Press "Enter" to skip to content

AZƏRBAYCAN DİLİ

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

Azərbaycan dilinin tarixi

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Сравнительный словарь турецко-татарских языков”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və “Həyat” kimi bir çox jurnalların, qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə — Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 21-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası, həqiqətən, Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll etdi.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii ki, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra bu sahədə müəyyən əlaqələr qurulmağa başlanılmışdır.

İraq azərbaycanlılarının Azərbaycandan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlılarının ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxa sıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma’ – ‘alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, feil) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), feilin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.

Feilin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonda, təyin təyin etdiyi sözdən əvvəl gəlir. Azərbaycan dilində söz yaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

AZƏRBAYCAN DİLİ

Azərbaycan dili Azərbaycan Respublikasında,Cənubi Azərbaycanda,eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir.Dilimiz tarixən
türk dili,türki,türkcə adı ilə tanınmış,indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir.Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə danışır.Azərbaycan dili müstəqil respublikamızın dilidir.
Azərbaycan dili azərbaycanlıların ana dilidir.Respublikamızın qədim sakinlərdindən olan azsaylı xalqlar da ( ləzgilər,tatlar,talışlar,avarlar,kürdlər, və s.) Azərbaycan dilindən unsiyyət vasitəsi kimi istifadə edirlər.
Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir. XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar
1918 -ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921 -ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR -də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921 -ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924 -cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.

1936 -cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937 -ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936 -cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir.

1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adında,türk dili adlandırıldı.2001-ci il iyunun 18-də Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verildi.2003-cü ilin yanvarın 2-də Azərbaycan Respublikasının dövlət dili haqqında qanun qəbul edildi.Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir

История азербайджанского языка

Balayev Xaqan. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən: XVI-XX əsrlər

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Bakı: Elm və Həyat, 2002. — 199 s. — ISBN: 9952801602 Из истории становления aзербайджанского языка как государственного (XVI-XX вв.). From the history of formation of Azerbaijani as an official language (XVI – XX centuries). Kitabda Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapıb bərqərar olması tarixi, əsasən XX əsr dövrü ilk dəfə tədqiq olunmuşdur. Səfəvilər dövrünə aid.

  • №1
  • 2,26 МБ
  • добавлен 27.01.2017 23:27
  • описание отредактировано 29.08.2021 00:25

Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hisse

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Universitetlərin filoloji fakültələri üçün dərslik. — Bakı: Elm, 2012. — 476 s. — ISBN: 9789952453430 Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.

  • №2
  • 4,20 МБ
  • добавлен 17.01.2017 23:35
  • описание отредактировано 29.08.2021 00:25

Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. II hisse

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Universitetlərin filoloji fakültələri üçün dərslik. — Bakı: Elm, 2012. — 410 s. — ISBN: 9789952453430 Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.

  • №3
  • 5,48 МБ
  • добавлен 14.12.2016 21:16
  • описание отредактировано 29.08.2021 00:25

Qəribli Aysel. Azərbaycan dili anlayışının tarixi

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Bakı: Elm və təhsil, 2017. — 152 səh. — ISBN: 9789952817612. Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin bu kitabında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb.

  • №4
  • 237,03 КБ
  • добавлен 09.02.2018 20:18
  • описание отредактировано 29.08.2021 00:25

Tağısoy Nizami. Etnos və epos: keçmişdən bugünə

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Bakı: Mütərcim, 2010. – 372 səh. Nizami Tağısoyun oxuculara təqdim etdiyi bu kitabda qədim Şərq etnoslarının (hettlər, hindlilər, xəzərlər və b.) tarixi, mifləri və əfsanələrindən tutmuş türk xalqlarının epik abidələri, şifahi söz sənəti, dini baxışları, ritual sistemi, mərasimləri, adət və ənənələri, etnik-milli düşüncə tərzi, etnos vədil problemləri, çağdaş türk xalqları.

  • №5
  • 2,87 МБ
  • добавлен 30.08.2013 23:13
  • описание отредактировано 29.08.2021 00:25

Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixi

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Ali məktəblər üçün dərslik. — Bakı: Elm və təhsil, 2012. — 686 səh. — Seçilmiş əsərləri, I cild. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur. Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII əsrə.

  • №6
  • 1,57 МБ
  • добавлен 15.01.2017 21:35
  • описание отредактировано 29.08.2021 00:25

Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixindən seminar məşğələləri

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Ali məktəblər üçün dərs vəsaiti. — Bakı: Elm və təhsil, 2014, II nəşr. — 132 səh. — ISBN: 9789952817621 Ali məktəblərin filologiya fakültəsinin tələbələri Azərbaycan ədəbi dilinin tarixinə dair mühazirə formasında elmi məlumat alır, seminar məşğələlərində dil faktları üzərində müstəqil təhlil və müşahidələr aparırlar. Vəsaitdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən.

  • №7
  • 539,22 КБ
  • добавлен 15.01.2017 22:00
  • описание отредактировано 29.08.2021 00:25

Zeynal Sərdar. Azərbaycan dili morfologiyasının tədqiqi tarixi (XX əsr)

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Dərslik. — Bakı: Elm və təhsil, 2011. — 204 səh. Monoqrafiyada Azərbaycan dilinin morfologiyasına aid anlayışların 82 illik tarixi yolu ardıcıllıqla nəzərdən keçirilmiş, bu müddət ərzində morfoloji anlayışlarla bağlı irəli sürülmüş fikirlər təqdir edilmiş, günümüzlə səsləşməyənlərə isə bugünkü tələblər baxımından münasibət bildirilmişdir.

  • №8
  • 1,59 МБ
  • добавлен 17.01.2017 22:53
  • описание отредактировано 29.08.2021 00:25

Çobanzada B. Turq dili (birinci kyrs)

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Baqь: Azərnəşr, 1929. — 219 səh. Turq dili kyrsyndən məksədimiz, өz başьna çalьşacak olan okycyja bir tərəfdən turq dilinin tabe’ oldygy başlьca kanyn və kajdalar hakkьnda mə’lymat verməq, diƣər tərəfdən by kajda və kanynlarь өjrənərəq, əldə edərəq, turqcə dogry okyjyb jazmasьnь, tə’min etməqdir. By syrətlə okycy həm dil uzvijjətini, dilin — bizim kyrsymyzda turq.

  • №9
  • 5,58 МБ
  • добавлен 13.06.2014 23:10
  • описание отредактировано 29.08.2021 00:25

Şimşir Bilal N. (yaz.) Azerbaycan’da Türk alfabesi tarihçe

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Ankara: TDK, 1991. — 31 [12] s. — ISBN: 9751603447. Azerbaycan’ın Sovyet Sosyalist Cumhuriyetler Birliği’ne katılmasıyla Latin esasına dayanan alfabe 1922 yılından itibaren Arap alfabesi ile birlikte kullanılmaya başlanmıştır. Azerbaycan’ın Latin Alfabesini uygulamaya başlaması Türkiye’nin alfabe değişikliğine örnek teşkiletmiştir. 1926 I. Bakü Türkoloji Kongresi’nde alınan.

  • №10
  • 14,00 МБ
  • добавлен 19.07.2020 17:28
  • описание отредактировано 29.08.2021 00:25

Əlibəyzadə E. Azərbaycan dilinin tarixi. Birinci cild

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2007. — 660 s. — ISBN: 5-7220-0432-4 Əsərdə xalqımızın doğuluşu, soy kökü, miladdan öncəki dövrlərdə və miladi tarixdə ictimai-siyasi mövqeyi, dilinin təşəkkülü, inkişaf yolları və s. ilk qaynaqlar əsasında araşdırılır, həm türk xalqları ilə ortaq, həm də bilavasitə öz qədim tarixi öyrənilir, elmi, ədəbi abidələrin, klassik sənətkarlarımızın.

  • №11
  • 52,63 МБ
  • добавлен 09.02.2018 09:42
  • описание отредактировано 29.08.2021 00:25

Аббасзаде Аббас (сост.) Биринджи китаб. Татарская азбука

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Баку: Типо.-лит. Каспий, 1914. — 52 с. Составил учитель татарского языка Елисаветпольской городской школы. Видный деятель просвещения и культуры своего периода, известный учитель и просветитель Мирзе Аббас Аббасзаде провозглашение независимости Азербайджана, распространившийся по всему свету, услышал в селе Азгур Ахалцихского уезда Грузии. Тогда, летом 1917-года один из создателей.

  • №12
  • 25,81 МБ
  • добавлен 25.02.2018 23:58
  • описание отредактировано 29.08.2021 00:25

Ганиев С.-М. Грамматика тюркского языка кавказско-азербайджанского наречия

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Баку, Издание Азполиграфтреста, 1922, изд-ие 6-е, исправленное и дополненное. Для составления себе понятия о характерной особенности тюркского языка достаточно предварительно принять к сведению, что тюркская грамматика имеет пять основных и восемнадцать производных залогов с тринадцатью временами. Кроме того, тюркский язык интересен своими разнообразными глагольными формами и.

  • №13
  • 1,64 МБ
  • добавлен 07.11.2013 23:04
  • описание отредактировано 29.08.2021 00:25

Махмудбеков М. (сост.) Новая татарская азбука

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Баку: Паровая Типо-лит. А.М. Промышлинского, 1907. — 20 с. Jени әлифба китабчасы. Түрк дилинин әлифбасы. Большой опыт преподавания в начальных школах, а затем руководство на протяжении 20 лет, с 1898 про 1918 год, 4-й русско-татарской школой в Баку, дали огромный материал для его научно-педагогических, исследовательских, публицистических работ. Наряду с учебниками для новой.

  • №14
  • 3,65 МБ
  • добавлен 26.02.2018 00:10
  • описание отредактировано 29.08.2021 00:25

Новейший самоучитель татарского языка

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Или руководство научиться без помощи учителя читать, писать и говорить по-татарски. Издание Д.А. Казарова. — Тифлис: тип-я Т.М. Ротиниaнца, 1910. — 64 с. С объяснением произношения букв, образцами для упражнения в чтении и в разговоре, крат. грамматикой, слов. употребительнейших в общежитии слов и обществ. разговорами. Несмотря на то, что книга называется “самоучитель татарского.

  • №15
  • 11,07 МБ
  • добавлен 17.01.2017 02:43
  • описание отредактировано 29.08.2021 00:25

Черняевский А.О. (сост.) Родная речь. Часть 1

  • Раздел: Азербайджанский язык → История азербайджанского языка

Тифлис: Литогр. К.И. Месхиева, 1901. — 68 с. Вәтән дили . Татарская азбука азербайджанского наречия, составленная по звуковому способу. Первые уроки чтения, образцы рисования и прописи по генетическому методу. В 1882 году в Закавказской Учительской Семинарии создается татарское (азербайджанское) отделение. Алексей Осипович Черняевский назначается его первым инспектором. Ему же и.

  • №16
  • 14,92 МБ
  • добавлен 26.02.2018 00:33
  • описание отредактировано 29.08.2021 00:25

Похожие статьи

  • Azərbaycan dili tarixi

    Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…

  • Azerbaycan dilinin tarixi

    История азербайджанского языка Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış,…

  • Azerbaycan dilinin qurulusu ve tarixi

    AZƏRBAYCAN DİLİ 1936 -cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937…

  • Azerbaycan edebi dilinin tarixi

    Azerbaycan edebi dilinin tarixi Fars dilinde yazmış ünlü Azerbaycan şair ve düşünürleri – Nasiruddin Tusi (1201-1274), Marağalı Övhedi (1274-1338), Arif…

  • Azerbaycan dilinin tarixi qrammatikasi

    Azərbaycan dilinin ilk elmi qrammatikası Azərbaycan dünya mədəniyyəti xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi,…

Comments are closed, but trackbacks and pingbacks are open.