Ekspert: Azərbaycan iqtisadiyyatı müasir dünya iqtisadiyyatı standartlarına çatıb
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Azerbaycan iqtisdiyyati
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Dünya iqtisadiyyatı və Azərbaycan
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Ekspert: Azərbaycan iqtisadiyyatı müasir dünya iqtisadiyyatı standartlarına çatıb
Azərbaycan Respublikasında aparılan dərin və davamlı islahatlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin gələcək iqtisadi və sosial inkişafını təmin etmək üçün hazırlanan Milli İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri Azərbaycanın gələcək inkişaf istiqamətlərini özündə birləşdirən sənəddir. Regionun ən mükəmməl strateji sənədi adlandırılan Strateji Yol xəritələri Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarını özündə cəmləşdirir.
Prezident İlham Əliyev andiçmə mərasimində müəllifi və birbaşa təşəbbüskarı olduğu layihə və proqramlara toxunaraq, həm ölkəmizdə son 15 il ərzində aparılan işlər, həm də gələcək illərdə aparılan islahat tədbirləri haqqında məlumat verdi. İlk növbədə müstəqil siyasətə aparmağın yolunun güclü iqtisadiyyatdan keçdiyini qeyd ölkə başçısı bununla ölkəmizin tam müstəqil iqtisadiyyata malik olduğunu, o cümlədən mümkün iqtisadi risklərdən tam qorunabilmə immunitetinə sahib bir sistem qurulduğunu, həmçinin qeyd etmiş oldu.
Bunu AZƏRTAC-a “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyib. Ekspert hesab edir ki, ölkəmiz haqqında mənfi rəy formalaşdıraraq iqtisadi təsirlər göstərmək istəyən xarici qüvvələr də artıq anlamış oldular ki, Azərbaycan iqtisadiyyatı müasir dünya iqtisadiyyatı standartlarına artıq çatıb. Valyuta ehtiyatlarımızın 24 dəfə artması, Azərbaycana 230 milyard dollardan çox sərmayə qoyulması da bütün bunların bariz nümunəsidir. Əbəs yerə deyil ki, artıq dünyanın tanınmış iqtisadi indesklərində Azərbaycan MDB ölkələri sırasında birinci olmaqla yanaşı, bəzi inkişaf etmiş ölkələri geridə qoyub.
Təbii ki, bütün bu islahatların bünövrəsini ulu öndər Heydər Əliyev qoyub. Bünövrə üzərində qurulan dayanıqlı və güclü bazar iqtisadiyyatının müəllifi də Prezident İlham Əliyevdir. Prezidentin vurğuladığı ikinci əsas məsələ, sahibkarlıq mühiti ilə əlaqədardır ki, bu istiqamətdə də son 15 il ərzində kifayət qədər işlər görülmüşdü. Həm biznes fəaliyyətinə başlama, həm də sahibkarların maliyyə vəsaitlərinə əlçatanlığının rahatlığı məqsədilə sahibkarlara 2 milyard manatdan çox vəsait verilib. Kənd təsərrüfatı sahəsində dövlət torpaq vergisi istisna olmaqla bütün vergiləri ləğv edilib, habelə sözügedən sahənin inkişafı üçün dövlət tərəfindən müxtəlif istehsal fəaliyyətində istifadə olunan resurslar güzəştlərlə və ödənişsiz verilir. İstehsal müəssisələri artıq ixrac bazarlarına üz tutur ki, bu istiqamətdə də Prezident İlham Əliyev tərəfindən ən innovativ islahatlar həyata keçirilir. Belə ki, gömrük keçid məntəqələrində sənədləşmə prosesinin azaldılması, elektron yanaşmalar, vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi qeyd olunan genişmiqyaslı islahatların tərkib hissəsidir.
Biz inanırıq ki, qarşıdakı 7 il ərzində də, Prezident İlham Əliyevlə ölkəmiz dünyanın ən aparıcı iqtisadi inkişaf mərkəzlərindən birinə çevriləcək, müstəqil və qüdrətli Azərbaycan iqtisadiyyatını daima qoruyub saxlayacağıq.
Comments are closed, but trackbacks and pingbacks are open.