Press "Enter" to skip to content

Azərbaycan tarixi. IX sinif. BSQ № 2 (Nümunələr)

4.Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi

“SSRİ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ” KİTABININ 2-Cİ CİLDİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Azərbaycanda Atatürk Mərkəzində tarixçi alim, professor Musa Qasımlının “SSRİ-Türkiyə münasibətləri” kitabının 2-ci cildinin təqdimatı keçirilmişdir.

Əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlyas Babayev professor Musa Qasımlının elmi yaradıcılığı haqqında məlumat vermiş, alimin yeni monoqrafiyasını yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan tarix elminin uğurlarından hesab edilən kitab diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlərin tarixi ilə maraqlananlar üçün əhəmiyyətli mənbədir.

“Adiloğlu” nəşriyyatında çap olunmuş monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri tarix elmləri doktoru, professor M.Fətəliyev və tarix elmləri namizədi R.Hətəmovdur.

Təqdimatda çıxış edən alimlər elmi əsəri yüksək qiymətləndirmiş, onun gərgin araşdırmaların məhsulu olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, kitab Türkiyədə 1960-cı ildə baş vermiş hərbi çevrilişdən SSRİ-nin dağılmasınadək olan dövrdə iki ölkə arasında diplomatik-siyasi münasibətlərin vəziyyəti, qarşıya çıxan problemlər, bu münasibətlərdə Azərbaycan SSR-in yeri və rolunun araşdırılmasına həsr olunmuşdur. Monoqrafiyada Sovet İttifaqının dənizlərə yiyələnmək istəyi, Qara dəniz məsələsini zaman-zaman qaldırması, Türkiyədə sol təmayüllü təşkilatlara etdiyi yardımlar uzun illər “məxfi”, “tam məxfi”, “xidməti istifadə üçün” qrifləri altında saxlanılmış mənbələr əsasında öyrənilmişdir. Nəzərə çatdırılmışdır ki, kitabın 1-ci cildi artıq rus dilinə tərcümə olunaraq Moskvada nəşr edilmişdir.

Tədbirin sonunda professor Musa Qasımlı əsər barədə fikir bildirənlərə, kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirmişdir.

Azərbaycan tarixi. IX sinif. BSQ № 2 (Nümunələr)

Burada Azərbaycan tarixi fənnindən BSQ № 2 ( Nümunələr) verilmişdir.

Просмотр содержимого документа
«Azərbaycan tarixi. IX sinif. BSQ № 2 (Nümunələr)»

Sinif: IX (—-)

Fənn: Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________

adı__________________________

1. Fətəli xan Xoyski öldürüldü:

2.Sovet rejiminə qarşı ilk və ən böyük isyan baş verdi:

A) 1920-ci il mayın 25-də, Gəncədə

B) 1920-ci il aprelin 28-də, Bakıda

C) 1920-ci il mayın 29-da, Qarabağda

D) 1920-ci il iyunun 6-da, Zaqatalada

E) 1920-ci ilin yayında, Şəmkir qəzasında

3. Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsindən neçə il sonra SSRİ-nin birinci Konstitusiyası qəbul olundu?

4. Xankəndi mərkəz olmaqla DQMV yaradıldı:

A) 7 iyul 1923-cü ildə

B) 28 aprel 1920-ci ildə

C) 16 mart 1921-ci ildə

D) 9 fevral 1924-cü ildə

E) 13 oktyabr 1921-ci ildə

5.Naxçıvan MSSR yaradıldı:

A) 7 iyul 1923-cü ildə

B) 28 aprel 1920-ci ildə

C) 16 mart 1921-ci ildə

D) 9 fevral 1924-cü ildə

E) 13 oktyabr 1921-ci ildə

6. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı təsis edildi:

7.Ü. Hacıbəylinin “Koroğlu” operası tamaşaya qoyuldu:

8. Azərbaycan kinostudiyası və radiosu fəaliyyətə başladı:

9. H. Əliyev Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə təyin edildi:

10.1970-ci illərdə Ermənistan SSR-in Dağlıq Qarabağın ona verilməsi planlarının qarşısını aldı:

11. Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi kimi fəaliyyət göstərmişdir:

A) 1933-1954-cü illərdə

C) 1959-1964-cü illərdə

D) 1969-1982-ci illərdə

E) 1993-2003-cü illərdə

12. Məntiqi ardıcıllığı tamamlayın:

Mir Cəlal Paşayev, Mehdi Hüseyn, Mirzə İbrahimov, .

B) Əşrəf Hüseynov

D) İmam Mustafayev

13.Bakıda Kosmik İstehsalat Elmi Tədqiqat Birliyi fəaliyyətə başladı:

14. Kimin dövründə Azərbaycanda Novruz bayramı “ Bahar bayramı” kimi rəsmən qeyd edilməyə başlanıldı?

C) İ. Mustafayevin

15.Bakı metropoliteni istifadəyə verildi:

16. Azərbaycan radiosunun fəaliyyətə başlamasından neçə il sonra Azərbaycan televiziyası istifadəyə verildi?

17. Azərbaycanda “Elmin inkişafı üzrə Milli strategiya və Dövlət Proqramı” qəbul edilmişdir:

18. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Azərbaycan Respublikasının BMT-yə tamhüquqlu üzv olması

2. Azərbaycan Respublikasının MDB -yə daxil olması

3.İpək Yolunun bərbası üzrə Bakı Bəyannaməsinin imzalanması

4.Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi

19. İlham Əliyev AŞPA-nın vitse-prezidenti və bu qurumun büro üzvü seçildi:

20. Hadisələrin xronoloji ardıcıllığını göstərin:

1.Azərbaycan Respublikasının Dövlət Müdafiə Şurasının yaradılması

2.H.Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi

3.Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi

4.Azərbaycanın BMT-yə üzv qəbul olunması

Səhv cavabların sayı:_____________

Düz cavabların sayı:_____________

Comments are closed, but trackbacks and pingbacks are open.