Azrbaycanın daxili işlr nazirlri
1978-ci il iyunun 30-da Azərbaycanda törədilən bu hadisə bütün SSRİ-ni silkələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi sülhün və əmin-amanlığın carcısı missiyası ilə çıxış edən, eyni zamanda Qərb dövlətlərilə “soyuq müharibə” aparan Sovet İttifaqına başucalığı gətirə bilməzdi. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd. Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyi bu hadisə ilə bağlı təfərrüatlar sonralar açıqlansa da, sözügedən olay zaman-zaman xırdalanıb və hər dəfə fərqli prizmalardan izah olunub.
Modern.az saytının məlumatına görə, Azərbaycanın daxili işlər naziri Arif Heydərovun qətlə yetirilməsi hadisəsi keçmiş DTK sədri Vaqif Hüseynovun bu günlərdə yazdığı “Bir ömürdən də çox” kitabında da təsvir olunub.
V.Hüseynovun həmin hadisəylə bağlı memuarını oxucuların ixtiyarına veririk.
“– Arif Heydərov öldürülüb! – sakitcə deyir Semyon Kuzmiç Sviqun, Yuri Andropovun müavinlərindən biri, Heydər Əliyevin köhnə dostu, onun sayəsində mən, Moskvanın hakimiyyət dəhlizlərində yenicə peyda olmuş adam himayə olunuram”.O, 30 iyul 1978-ci il tarixdə, günün ikinci yarısı, Azərbaycan SSR daxili işlər nazirinin kabinetində baş vermiş qəsdin heç bir izah verməyən təfsilatını danışmağa başlayır. Fövqəladə hadisənin hər bir faktı, hər bir detalı qəfil atəş kimi səslənir.
Atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradovdur. Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub.
General T.Qurbanov, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı qəhrəmanı ölümcül yaralanıb.Şelokov (SSRİ DİN rəhbəri – ред.) və Çurbanov (onun müavini, Brejnevin kürəkəni – ред.) , təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?
. Xarici radiostansiyalar sanki partlayıblar, yalnız Bakıda öldürülmüş iki polis generalından danışırlar, həm də öldürülənlərdən biri müharibə iştirakçısıdır, Sovet İttifaqı qəhrəmanı. DİN binasında sui-qəsd. Siyasəti qatıb-qarışdırılar. Şəhərdə ancaq Muradovun açdığı atəşlərdən danışırlar. Demə, o, əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş. Hamı xarici radiostansiyaların dalğalarını tutur. Amma orda da başqa heç nə bilmirlər.
Təhqiqat materialları Moskvadan gəlmiş missiya ilə birgə rahatca çıxıb gedib. Sov.İKP MK Katibliyində Əliyev, Şelokov və Çurbanovun məlumatları dinlənilib. Heç bir siyasət-filan yoxdur, bədbəxt kapitanın xidməti və məişət qayğılarında başını itirərək əsəb partlayışı. Tofiq Kazımov adamlara qarşı bir qayğıkeş, diqqətcil olsaydı, qalmaqal da baş verməzdi..
Amma əsas məsələ qalmaqalda deyil, bu, həyəcan siqnalıdır.Ziya Muradov Şuşa türməsinin klubunda məskunlaşmışdı, işləri getmirdi, arvadı axırda valideynlərinin yanına qayıdıb, çünki soyuq, rahatlığı olmayan məkanda kiçik uşaqla qalmaq qeyri-mümkün idi. Kapitan rəhbərliyə onu başqa işə, bəlkə də yüksək dağ yamacından aşağıda bir yerə keçirməklə bağlı şikayət və yalvarışlı xahişlərlə dolu raportlar göndərib. Məktublar nazirliyin kabinetlərində it-bata düşüb. T.Kazımov, nazir müavini də bədbəxti qəbul etməkdən imtina edirmiş.
O taleyüklü gün Z.Muradov milis idarəsindəki biganəliklə haqq-hesab çəkməyə getmişdi, orda onu tanıyırdılar, sanki narahatlıq keçirirdilər (elə Səfixanov da Muradovu nazir kabinetinin qapısında saxlayaraq kapitanın şikayət ərizəsini şəxsən Heydərovun masasına qoyacağına, dərdinə əncam çəkəcəyinə söz verib). Amma kapitan laqeyd və kobud nazir müavini ilə haqq-hesab çəkməyi qərara alıb və ölümü bahasına.
Ən heyrətamiz odur ki, o, mövcud qaydanı pozaraq tabel silahını mühafizəçilərə təhvil verməyib. Hamı nazirlikdə “dərin təmizləmə”, qətiyyətli, silkələnmə, yeniləşmə gözləyirdi. Amma respublika rəhbərliyi kadr dəyişikliyi ilə kifayətləndi. Öldürülmüş A.Heydərovun yerinə partiyanın inzibati şöbəsinin müdiri işləyən Cəfər Vəliyevi yolladılar, digər şəxsləri də dəyişdilər. C.Vəliyev, sözsüz ki, yaxşı aparat işçisi, təcrübəli hüquqşünas idi. Amma nə islahatçı, nə də inqilabçıydı. Onun yerinə S.Hüseynov – DİN-də kadr məsələləri üzrə nazir müavininin təyin edilməsi də yenilənmənin təcəssümü deyildi. Bununla da hər şey unuduldu. Yalnız yaddaşımda həlak olmuş nazir haqda DİN-in siyasi şöbəsinin əməkdaşı, bir vaxtlar parlaq ştanqçı olmuş Valeri Tatarintsevin (hazırda Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü – ред.) danışdığı süjet qalıb.
Çox az adam bilir ki, Arif Heydərovun anası avtomobil qəzasında ölüb. Taksi sürücüsü böyük sürətlə idarə etdiyi maşınla yaşlı qadını vurub. Təqsirkar sürücüdür, – ekspertlər birmənalı belə qərar çıxardı və nazirə məlumat verdilər.
– Uşaqları varmı? – nazir soruşdu.
– Üç uşağı var. Kiçik qızı 1 yaşdadır.
Nazir susqun halda bir müddət fikirləşdi, sonra düşüncəli halda dedi:
– Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?
Bu – mühüm addımdır. Mənəvi. Belə bir adamla oxucu qarşılaşıbmı?
Leonid İliç isə Bakıya axır ki, gəldi. Hərçənd deyirdilər ki, Bakıdakı qanlı hadisədən sonra səfər mütləq təxirə salınacaq.
Modern.az
МОЯ РОДНАЯ ГРАНИЦА
УВАЖАЕМЫЕ ДРУЗЬЯ! Я СОЗДАЛ ЭТОТ БЛОГ С ЦЕЛЬЮ ОКАЗАНИЯ ПОСИЛЬНОЙ ПОМОЩИ ПОГРАНИЧНИКАМ МОЕЙ СТРАНЫ В ОХРАНЕ ГРАНИЦ РОДИНЫ. ЦЕЛЬ: ПОДБОР НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИХ, ИННОВАЦИОННО ИНЖЕНЕРНО-ТЕХНИЧЕСКИХ И ИНЫХ ИНФОРМФЦИОННЫХ МАТЕРИАЛОВ, ИЗДАВАЕМЫХ ОТКРЫТО В ИНТЕРНЕТЕ, КОТОРЫЕ, ВОЗМОЖНО, ПРИГОДЯТСЯ ДЛЯ повседневной службы НАШИХ ПОГРАНИЧНИКОВ, А ТАКЖЕ других материалов, представляющих интерес. Ф.С.
Azərbaycanın daxili işlər naziri
- Получить ссылку
- Электронная почта
- Другие приложения
1978-ci il iyunun 30-da Azərbaycanda törədilən bu hadisə bütün SSRİ-ni silkələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi sülhün və əmin-amanlığın carcısı missiyası ilə çıxış edən, eyni zamanda Qərb dövlətlərilə “soyuq müharibə” aparan Sovet İttifaqına başucalığı gətirə bilməzdi. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd. Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyi bu hadisə ilə bağlı təfərrüatlar sonralar açıqlansa da, sözügedən olay zaman-zaman xırdalanıb və hər dəfə fərqli prizmalardan izah olunub.
Modern.az saytının məlumatına görə, Azərbaycanın daxili işlər naziri Arif Heydərovun qətlə yetirilməsi hadisəsi keçmiş DTK sədri Vaqif Hüseynovun bu günlərdə yazdığı “Bir ömürdən də çox” kitabında da təsvir olunub.
V.Hüseynovun həmin hadisəylə bağlı memuarını oxucuların ixtiyarına veririk.
“– Arif Heydərov öldürülüb! – sakitcə deyir Semyon Kuzmiç Sviqun, Yuri Andropovun müavinlərindən biri, Heydər Əliyevin köhnə dostu, onun sayəsində mən, Moskvanın hakimiyyət dəhlizlərində yenicə peyda olmuş adam himayə olunuram”.
O, 30 iyul 1978-ci il tarixdə, günün ikinci yarısı, Azərbaycan SSR daxili işlər nazirinin kabinetində baş vermiş qəsdin heç bir izah verməyən təfsilatını danışmağa başlayır. Fövqəladə hadisənin hər bir faktı, hər bir detalı qəfil atəş kimi səslənir.
Atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradovdur. Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub.
General T.Qurbanov, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı qəhrəmanı ölümcül yaralanıb.
Şelokov (SSRİ DİN rəhbəri – ред.) və Çurbanov (onun müavini, Brejnevin kürəkəni – ред.) , təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?
. Xarici radiostansiyalar sanki partlayıblar, yalnız Bakıda öldürülmüş iki polis generalından danışırlar, həm də öldürülənlərdən biri müharibə iştirakçısıdır, Sovet İttifaqı qəhrəmanı. DİN binasında sui-qəsd. Siyasəti qatıb-qarışdırılar. Şəhərdə ancaq Muradovun açdığı atəşlərdən danışırlar. Demə, o, əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş. Hamı xarici radiostansiyaların dalğalarını tutur. Amma orda da başqa heç nə bilmirlər.
Təhqiqat materialları Moskvadan gəlmiş missiya ilə birgə rahatca çıxıb gedib. Sov.İKP MK Katibliyində Əliyev, Şelokov və Çurbanovun məlumatları dinlənilib. Heç bir siyasət-filan yoxdur, bədbəxt kapitanın xidməti və məişət qayğılarında başını itirərək əsəb partlayışı. Tofiq Kazımov adamlara qarşı bir qayğıkeş, diqqətcil olsaydı, qalmaqal da baş verməzdi..
Amma əsas məsələ qalmaqalda deyil, bu, həyəcan siqnalıdır.
Ziya Muradov Şuşa türməsinin klubunda məskunlaşmışdı, işləri getmirdi, arvadı axırda valideynlərinin yanına qayıdıb, çünki soyuq, rahatlığı olmayan məkanda kiçik uşaqla qalmaq qeyri-mümkün idi. Kapitan rəhbərliyə onu başqa işə, bəlkə də yüksək dağ yamacından aşağıda bir yerə keçirməklə bağlı şikayət və yalvarışlı xahişlərlə dolu raportlar göndərib. Məktublar nazirliyin kabinetlərində it-bata düşüb. T.Kazımov, nazir müavini də bədbəxti qəbul etməkdən imtina edirmiş.
O taleyüklü gün Z.Muradov milis idarəsindəki biganəliklə haqq-hesab çəkməyə getmişdi, orda onu tanıyırdılar, sanki narahatlıq keçirirdilər (elə Səfixanov da Muradovu nazir kabinetinin qapısında saxlayaraq kapitanın şikayət ərizəsini şəxsən Heydərovun masasına qoyacağına, dərdinə əncam çəkəcəyinə söz verib). Amma kapitan laqeyd və kobud nazir müavini ilə haqq-hesab çəkməyi qərara alıb və ölümü bahasına.
Ən heyrətamiz odur ki, o, mövcud qaydanı pozaraq tabel silahını mühafizəçilərə təhvil verməyib. Hamı nazirlikdə “dərin təmizləmə”, qətiyyətli, silkələnmə, yeniləşmə gözləyirdi. Amma respublika rəhbərliyi kadr dəyişikliyi ilə kifayətləndi. Öldürülmüş A.Heydərovun yerinə partiyanın inzibati şöbəsinin müdiri işləyən Cəfər Vəliyevi yolladılar, digər şəxsləri də dəyişdilər. C.Vəliyev, sözsüz ki, yaxşı aparat işçisi, təcrübəli hüquqşünas idi. Amma nə islahatçı, nə də inqilabçıydı. Onun yerinə S.Hüseynov – DİN-də kadr məsələləri üzrə nazir müavininin təyin edilməsi də yenilənmənin təcəssümü deyildi. Bununla da hər şey unuduldu. Yalnız yaddaşımda həlak olmuş nazir haqda DİN-in siyasi şöbəsinin əməkdaşı, bir vaxtlar parlaq ştanqçı olmuş Valeri Tatarintsevin (hazırda Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü – ред.) danışdığı süjet qalıb.
Çox az adam bilir ki, Arif Heydərovun anası avtomobil qəzasında ölüb. Taksi sürücüsü böyük sürətlə idarə etdiyi maşınla yaşlı qadını vurub. Təqsirkar sürücüdür, – ekspertlər birmənalı belə qərar çıxardı və nazirə məlumat verdilər.
– Uşaqları varmı? – nazir soruşdu.
– Üç uşağı var. Kiçik qızı 1 yaşdadır.
Nazir susqun halda bir müddət fikirləşdi, sonra düşüncəli halda dedi:
– Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?
Bu – mühüm addımdır. Mənəvi. Belə bir adamla oxucu qarşılaşıbmı?
Leonid İliç isə Bakıya axır ki, gəldi. Hərçənd deyirdilər ki, Bakıdakı qanlı hadisədən sonra səfər mütləq təxirə salınacaq.
Modern.az
Azrbaycanın daxili işlr nazirlri
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vilayət Süleyman oğlu Eyvazovun Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
V.Eyvazov bundan əvvəl Daxili İşlər nazirinin birinci müavini vəzifəsini icra edib.
Qaynarinfo Azərbaycanın yeni Daxili İşlər naziri barədə bəzi məlumatları təqdim edir:
Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.