya sistemlərindən həm idarəetmə proseslərinin, həm də ayrı-ayrı istifadəcilərin informasiya tələbatını ödəmək ücün geniĢ istifadə olunur. Təqdim olunan kitabda informasiya sistemlərinin yaradılması və tətbiqi ilə bağlı olan bütün məsələlər:informasiya sistemlərinin qurulma əsaslarıёverilənlər bazalarıёQBE və SQL sorğu dilləriёverilənlər bazasının layihələndirilməsi və idarə olunmasıёfərdi kompüterlər ücün verilənlər bazalarının idarəetmə sistemləriё informasiya təhlükəsizliyi Ģərh olunur.Kitabın müəyyən hissəsi sənədli informasiya sistemlərinə və onların ən cox yayılmıĢ növü olan informasiya-axtarıĢ sistemlərinə həsr olunmuĢdur.ĠNTERNET-də informasiya-axtarıĢ probleminə də geniĢ yer ayrılmıĢdır.Kitabda həmcinin verilənlərin operativ analizinə yönəlmiĢ sistemlərə və verilənlərin intellektual analizi ücün geniĢ tətbiq olunan DATA MĠNĠNG texnologiyasına ətraflı baxılır. Kitab informasiya texnologiyaları və sistemləri sahəsində calıĢan mütəxəssislər və bu sahədə ixtisaslaĢan tələbələrёmagistrantlarёaspirantlar ücün nəzərdə tutulub.

Hazırda kütləvi kоmpütеrləĢmə dövrünü yaĢayırıq. Bu Ģəraitdə müasir insanın iĢgüzar fəaliyyətini, qabaqcıl müəssisənin və təĢkilatın idarə оlunmasını kоmpütеrsiz təsəvvür еtmək mümkün dеyil. Uçоt və nəzarət məsələlərinin həllində, о cümlədən, mühasibat uçоtunda, planlaĢdırmada, istеhsalatın idarə оlunmasında, malların alınıb-satılmasında və s. kоmpütеrlərdən çоxdan istifadə еdilirdi. Lakin müasir biznеs müəssisənin idarə оlunmasında infоrmasiya tеxnоlоgiyalarında daha gеniĢ və sistеmli istifadə оlunmasını tələb еdir. Müasir biznеs idarəеtmədə buraxılan səhvlərə çоx həssasdır.Rəhbərin intuisiyası , Ģəxsi təcrübəsi və kapitalın həcmi bir çоx hallarda rəqabətə tab gətirmək üçün kifayət еtmir. Bazar iqtisadiyyatına xas оlan dinamiklik, qеyri-müəyyənlik və risk Ģəraitində düzgün qərarların qəbul еdilməsi üçün müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif sahələrini ( istеhsalat,kadr, təchizat, satıĢ və s.) daima nəzarət altında saxlamaq lazımdır. Оdur ki, idarəеtməyə müasir yanaĢma digər amillərlə yanaĢı,infоrmasiya tеxnоlоgiyalarına kifayət qədər vəsaitin qоyulmasını tələb еdir. Müəssisənin miqyası nə qədər böyük оlarsa, qоyulan vəsaitin miqdarı da uyğun оlaraq çоx оlmalıdır. Sərt rəqabət mübarizəsində infоrmasiya tеxnоlоgiyalarından daha yaxĢı istifadə еdən və nəticədə daha səmərəli təĢkil оlunan müəssisə qalib gəlir. Infоrmasiya tеxnоlоgiyalarından istifadə еdilməsinə sistеmli yanaĢma оnların tətbiqinin səmərəliliyini daha da artırır. Ġnfоrmasiya sistеmi-müxtəlif miqyaslı və xaraktеrli müəssisələrdə infоrmasiya tеxnоlоgiyalarının tətbiqinə sistеmli yanaĢma ilə qurulan və aparat, prоqram, infоrmasiya, təĢkilatı, mеtоdоlоji və hüquqi təminat vasitələrindən ibarət оlan mürəkkəb kоmplеksdir. Ġnfоrmasiya sistеminin əsas vəsifəsi idarəеtmə hеyyətini və müxtəlif mütəxəssisləri lazımi infоrmasiya ilə təmin еtməkdən ibarətdir. Bunun üçün о, infоrmasiyanın avtоmatlaĢdırılmıĢ tоplanmasını, saxlanmasını, axtarıĢını, еmalını və nəticələrin istifadəçilərə çatdırılmasını yеrinə yеtirməlidir.

Yükləməyə Keç [6,21 Mb] [ : 4820] –>

Avtomatlaşdırılmış kitabxana informasiya idaretm sistemlri kitab

Elektron kataloq

  • Klassik ədəbiyyat
  • Xalq yaradıcılığı (folklor)
  • Müasir ədəbiyyat
  • Avropa ədəbiyyatı
  • Şərq ölkələri ədəbiyyatı
  • Amerika ədəbiyyatı
  • Orfoqrafiya lüğətləri
  • İzahlı lüğətlər
  • Sahəvi lüğətlər
  • Tərcümə lüğətləri
Azərbaycan ədəbiyyatının dünyada təbliği
Dünya ədəbiyyatının Azərbaycanda təbliği
  • “Macar etüdləri” kitabı nəşr olundu
  • Homerin əsəri “Açıq kitab” da
  • “Asiya xalqlarının nağıl və əfsanələri” “Açıq kitab”da
  • “Azərbaycan – ərəb dili danışıq kitabçası” nəşr olundu
  • Tomas Vulfun əsərləri “Açıq kitab” da
Xəbərlər
  • 09 Mart 2023 “Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
  • 03 Mart 2023 Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında
  • 27 Fevral 2023 “Macar etüdləri” kitabı nəşr olundu
  • 25 Fevral 2023 Qanlı tarix – Xocalı soyqırımı
  • 20 Fevral 2023 Afaq Məsudun “Acın acımızdır, Türkiyə” essesi Türkiyə portallarında
  • 13 Fevral 2023 ACIN ACIMIZDIR, TÜRKİYƏ!
  • 06 Fevral 2023 “Azərbaycan – ərəb dili danışıq kitabçası” nəşr olundu
  • 25 Yanvar 2023 Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
  • 23 Yanvar 2023 “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
  • 16 Yanvar 2023 Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
  • 09 Yanvar 2023 Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü
  • 06 Yanvar 2023 Rəşad Nuri Güntəkinin romanı “Açıq kitab”da
  • 05 Yanvar 2023 Vaqif Bayatlı Odərin şeirləri Almaniya ədəbiyyat portalında
  • 27 Dekabr 2022 “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
AZTM-in rəsmi səhifəsi
Facebook
www.aztc.gov.az
www.afaqmesud.az

www.epiloq.az

www.aydinyol.az
www.xezerjurnali.az

© 2016. Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bütün hüquqları qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.