Azərbaycan dilinin orfoqrafiya lüğəti
linki aça bilmeyenler üçün;
Azərbaycan dilinin orfoqrafiyası
1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır:qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Samitlərin yazılışı
5. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
7. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
8. Rus dilində tərkibində öö olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey. Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
9. Rus dilində tərkibində ù olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
10. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
12. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.
Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss. Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Şəkilçilərin yazılışı
16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
1. Bir cür yazılan şəkilçilər:
1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
3. Dörd cür yazılan şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər: sonu kar samitlə bitənlərdə:
a) -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
b) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun; sonu cingiltili samitlə bitənlərdə:
a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Mürəkkəb sözlərin yazılışı
18. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.
Köməkçi sözlərin yazılışı
20. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.…
21. Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır:dağacan, evəcən, küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır:evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
22. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
24. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana? Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
25. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Birinci hərfi böyük yazılan sözlər
27. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.…
28. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan:
29. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi…
32. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, «Azərbaycan Bayrağı» ordeni, «Ata və oğul» povesti, «Yeddi gözəl» baleti, «Uzaq sahillərdə» filmi, «Azərbaycan» qəzeti, «Cücələrim» kafesi, «Bahar» mağazası, «Badamlı», “İstisu” mineral suları. Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: «Xalq qəzeti»nin bugünkü nömrəsi, «Yeddi gözəl»in ilk tamaşası:
33. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım:
İxtisarlar (abreviaturlar)
- Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 24 iyul 1958-ci il tarixli qərarı.
- Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan dilinin orfoqrafiya qaydaları»nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 6 aprel 1959-cu il tarixli qərarı.
- «Azərbaycan dilinin orfoqrafiya qaydaları» «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.
- «Azərbaycan dilinin orfoqrafiya qaydaları» «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 26 may 2004-cü il tarixli Fərmanı.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş «Azərbaycan dilinin orfoqrafiya qaydaları».
- Teqlər:
- orfoqrafiya qaydaları
- , Azərbaycan dilinin qrammatikası
- , orfoqrafiya
- , Azərbaycan dili
- , Azərbaycan dilinin fonetikası
azərbaycan dilinin orfoqrafiya lüğəti
-
1. sözlərin dilimizdəki düzgün yazılışını göstərən lüğət. sözlük yazarlarının, “`qozumaki` sözündə `ki` ayrı yazılırdı?” kimi suallarında məsləhət ala biləcəkləri lüğətdir. internet versiyası üçün:
http://azerdict.com/orfoqrafiya/
13.10.2013 07:55, acab
2. buradan bezi yeniliklerini, deyişikliklerino görebileceyiniz lüğet.
belke abituriyent yazarımız varsa da işine yarayar.
linki aça bilmeyenler üçün;
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində dəyişikliklər, yeni qaydalar və mübahisəli məqamlar
Yazı işi ilə məşğul olan insanlar həmişə orfoqrafiya qaydalarını izləmək və ona əməl etmək məcburiyyətindədir. Müstəqillik əldə etdikdən sonra dilimizin inkişafı ilə bağlı imzalanan əmr və sərəncamları orfoqrafiya qaydalarının təkmilləşməsinə şərait yaratdı və bu, yeni orfoqrafiya kitablarının çap olunmasına gətirib çıxartdı. Nəşr olunan hər bir kitab isə özü ilə bərabər bir çox mübahisələri də gətirdi. Elmi ağırlığını nəzərə aldıqda bu sahənin nə qədər çətin və məsuliyyətli iş olduğunu başa düşmək olar. Çünki dilimizə elm və texnikanın inkişafı ilə əlaqədar olaraq daxil olan və yaxud yeni yaranan sözlərin orfoqrafik qaydalara uyğunlaşdırılması həm təcrübə, həm də dəqiqlik tələb edir.
Bir çox sözlər uzun müddətdir ki, orfoqrafiya baxımından mübahisə mövzusu olaraq qalıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub. 2004-cü ildə “Lider” nəşriyyatı tərəfindən çap olunan kitaba 80000-ə yaxın söz daxil edilmişdi. 2013-cü ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilən kitaba isə 110563 söz daxil edilib.
Çap olunmuş bu kitablar arasında bir çox fərqlər, yəni yeniliklər var. ikinci kitab bir çox mübahisələri həll etdi və əvvəlki kitabda gedən səhvləri aradan qaldırmaqla müəllimlər, mətbuat işçiləri və rəsmi qurumlarda yazı qaydaları ilə bağlı çaşqınlığı həll etməyə şərait yaratdı.
Bu iki nəşr arasındakı fərqləri və son nəşrdəki yenilikləri birlikdə izləsək, görərik ki, yeni lüğətimizdə xeyli dəyərli və lazımlı məqamlar var.
Belə ki;
2004-cü il nəşrində antena şəklində verilən söz 2013-cü il nəşrində isə anten kimi verilib.
2004-cü il nəşrində kompyuter şəklində verilən söz 2013-cü il nəşrində isə kompüter kimi verilib.
2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib.
2004-cü il nəşrində fel şəklində verilən söz 2013-cü il nəşrində isə feil kimi verilib.
2004-cü il nəşrində şeriyyət şəklində verilən söz 2013-cü il nəşrində şeiriyyət kimi verilib.
2004-cü il nəşrində cəfəngiyat şəklində verilən söz 2013-cü il nəşrində cəfəngiyyat kimi verilib.
2004-cü il nəşrində dzü-do şəklində verilən söz 2013-cü il nəşrində cüdo kimi verilib.
2004-cü il nəşrində həm genefond, həm də genofond şəklində verilən söz 2013-cü il nəşrində isə sadəcə genofond kimi verilib.
2004-cü il nəşrində həm kamod, həm də komod şəklində verilən söz 2013-cü il nəşrində sadəcə komod kimi verilib.
2004-cü il nəşrində həm minacat, həm də münacat şəklində verilən söz 2013-cü il nəşrində sadəcə minacat kimi verilib. Bununla bərabər münacatlı sözünə də yeni lüğətdə rast gəlmək olar.
2004-cü il nəşrində həm valyuta, həm də volyuta şəklində verilən sözlərə 2013-cü il nəşrində aydınlıq gətirilərək volyuta sözünün memarlıq sahəsinə aid söz olduğuna işarə edilib.
2004-cü il nəşrində metafora şəklində verilən söz 2013-cü il nəşrində metafor kimi verilib.
2004-cü il nəşrində nəqarət şəklində verilən söz 2013-cü il nəşrində nəqərat kimi verilib.
2004-cü il nəşrində ekspress şəklində verilən söz 2013-cü il nəşrində ekspres kimi verilib. Maraqlı budur ki, superekspress sözündə sonda iki ss saxlanılıb.
2004-cü il nəşrində cavahirat şəklində verilən söz 2013-cü il nəşrində cəvahirat kimi verilib.
2004-cü il nəşrində sürtgü şəklində verilən söz 2013-cü il nəşrində sürtkü şəklində düzəldilib.
2004-cü il nəşrində ötgün, ötgünlük şəklində verilən sözlər 2013-cü il nəşrində ötkün, ötkünlük şəklində düzəldilib.
2004-cü il nəşrində qarmaqarışıq şəklində verilən söz 2013-cü il nəşrində qarma-qarışıq şəklində düzəldilib.
2004-cü il nəşrində zirzibil şəklində verilən söz 2013-cü il nəşrində zir-zibil şəklində düzəldilib.
2004-cü il nəşrində ala-toran şəklində verilən söz 2013-cü il nəşrində alatoran şəklində düzəldilib.
2004-cü il nəşrində haqq-səy şəklində verilən söz 2013-cü il nəşrində haqq-say şəklində düzəldilib.
2004-cü il nəşrində yerfıntığı şəklində verilən söz 2013-cü il nəşrində yerfındığı şəklində düzəldilib.
2004-cü il nəşrində yerfısdığı şəklində verilən söz 2013-cü il nəşrində yerfıstığı şəklində düzəldilib.
Orta məktəb dərsliklərində müxtəlif siniflər üzrə vəsaitlərdə naqqaş yoxsa nəqqaş yazılması mübahisə mövzusu olan bu söz 2013-cü il nəşrində nəqqaş şəklində təsdiqlənib.
2004-cü il nəşrində birvariantlı -vari şəkliçisi 2013-cü il nəşrində -varı şəklində təsdiqləndi. Məsələn: bizvarı, qalxanvarı, buynuzvarı, çəlləkvarı və s.
Orta məktəb dərsliklərində orfoqrafiyası mübahisəli olan sözlərdən biri də keşməkeşli sözüdür. Belə ki bu söz müxtəlif dərsliklərdə kəşməkəşli, keşmekeşli şəklində verilməklə mübahisələr yaradıbdır. Həmin söz 2004-cü ilin lüğətində öz yerini tapmasa da, yeni 2014-cü il nəşrində keşməkeşli şəklində öz əksini tapmışdır.
Mürəkkəb sıra saylarının bitişik, yoxsa ayrı yazılması mübahisəsinə də son nəşrdə bir neçə nümunə ilə son qoyulub. Belə ki, həmin saylar sözlə yazıldıqda bitişik yazılır: altıyüzüncü, onbirinci və s.
Orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası sətirdən sətrə (defissiz) şəklində düzgün qəbul edilən söz yeni lüğətdə defislə, yəni sətirdən-sətrə şəklində verilib.
2004-cü il nəşrində əksini tapmayan, orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası alğı-satqı şəklində düzgün qəbul edilən söz yeni lüğətdə alqı-satqı şəklində verilib.)
2013-cü il nəşrinə əsasən daha çox sabitləşmiş qaydalar mürəkkəb sözlərin və mürəkkəb adların yazılışında özünü göstərir. Mürəkkəb sözlərdə tərkibində anti, audio, auto, avia, avto, bio, elektro, faqo, foto, infra, hidro, makro, mikro, mono, nano, neyro, paleo, poli, psevdo, stereo, super, trans, ultra, vibro, video, zoo hissəcikləri olanlar bitişik yazılır. Məsələn: antihumanist, audiovizual, autosintetik, aviabilet, avto-nəqliyyat, biokorroziya, elektromaqnit, faqoprofilaktika, fotokamera, infrastruktur, hidrobiologiya, makromexanika, mikrorayon, monoqrafiya, nanotexnologiya, neyrocərrah, paloe-qrafık, polivitamin, psevdorealizm, stereometrik, supermarket, transfaktor, ultradəb, vibroakustika, videomontaj, zoomağaza.
Tərkibində eks (müstəqil söz köklərinə artırıldıqda), elmi, əks (müstəqil söz köklərinə artırıldıqda), kontr, külli, qeyri, ober, vitse sözləri işləndikdə defisdən istifadə olunur. Məsələn: eks-çempion, elmi-kütəvi, əks-hücum, əks-inqilab, külli-ixtiyar, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, vitse-admiral və s.
Yeni kitabda daha çox konkretləşən mürəkkəb adların yazılışıdır. 2013-cü il nəşrində mürəkkəb adların yazılışı daha çox nümunələrlə verilib və əvvəlki nəşrdən daha aydın izah olunub. Bir neçə nümunəyə diqqət edək;
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin; respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların; nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, institut, kollec, texnikum, muzey, teatr, siyasi partiya; yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) ilk hərfi böyük yazılır.
Məsələn:
Azərbaycan Respublikası
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Azərbaycan Respublikası Xarici işlər Nazirliyi
Azərbaycan Milli incəsənət Muzeyi
Ağstafa Rayon Təhsil Şöbəsi
Azərbaycan Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Nəşriyyatı
Azərbaycan Maliyyə-iqtisad Kolleci
Bakı Şəhər icra Hakimiyyəti
Bakı Mədəniyyət və incəsənət Texnikumu
Bakı Ali Neft Məktəbi
Beynəlxalq inkişaf Assosiasiyası
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı
Heydər Əliyev Mərkəzi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Məhdud Məsuliyyətli Cəmiyyət
Naxçıvan Muxtar Respublikası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
“Hədəf” Nəşriyyat Evi
“Şərq-Qərb” Nəşriyyat Evi
Yeni Azərbaycan Partiyası
Qeyd 1. Tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.
Qeyd 2. Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri
tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü kiçik hərflə yazılır.
Qeyd 3. Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz
böyük, sonrakı sözlər kiçik hərflə yazılır. Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
Qeyd 2-də göründüyü kimi vəzifə adlarında naziri (Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri) sözü balaca hərflə yazılıb. Yuxarıda mürəkkəb adlara aid verilmiş nümunələrdə isə Azərbaycan Respublikasının Baş Naziri mürəkkəb adında fərqli məqam ortaya çıxır. Göründüyü kimi burada Naziri sözü böyük hərflə yazılıb. Elmi izahının mübahisə doğuracağını qəbul etsək də, bunu orfoqrafiya qaydalarında nəzərə almaq lazımdır.
Göründüyü kimi, yeni lüğət söz ehtiyatının çoxluğu və düzəlişləri ilə olduqca əhəmiyyətlidir. Amma bununla belə müəyyən mübahisəli məqamlar hələ də qalır. Belə ki, alqı-satqı sözünün alğı-satqı şəklində yazılması, fikrimcə, daha doğru olardı. Çünki cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılmalı olduğu qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün alğı-satqı olmalıdır.
Bundan əlavə, bir çox elmi ədəbiyyatda quruluşca sadə bağlayıcı hesab edilən yaxud, çünki, həmçinin və hərçənd bağlayıcıları 2013-cü il nəşrində mürəkkəb bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.
Başqa bir məqam isə sətirdən-sətrə sözündə özünü göstərir. Bu söz son dövrlər orta məktəb dərsliklərində defis qoyulmadan ayrı-ayrı morfoloji və sintaktik suala cavab verən iki sadə söz kimi götürülür. Bunun izahı da olduqca məntiqli verilib. Həmin sözü cümlədə analoji olaraq digər sözlə əvəz edək. Məs:. Yazını sətirdən-sətrə keçirtdim. Yazını kitabdan kitaba köçürtdüm. Bu cümlələrdə “sətirdən-sətrə” sözü ilə “kitabdan kitaba” sözləri eyni funksiyaya malikdirlər. Əlbəttə kitabdan kitaba şəklində olanda defis qoymaq lazım olmadığı kimi, sətirdən sətrə olanda da defis qoymaq düzgün olmazdı.
Qeyd etmək lazımdır ki, kiçik qüsurlarına baxmayaraq, 2013-cü il nəşrini yazı işlərimizin orfoqrafik normalara uyğunlaşması baxımından əhəmiyyəti olduqca böyük olacaq. Ümid edirik ki, bu gözəl işin davamı olaraq mükəmməl bir “Orfoepiya lüğəti” də tezliklə nəşr edilib stolüstü kitablarımızdan birinə çevriləcəkdir.
_____________________________
yadıma arazın sınaqlarının birin dzü-do sözüne göre 124/1 yazmağım düşdü. bir çox sözü, qaydanı bikarçılıqdan deyişirler, iyrenclikdi resmen.
Azaycan dilinin orfoqrafiya lüğti
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.