Azərbaycan dilinin orfoqrafiya qaydaları
Ünvan: Bakı ş., Mətbuat pr., 529,
Azərbaycan dili qaydalar
Beynəlxalq elmi jurnal
İmpakt Faktor: 2.255
___________________________________________________
Jurnal elmin hər bir sahəsini əhatə edir
Məqalə çapı ödənişlidir.
Məqalə Azərbaycan və ingilis dillərində qəbul olunur.
Jurnalda çap olunan hər bir məqaləyə DOİ təyin olunur DOI: 10.36719
Jurnal “AZƏRBAYCAN ELM MƏRKƏZİ”nin https://aem.az saytında
və “CROSSREF” təşkilatının https://search.crossref.org bazasında yayımlanır.
Hər bir müəllifə «CROSSREF» təşkilatı tərəfindən
BEYNƏLXALQ SERTİFİKAT verilir.
Məqalə çapına dair tələblər
- Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
- Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
- Müəllif: Məqalədə müəllifin adı və soyadı /məs.: Əli Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir. Sadalanan məlumatlar, həmçinin i ngilis dilində yazılan Xülasənin əvvəlində ingilis dilində də verilməlidir.
- Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır.
- Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Nəticə
- Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
- Ədəbiyyat siyahısı: Ədəbiyyat siyahısı istinad ardıcılığı ilə verilməli, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin nəşr ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
- Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm, 214 s.
- İstinadlar məqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
- İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
- Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir. Nümunə: (DTS, 1969: 56)
- Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.
_______________________________________________________________
Ünvan: Bakı ş., Mətbuat pr., 529,
«Azərbaycan» Nəşriyyatı, 6-cı mərtəbə.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
- Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.
Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
- Rus dilində tərkibində h olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
- Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
- Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
- Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.
Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı
- Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.
- Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.
Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
- İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.
Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Şəkilçilərin yazılışı
- Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
- Bir cür yazılan şəkilçilər:
- -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
- -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
- İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
- Dörd cür yazılan şəkilçilər:
- -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
- sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
- fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
- -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
- -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
- -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
- -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
- -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.
Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
- Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Mürəkkəb sözlərin yazılışı
- Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
- Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
- qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
- tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
- izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
- tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.
Köməkçi sözlərin yazılışı
- İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.
- Qoşmalar iki cür yazılır:
- birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
- ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
- Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
- İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
- Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana? Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
- Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
- Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Birinci hərfi böyük yazılan sözlər:
- Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.
- Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.
- Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası.
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
- Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
- Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi .
- Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları.
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.
- Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.
İxtisarlar (abreviaturlar)
- İxtisarlar üç cür yazılır:
- tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
- yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət İnformasiya Agentliyi)..;
- sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)
- İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin
Sözün sətirdən sətrə keçirilməsi
- Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər
Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li.
Qanunlar
Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 24 iyul 1958-ci il tarixli qərarı.
Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 6 aprel 1959-cu il tarixli qərarı.
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanı.
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 26 may 2004-cü il tarixli Fərmanı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”.
Comments are closed, but trackbacks and pingbacks are open.