Press "Enter" to skip to content

Məkdar memar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edildi

JICA-Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokio şəhərində təşkil edilmiş “Yaşayış tikintisinin siyasəti” kursunda, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilmiş RSEP proqramında iştirak edib və Mayami Universitetində stajartırma keçib.

Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir – ISESCO rəhbəri

Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Səlim bin Məhəmməd Bakıda keçirilən “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

“Biz sülh uğrunda qlobal alyans yanaşmamızla uyğunlaşan bu forumun dəstəklənməsinə sadiqik”, – deyə o, bildirib.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Milli.Az

Əməkdar memar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

Trend xəbər verir ki, Səbinə Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri olub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.

JICA-Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokio şəhərində təşkil edilmiş “Yaşayış tikintisinin siyasəti” kursunda, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilmiş RSEP proqramında iştirak edib və Mayami Universitetində stajartırma keçib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.