Press "Enter" to skip to content

Analitik mərkəzin rəhbəri: Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır

AMEA-nın akademik-katibi, Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Azerbaycan avropaya inteqrasiya

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda tədbir keçirilib.

Reyting.az xəbər verir ki, AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi “EaPConnect” layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda, AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında əməkdaşlıq haqqında müqavilə imzalamaqdır.

AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək tədbirin Azərbaycan elm və təhsili üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada davam edən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılmasının qarşıya məqsəd qoyulduğunu vurğulayıb.

Akademik ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlər sırasında əksini tapdığını qeyd edib. AzScienceNet ilə AzEduNet arasındakı işgüzar əlaqələrdən söz açan akademik bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.

Təhsil naziri Ceyhun Bayramovun “Təhsildə İKT və Azərbaycan təhsil şəbəkəsi” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, biliklər iqtisadiyyatı və innovasiyalar dövründə təhsilin inkişafı ölkənin rəqabət qabiliyyətliliyinin vacib göstəricilərindən birinə çevrilir. Nazir təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini şərtləndirən əsas amillərdən birinin İKT vasitələri ilə tədrisin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirib. Qeyd olunub ki, təhsildə İKT-nin tətbiqinə dair ölkə rəhbərliyi tərəfindən müvafiq proqramlar qəbul olunub və uğurla həyata keçirilir.

Nazir çıxışında ölkəmizdə təhsil sisteminin informatlaşdırılması, elektron dərslik, vasitə və resursların geniş tətbiq sahələrindən, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin olunmasından danışıb. Ölkəmizdə son illər uğurla həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi, yerdəyişməsi, tələbə transferi, birinci siniflərə qəbul kimi layihələr məhz İKT-nin geniş tətbiqinə əsaslanır. Nazir İKT sahəsində kadr hazırlığından danışıb, son illər bu sahəyə müraciət edənlərin sayında artım olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər, rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İKT sahəsində Avropa ölkələri ilə əməkdaşlıqdan, bu sahədəki perspektivlərdən, Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıblar.

Avropa Birliyinin EaPConnect layihəsinin rəhbəri Mariya Minarikova tədbirdə GEANT və EaPConnect layihəsi barədə geniş təqdimat edib.

AMEA-nın akademik-katibi, Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin inkişaf tarixi, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Çıxışlardan sonra AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AMEA-nın prezidenti Akif Əlizadə və təhsil naziri Ceyhun Bayramov imzalayıblar.

Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri əksini tapıb.

Analitik mərkəzin rəhbəri: “Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır”

Analitik mərkəzin rəhbəri: “Azərbaycan Aİ üzvlüyünə yox, Avropaya inteqrasiyada maraqlıdır” Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmağı iddia etmir, biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.

28 Noyabr , 2019 11:57

https://static.report.az/photo/30b91152-972c-4aea-bc42-0ce0466a193b.jpg

“Azərbaycan Avropa İttifaqı na (Aİ) üzv olmağı iddia etmir, biz “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”. “Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa”da deyib. Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı”nın Ukrayna, Gürcüstan kimi iştirakçı ölkələri Aİ üzvü olmağı hədəfləyir, Azərbaycan isə inteqrasiya olunmaqda maraqlıdır. “Biz Aİ ilə ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığa istiqmətlənmişik”, – F.Şəfiyev bildirib.

‘Qadınla kişi arasında fərq görməyən Avropaya inteqrasiya edək? Qətiyyən!’ – Prezident

Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik.

Azərbaycan24 sosial şəbəkələrdə
Whatsapp xəttimiz – 070 224 40 25

Comments are closed, but trackbacks and pingbacks are open.