Press "Enter" to skip to content

RUSİYA FEDERASİYASINA GİRİŞ QADAĞANININ YOXLANMASI

Ukrayna böhranının da məhz Əliyev-Ərdoğan-Zelenski-Putin əməkdaşlığının geosiyasi məqam vektorları çərçivəsində nizamlanması istisna deyil.

Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayacaq: SƏBƏBLƏR, NƏTİCƏLƏR

İlham Əliyevin Rusiya Federasiyasına səfəri və həmkarı Vladimir Putinlə görüşüb danışıqlar aparması iki əsas məqam baxımından önəmlidir.

Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsində Rusiyanın təbii ki, rolu var. Bunu etiraf etsək də, etməsək də, fakt faktlığında qalır: 44 günlük İkinci Qarabağ Müharibəsində Rusiya Federasiyası Ermənistanı dəstəkləmək fikrinə düşsəydi, savaşda qələbə əldə etmək asan olmayacaqdı.

Həmin dövrdə Azərbaycan diplomatiyası Kremldəki hakimiyyətin bütün düşərgələri və sektorları ilə anlaşa bildi. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üvzü olan Ermənistanın dəfələrlə bu struktura müraciət etməsinə, KTMT-ni hərbi əməliyyatlarına qatmaq və Rusiyanı tərəf qismində müharibəyə cəlb etmək cəhdlərinə rəğmən, Kreml soyuqqanlı davranış sərgilədi.

Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanın bitmək bilməyən yalvarışlarına rəğmən, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını və BMT Nizamnaməsini pozmadığını, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etdi.

Daha sonra KTMT bəyanatlar verərək hərbi əməliyyatların Ermənistan yox, Azərbaycan ərazisində aparıldığını və bu səbəbdən də təşkilatın Ermənistana hərbi yardım edə bilməyəcəyini vurğuladı.

Avropanın tutduğu mövqeyə gəldikdə isə, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə rəğmən, ATƏT işğalın 30 ili ərzində münaqişənin dinc yolla nizamlanması üçün heç bir effektiv addım atmadı. ATƏT-in Minsk Qrupu çoxsaylı təkliflər, variantlar, prinsiplər və invariasiyaları irəli sürsə də, əməllə sözün arasındakı uçurumun necə ola biləcəyini aşkar göstərdi.

Minsk Qrupunun həmsədrləri hər dəfə Xankəndiyə yollananda orada real faktaraşdırıcı missiyanı gerçəkləşdirmək əvəzinə yerli ermənilərin təşkil etdikləri ziyafət məclislərində yeyib-içir, əylənir, Qarabağın işğal olunmuş ərazilərindəki istirahət mərkəzində “relaksinq”lə məşğul olurdular.

Avropa İttifaqının və ümumiyyətlə, pan-Avropa təşkilatlarının 44 günlük Vətən Müharibəsində tutduqları mövqe, yumşaq desək, inert idi və problemin həllində Bakının tutduğu qətiyyətli, amma beynəlxalq hüququn normaları ilə prinsiplərinə tam uyğun mövqeyi ilə davranışının, yürütdüyü siyasətin təqdirinə yönəlməmişdi.

Avropa savaşı anlayışla qarşılamadı və hətta bir sıra Avropa ölkələri, təşkilatları və siyasətçiləri işğalçı Ermənistana dəstək verdilər.

Bunu bilirik, çünki yaxın tarixdir.

İlham Əliyevlə Vladitmir Putinin görüşü və danışıqları Ukrayna ilə bağlı böhranın pik nöqtəsində, rəsmi Moskvanın Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın müstəqilliyinin tanınması, habelə Rusiya ilə bu strukturlar arasında qarşılıqlı anlaşma, dostluq, müttəfiqlik və hərbi yardım barədə fərman imzaladığı dövrdə baş verir.

Bu səbəbdən heç şübhəsiz ki, iki dövlət başçısı arasındakı danışıqlarda Ukrayna ilə bağlı situasiya önəmli müzakirə mövzularından biri olacaq.

Bəhs olunan sənəd 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında hərbi-siyasi tərəfdaşlıq və müttəfiqlik barədə Şuşada imzalanmış bəyannamənin məntiqi davamı da sayıla bilər.

Bakı ilə Moskva arasındakı analoji sənədlə bağlı hazırlıq işləri hələ ötən il başlanmışdı.

Daha sonra, 2021-ci ilin son günündə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini, miqyasının genişlənəcəyini bəyan etmişdi.

Bakı-Moskva münasibətlərinin inkişafı yaxın aylarda təkan almış proses olmadığından, Kremldə aparılacaq danışıqlar da nonses təsiri bağışlamamalıdır.

Belədirsə, Rusiya və Azərbaycan arasındakı əlaqələrin inkişafını nə üçün, hansı səbəbdən və nə kimi əsaslarla “Rusiya Azərbaycanı ilhaq, işğal edəcək” deyənlər, baş verənlərin Vətən Müharibəsinin nəticələrini az qala dezavuasiya edəcəyini iddia edənlər hansı məntiqə əsaslanır?

Üstəlik, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini ehtiva edən anlaşmanın mətni, sənəd açıqlanmadığı halda onunla bağlı mühakimələr və təhlillər etmək, mövqe bəyan etmək ən azı tələskənlikdir.

Rəsmi Bakının Moskva ilə imzalayacağı sənəd heç bir halda Rusiyaya bu və digər formatda, yaxud formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir.

Sənəd sadəcə, kənardan təhlükə olarsa, tərəflərin bir-birlərinə dəstək verəcəyini nəzərdə tutur və ən başlıcası, Azərbaycanla Rusiyanın bir-birlərinin daxili işlərinə qarışmayacağını müəyyənləşdirir.

Eyni zamanda, bu müqavilə Ermənistan üçün şok effekti yaradıb, çünki indiyədək KTMT üzvü və “Rusiyanın müttəfiqi” olmasını bravur bəyanatlarında vurğulayıb bu məqamları hər addımda qabardan rəsmi İrəvan bundan sonra qarşısında Rusiyanın strateji tərəfdaşı statusu ilə bahəm, Rusiyanın müttəfiqi statutuna malik Azərbaycanı görəcək.

Sənədin Azərbaycanın “Rusiyanın təsir orbitinə düşməsi, KTMT-yə qoşulmağa vadar ediləcəyi” ilə bağlı iddialar da əsassızdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvüdür. Ölkəmiz heç bir hərbi blokda, təşkilatda və ya geosiyasi sindikatda təmsil olunmayıb, olunmaq niyyətində də deyil.

Moskva ilə imzalanacaq sənəd Azərbaycanın təhlükəsizliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün qorunmasına yönəlib.

Türkiyə ilə Şuşa bəyannaməsi imzalayaraq ikitərəfli müttəfiqlik mexanizmləri yaradan Azərbaycan Rusiya ilə də praktiki olaraq bənzər sənəd imzalayır.

Qarşıda isə Avropa İttifaqı ilə müttəfiqliyi və strateji, siyasi, iqtisadi tərəfdaşlığı nəzərdə tutan anlaşmanın imzalanması proseduru var.

Onu da unutmayaq ki, sənədin imzalanmasında Türkiyə də maraqlıdır. Beləliklə, Cənubi Qafqazda çox maraqlı Azərbaycan-Türkiyə-Rusiya konfiqurasiyası yaranır ki, bu trioya İran və Gürcüstan tərəfdaş qismində qoşulmaq niyyətindədir.

Ukrayna böhranının da məhz Əliyev-Ərdoğan-Zelenski-Putin əməkdaşlığının geosiyasi məqam vektorları çərçivəsində nizamlanması istisna deyil.

Azərbaycan bütün qütblərlə müttəfiq və tərəfdaş olur.

Orxan Hun
Milli.Az

RUSİYA FEDERASİYASINA GİRİŞ QADAĞANININ YOXLANMASI

Rusiya Daxili İşlər Nazirliyinin xətti ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyasının ərazisinə daxil olmamasının qarşısını almaq üçün əsasların olub-olmamasının yoxlanılması.

“Sorğu göndər” düyməsini basarkən, Rusiya Federasiyasının 27 iyul 2006-cı il tarixli “Şəxsi məlumatlar haqqında” 152 nömrəli Federal Qanununa uyğun olaraq, Rusiya Daxili İşlər Nazirliyinə şəxsi məlumatlarınızın ötürülməsi və işlənilməsinə razılıq verirsiniz.

vətəndaşlar üçün qadağaların statistikası 2020-ci il üçün

15 202 3452

Məlumat bazasında Rusiya Federasiyasının ərazisinə giriş edənlər haqqında yoxlanış

Rusiya Federasiyasının ərazisinə giriş qadağan edildi

Borcları olan vətəndaşlar aşkar edildi

Açıq icra prossesleri

Rusiya Federasiyasına daxil olmaq imkanı haqqında nümunə arayış

Запрос выполнен на данные:

  • Фамилия: Эрматов
  • Имя: Баходир
  • Отчество: Абдукаримович
  • Пол: Мужской
  • Дата рождения: 1.08.1981
  • Гражданство: Узбекистан
  • Тип документа: Заграничный биометрический
  • Номер документа: АА 4488792
  • Дата дейтсвительности документа: 2024-12-17
  • Выдавшая страна (орг): Узбекистан

Сведения сгенерированны на дату обращение, актуальность сведений подтверждается только обновленным отчетом. Вся информация предоставлена официальной базой мвд.рф

Информация о возможности въезда в РФ

Оснований, препятствующих въезду на территорию Российской Федерации, по линии МВД России на данный момент не обнаружено

Дата обработки запроса:

Сформированно из данных базы МВД.РФ

Информация является полностью сгенерированным текстом из официальный базы МВД.РФ, предоставление данной информации в органы проверки возможности въезда в РФ, не явялется обязательным условием. Справка не несет в себе юридическую силу.

15.08.1996-dan 114 nömrəli Federal Qanun (düzəl. 07.04.2020-dan) “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına giriş etmək qaydası haqqında”

Xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasına daxil olarkən və Rusiya Federasiyasından çıxarkən onların şəxsiyyətini təsdiq edən və bu keyfiyyətdə Rusiya Federasiyası tərəfindən tanınan etibarlı sənədləri və vizanı təqdim etməlidirlər, əgər Rusiya Federasiyasının beynəlxalq müqavilələri, bu Federal Qanunla və ya Rusiya Federasiyası Prezidentinin fərmanları ilə digər hallar nəzərdə tutulmayıbsa. ( düzəl. 24.06.1999-dan 118 nömrəli, 10.01.2003-dən 7 nömrəli, 01.12.2007-dən 310 nömrəli, 13.05.2008-dən 65 nömrəli, 07.06.2017-dən 111 nömrəli Federal Qanunlar) Vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasının beynəlxalq müqavilələri, indiiki Federal Qanunları və ya Rusiya Federasiyası Prezidentinin fərmanları ilə digər hallar nəzərdə tutulmayıbsa, xarici vətəndaşlar üçün bu Federal Qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq Rusiya Federasiyasına giriş etmək və çıxış etməyi həyata keçirirlər. (düzəl. 10.01.2003-dən 7 nömrəli, 13.05.2008-dən 65 nömrəli, 07.06.2017-dən 111 nömrəli Federal Qanunlar) Rusiya Federasiyasının beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşların xarici ölkəyə giriş etmək üçün vizaların və ya digər icazələrin mövcudluğunu nəzarət etmək Nəqliyyat şirkətinin (sərnişin daşıyıcısının) məsuliyyətidir.

  • Политика обработки данных
  • Оферта
  • Способы оплаты

Comments are closed, but trackbacks and pingbacks are open.