Axc-nin daxili və xarici siyasəti
Tarixçi arxivlə işləyir, publisist deyil ki, təxəyyülünə əsaslansın, tarixi obyektiv işləmək üçün mənbəşünaslıq, tarixşünaslıq lazımdır. Onlar da təəssüf ki, bəzi ölkələrdədir. Tarixçilərimizə ilk növbədə dil öyrətməliyik, öyrətməyə də çalışırıq. Onlar həm gürcü, həm də rus və ingilis dillərini bilməlidirlər.
BDU-nun dekanı: “AXC İrəvanı güzəştə getməsəydi. ” – Müsahibə
– 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Tarix fakültəsi hansı tədbirləri həyata keçirir?
– Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Bakı Dövlət Universitetinin Tarix fakültəsi bir neçə tədbir keçirib. Mayın 21-dən 23-dək Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə beynəlxalq konfrans təşkil olundu, xaricdən və ölkə daxilində 300-ə yaxın tarixçi tədbirə qatıldı. ABŞ, İngiltərə, Polşa, Gürcüstan, Rusiya, Moldova da daxil olmaqla 70-ə yaxın ölkədən mütəxəssis gəldi.
Onu da qeyd edim ki, bu qonaqlar AXC dövrünün mütəxəssisləri idi, çoxu Azərbaycan və türk dilini bilirdi. AXC-nin daxili və xarici siyasəti, mədəni sfera, ordu quruculuğu, bütövlükdə dövlətçilik tariximizə həsr olunmuş maraqlı məruzələr dinlənildi. Konfransın tezislərini çap elədik, məruzələrin toplusu yaxın zamanda nəşr olunacaq.
– Bioqrafiyanızda tədqiqat sahələriniz sırasında AXC dövrü də qeyd edilir. Konkret olaraq nələri araşdırmısınız?
– Müasir dövrün araşdırıcısıyam, Yeni və ən yeni tarix kafedrasının müdiriyəm. Xanlıqların dağılmasından tutmuş bugünədək tariximiz öyrədilir. Tədris hissəsinə AXC də daxildir. Dərslərimizdə həmçinin I və II dünya müharibələri, sovet dönəmi, müstəqillik dövrü, ulu öndər Heydər Əliyevin irsi tədris olunur.
– Azərbaycan Xalq Cümhuriyyəti dövrü hansı kurslarda keçilir?
– Bütövlükdə Azərbaycan tarixi dörd semestr ərzində keçirilir. Cümhuriyyət dövrü isə II kursun ikinci semestrində tədris edilir. Mühazirə və seminarlarda AXC-nin yaranma tarixi və səbəbləri, Cümhuriyyət qurucularının fəaliyyəti təhlil edilir, xarici və daxili siyasət, AXC-nin ordu quruculuğu, mədəni sahəsində uğurları öyrədilir. Həmçinin Cümhuriyyətin tarixi arenadan getmə səbəbləri araşdırılır və tələbələrə çatdırılır.
– Cümhuriyyət dövrünün tədrisi prosesində Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məhdudiyyətlərin olduğu barədə iddialar nə dərəcədə həqiqətəuyğundur?
– Xeyr, heç bir məhdudiyyət yoxdur. Universitetimizin tarixçiləri tərəfindən AXC-də xidməti olan bütün ziyalılarımız tədris olunur. Hazırda iş masamın üzərində Əlimərdan bəy Topçubaşov barədə yazılan dörd cildlik əsər var. Ziyalılarımız barədə hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. Cümhuriyyət qurucularımızın fəaliyyətini gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
– Son zamanlar Cümhuriyyət qurucularını qarşı-qarşı qoymaq tendensiyası müşahidə olunur, birinin fəaliyyəti digərlərindən daha çox qabardılır. Buna səbəb nədədir?
– Biz hələ AXC ilə bağlı arxivlərin hamısını açmamışıq, çox məsələlər hələ qaranlıq qalır və gələcəkdə açılması ilə bağlı ümid var. AXC-nin Türkiyə ilə əlaqələri vardı, xeyli arxiv Türkiyədədir, ingilislər gəlmişdi, arxivlərin bir qismi İngiltərədədir, XI qızıl ordu Bakını işğal elədi, xeyli arxivlər Rusiyada saxlanılır. Ola bilsin hansısa ziyalımızın arxivi açılıb, bir başqası barədə məlumatlar məhduddur. Müstəqil Azərbaycanın cəmi 27 yaşı var, mənə elə gəlir ki, bütün arxivlər açılandan sonra AXC-nin yaranmasında xidməti olan hər kəsin tərcümeyi-halı, siyasi fəaliyyəti öyrədiləcək.
Tarixçi arxivlə işləyir, publisist deyil ki, təxəyyülünə əsaslansın, tarixi obyektiv işləmək üçün mənbəşünaslıq, tarixşünaslıq lazımdır. Onlar da təəssüf ki, bəzi ölkələrdədir. Tarixçilərimizə ilk növbədə dil öyrətməliyik, öyrətməyə də çalışırıq. Onlar həm gürcü, həm də rus və ingilis dillərini bilməlidirlər.
– Səhv etmirəmsə, Tarix fakültəsinin tələbələrinə həm də erməni dili öyrədilir.
– Bəli, bizdə gürcü və rus dili ilə yanaşı erməni dili də öyrədilir. Bu dil tələbələrin marağına səbəb olur, bəzən başqa fakültələrdə təhsil alan tələbələr də gəlib dərslərdə otururlar.
– Amma erməni dilinin öyrənilməsinə cəmiyyətdə münasibət birmənalı deyil.
– Ermənistanda da Azərbaycan dili öyrədilir, öz tələbələrimizə də təlqin edirik ki, qələbə çalmaq üçün düşmənin dilini bilməliyik. Onu da qeyd edim ki, erməni dilini bilən şəxslərə böyük tələbat var. Ayrı-ayrı təşkilatlar bizə müraciət edirlər ki, erməni dilini mükəmməl bilən mütəxəssisə ehtiyacımız var. Biz də çalışırıq o tələbatı ödəyək.
– Tarix fakültəsinin müəllim heyəti AXC dövrü ilə bağlı hansı yeni faktları üzə çıxarıb?
– Özüm müasir tarixlə məşğulam, Polşa, Rusiya, Gürcüstan arxivlərində çalışıram, rastıma AXC ilə bağlı materiallar çıxanda mənbə kimi ölkəmizə gətirirəm. Kafedramızın dosenti Boran Əziz Dövlət Təhlükəsizlik Xidmətinin arxivində çalışıb, Cümhuriyyət dövründə Müsavat Partiyası ilə bağlı araşdırmaları var. Cəmilə Rüstəmova Cümhuriyyət dövründəki xeyriyyəçilərdən yazıb, Azərbaycan burjuazıyasına işıq salıb. Biz dərsliklərimizdə də bu materiallardan istifadə etmişik.
Hazırda yeni dərslik üzərində çalışırıq, əldə olunan təzə faktlar da oraya daxil ediləcək. Humanitar və texniki fakültələr üzrə tarix fənni tədris olunur ki onun, ingilisdilli versiyası da hazırlanıb.
– İrəvanın paytaxt kimi ermənilərə güzəştə gedilməsi məsələsi də tez-tez müzakirə obyektinə çevrilir. Peşəkar tarixçi kimi məsələ ilə bağlı yanaşmanız necədir?
– Gənc AXC elə bir situasiya ilə qarşılaşmışdı ki, İrəvanı güzəştə getməsəydi, məğlub olacaqdı. Bizim müttəfiqlər təklif elədilər ki, ya İrəvanı ermənilərə verməlisiniz, əks təqdirdə biz sizə köməklik göstərməyəcəyik. O zaman Cümhuriyyətin nə pulu, nə ordusu vardı, hələ Azərbaycan hökuməti Bakıya gəlmişimdi, Tiflisdəydi, ona görə məcburiyyət qarşısında qalıb İrəvan ermənilərə verildi.
Axc-nin daxili və xarici siyasəti
AXC-nin xarici siyaseti
Tarix: 10-12-2013 10:38
Müellif:
19181920-ci illerde AXC-
nin xarici siyasetinin esas
meqsedi Azerbaycanın
müsteqilliyinin
gerçekleşmesinden ibaret
idi. Azerbaycan hökumeti
Azerbaycanın
müsteqilliyinin tanınması ve
qorunub saxlanmasında
Qerb ölkelerinin himayesini
elde etmek işine birinci
dereceli ehemiyyet verirdi.
Azerbaycan hökumetinin
üzvü E.M.Topçubaşov
İstanbul, Vyana, Berline,
elece de Ermenistan ve
Gürcüstanın merkezlerine
selahiyyetli sefır teyin
edilmişdi. Verilen mandata
göre E.M.Topçubaşov
Azerbaycanın maraqları ile
bağlı geniş selahiyyetlere
malik idi. O, İstanbulda iken
Ukrayna, İran, Rusiya, ABŞ,
İtaliya, İsveç, Hollandiya,
Ermenistanın resmi
nümayendeleri ile
görüşmüş, fıkir mübadilesi
etmiş ve onlara
memorandum teqdim
etmişdi. Memorandumda
Qafqazın coğrafıyası, onun
çar dövründe inzibati
bölgüsü, regionun
demoqrafık veziyyeti,
Azerbaycan respublikasında
mövcud veziyyet, aparılan
quruculuq işleri, ermeni
probleminin mahiyyeti, mart
soyqırımı, Qarabağ meselesi
barede melumat verilir,
Azerbaycan Respublikasının
müsteqil yaşamağa haqqı
olduğu esaslandırılırdı.
Osmanlı Türkiyesi de
Azerbaycanın
müsteqilliyinin tanınması
üçün elinden geleni
esirgimeyeceyini bildirmişdi.
Lakin Mudros sazişinden
sonra Osmanlı hökumetinin
Azerbaycana kömeyi
minimuma enmişdi. Türkiye
müttefıqlerinden asılı
veziyyete düşmüşdü.
Müttefıqler Osmanlının
Azerbaycana diplomatik
nümayende teyin etmesine
pantürkizm kimi baxmış,
Osmanlı hökumetine bunu
qadağan etmişdi.
1918-ci ilin iyulunda
Azerbaycanın İstanbuldakı
nümayende heyeti buradakı
İran konsulluğuna AXC-nin
yaranması haqqında
beyannameni teqdim etse
de, İran konsulu Azerbaycan
adlı müsteqil dövleti
tanımadığını bildirmişdi.
İranın narahatçılığını aradan
qaldırmaq üçün Azerbaycan
hökumeti beynelxalq
sazişleri imzalayarken
Qafqaz Azerbaycanı
mefhumunu xüsusi ile
vurğulayırdu. 1919-cu il
sentyabr ayında İranın yeni
xarici işler naziri Firuz
Mirzenin nümayende
heyetinin başçısı sifeti ile
Avropaya gelmesinden
sonra İran heyetinin
Azerbaycan istiqlalına
münasibeti tam deyişdi.
Hetta her iki dövlet
arasında siyasi ve iqtisadi
ittifaqın yaradılmasını
nezerde tutan sened de
qebul edildi.
Azerbycan hökumeti qonşu
dövletlerle mehriban
qonşuluq münasibetlerinin
yaranmasına çalışır ve
mübahiseli meselelerin
danışıqlar yolu ile hell
edilmesi terefdarı kimi çıxış
edirdi. Gürcüstandan ferqli
olaraq Ermenistanla
münasibetler çox çetin
qurulurdu. Normal qonşuluq
münasibetlerinin
yaranmasına ermenilerin
torpaq elde etmek herisliyi,
töretdikleri vehşilikler mane
olurdu.
Birinci dünya
müharibesinden sonra qalib
dövletler müharibeden
sonrakı dünyanın vacib
meselelerini hell etmek
üçün Parisde sülh
konfransının çağrılmasına
qerar verdiler. Dekabrın 7-
de Azerbaycan
parlamentinde Parise
getmek üçün seçilen
nümayende heyeti 1919-cu
il yanvarın 20-de İstanbula
geldi. Lakin burada Parise
yola düşmek üçün Fransa
hökumetinden üç ay yarım
icaze gözlemeli oldu. Yalnız
aprelin 22-e ingilislerin
kömeyi ile Parise yola düşe
bildiler ve may ayında
Parise çatdılar.
Mayın 28-de Azerbaycan
nümayende heyeti ABŞ
prezidenti V.Vilsonla görüşe
bildi. Vilsondan
Azerbaycanın
istiqlaliyyetinin tanınması,
Vilson prinsiplerinin
Azerbaycana aid edilmesi,
Azerbaycanın Milletler
Liqasına qebul olunması,
ABŞ-la Azerbaycan arasında
diplomatik ve iqtisadi
elaqelerin berqerar edilmesi
xahiş edilirdi. Lakin
prezident Vilson sülh
konfransının dünyanın kiçik
hisselere parçalanmasının
eleyhine olduğunu bildirmiş
ve Azepbaycan
nümayendelerine
konfederasiya ideyasını
müdafıe etmeyi meslehet
görmüşdü. Azerbaycan,
Gürcüstan ve Dağlılar
respublikasının nümayende
heyetleri konfransın
rehberlerine gönderdikleri
bütün memorandumlarda
Qafqazda konfederasiya
ideyasına müsbet
yanaşdıqlarını qeyd
etmişdiler. Lakin ermeniler
erazi serhed meselesine
daha çox ehemiyyet verir ve
konfederasiya ideyası
eleyhine tebliğat aparır,
Qafqazdakı veziyyet barede
Avropa ve ABŞ
ictimaiyyetinde yanlış
tesevvür yaradırdılar.
Azerbaycan ve Gürcüstan
nümayendelerinin etirazına
baxmayaraq ermeniler
Türkiyenin 7 şerq vilayetini,
keçmiş İrevan quberniyası,
Tiflis ve Yelizavetpol
quberniyalarının cenubunu
ve Qars torpaqlarını teleb
edirdiler. Azerbaycan
nümayende heyeti
ermenilerin tebliğatına qarşı
Avropa ve Amerikanın
özünde eks-tebliğat işini
teşkil etmeye mecbur oldu.
Azerbaycan nümayendeleri
ingilis, fransız dillerinde bir
neçe kitabça hazırlayıb çap
etdirmiş, Avropada ve
Amerikada yayılmasını teşkil
etmişdiler. Bu kitabçalarda
Azerbaycanın tarixi,
ehalisinin antropologiyası
ve etnik terkibi, teserrüfatı,
Azerbaycan
Respublikasındakı veziyyet,
ermenilerin tecavüzkar
hereketleri haqqında
melumatlar verilirdi.
Azerbaycan nümayende
heyetinin en ehemiyyetli
tebliğat işlerinden biri
«Paris sülh konfransına
Qafqaz Azerbaycanı sülh
nümayendeliyinin telebleri»
adlı kitabın hazırlanması idi.
Kitabda Azerbaycanın tarixi
haqqında deyerli
melumatlar verilirdi. Bu
sened üç mühüm teleb ile
bitirdi: 1) Sülh konfransı
Azerbaycanın müsteqilliyini
tanısın. 2) Nümayende
heyeti sülh konfransının
işine celb olunsun. 3)
Azerbaycan Respublikası
Milletler Liqasının
üzvlüyüne qebul edilsin.
Azerbaycan nümayende
heyetinin diplomatik
fealiyyetinin mühüm uğuru
1920-ci il yanvarın 11-de
Paris konfransının Ali
Şurası terefınden
Azerbaycanın istiqlalının
defakto tanınması ve
Azerbaycanın beynelxalq
münasibetlerin subyektine
çevrilmesi idi. Bakıda 20-
den artıq xarici dövletin
diplomatik nümayendeliyi
yaradılmışdı.
Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir
Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan unudulmaz və əzəmətli səhifələr var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin belə yaddaqalan səhifələrindəndir. Cümhuriyyətin yaradıcıları – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və başqaları millətimizin şərəfini xilas edərək, onun müstəqil, müasir, dünyəvi və hüquqi dövlət yaratmağa və idarə etməyə qadir olduğunu dünyaya sübut etdilər. AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev bildirib.
İ.Niftəliyev vurğulayıb ki, AXC-nin tarixinə münasibət heç də hər zaman birmənalı olmayıb. Belə ki, sovet hakimiyyəti illərində cümhuriyyətin tarixi təhrif edilib, vacib məqamlar gizlədilib, tarix saxtalaşdırılıb. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra cümhuriyyət tarixi ilə bağlı faktlar açıqlanıb, arxiv materialları aşkarlanıb və həqiqətlər ictimaiyyətə çatdırılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu işlərə güclü təkan və doğru istiqamət verib. İ.Niftəliyev deyib: “Bu sənəddən irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə cümhuriyyətin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə AXC-nin daxili və xarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlanaraq nəşr olundu. Cümhuriyyət xadimlərinin tarixi roluna, fəaliyyətinə və xidmətlərinə, 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı bolşevik-daşnak silahlı birləşmələrinin törətdikləri soyqırımına ilk dəfə obyektiv qiymət verildi. Tarixçilərimiz müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə cümhuriyyət tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədləri də ölkəmizə gətirərək onları elmi dövriyyəyə cəlb etdilər. Bu sənədlər təkcə AXC-nin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi”.
Alim bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Dövlətimizin başçısı dəfələrlə ziyalılarımız və yerli ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə tariximizin müxtəlif dövrlərinə və hadisələrinə münasibətini bildirib, tarixçilərimiz qarşısında prioritet tədqiqat istiqamətləri müəyyənləşdirib. Onların içərisində cümhuriyyət tarixinin obyektiv araşdırılması həmişə xüsusi yer tutub. Prezident İlham Əliyev çıxışlarında tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi və Azərbaycan xalqına qarşı soyqırımları kimi məsələlərin dərindən araşdırılmasının vacibliyini dəfələrlə vurğulayıb. “Hesab edirəm ki, cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir”, – deyə İ.Niftəliyev bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.