Press "Enter" to skip to content

Azərbaycan arqo deyimləri

Arvadının a.ından su içir
-arvad sözüylə oturub durur

Rasim Qaraca

Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist.

Rasim Qaraca
Doğum tarixi 18 fevral 1960 (63 yaş)
Doğum yeri Şirvan, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ →
Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi
İxtisası jurnalist
Fəaliyyəti jurnalist
Əsərlərinin dili azərbaycanca

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 Filmoqrafiya
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı – şeir, hekayə və romanları nəşr olunub. İstər əsərlərində, istərsə ədəbiyyat və yazıçı münasibətlərində Sovet dövründən qalma ənənələrə qarşıdır. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edir, ədəbi eksperimentləri ilə tanınır.

  1. Ölüm haqqında günəş (şeirlər). Bakı: 2002, 2015 (2009 Tehran)
  2. R hərfi olmayan aylar (şeirlər). Bakı: 2006
  3. Əyri evin qadını (hekayələr). Bakı: 2010
  4. Siz ey ordakılar (şeirlər). Bakı: 2011
  5. Gemiler Balıkların Bulutları (şeirlər). 2012 Ankara
  6. 11 gecə (roman) – 2014
  7. Azərbaycan Arqo Deyimləri – 2015
  8. Alatoranda yazılanlar – 2017
  9. Zürafəsiz dünya (şeirlər) – 2018
  10. Zülmətdə alatoran (avtobioqrafik roman) 2019
  11. Mənim həyatımı yaz (hekayələr) 2020

Filmoqrafiya Redaktə

Xarici keçidlər Redaktə

  • Rasim Qaraca ilə balaca bir dil söhbətiArxivləşdirilib 2014-05-16 at the Wayback Machine
  • Sərvər Şirinin Rasim Qaraca ilə müsahibəsi: “AYO murdarlıqları üzərindən atmalı olub”Arxivləşdirilib 2016-02-02 at the Wayback Machine

Arqo deyimlər-1

Arvad salan yolun axırı yarğana çıxar
-qadının göstərdiyi yol uçuruma aparar, uğursuzluqla nəticələnər (yarğan deyərkən məcazi anlamda qadının cinsi orqanı nəzərdə tutulur -deyimin başqa bir izahı: qadın öz mənafeyinə görə iş tutar, tutduğu işin motivində cinsəllik durar)

Ayranı yox içməyə, atla gedir sıçmağa
-özünü olduğundan üstün göstərmək istəyən ədabaz insanlar haqqında

Ayağı götvərən qəbrinə girmək
-bərk ilişmək, işə düşmək, öldükdən sonra da yamanlıq edəcək iki qat pis insana rast gəlmək

Allah başından tük, götündən s.k əksik eləməsin
-qabaca bir zarafat, xeyir-duanın mizah şəkli

Adın nədir? — Mülayim. — Sərt olub s.kimi yeməyəcəksən ki.
-bir işin xoşluqla görülməsinə çağırış

Anamı bacımı s.kmişəm, gözümü sənə dikmişəm
-adətən bu sözü kişi öz arvadına deyər, hamıyla sənin üzündən ləc düşmüşəm anlamında

Azıb-çezmə
-nadinclik etmə anlamında, ana öz uşağına deyər

A.cıq əskisi
-arvad sözüylə oturub-duran, çox ləyaqətsiz adama deyilər

Aftafa görməyən göt xoruldayar
-sonradan tapmaq

Atgötü
— itburnu çiçəyinin loru dildə adı

Ağıllı uşaq poxundan bəlli olar

Asqırıb irəli düşmək istəyirdi, osturub geri düşdü

Aşağı, aşağı, it daşşağından da aşağı
-çox alçaldılan, aşağılanan insanın dilindən

Az yeyir arıqlayır, çox yeyir tırıqlayır

Ağ götlə qara göt məlum olacaq
-sirrin üstü aşılacaq, kimin kim olduğu üzə çıxacaq

Arvadının a.ından su içir
-arvad sözüylə oturub durur

Arıq-tırıq
-çox zəif, sısqa adam haqqında

  • Arqo deyimlər-1
  • Arqo deyimlər-2
  • Arqo deyimlər-3
  • Arqo deyimlər-4
  • Arqo deyimlər-5
  • Arqo deyimlər-6
  • Arqo deyimlər-7
  • Arqo deyimlər-8
  • Arqo deyimlər-9
  • Arqo deyimlər-10
  • Arqo deyimlər-11
  • Arqo deyimlər-12
  • Arqo deyimlər-13
  • Arqo deyimlər-14
  • Arqo deyimlər-15

Comments are closed, but trackbacks and pingbacks are open.