Azerbaycan dili qrammatika müəllimlər üçün vəsaiti
İngilis dili fənnindən təqdim olunan bu vəsait Giriş və 4 bölmədən ibarətdir (“Dinləyib-anlama”, “Oxu”, “Yazı” və “Fonetika və Qrammatika”). Vəsaitdə ingilis dili fənninin üç məzmun xətti: “Dinləyib-anlama”, “Oxu”, “Yazı” və eyni zamanda “Fonetika”, “Qrammatika” qaydaları V-XI siniflər üzrə sistemli şəkildə təqdim edilir.
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
AZƏRBAYCAN DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN MİQ TESTLƏRİ -SINAQ
Azərbaycan dilində KÖKLÜ DƏYİŞİKLİK: qrammatika dəyişir, yeni nitq hissələri yaradılır – MÜSAHİBƏ
İnstitutun şöbə müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov müasir qrammatikadakı yeniliklər barədə Publik.az-ın suallarını cavablandırıb.
– İsmayıl müəllim, rəhbərlik etdiyiniz şöbə müasir Azərbaycan dilinin qrammatikasını yenidən hazırlayır. Bu gün qrammatikanın yenilənməsinə nə qədər ehtiyac var?
– Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1970-80-ci illərdə çap olunub. 2017-ci ildə bizim şöbəyə akademik qrammatikanın yazılması tapşırıldı. Çünki o vaxtdan çoxlu elmi nailiyyətlər əldə edilib, yeni əsərlər yazılıb. Bunları nəzərə alaraq çoxcildlik qrammatika hazırlanacaq. Artıq həmin qrammatikanın ilk cildləri üzərində işləyirik. Bu il ərzində fonetika bölməsini tamamlayıb, çap edəcəyik. Orfoqrafiya və orfoepiya yeni aspektdə hazırlanıb. Əvvəlcə fonetikanı Azərbaycan tədqiqatları əsasında yazdıq, lakin xarici ölkələrin kitablarını incələyəndə bir çox məqamlarda çatışmazlığın olduğunu müşahidə etdik, yenidən işlədik. Bu il leksikologiya üzərində də işləyəcəyik. Növbəti illərdə isə morfologiya və sintaksis yenidən hazırlanacaq. Akademik fonetikada fonologiya, intonasiya, fonetik transkripsiya (səsləri hansı məxrəcdə tələffüz etmək), səslərin artikulyasiya xarakteristikası, sait səslərin mövqe dəyişmələri (məsələn, eyni sait səs ifadədə fərqli tələffüz edilir) əks olunacaq. Bu vaxta qədər morfofonematik transkripsiya öyrənilməyib, araşdırmamız göstərdi ki, sadəcə bu bölmədən bir kitab hazırlamaq olar. Ümumiyyətlə, sadaladığım mövzuların heç biri bu vaxta qədər öyrənilməyib. İndi də institut əməkdaşlarından kimə deyirəm, çətinlik çəkir. Çünki heç zaman araşdırılmamış öyrənilməmiş sahədir.
– Bəs necə hazırlanacaq kitablar?
– Uyğur və tatarlar necə hazırlayıbsa, biz də elə, xarici ölkələrin təcrübəsini araşdırıb, öyrənəcəyik. Qrammatika təkcə Dilçilik İnstitutu əməkdaşları tərəfindən hazırlanmayacaq, kənardan da dilçilər cəlb olunacaq. Gəncədən Mübariz Yusifovu, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəllini, dilçi alim Firudin Cəlilovu cəlb etmişik. Onlar mütəmadi olaraq fonetika, fonologiya ilə məşğul olan şəxslərdir və qrammatika hazırlanarkən bu alimlərin də əməyindən faydalanacağıq. Akademik qrammatika ruslarda ötən əsrin 90-cı illərində çap olunub. Tatarlar, yakutlar, uyğurlar da yeni qrammatikanı çoxdan çap ediblər. Biz bir az gecikmişik.
– Qrammatikanın çapında gecikdiyimizi dediniz. Bu, nə ilə bağlıdır?
– Tənqidi də olsa, deməliyəm ki, Ağamusa Axundov instituta rəhbərlik edəndə qrammatika hazırlanıb. Lakin qüsurlar olduğuna görə qəbul edilməyib. Çünki qrammatika akademik səviyyədə yazılmalıdır. Düzdür, bizim şöbəmizin əməkdaşlarının əksəriyyəti cavanlardır, ona görə də biz işin sanballı olması üçün kənardan da dilçilər dəvət etmişik.
– Ötən əsrin 80-ci illərində çap olunan qrammatika neçə cildlik idi?
– Həmin qrammatika 3 cildlik idi, fonetika və leksika birlikdə, morfologiya və sintaksis isə ayrıca kitab idi. Əslində qrammatika morfologiya və sintaksisdən ibarətdir.
– Azərbaycan dilinin qrammatikası ilə bağlı bütün cildlər tam olaraq nə zaman hazır olacaq?
– Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu 2021-ci ildə işlərin tam yekunlaşacağını deyib. Planlaşdırırıq ki, kitabları 2020-ci ildə tamamlayaq.
– Yeni qrammatikanın əvvəlkindən fərqi yəqin ki, ancaq cildlərin sayında olmayacaq.
– İndiki qrammatikada Azərbaycan dili üzrə fonologiya öyrənilməyib. Fonologiya, morfemika yeni işlənəcək. Rus, alman və ingilis qrammatikasından bəzi məqamlar nümunə götürüləcək. Funksional qrammatika, funksional sintaksis bizdə işlənilməyib. Biz bu məsələlərdə geri qalmışıq. Çalışacağıq ki, təkcə normativ qrammatika yaratmayaq, onun funksional –semantik tərəflərinə də toxunaraq yenilik gətirək. Əslində normativ qrammatika yaratmalıyıq, lakin müasir dövrün tələbləri fərqli yanaşmalar ortaya qoymağımıza imkan verir. Xarici ölkələrdən dil məktəbindən yenilikləri əxz etməliyik.
– Bu yenilikləri bir az sadə dillə izah etsək, qrammatikadakı dəyişiklikləri dərsliklərə, dil istifadəçilərinə necə təsir edəcək?
– Akademiya rəhbərliyi deyir ki, elm və təhsil inteqrasiya edir. Akademik qrammatikanın ali məktəblərdə tədrisi təmin olunmlıdır. İndiki magistr, bakalavrlara mübtədanın tərifini öyrətməyin yeri yoxdur. Tələbə daim axtarışda olmalı, ali tədris dərslərinə yaradıcı yanaşmalıdır. Bu gün ali məktəblərdə dil tədrisi çox pisdir. Müəllim auditoriyada dili köhnə qaydalarla tədris edir, ancaq tərif yazdırır. Orta məktəblər bu məsələdə ali məktəblərdən daha irəlidədir. Çünki orada dərsliklər dəyişib. Rusiyada həm orta, həm də ali məktəblərdə funksional qrammatika keçilir. Biz isə hələ ki, o mərhələyə çatmamışıq. Buna görə yeni funksional qrammatika tədris baxımından da əhəmiyyətli olacaq. Funksionallıq dil vahidlərinin funksiyalarını və kommunikativ sintaksisi öyrənməkdir ki, bu da birbaşa ünsiyyətə xidmət edir. Mübtədanın tərifini öyrənmək kimə lazımdır? Əsas məsələ dil vahidlərinin insanların kommunikasiya prosesinə xidmətini araşdırmaqdır. Artıq nitqin sintaksisini öyrənməliyik, dilin sintaksisi bizə bir o qədər də lazım deyil. Dilin sintaktik quruluşunu öyrənmək bizə çoxlu fayda verə bilər.
Yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün “İngilis dili” vəsaiti nəşr olunacaq
İngilis dili fənnindən təqdim olunan bu vəsait Giriş və 4 bölmədən ibarətdir (“Dinləyib-anlama”, “Oxu”, “Yazı” və “Fonetika və Qrammatika”). Vəsaitdə ingilis dili fənninin üç məzmun xətti: “Dinləyib-anlama”, “Oxu”, “Yazı” və eyni zamanda “Fonetika”, “Qrammatika” qaydaları V-XI siniflər üzrə sistemli şəkildə təqdim edilir.
İngilis dili vəsaiti, əsasən, şagirdlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən ingilis dili müəllimləri də istifadə edə bilərlər. Vəsaitin 1 – 3-cü bölməsi imtahan verənlərin 3 əsas kommunikativ bacarıqlarını inkişaf etdirməyə və öyrəndiklərini praktik test tapşırıqları ilə yoxlamağa imkan verəcək. Burada verilmiş izahatlar, onlara aid nümunələr, mətnlər, dialoqlar şagirdlərin yaş səviyyəsinə, onların nitq ehtiyac və tələbatlarına, qavrama səviyyələrinə uyğunlaşdırılmışdır.
İzahatlar və nümunələr şagirdlərin imtahana hazırlaşarkən kommunikativ bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Dinləyib-anlama bölməsinə aid dialoq və mətnlərin audiofaylları DİM-in saytında yerləşdirilmişdir.
Vəsaitin 4-cü bölməsi üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. 1-ci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. 2-ci hissə (morfologiya) əsas və köməkçi nitq hissələrindən bəhs edir. 3-cü hissədə (sintaksis) söz birləşmələri, cümlə və cümlə üzvləri haqqında əsaslı məlumat verilir.
Yaxın günlərdə nəşr olunacaq vəsaiti DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
- Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
- Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Comments are closed, but trackbacks and pingbacks are open.