Press "Enter" to skip to content

Azerbaycan tarixi 6ci cild

21 mart – 19 aprel.

Burclerin Tarixleri, Bürclərin ayları Siyahısı ✅

Burclerin tarixleri – Hamımız öz bürcümüzü, bürcümüzün, özəlliklərini, uğurlu günlərini yaxşı bilirik. Bürclər maraqlanmayan öz bürcünü bilməyən adam yəqinki yoxdur. Bürclərə görə xarakterləridə öyrənə bilərik. Hər insan özündə öz bürcünün xüsusiyyətlərini daşıyır. Elə insanlar varki gündəlik bürc proqnozlarına baxmadan heç bir iş görməzlər. Həyatlarını tamamən bürclər üzərinə qurarlar.

Hansı bürc hansı aya uyğun gəlir? Bunu əksəriyyət insan bilir. Amma yenədə bürclərin ayları haqqında dəqiq öyrənək. Bürclər haqqında daha çox məlumat. – Burcler.org da!

♈️ Qoç bürcü

21 mart – 19 aprel.

Zodiakın ilk bürcü qoçdur. Enerjili və hərəkətli halları ilə diqqət çəkirlər. Öz səhvlərini qəbul eləməz və eqoist hərəkətlər edərlər. Maraqlandıqları mövzuda çox yaradıcıdılar.

Elədikləri işlərdə daima özlərini sübut eləmək istəyirlər. Dik başlı, eqoist, üsyankar hərəkətlərinə görə çətin vəziyyətə düşə bilirlər. Bu zaman başladıqları işi bitirməkdə çətinlik çəkirlər. Çox zamanda bitirmədən buraxarlar. Burclerin tarixleri haqqında digərlərini aşağıdan oxumağa davam edin.

♉️ Buğa bürcü

20 aprel-20 may

Buğalar maddiyyata çox önəm verirlər. “Sahib olma” onların yaşam fəlsəfəsidir. İşlərinə düşündülər və çox səbrlidilər. Risk almağı sevməzlər. Özlərini güvəndə hiss etmək istəyərlər. Güvənilir və mərhəmətlidilər. İnsanlara kömək etməyi sevirlər. Qərarlı, güvənilir və istiqanlı olduqlarına görə hər zaman ətrafları tərəfindən axtarılan insanlardır. Diqqətli olduqlarına görə elədə çox səhv etməzlər.

♊️ Əkizlər bürcü

21 may-20 iyun

Əkizlər bürcü insanı tez düşünüb tez hərəkət edərlər. Tez canlıdılar. Eyni zamanda bir neçə işlə məşğul ola bilərlər. Amma tez-tez fikir dəyişirlər. Buna görə də dəyişik xaraqterli tanınırlar. Əkizlər bürcünü anlamaq çətindir. Çox şən olduqları zaman anidən kefləri pozula bilər. Tez qavrayan zəkaya sahibdirlər. Çəkici və məntiqlidirlər.

♋️ Xərçəng bürcü

21 iyun – 22 iyul

Həddindən artıq alınqan, həssas olan Xərçənglərin hissləri güclüdür. Məsuliyyətlidilar. Ətrafındakılardanda məsuliyyət tələb edirlər. Ayrıntılara fikir verdiklərindən işlərində uğurlu olurlar. Həddindən artıq duyqusal və duyarlıdılar. Səbrli və nazik olan Xərçənglər mübahisədən və tənqid olunmaqdan xoşlanmazlar. Hərəkətləri məntiqli deyil, duyqusaldır.

♌️ Şir bürcü

23 iyul – 22 avqust

Öndərlik və diktatorluq etməyi xoşlayan Şirlər ətrafındakı insanları da idarə etməyi xoşlayırlar. Hərşeyə qarışırlar. Məğrurdular və əmir almağı xoşlamırlar. Mərhəmətli,şən və sevimlidilər. Onlara qarşı səhv edilsə belə dostyana qarşılayırlar.

İşləməkdən xoşları gəlir və işdə uğurludular. Hərşeyin ən yaxşısını sevirlər.

♍️ Qız bürcü

23 avqust – 22 sentyabr

Detaycı, diqqətli, çalışkan olan Qız bürcü insanları iş həyatında olduqca uğurludular. Uğura çatmaq üçün əlindən gələni edərlər. Yaxşılıq eləməyi xoşlayırlar. Və yaxşılıq edərkəndə onlardan mükəmməllik gözləyirlər. Tənbəllik eləmək onlara çətindir. Münasibətlərində məsafəli olmağı sevirlər. Qaydalara bağlıdır. Heçkime onlardan istifadə etməyə icazə verməzlər.

♎️ Tərəzi bürcü

23 sentyabr – 22 oktyabr

Tərəzilər tarazlığa diqqət edirlər. Bir mövzu haqqında onu ölçüb-biçmədən tarazlıq qurmadan qərar verməzlər. Münasibətlərində də belədilər. Ədalətlidilər. Haqsızlığa dözmürlər, hərkəsə adil davranırlar. Asanlıqla hirslənməzlər.amma təkidi də xoşlamırlar. Çox maraqlı olduqlarından başqalarının həyatına girməkdən çəkinməzlər. Həyatlarındakı hərşeyin gözəl olmağını sevərlər və dostlarındakı gözəl şeyləri qısqanıb, onlara çatmaq üçün hər yola baş vurarlar.

♏️ Əqrəb bürcü

23 oktyabr-24 noyabr

Arzulu, qərarlı, enerjili və özlərinə güvənən insanlardır. Cəsurdular, tutduğunu qoparır və başladıqları işi yarımçıq qoymazlar. Güclərini baxışlarından anlamaq asandır. Məntiqlə hərəkət etsələrdə çox duyqusaldırlar və hisslərinə qapılsalar təhlükəli olurlar. Hərşeyə qarşı çox şübhəlidilər. Dürüstdülər,ikiüzlü, lovğa,özünü bəyənmiş insanları sevmirlər. İşlərində özənli və səbrlidilər. Məqsədlərinə çatmaq üçün əllərindən gələni edərlər. Yoldaşlarının güvənin qazanırlar,çünki sirr tutmağı bacarırlar. Amma yoldaşlarına qarşıda şübhəcidilər. Hissləri olduqca qüvvətlidir.

♐️ Oxatan bürcü

22 noyabr – 21 dekabr

Oxatanlar başqalarının çətinlik çəkdiyi mövzuları asanlıqla anlayar və yol taparlar. Anlama bacarıqları və qabiliyyətləri sayəsində asanlıqla hər işin öhtəsindən gəlirlər. Sərbəstliyə düşkün olan Oxatanlar məhdudiyyətlərdən və əmir almaqdan xoşlanmazlar. İnsanlarla asanlıqla münasibət qura bilirlər. Pul mövzusunda cömərtdilər. Eyni anda bir neçə mövzu ilə maraqlana bilərlər.

♑️ Oğlaq bürclərin ayları

22 dekabr – 19 yanvar

Oğlaqlar işləri ilə çox məşğul olurlar. Tənbəlliyi

sevməz, boş zamanlarında bilə eləməyə birşey taparlar. İşlərinin çoxluğundan və utancaq olduqlarından insanlarla asanlıqla münasibət qurmazlar. Ciddi, tutumlu, ciddi iradələri var. Pul məsələsində əli açıq və yardımsevər olsalarda tutumludurlar. Xəstəliyə qarşı dirənclidilər.

♒️ Dolça bürcü burclerin tarixleri

20 yanvar – 18 fevral

Həddsiz xəyal gücləri olsada Dolçalar gerçəkci, dünyagörüşlü və ağıllıdırlar. Eqoist olmayan dolçalar insanlara olan sevgiləri ilə tanınırlar. Humanist, idealist və intellektualdılar. Müasir düşüncələrinə rəğmən dikbaş, inadkar və sabitfikirlidilər. Bir insana bağlanmağı sevmirlər. Yeniliyə və dəyişkənliyə açıq olsalarda vərdişlərini asanlıqla dəyişmirlər.Maddiyyata önəm verməzlər.Dürüst və güvənlidilər.

♓️ Balıq bürclərin ayları

19 fevral – 20 mart

Balıqlar çox həssasdılar. Xəyalpərəst və incə ruhludular. Dostluğa önəm verərlər və edilən səhvləri bağışlamazlar. Çox xoşniyyətli və anlayışlıdılar və hərkəslə yaxşı keçinirlər. Hissləri güclüdür. Eyni səhvi təkrar edər, dərs almazlar. Vərdişlərə önəm verdiklərindən dəyişikliyə açıq deyillər. Ailə bağları güclü və sadiqdirlər. Maddiyyata önəm verməzlər.

Xəstəliyə və dərmana qarşı dayanıqsızdılar. Gücsüz bədənləri olduğundan tez xəstələnirlər.

Ümumi Olaraq burclerin tarixleri bir şəkildə toplanmışdır.

Burcelerin tarixleri haqqında daha çox məlumatı və bürclər haqqında yazıları digər paylaşımlarımızdan izləyə bilərsiniz.

Azerbaycan tarixi 6ci cild

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilir:

Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyduqda;
iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olması;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma (göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur)
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
Dənizçilərə;
Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
İncəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 47.5-ci maddəsində (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır) nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.

  • Miqrasiya Məcəlləsinin 45.1.10-1-ci (insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda) və 45.1.10-2-ci (cinayət təqibi orqanlarına yardım göstərdikdə) maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.
  • Miqrasiya Məcəlləsinin 20.3-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir) nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir.
  • İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Miqrasiya Məcəlləsinin 46.1.4-cü (müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd), 46.1.6-cı (Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti), 46.1.9-cu (qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd)), 46.1.10-cu (əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)) və 46.1.11-ci (əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)) maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), həmçinin əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) əsli ilə birgə təqdim edilir. Tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşaması

Aşağıdakı əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndalığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər:

Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğdə pul vəsaiti qoyduqda;
iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olma;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma.
Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;

Qeyd: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 54.9-cu maddəsində (Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilir) nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı daimi yaşama icazəsini ləğv edir.

  • Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla)) nəzərdə tutulan sənəd tələb olunmur.
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), həmçinin əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) əsli ilə birgə təqdim edilir. Tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

Comments are closed, but trackbacks and pingbacks are open.