Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009
Западно-Каспийский Университет
Axundova Nərgiz Çingiz qızı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tarix elmləri doktoru, 2012-ci ildən Qərbi Kaspi Universitetinin Professoru vəzifəsində çalışır. 30.06.2014 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Tarix ixtisası üzrə Müxbir üzv seçilmişdir. 02.05.2017 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. 110 elmi əsərin və xaricdə çıxmış 20 elmi əsərlərin müəllifidir.Beynəlxalq bazarlarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 6 məqaləsi cap olunub. 30 ildən çox pedaqojı staji var, 1981-2012-ci ilədək Bakı Dövlət Universiteti, 2012-ci ildən indiyə qədər Qərbi Kaspi Universitetinin professorudur.Azərbaycan Respublikası Milli Elmlər Akademiyası A.A.Bakixanov adına Tarix İnstitunun şöbə müdiridir. AR Prezidenti yaninda Ali Attestat Komissiyası Prezidiumunun üzvü. Rusiya, Orta Asiya elmi jurnallarinin redaksiya heyətinin üzvü. AMEA RH “Sosial elmlər” jurnalının baş redaktoru.
1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004
2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012
3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000
4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994
5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009
6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı
7.Asiyanin ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013
8. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və dini nəticələri. Qafqaz və qloballaşma-İsveç.məqalə, 2010
9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009
10. Xilafətin dağılması və müsəlman dünyasının yeni geopolitik inkişafı -Tarix və onun problemləri-məqalə, Bakı, 2007
11. Türklərin Xilafətdə varlığının siyasi nəticələri-Şərg və Qafqaz- məqalə-Tiflis, 2005
12. Abbasilər xilafətinin siyasi elitasının etnik müxtəlifliyinin formalaşması-Orta əsrlər Şərqi-məqalə, Bakı, 1993
13. Abbasilər Xilafətində türklər haqqında bəzi qeydlər-Türk kültürü-Ankara. məqalə. 1998
14. Ərəb mənbələri türklər haqqında-Tarix və onun problemləri. məqalə, Bakı, 2001
15. Xilafətdə türklərin hərbi yüksəlişində hürrəmilər hərəkatının rolu-Azərbaycan tarixi muzeyi. məqalə.2003
16. Buveyhilər və xilafət. Monoqrafiya. B.2020
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
Dünya sivilizasiyaları tarixi, xüsusilə qədim Şərqin sivilizasiyalarının tarixi, antik sivilizasiya və orta əsrlərin Avropa və müsəlman sivilizasiyalarının tarixi tarix elmi üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, sivilizasiyaların mərkəzləri olan bölgələrdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Misir və Mesopotamiyanın qədim dövlətləri, yunan və Roma sivilizasiyaları, Xalqların böyük köçü, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya, böyük Avropa inqilabları bu tip hadisələrdəndir ki, müasir dünyanın inkişafına təsiri yenə də davam edir. “Dünya sivilizasiyaları tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır.
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
- Şərq və Qərb Avropa sivilizasiyalarının fərqli və oxşar cəhətləri araşdırılacaq;
- Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi xüsusi vurğulanacaq;
- Avropanın və müsəlman Şərqinin orta əsrlər tarixinin, yeni və müasir tarixinin başlıca inkişaf xüsusiyyətləri öyrəniləcək;
- Dünya sivilizasiyaları haqqında tam təsəvvür formalaşacaqdır.
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
Y.Yusifov. Qədim Şərq tarixi. Bakı, 2003
TARİX İNSTİTUTU
“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru.
“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Faiq qızı Axundova 1974-cü ildə iyun ayının 26-da Bakı şəhərində anadan olub. İlk ali təhsilini Bakı Dövlət Universitetində almışdır. Vətən tarixi və ictimai fənlər ixtisası üzrə “XV-XVI əsr Azərbaycan dövlətləri “İranın Kembric Tarixi”ndə” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 30-dan çox çapdan çıxmış əsərin müəllifidir. 6 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ali Təhsil Müəssilərində “Asiya və Afrika ölkələrinin tarixi”, “Avropa və Amerika ölkələrinin tarixi”, “Türk xalqlarının tarixi”, “Mədəniyyətşünasliq”(rus dilində) və “Vətən tarixi”(ingilis dilində) fənləri üzrə dərs demişdir.
Kitablar:
«Азербайджанские государства в 15-16 вв. по материалам «Кембриджской истории Ирана»», «Об истории азербайджанских государств Аккоюнлу и Каракоюнлу. Туркманские династии (выдержки из «Кембриджской истории Ирана»)», «Об исторических соприкосновениях азербайджанской и китайской культур».
Elmi məqalələr:
«Azərbaycan Atabəyləri, Ağqoyunlu və Səfəvilər dövrünün görkəmli azərbaycanlı qadınları», «Вопросы сефевидо-османских взаимоотношений по материалам КИИ», «История хазар по материалам Ахмада Ибн Фадлана», «О взаимоотношениях государств Аккоюнлу и Сефевидов с польским государством», «Вопросы исследования средневековой истории Азербайджана в годы независимости», «О распространении китайского фарфора в сефевидском государстве», «Об освещении некоторых проблем из истории Аккоюнлу авторами КИИ», «Освещение периода правления Тахмасиба авторами КИИ», «Знаменитая усыпальница шейха Сефи ад-Дина в Ардебиле – как колыбель истории азербайджанского государства Сефевидов и великолепный памятник архитектуры», «Личность Джаханшаха в «Кембриджской истории Ирана»» və s.
Comments are closed, but trackbacks and pingbacks are open.