Azerbaycanın iqtisdi coğrafiyası
Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur.
Azərbaycanda coğrafiya elminin inkişafı (8-ci sinif dərslik)
Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur.
Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.
Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.
Abbasqulu ağa Bakıxanov (1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına – ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.
İsmayıl Qutqaşınlı (1806-1861). Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir.
Görkəmli maarifçi, təbiətşünas alım Həsənbəy Zərdabinin (1842-1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.
Qafur Rəşad Mirzəzadə (1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublıkamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.
Məhəmmədhəsən Baharlı (1896-1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur.
Respublıkamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublıkası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublıkamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir
Əzizağa Əhmədov
Sənaye
“Azərbaycanın sənayesi” statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun – “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin bir sıra dünya ölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllərdə daxil edilmişdir.
Məcmuə iqtisadçılar, tələbələr, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.
Şərti işarələrin izahı:
« – » hadisə baş verməmişdir
« . » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir
« X » müqayisə mümkün deyil
Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasındakı fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.
Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?
Bəli |
Qismən |
Xeyr |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81
Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı
© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.