AZƏrbaycan coğrafiyasi” kursunun predmet və VƏZİFƏLƏRİ
Yenicag.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib: “Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi. Ancaq Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Pirallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımlarının ödənişi isə ayın 28-i tarixində təmin ediləcək”. B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür.
Azrbaycanın sosial coğrafiyası
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT AÇIQLANDI
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 07, 2020 – 20:32
!Reklam – Yazi
Xüsusi karantin rejimi ilə əlaqədar əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımların ödənişlərin verilmə qrafikində dəyişiklik edilib.
Yenicag.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib: “Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi. Ancaq Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Pirallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımlarının ödənişi isə ayın 28-i tarixində təmin ediləcək”. B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
“AZƏrbaycan coğrafiyasi” kursunun predmet və VƏZİFƏLƏRİ
Fiziki coğrafiya respublıkamızın relyefi, geoloji inkişaf tarixi, iqlımı, çayları, gölləri, yeraltı suları, torpaq-bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftları haqqında zəruri məlumat verir. Doğma diyarımızın ayrı-ayrı təbii coğrafi sahələrini dərindən öyrənməyə, ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə aid məlumatlara yiyənləməyə kömək edir.
İqtisadi və sosial coğrafiya respublıkamızda, onun ayrı-ayrı rayonlarında təbii şəraiti və ehtiyatları təsərrüfat baxımından qiymətləndirir, əhalinin məskunlaşmasını, yaşamaq, işləmək, dincəlmək imkanlarını, təsərrüfat sahələr üzrə və bütövlükdə inkişafı, yerləşdirilməsi və gələcəkdə təkmilləşdirilməsi perspektivlərini öyrənir.
Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyası bir elm sahəsi və məktəb kursu kimi XX əsrin əvvələrində meydana gəlmişdir. İlk dəfə Azərbaycan Respublıkasının əhalisi və təsərrüfatı haqqında M.H.Vəliyev (Baharlı) “Azərbaycan” (Bakı, 1921) adlı əsərində geniş məlumat vermişdir.
Respublıkamızda iqtisadi və sosial coğrafiyanın bir elm sahəsi və məktəb kursu kimi inkişafı, bu sahədə genişmiqyaslı tədqiqat işləri aparmış, qiymətli elmi əsərlər, dərsliklər yazmış professor H.B.Əliyevin və professor Ə.M.Hacızadənin adı ilə bağlıdır.
Azərbaycan Respublıkasının təbii ehtiyatlarının təsərrüfat baxımından qiymətləndirilməsində, onun əhalisinin, sənayesinin, kənd təsərrüfatının, ayrı-ayrı rayon və şəhərlərinin öyrənilməsində Respublıka Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun, Bakı Dövlət Universiteti və Azərbaycan Dövət Pedaqoji Universitetinin iqtisadi və sosial coğrafiya kafedraları əməkdaşlarının rolu böyükdür.
Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyası təsərrüfatı əhali və əhali və ətraf mühitlə qarşılıqlı əlaqə şəraitində öyrənir, onun ərazi təşkili prinsiplərini elmi cəhətdən əsaslandırır.
İqtisadi və sosial coğrafiya elmi fiziki coğrafiya, tarix, statistika, iqtisad, demoqrafiya və s. elmlər ilə əlaqədardır. Buna görə iqtisadi və sosial coğrafiya üzrə aparılan tədqiqat işlərində həmin elmlərin əldə etdiyi nəticələrdən də istifadə edilir.
Vətənimizin iqtisadi və sosial coğrafiyasının öyrənilməsi təsərrüfatın inkişafı vı yerləşdirilməsi, əhalinin həyatının yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini başa düşməkdə, onların konkret həlli yollarını bilməkdə, peşə və ixtisas seçməkdə, respublıkanın ictimai həyatında fəal iştirak etməkdə sizə kömək edəcəkdir. Azərbaycan Respublıkasının iqtisadi və sosial coğrafiyasını öyrənən zaman, coğrafiyaya aid lüğətlər və məlumat kitablarından, müxtəlif xəritələr və atlaslardan iştirak etmək vacibdir.
Fiziki coğrafiya elminin vəzifərləri və sahələri. Fiziki coğrafiya elmi respublıkamızın təbii şəraitini, təbii ehtiyatlarını hərtərəfli öyrənməklə yanaşı, müxtəlif təsərrüfat sahələrinin düzgün yerləşdirilməsində onun tədqiqatlarının nəticələrindən geniş istfadə edilir. Azərbaycan ərazisində təsərrüfat sahələrinin təbii zonalar üzrə yerləşdirilməsi fiziki-coğrafi xüsusiyyətlərə əsaslanır. Yüksəklik qurşaqlarının relyef xüsusiyyətləri, iqlim və hidroloji şəraiti, torpaq, bitki örtüyü dərindən təhlil edilmədən istifadə edilmir.
Coğrafi elmi təbii ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi üçün elmi cəhətdən əsaslanmış tövsiyələr hazırlayır. Hazırda su anbarlarının, suvarma kanallarının, dəmiryol magistrallarının layihələşdirilməsində coğrafi tədqiqatlardan geniş istifadə olunur.
Təbiətin mühafizəsində, mümkün ekoliji problemlərin həll edilməsində fiziki coğrafiya elmi yaxından iştirak edir. Coğrafi tədqiqiatlar əsasında ekoloji cəhətdən gərgin rayonlar müəyyənləşdirilir. İnsanların təsərrüfat fəaliyyətinin acınacaqlı nəticələri aşkar olunur.
Eroziya nəticəsində yuyulmuş dağ yamacları, Abşeron yarımadasının neft tullantıları ilə yararsız hala düşmüş torpaqları, çirklənmiş sututarlar buna misal ola bilər.
Fiziki coğrafiyanın ən mühüm problemlərindən biri də coğrafi proqnozların hazırlanmasıdır. İnsanların geoloji amilə çevrildiyi müasir dövrdə coğrafiyanın əsas vəzifəsi-coğrafi proqnozdur.
Azərbaycan çox zəngin təbiətə malikdir. Onun hər bir təbii komponentini fiziki coğrafiyanın müvafiq sahəsi öyrənir. İqlimşünaslıq – respublıkamızın iqliminin müxtəlifliyini, iqlim ehtiyatlarını, ondan istifadə edilməsini, Geomorfologiya – relyefi, Hidrologiya – çayları, gölləri və sututarları, onlardan səmərəli istifadə edilməsi yollarını araşdırır. Torpaq coğrafiyası – torpaqların coğrafi yayılma qanunlarını, onların məhsuıdarlığını, düzgün istifadə edilməsini, mühafizəsini tədqiq edir. Biocoğrafiya – fauna və floranın coğrafi yayılma xüsusiyyətlərini öyrənir. Xəritəşünaslıq (kartoqrafiya) – müxtəlif xəritələrin tərtibi ilə məşğul olur. Toponimika – coğrafi adların mənşəyini öyrənir.
Qeyd edilən elm sahələri bir-biri sıx əlaqədardır. Onların hamısının tədqiqat obyekti coğrafi təbəqədir.
Azərbaycanda coğrafiya elminin inkişafı. Qədim Azərbaycanın təbiəti, sərvətləri, xalqları, ümumiyyətlə, coğrafiyası haqqında Herodotun, Strabonun, Plininin, Plutarxın, Ptolomeyin əsərlərində geniş məlumatlar vardır. XIV əsrin axırı – XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürrəşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.
Hacı Zeynalabdin Şirvani (1780-1837) ömrünün 40 ilini səyahətdə keçirmişdir. Yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin coğrafiyası, etnoqrafiyası, görkəmli şəxsləri, abidələri haqqında qiymətli məlumatlar vermişdir. Onun coğrafi adların mənşəyi haqqında çoxlu mülahizələri vardır.
Abbasqulu ağa Bakıxanov (1794-1846) coğrafiya sahəsində də xidmətləri vardır. O, səyahət etdiyi ölkələrin geniş coğrafi ölkələrin geniş coğrafi təsvirini vermiş, “Qəribə kəşflər” əsərini Amerika qitəsinin kəşf olunmasına – ümumiyyətlə, Amerikanın coğrafi təsvirinə həsr etmişdir.
İsmayıl Qutqaşınlı (1806-1861). Məkkə səfərini əks etdirən “Səfərnamə” adlı əsəri coğrafiya baxımdan qiymətlidir.
Görkəmli maarifçi, təbiətşünas alım Həsənbəy Zərdabinin (1842-1907) Azərbaycanda coğrafi fikrin inkişaf etdirilməsində böyük rolu olmuşdur.
Qafur Rəşad Mirzəzadə (1884-1943) Azərbaycanın görkəmli coğrafiyaçıdır. O, Azərbaycanda coğrafiya tədrisi metodikasının əsasını qoymuş, Azərbaycanda ilk dəfə Azərbaycan dilində coğrafiya dərsliyi yazmışdır. Onun “Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”, “Azərbaycan coğrafiyası”, “Coğrafiya terminləri lüğəti”, “Ümumi fiziki coğrafiya” adlı əsərləri respublıkamızda coğrafiya elminin inkişafı üçün qiymətli töhfələrdir.
Məhəmmədhəsən Baharlı (1896-1943) Azərbaycanda coğrafiya elminin inkişafında misilsiz rol oynamışdır. M. Baharlının Azərbaycan coğrafiyasına gətirdiyi ən böyük töhfə “Azərbaycan” kitabıdır. Bu kitab 1921-ci ildə Azərbaycan və rus dillərində çap olunmuşdur.
Respublıkamızda coğrafiya məktəbi olmadığı üçün kadrlar Rusiyanın müxtəlif şəhərlərində yetişdirilir. Azərbaycanda Respublıkası Elmlər Akademiyasının Coğrafiya İnstitutu yarandıqdan sonra respublıkamızda coğrafiya elmi sürətlə inkişaf etmişdir.
AZƏRBAYCAN RESPUBLIKASININ COĞRAFİ MÖVQEYİ
- Azərbaycan Respublıkasının coğrafi mövqeyi sahəsi, onunla həmsərhəd dövlətlər.
- Azərbaycan Demokratik Respublikasının yaranması.
Azərbaycan bütövlükdə şimal və həmçinin şərq yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir.
Azərbaycan torpağı Böyük Qafqazın cənub-şərq hissəsini, Kiçik Qafqazın şərq hissəsini, onların arasında yerləşən geniş Kür-Araz ovalığını, cənubda Talış, Savalan, Qaradağ, Bozquş silsilələrini, bütövlükdə İran yaylasının şimal-qərb hissəsini əhatə edir.
1918-ci il may ayının 28-də Şimali Azərbaycan ərazisində Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Onun ərazisi 114 min km 2 -ə yaxın, sərhədlərinin uzunluğu isə 3504 km-dən çox idi. Sovet hakimiyyəti illərində 28 min km 2 – ə yaxın ərazi Azərbaycandan alınaraq qonşu respublıkalara verildi.
1991-ci il oktyabr ayının 18-də Şimali Azərbaycan ərazisində 71 ildən sonra yenidən müstəqil Azərbaycan Respublıkası bərqərar oldu.
Hazırda Azərbaycan Respublıkasının sahəsi 86,6 min km 2 –dir. Respublıkanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır və 38 0 25 – 41 0 55 şimal enlikləri ilə 44 0 46 – 50 0 23 şərq uzunluqları arasında yerləşir.
Azərbaycan Respublıkasının ucqar şımal nöqtəsi Quton dağında, ucqar cənub nöqtəsi Astaraçayda, ucqar qərb nöqtəsi Naxçıvanda Sədərək, Ağstafa rayonu ərazisində Candargöl yaxınlığında, ucqar şərq nöqtəsi Abşeron yarımadasının şərqində Şah dilində, adalarda isə Neft Daşlarında yerləşir.
Azərbaycan Respublıkası 5 ölkə ilə həmsərhəddir. Onun sərhədlərinin ümumi uzunluğu 3472 km-dir. Respublıkamız şimalda Rusiya (Dağıstan), şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, cənub-qərbdə Terkiyə və şərqdə Xəzər dənizi ilə həmsərhəddir.
Şimaldan sərhədlərimiz Samur çayının yatağından başlayaraq Sudur silsiləsi ilə Bazardüzünə, sonra isə Baş suayrıcı silsilə üzrə qərbə doğru uzanır. Rusiya (Dağıstan) ilə sərhədlərimizin uzunluğu 391 km, Gürcüstan ilə sərhədlərimizin uzunluğu 471 km-dir. Gürcüstan ilə sərhədlərimiz Qanıx, Mazımçay, Qabırrı çaylarından, Ceyrançöldən keçir.
Murğuz, Şahdağ, Şərqi Göyçə (Sevan) dağlarının suayrıcıları Ermənistanla Azərbaycan arasında sərhəd təşkil edir. Ermənistan ərazisi Azərbaycanı onun tərkiib hissəsi olan Naxçıvan MR-dən ayırır. Naxçıvanla Ermənistanın sərhədi Zəngəzur və Dərələyəz dağlarından keçir.
Azərbaycanın Ermənistanla sərhədlərinin uzunluğu 1007 km-dir.
Cənubda təbii sərhədlərimiz İranla (Cənubi Azərbaycanla) Araz çayı, Bulqarçay, Talış dağları və Astaraçaydan keçir. İranla olan sərhədlərimizin uzunluğu 765 km-dir.
Azərbaycan Respublıkasının Türkiyə ilə 13 km-lik məsafədə həmsərhəd olmasının çox böyük iqtisadi, siyasi və strateji əhəmiyyəti vardır.
Şərqdən respublıkamız Xəzər dənizi ilə əhatə olunur. Samur çayından Astaraçaya qədər respublıkamızın sahil xəttinin uzunluğu 825 km-dir.
Xəzər dənizinin Samur və Astara çaylarının mənsəbindən keçən en dairələri arasında yerləşən hissəsinin orta xəttindən qərbdə qalan hissəsi Azərbaycan Respublıkasına aiddir.
Xəzər dənizindəki Pirallahı, Cilov, Böyük Zirə, Xərə Zirə, Qarasu, Səngi Muğan, Neft Daşları və s. adalar da Azərbaycan ərazisinə daxildir. Xəzər dənizi səviyyəsinin qalxması ilə əlaqədar olaraq Sarı və Kür dili yarımadaları adalara çevrilmişdir.
Respublıkamızın paytaxtı Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin təbii körfəzlərindən biri olan Bakı buxtasının sahılındı yerləşir. Bakı beynəlxalq əhəmiyyətli liman şəhəridir. Buradan Atlantlk və Şimal Buzlu əkeanlarına gəmi nəqliyyatı ilə çıxmaq mümkündür. Xəzərin günəşli sahilləri və qumlu çimərlikıləri kuror-turizm və istirahət zonası kimi böyük əhəmiyyətə malikdir.
Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-i isə mülayimdir. Qışın qısa, mülayim keçməsi yanacağa və isti qış paltarına çəkilən xərcləri azaltmağa imkan verir. Günəş enerjisinin bolluğu çox istilik sevən qiymətli bitkilər becərməyə, torpaqdan ildə iki dəfə məhsul götürməyə imkan verir. Laikn buxarlanmanın yüksək olmasına görə əkinçilikdə süni suvarma tətbiq olunur. Respublıkamızın çox hissəsinin quraq zonada yerləşməsi su ehtiyatlarının azlığına və su təchizatının baha başa gəlməsinə səbəb olur.
Son illərdə İran və Türkiyə ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri möhkəmlənir.
Gələcəkdə İran, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.
Respublıkamızın Rusiya və onun tərkibindəki Dağıstan Respublıkası ilə şimal sərhədlərinin, ancaq Şollar düzündən keçən hissəsi müasir nəqliyyat əlaqələrinə imkan verir.
İran İslam Respublıkası
Comments are closed, but trackbacks and pingbacks are open.