Teatr tarixi: Azərbaycanda qədim və professional səhnə -148
Teatr tarixi: Azərbaycanda qədim və professional səhnə – 148
Aydın talıbzad teatr tarixi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Şərq teatrı tarixi
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Aydın talıbzad teatr tarixi
Teatr tarixi: Azərbaycanda qədim və professional səhnə – 148
Dünyanın yaranışından, bəşəriyyətin var oluşundan başlanan bir sənət haqqında bu gün oxucularımıza maraqlı bir yazı təqdim etmək istəyirəm. Bu o sənətdir ki, bir çox sənət əsəri var olmadan xeyli əvvəl musiqi ilə birgə doğulub, musiqi qədər qədimliyə malikdir. Bəli söhbət Teatrdan gedir.
Soruşursunuzsa nədir teatr?
Onun ən uyğun tərifini Dünya təfəkkürünü dəyişməyə qadir dramaturq, ingilis yazar Vilyam Şekspir belə verib:”Teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir”. Teatr insana çatdırmaqda dünya üzərindəki ən təsirli sənət növlərindən biridir. O, yunanca“theatron”, yəni“görmə yeri”sözündən gəlir.Kökündə ilk insanın təbiət hadisələrini bədən hərəkətləri ilə simvolik olaraq təmsil etmək cəhdləri vardır. Avropada Üst Paleolit dövründən (e.ə. 40-10 min il öncə) qalmış mağara rəsmlərində əllərinə və üzlərinə heyvan dəriləri keçirmiş insanların ritmik hərəkətlər etdiyi bilinir. Bunlar maska və kostyum istifadəsinin, beləliklə də, teatrın ilk örnəyi hesab edilir. Maska insanın öz kimliyini aşaraq başqa kimlikləri və daha ümumi varlıqları təmsil etməsinin ən təsirli yollarından biridir.
Afina şəhər dövləti qərb teatrının başladığı yerdir. O, festivallar, dini mərasimlər, siyasət, hüquq, atletizm və gimnastika, musiqi, şeir, toy və yas mərasimləri və elmi seminarlardan ibarət olan klassik Yunanıstandakı geniş teatr mədəniyyətinin bir parçası idi.Afina tragediyası – ən qədim tragediya növü hesab olunur və şəhər dövlətinin teatr mədəniyyətinin önəmli bir bölümünü əhatə edən rəqs teatrı növüdür. E.ə. VI əsrdə bir ara ortaya çıxdıqdan sonra, e.ə. V əsrdə (yunan dünyasına yayılmağa başladıqdan sonra) çiçək açmış və ellinist dönəmin başlanğıcına qədər populyar olmağa davam etmişdir.
Qərb teatrı romalılar tərəfindən təkmilləşdirilmiş və genişləndirilmişdir. Romalı tarixçi Livi (Livy) e.ə. IV əsrdə romalıların teatrı ilk dəfə Etruskdakı aktyorların performansı ilə təcrübə etdiyini yazırdı. Bekam (Beacham) qeyd olunmuş adamdan öncə bir müddətdir ki,“teatr öncəsi tətbiqlər” ilətanış olduqlarını bildirir.
Sanskrit teatrı da (qədim Hindistan) dünyanın antik teatr sənəti hesab olunur və o da eramızdan əvvəl yarandığı haqqında qədim mənbələrdə yazılıb. Daha sonra Çin teatrının inkişafı geniş vüsət alıb. Beləcə, teatr zaman və müəyyən mərhələlər keçdikcə, sənət halına gəlmişdir.
Azərbaycanda qədim teatr ənənələri
Bildiyiniz kimi şamanizm türk xalqları arasında geniş yayılmış dini cərəyandı. Bəziehtimallara görə isə, teatrın qaynağı şamanist inanclardır. Şamanist mərasimlərinin özəlliyi izləyici və iştirakçılara Tanrı səviyyəsində gücün simvolu yerinə, özünü göstərməsi idi. Bu mərasimlərdə müəyyən qaydalara uyğun davranışlarla özündəngedən şaman “o dünya ilə bu dünya” arasında bir vasitə rolu oynayırdı. Buna baxmayaraq teatrşünaslar Azərbaycanda teatr sənətini kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlayırlar. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdəxor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isəbədii surətə də rast gəlinir. Azərbaycan teatrşünaslarının fikrincə, “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrıəhəmiyyətli rol oynamışdır.
Azərbaycanın professional teatrının yaranma tarixi
Azərbaycan teatrının tarixi 148 il əvvəl -M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.
Həsən bəy Zərdabi“Bakıda Müsəlman Teatrının binası”məqaləsində yazır: “Bizim Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərinə yazmışdılar. Mərhum Mirzə Fətəli Axundov onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz türk dilində çıxartdılar və çox heyfslənmişdi ki, mən ona piş əz vaxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görəydi və bir də yazmışdı ki, onun özünə “Hacı Qara” qeyri komediyalardan artıq xoş gəlir və təvəqqe eləmişdi ki, Tiflisə gələndə ona bir-bir deyim ki, hər kəs öz rolunu necə oynadı? Zikr olan kağızdan belə məlum olur ki, onun komediyaları heç birisi o vaxtacan türk dilində oynanmayıb. Əvvəlinci teatrımız yaxşı çıxdığına Bakıda sakin olan, kənarlardan gələn müsəlmanların iltinasına görə “Hacı Qara”nı bir dəfə də oynadıq, və bu səfər yüz manata qədər pul yığdıq”.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını (“Xırs-quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”) oynayırdılar.
Teatr inkişaf yolunda
M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır . Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov,İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.
1896-cı ildə H.Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə “Artistlər ittifaqı” yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların – M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur,həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun “Müsibəti Fəxrədin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” N.Nərimanovun “Nadanlıq”, “Nadir şah” pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.
Dahi Üzeyir Hacıbəylidə məqaləsinin birində yazır:”Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır”.
Bütün keşməkeşli dövrlərdə baş verən çətinlik və manelərə baxmayaraq Azərbaycan Teatr Sənəti ancaq inkşafa doğru irəliləyib, həm Azərbaycan vətəndaşlarının, həm də dünya xalqlarının zövqünü oxşamaqda davam edir. Bu sənətin çətinliyini bütün məsuliyyətilə daşıyan hər bir incəsənət fəadisini bayram günü münasibətilə ürək təbrik edirik! Uğurlar!
Aydın talıbzad teatr tarixi
1910-cu ildə Bakıya məşhur bir müğənni qadın gəlir, səsinin ahəngi, özünün gözəlliyi, qəşəngliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir, başlarını gicəllədir. Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur. Ona brilyant üzüklər, sırğalar, zərli-zibalı parçalar, libaslar, boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır. Mailov qardaşları balıq-kürü taciri idilər.
Professor S. M. Apresov deyirdi ki, müğənni xanıma vurulan Mailov yekəpər, cüssəli bir kişi idi. Müğənni xanım gah o vaxtkı Birja küçəsində, gah da ağac və taxtadan tikilmiş “Sirk” binasında, gah da “Qış” klubunda konsert verirdi. Qastrol başa çatanda xanımın şərəfinə “Kazino”da təntənəli vida ziyafəti düzəldilir.
Modern.az xəbər verir ki, ən qədim teatr binalarımızdan olan Opera və Balet Teatrının inşa tarixi o zaman qoyulur. Manaf Süleymanov öz araşdırmalarında həmin kazinodakı gecəni bu cür təsvir edir:
“Kazinoda söhbət zamanı xanımdan soruşurlar ki, “bizim şəhərə bir də nə vaxt gələcəksiniz?”. Xanım başını bulayıb cavab verir ki, “yəqin ki, heç haçan. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”.
Mailov xəbər alır: – Xanım, indi hara gedirsiz, nə qədər müddətə?
Müğənni xanım Yaponiyaya qastrola getdiyini və bir ildən sonra qayıdacağını bildirir. Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız. Razılaşırlar”.
Daha sonra isə işə Hacı Zeynalabdin Tağıyev qoşulur. Həmin əhvalatı eşidən Hacı Mailova rast gələndə, söhbət əsnasında teatr binasının tikilməsini xəbər alır. Mailov cavab verir ki, memar Bayev Tiflisdəki opera teatrının çertyojları ilə tanış olub qayıdıb, indi gecə-gündüz bizim layihə üzərində işləyir. Hacı Zeynalabdin deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm. Çətin işdi. Mailov gülümsəyib deyir: “Hacı, gəl mərcləşək. Əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə”. Razılaşırlar.
Mərcdə kimin udduğunu isə gəlin həmin mənbədən öyrənək:
“Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır. Səs bayıra yayılmasın, içəridə qalsın deyə tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəyiblər. Mailov xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. Xanəndə xanım ariyanı qurtaranda başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi. Mailov xanıma çiçəklər və güllər şəklində pullardan – beş yüz manatlıq, yüz manatlıq, əlli manatlıq və iyirmi beş manatlıqdan düzəldilmiş böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir”.
E. Nihad
Comments are closed, but trackbacks and pingbacks are open.