Uşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir – Pakistanlı ekspert
Qarabağdakı separatçı ermənilərin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda sülh danışıqlarının perspektivinə ciddi təsir edə biləcək açıqlamalar verib.
Xankəndidə Azərbaycanla inteqrasiyada maraqlı olan qüvvə var – Arayikdən etiraf
Qarabağdakı separatçı ermənilərin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda sülh danışıqlarının perspektivinə ciddi təsir edə biləcək açıqlamalar verib.
Əvvəlcə Azərbaycanın danışıqların öz şərtləri daxilində davam etdrilməsi üçün qətiyyətli olması xatırladılıb: “Əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq”. Qeyd edilib ki, Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.
Şərtləri qəbul etməyəcəklərini deyən A. Arutyunyan bundan sonra gözlənilmədən Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib: “Cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb yeni hökumət təşkil etsinlər”.
Qondarma rejimin başçısının sözləri Qarabağda Azərbaycanın şərtlərini qəbul etmək istəyən qüvvələrin olması haqda ilk və ciddi etirafdır. Həm də deyildiyi kimi, söhbət sıravi vətəndaşlardan deyil, hökumət (yerli idarəetmə) yaratmağa qabil ola biləcək siyasi qüvvədən gedir.
Üstəlik, ilk dəfədir ki, onlardan xainlər kimi deyil, vətəndaş hüquqları çərçivəsində siyasi mübarizə aparmaq haqqı olan tərəf kimi bəhs olunur.
Şuşa Bəyannaməsi daha geniş regional inteqrasiyaya xidmət edir – Pakistanlı ekspert
Milli.Az bildirir ki, bunu Trend-ə pakistanlı ekspert Xalid Taymur Əkrəm deyib.
O, bu nəhəng əməkdaşlıq təşəbbüsünü qiymətləndirdiyini bildirib:
“Bu, digər ölkələrin əməkdaşlığı üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya xidmət edir”.
Ekspertin sözlərinə görə, Şuşa Bəyannaməsini nəzərdən keçirərkən aydın olur ki, bu sənəd ərazi bütövlüyü, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək siyasəti və qarşılıqlı hörmət prinsiplərini əhatə edir:
“Bu aspektlər ümumi məqsədlərə nail olmaq üçün siyasi və diplomatik münasibətlərin möhkəmlənməsi üçün vacibdir. Bu sənəd hərbi təhlükəsizlik tələblərinin və potensialının restrukturizasiyası və modernləşdirilməsi üzrə səylərin fəallaşdırılmasına yönəlib”
Pakistanlı ekspert bildirib ki, Türkiyə Azərbaycanın müttəfiqi olmaqla onu hər şəkildə dəstəkləyir: “Türkiyənin İkinci Qarabağ müharibəsi dövründə siyasi dəstəyi xüsusi tərifə layiqdir. Pakistan da Azərbaycan və Türkiyənin müttəfiqidir və onlara istənilən milli və beynəlxalq platformada dəstək göstərir”.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.