Müəllim üçün metodik vəsait Azərbaycan dili
8 13 Fevral
8-ci sinif “Azərbaycan dili” dərsliyi tələblərə cavab vermir
Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.
Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Müəllim üçün metodik vəsait “Azərbaycan dili”
Müəllimlər üçün metodik vəsait satılır. Azərbaycan dili fənni üzrə. Bakıda montində yerləşir.
300 müxtəlif elanlarım var. Baxmaq üçün nömrə altında “İstifadəçinin bütün elanları” klikləyin. Həmçinin Wats Up var yaza bilərsiz.
Bakı 28 İyun 2018 7363 dəfə Mənbə: tap.az
T
Tariyel
Məhsul satılmışdır
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
Azərbaycan dili hazırlığı
50 3 Mart
Clopos Restoran Sistemi
Clopos Reklam
Azərbaycan dili və İnglis dili 10 cu sinif testi
8 13 Fevral
Azərbaycan dili və ədəbiyyat müəlliməsi
30 6 Fevral
Azərbaycan dili kursu
60 6 Fevral
Azərbaycan dili hazırlığı kursu
45 22 Yanvar
Sizin üçün-ALMAN dili kursları.
100 1 Fevral
İngilis dili hazırlığı
40 Dünən
İbtidai sinif şagirdləri üçün hazırlıq
30 5 Mart
Azərb/ingilis dili qrammatikasının əsasları
3 25 Fevral
Gizli Platforma Azərbaycan üçün
Abituriyent hazırlığı
150 22 Yanvar
Yeni başlayanlar üçün onlayn İvrit dili kursu
100 28 Fevral
İşgüzar İvrit dili kursu
150 25 Fevral
İngilis dili hazırlığı
100 Bu həftə
Webmoney/Qiwi/Yandex Azərbaycan
1 22 Fevral
Azərbaycan dili onlayn abituriyent hazırlığı
35 6 saat əvvəl
Səyahət edənlər üçün İngilis dili kursu
70 27 Yanvar
İntensiv Rus dili kursu
70 27 Fevral
Alman dili
90 6 Fevral
Alman dili kursu
45 Dünən
Rus dili müəllimi
50 8 saat əvvəl
Ingilis dili qrammatikasının əsasları
3 4 Fevral
Alman dili
90 12 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Məqalələrin kataloqu
Bütün dünya kimi Azərbaycan 3-cü minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tam hüquqlu üzvləri olacaqlar.Yəgin ki, elə bir adam tapılmaz ki, özünə belə bir sual verməsin: “Bizi XXI əsrdə nə gözləyir? XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla, gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır?»
Bu suallara cavab vermək ücün dünyanın xüsusiyyətlərini tam aydın təsəvvür etmək zəruridir.
1. Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın, xüsusilə də kompyuter texnologiyasının sıcrayışlı inkişafının şahidləriyik. Daima dəyişən həyatın şəraitinə uyğunlaşmaq ücün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir.
2. Daima artan məlumat axını müasir insanın üzərinə sel kimi axır. Müasir dövrdə gün ərzində aldığımız informasiyanı 200 il bundan əvvəl yaşayan insanlar bir il ərzində əldə edirdilər. Əldə olunan biliklər məlum olmamış köhnəlir və bu da insanlara mövcud problemlərin həlli ücün qazandıqları biliklərlə kifayətlənməyə imkan vermir. Həyatda baş verən dəyişikliklərə uyğunlaşmaq və səmərəli fəaliyyət görmək yalnız o zaman mümkün olur ki, insan həyatı boyu bilikləri müstəqil əldə etməyi bacarır və buna can atır. Bu zaman başlıca köməkci kimi dərketmə fəallığı və hər şeyi öyrənmək həvəsi, həmcinin, şəxsiyyətin əməksevərliyi böyük rol oynayır. İnsan zəruri informasiyanı müstəqil qazanmalı, yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi bacarmalıdır.
3. Vaxtın məhdudiyyətinin artması fəal və yaradıcı olmaq və şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək, müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq zərurətini yaradır. Təşkilatçılıq, öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili nizam-intizam, vaxt məhdudiyyəti problemini həll etməkdə kömək edə bilər.
4. Cəmiyyətdə baş verən sosial proseslər də şəxsiyyətin inkişafına dair xüsusi tələblər irəli sürür. Biz şəxsiyyət azadlığı dəyərinin artımını cəmiyyətin demokratik prinsipləri dəstəkləməsində və eyni zamanda insan hüquqlarının pozulmasının genişlənməsində ifadə olunan sosial ziddiyyətlərdə müşahidə edirik. Bütün bunlar şəxsiyyətdən müstəqil, öz mühakimələrində və əməllərində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etmək bacarığını tələb edir. Öz hüquq və vəzifələrini bilib digərlərinin hüquq və vəzifələrinə hörmət etmək əsasında qarşılıqlı demokratik münasibətlərə yiyələnmədən demokratik cəmiyyətin dəyərlərinə hörmət etmək mümkün deyil.
5. Cəmiyyətin təbəqələşmə tendensiyası insanlar arasında fərqlərin dərinləşməsi, virtual (xəyalı) tipli ünsiyyətin yayılması digər insanlarla harmonik qarşılıqlı fəaliyyəti və ünsiyyəti (qarşılıqlı hörmət, etibar, dostluq, əməkdaşlıq, tolerantlıq) bacarmağı tələb edir.
6. Ekoloji fəlakətlərin, terrorizmin, mədəniyyət vandalizminin artımı təbiət və mədəniyyətə qayğılı münasibətin aşılanmasının, öz xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və ənənələrinə yiyələnməyin və dünya sivilizasiyasının dəyərləri ilə tanış olmağın zəruriliyinə gətirib çıxarır.
Bu səbəbdən də təlim müasir uşağı dövrünün həyatına hazırlamağı bacarmalıdır. Təlim daim dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili yetişdirdiyimiz şəxsiyyəti necə tərbiyə etmək istəyimizdən asılıdır.
Dünya təcrübəsindən məlum olduğu kimi, XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətidir. Təhsil prosesi uşaqda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində aşağıda göstərilən fəallığa, dərketmə tələbatına və qabiliyyətinə əsaslanır:
Məntiqi düşünmə; Ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşma; Müstəqil olaraq qərar çıxarma; Ətrafda olanları yaradıcı surətdə dəyişmə; Bilikləri müstəqil əldə etmə; Praktiki problemləri həll etmə ; Şəxsiyyətin inkişafına dair yeni məqsədlər qarşıya qoyma.
Ənənəvi təlimin imkanları.
Ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövğənin qarşısında duran müəllimi və onun sakit dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır bilikləri çatdırsın, şərh etsin və misallar gətirsin, şagirdlər isə bu məlumatları passiv şəkildə mənimsəyirlər. Sonra bilikləri yaddaşda möhkəmləndirmək üçün şagirdlər bunları təkrarlama və ya məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları yalnız yadda saxlayır və nəticələri özü çıxarmır, necə deyərlər, biliyi hazır şəkildə alır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata keçirilir. Ənənəvi təlimin bu xüsuiyyətinə görə onu izahedici-illüstrativ təlim kimi adlandırırlar. Bunu aşağıdakı sxem əsasında təsvir etmək olar.
Hamıya məlum olduğu kimi məlumatlar o zaman bilik kimi çıxış edir ki, onlar real həyatda tətbiq edilməsi üçün dərk olunub. Şagirdin cavabına qoyulan tələblərin əsasını əslində biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən məlumatların yadda saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində biliklərin praktiki tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır. Dərsin məzmunu adətən çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaşdırılmır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. Bu cür prosesin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu bilikləri lazımi səviyyədə dərk edəcək. Şagirdin hazır biliklərin mənimsənilməsi nəyin ki, təfəkkürün inkişafı üçün stimul yaratmır, eyni zamanda idrak prosesini kütləşdirir, yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir. Bunun nəticəsi olaraq təlimin səmərəliliyi azalır, çünki onun keyfiyyəti şagirdin əqli qabiliyyətlərin və hafizənin inkişaf səviyyəsi, idrak motivasiyasının olub/olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur.
Deməli, ənənəvi təlim üsulunun tətbiqi zamanı şagirdlərin dərketmə fəallığı passiv, reproduktiv (təkraredici) xarakter daşıyır. Yəgin siz də razılaşarsız ki, yalnız informasiyaların toplanmasına və yaddaşın məşq etdirilməsinə yönəlmiş, həyatın real tələbatlarından kənar olan təhsil şəraitində yuxarıda göstərdiyimiz müasir dövrün şəxsiyyətin formalaşdırılması qeyri mümkündür.
Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya – kommunikasiya dövründə təhsilin əsas problemi belə bir faktla şərtlənir ki, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsipləri əsasında bunları həm çatdırmaq, həm də mənimsəmək əslində qeyri-mümkün işə çevrilir. Əgər qabaq bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə bu gün onlar çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrdən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri biliklərin müstəqil əldə edilməsinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönülü tədris prosesi həmçinin tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərləri və vərdişləri formalaşdıracaq.
Bu tələbləri nəzərə almaqla məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal/interaktiv təlim texnologiyalarına üstünlük verilməsi tamamilə təbiidir.
Müasir təlimin prinsipləri
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir?
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir.
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır.
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi
Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi
Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.
4. «Qabaqlayıcı təlim» prinsipi
Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi
Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
6. Əməkdaşlıq prinsipi
«Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
<
7. Dialoji təlim prinsipi
Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir.
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.
Fəal/interaktiv təlimin mexanizmləri
Aşağıda göstərilən prinsipləri diqqətlə oxusanız görəcəksiniz ki, idrak fəallığının həm yaradılması, həm də saxlanılması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.
Mexanizm №1. Problemli vəziyyətin yaradılması
Yuxarıda qeyd etdiyimiz şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi – tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır.
Fəal(interaktiv) təlim metodu təqdim edilən informasiyanın ziddiyyətli və yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin (problemli) vəziyyətin yaradılmasına əsaslanır. Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü fəallaşdırır. Bu da öz növbəsində şagirdlərdə idrak fəallığı yaradır, onların tədqiqat fəaliyyətini artırır.
Problemli vəziyyət – məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir.
Mexanizm №2. Dialoqun və əməkdaşlığın zəruriliyi
Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal metodun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün “problem” və ya “problem – dialoji” təlim kimi anlayışlardan istifadə olunur.
Mexanizm 3. Şagird – tədqiqatçı, müəllim – fasilitator.
İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri – ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni:
ona tədqiqat xarakteri verilməsi; şagirdin biliklərin mənimsənilməsi prosesinin başlıca simasına, bərabər hüquqlu subyektinə çevrilməsidir.
Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər.
Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Bu zaman təlimin mühüm şərti qismində uşağın təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölə bilməsi zərurəti çıxış edir: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu hansı nəticələrə gətirib çıxara bilər (təlimin bəhrəsi necə olmalıdır).
Müəllimin mövqeyi – ”bələdçi” (fasilitator) , “aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir: problem-vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, bunların həllində metodik köməklik göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir, yəni: təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə uşağa kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair zəruri əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir.
Təlim prosesinin mövcud sxemi fəallıq keyfiyyətinə malikdir və hər bir şagirdin ona lazım olan bilikləri müstəqil əldə etməsinə və bütün həyatı boyu öyrənməyə qadir olan bacarıqlı, müstəqil tədqiqatçı kimi yetişməsinə kömək etmək üçün nəzərdə tutulub.
Lakin bu cür təlim sxemini həyata keçirmək üçün müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə fasilitasiya prosesinin mahiyyətini aydın başa düşüb dərk etməlidir.
Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır.
Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar.
Şagirdlərin fəal idrak mövqeyinin lazımi səviyyədə qalmasının zəruri şərti: müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibətindən, sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir.
Müəllimin xeyirxah münasibəti, hörməti, şagirdləri olduğu kimi qəbul edilməsi, onları daim dəstəkləmək meyli, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya qoyulmuş problemin həllində onun istənilən cəhdi yaradıcı fikir kimi qiymətləndiriləcək, ona ciddi və hörmətlə yanaşılacaqdır. Təlimin psixoloji mühitinin məhz bu şəkildə dəyişdirilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülə bilər və şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə qoruna bilər.
Şagirdə hörmətlə yanaşma, ona etibar etməsi, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi onda həm özünə inam hissini, həm də müəllimə hörmət və etibarı daha da artırır.
Fəal dərsin ümumi quruluşu
Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması
Məlum olduğu kimi hər bir tədqiqatı başlayaraq problemi ortaya gətirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni bilgilərin kəşfinə aparan bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. Fəal təlimin 1-ci mexanizminə əsasən məhz problemin olması idrak fəallığının yaranmasının başlıca addımı olur.
Bəs nə üçün biz dərsin bu mərhələsini məhz motivasiya adlandırırıq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmə qabiliyyətinin sərbəstliyi və müstəqilliyidir: uşaq öz fikrini “Zənnimcə…” , “Mən belə gəlir ki,…”, “Mən belə hesab edirəm ki,…” sözlərindən istifadə etməklə ifadə edir.
Dərsin II mərhələsi: Tədqiqatın aparılması
Problemin həlli üzrə fərziyyələrin meydana gəlməsinin təbii nəticəsi olaraq, irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna, şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə aparıla bilər. Lakin İnteraktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində işlərdə daha qabarıq formada təzahür edir.
Dərsin III mərhələsi: İnformasiya mübadiləsi
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat – həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Dərsin IV mərhələsi: İnformasiyanın müzakirəsi və təşkili
Bu, ən mürəkkəb mərhələdir və bütün zehni vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və təşkilinə kömək edir. İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.
Dərsin VI mərhələsi: Nəticə, ümumiləşdirmə
Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirmənin tərifini vermək işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşdurmalıdır. Bu çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
Dərsin VI mərhələsi: Yaradıcı tətbiqetmə
Məlum olduğu kimi biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qədər), keçmək tələb olunursa, deməli bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin, bu halda həmin bilgi həmişəlik onların şüurunda həkk olunar. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
Dərsin VII mərhələsi: Qiymətləndirmə və ya Refleksiya
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətinin qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.
Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri müstəqil təlim (öyrətməyi öyrənmək), müstəqil inkişaf vərdişlərinə yiyələnmək imkanıdır. Dərs başa çatdıqdan sonra göstərilmiş prosedurlardan birini – qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər, müxtəlif üsullarla və müxtəlif formalarda həyata keçirilə bilər (bax «Qiymətləndirmə» bölməsinə). Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.
Fəal dərsin mərhələləri və nəticələri
Fəal dərsin quruluşunun ümumi, sistemli şəkildə qavramaq üçün və dərsi apararkən məqsədimizə olub/olmamasının müəyyən etmək üçün bizə müəyyən meyarlar lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış edə bilər.
Aşağıda verilən cədvəldə biz oxucuya fəal dərsin hər bir mərhələsində baş verən əsas hadisələr və onun nəticəsində alınan nəticələrlə tanış olmağa təklif edirik.
İndi isə fəal dərsin quruluşunu ənənəvi dərsin quruluşu ilə müqaisə edin.
Öyrədici mühitin növləri
Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraqlarına və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibəti ilə çox əlaqəlidir.
Öyrədici mühit şagirdi əhatə edən şəraitin aşağıdakı xassələrini əks etdirir:
əşyavi mühit; informasiya mühiti; sosial-psixoloji mühit.
Bu bölgü şərtidir, çünki ətrafdakı müəyyən obyektlər eyni zamanda ayrı-ayrı mühit növlərinin elementləri ola bilər (məsələn, dərsliklər, didaktik və əyani vəsaitələr, lövhələr həm əşyavi mühitin, həm də informasiya mühitinin hissəsi ola bilər).
1. Əşyavi mühit aşağıdakılardan ibarətdir:
– Məktəb əşyavi mühiti: dərsliklər, stendlər, vəsaitlər, məktəb avadanlığı, məktəb ləvazimatları və s.
– Təbii mühit: canlı və cansız təbiət.
– Yaşayış mühiti: maddi mədəniyyət əşyaları, ictimai və mədəni müəssisələr, məişət mühiti.
2. İnformasiya mühitinə təlim prosesində (həm məktəbdə, həm də ondan kənarda) istifadə edilən və şagirdlər tərəfindən qavranıla bilən bütün məlumat mənbələri kompleksi – müəllim, dərslik, əyani və didaktik vəsaitlər, televiziya, mətbuat, başqa adamlarla ünsiyyət, bədii, ensiklopedik məlumat, elmi və elmi-kütləvi ədəbiyyat, bədii nəşrlər, kompyuter, müsahibə, müşahidə və eksperimentlər, televiziya, kino, teatr, muzey, sərgi, ekskursiya, səyahətlər və s. daxildir.
3. Sosial-psixoloji mühit təlimə həvəsin formalaşmasına təsir edən aşağıdakı tərkib hissələrindən ibarətdir:
Şagirdin digər insanlar ilə əlaqəsi: müəllimlər, valideynlər, digər şagirdlər və s., Şagirdin öz daxili aləmi ilə qarşılıqlı əlaqələrinin bütün növləri.
Fasilitasiya qaydaları
Fəal(interaktiv) dərsin aparılması üçün ən mühüm amillərdən biri müəllimin bələdçi rolunu həyata keçirməsi bacarığıdır. Fasilitasiya fəal(interaktiv) təlim prosesində müəllimin mövqeyini əks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq,vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdlərin fikrini təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir.
Fikrin təhrik edilməsi qaydaları:
Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin. Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin. Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?» İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və tutuşdurma üsulundan, analogiyalardan istifadə edin, konkret yönü və məqsədi olmayan sualları az verin. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar şagirdləri sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək. İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. Şagirdləri öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və şagirdlərin diqqətini buna cəlb edin! Şagirdlərin əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər şagirdlərin işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın. Uşaqların cavablarını formal (“quş qoymaq” üçün) dinləməkdən çəkinin. Onların başlıca fikirləri xülasə edilməli və bütün uşaqların nəzərinə çatdırılmalıdır. Fasilitasiya prosesində uşaqların cavablarını dəqiqləşdirin və şərh edin (qiymətləndirmədən, məzmuna əsasən), problemli situasiyalarda uşaqları bu sualların həlli işinə cəlb edin.
Psixoloji dəstəkləmənin qaydaları:
Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə şagirdlərə öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət). Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan şagirdlərinı dinləməyinizi yox, bütün qrupun şagirdlərinı diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi). İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, dərs zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (müəllim davranış modeli kimi). Şagirdlərə adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə). Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın. Şagirdlərin fikirləri ilə səmimi maraqlanın. Yalnız liderlərin və ən fəalların deyil, bütün şagirdlərin nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın. Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Müəllimin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, şagirdlərin fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin müəllim işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.
Məlumatla təmin etmə qaydaları:
Fasilitasiyaya başlamazdan öncə özünüzdə zəruri informasiya mənbələrinin və şagirdlərdə lazımi biliklərin olub-olmadığını yoxlayın. Şagirdlərin şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, şagirdlərin öz təcrübə və müşahidələrindən istifadə edin. Materialın qavranılmasının müxtəlif üsullarını (görmə, eşitmə, toxunma, duyma və s) tətbiq edin. Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin. Başqa şagirdlərin söylədikləri yeni anlayışları, habelə sualın və ya mülahizənin yanlış anlamını vaxtında izah və təhlil etməyə çalışın. Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın.
Təşkilatı dəstək qaydaları
Diskussiyanın təşkili üçün hər bir şagirdə hiss etdirin ki, onun fikir və rəyi yeni biliyin, həqiqətin aşkara çıxarılması üçün vacibdir. Bunun üçün iştirakçıları bu cür suallarla işə qoşun: “Bu ideya haqqında nə düşünürsünüz?”, “Bu fikirlə kim razıdır, kim yox?”, “Bunu başqa şəkildə necə söyləmək olar?” və s. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması). Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin. Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun!
Motivasiya zamani buraxılan səhvlər
Səhv №1. Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir.
Yadda saxlamaq vacibdir ki, idrak motivasiyasını doğuran mexanizm – problemdir . Heç bir vəchlə adi çalışmanın (bir həll variantı olan) problemlə yəni, müxtəlif fərziyyələri və həll variantlarını doğuran ziddiyyətlə) qarışıq salmaq olmaz. Məhz çalışma və problem arasında bu böyük fərqi görə bilməmək son nəticədə motivasiyanın yaranmasına gətirib çıxarır.
Səhv №2.Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngbərəng şəkil istifadə edir.
Həvəsləndirici materal şagirdlərdə nə qədər maraq oyatsa da, o yalnız şagirdlərin qeyri-iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir. Hətta çox da cəzbedici olmayan, lakin problem xarakteri daşıyan material cəlbedici görünən, lakin yalnız qeyri-iradi diqqəti şövqləndirən cəlbedici material ilə müqayisədə idrak motivasiyasını daha çox fəallaşdırmağa və bütün dərs ərzində lazımi səviyyədə saxlamağa qabildir.
Tədqiqat işi zamani buraxılan səhvlər
Səhv1. Müəllim hələ də belə bir köhnə mif üzrə hərəkət edir ki, fəal təlim və qrup işi eyni şeydir. Bunun da nəticəsində bütün məşğələlər qrup işi formasında keçilir.
Əslində isə qrup işi yalnız dərsin keçilməsi formalarından biridir (doğrudur, əsas formasıdır). Dərsin məqsəd və vəzifələrindən, materialın və digər faktorların əhəmiyyət dərəcəsindən asılı olaraq müəllim bütün siniflə birgə, cütlük şəklində, habelə fərdi iş üçün təlim forması seçə bilər. Yadda saxlamaq lazımdır ki, fəal təlim metodunun başlıca mexanizmləri saxlanıldıqda, fəal dərsə xas olan interaktiv xarakter təlimin bütün formalarında təzahür edir.
Səhv 2. Müəllim problem qoymadan dərhal qrup işini təşkil edir.
Qrup işi qarşısında tədqiqat sualının qoyulmaması şagirdləri tamdəyərli və müstəqil tədqiqat işinin həyata keçirilməsi üçün zəruri olan oriyentirdən məhrum edir. Onlar yalnız müəllimin təklif etdiyi çalışmanı yerinə yetirirlər və aydın dərk edə bilmirlər ki, qrup müzakirəsində hansı yeni biliyi hasilə gətirməlidirlər. Bu səhv həmçinin sonrakı qrup müzakirələrinə də öz neqativ təsirini göstərir.
Səhv 3. Müəllim uşaqları qrup şəklində birləşdirir, lakin onun verdiyi çalışma müxtəlif nöqteyi-nəzərlərin yaranmasını nəzərdə tutmur və ya həvəsləndirmir, deməli, onları kollektiv müzakirəyə sövq etmir. Nəticədə uşaq çalışmanı müstəqil həll edir.
Qrup işinin məqsədyönlü xarakter daşıması şagirdlərin işini pozur, belə ki, müzakirə üçün sualdan məhrum olduqlarına görə bir-birləri üçün yalnız əngələ çevirirlər.
Səhv 4. Müəllim tədqiqat və problemin həlli üçün zəruri şəraiti yarada bilmir, yəni:
yönəldici suallardan istifadə etmir; zəruri informasiya mənbələrini təqdim etmir; tədqiqat işini düzgün qurmur; idrak fəaliyyətini, yaradıcı təxəyyülü şövqləndirmir; şagirdləri psixoloji cəhətdən dəstəkləmir.
Fəal dərs qarşılıqlı əlaqədə olan faktorlar sistemindən ibarətdir. Fəal dərsin alınması üçün onun bütün mühüm mexanizm və aspektlərindən istifadə edilməlidir.
Təqdimatın keçirilməsi zamanı səhvlər
Səhv 1. Təqdimat zamanı müəllim diqqəti yalnız çıxış edənlərə yönəltmiş olur.
Müəllim, bütün sinfi diqqət dairəsində saxlamalı, çıxış edənlərin fikirlərini, eləcə də digər şagirdlərin dinləmə prosesini izləməyə çalışmalıdır. Bu, müəllimə sinifdə nizam-intizamı qorumağa kömək edər.
Səhv 2. Müəllim vaxta qənaət etmək məqsədilə bütün təqdimatlara dalbadal qulaq asır, fikir mübadiləsi üçün vaxt və imkan vermir.
Yadda saxlamaq lazımdır ki, hər bir təqdimat şagirdlərin şüurunda iz buraxmalı və bununla da sonrakı təhlil üçün material olmalıdır. Bütün şagirdləri fəal dinləməyə sövq etmək üçün onlara öz fikirlərini sözlə deyil, jestlərin köməyilə ifadə etməyi təklif etmək, bir-iki nəfərə isə təqdim edilmiş informasiyaya əlavələr və düzəlişlər etmək imkanı vermək olar.
Səhv 3. Təqdimat zamanı qrupun üzvləri iş vərəqlərini lövhədən asır və lövhənin önündə toplaşaraq arxaları sinfə tərəf öz qeydlərini ucadan oxuyurlar. Bu halda müəllim də arxasını sinfə çevirməyə məcburdur ki, iş vərəqi ilə tanış olsun. Bunun nəticəsində qalan şagirdlərin diqqəti və informasiyanı qavraması pozulur.
Təqdimat zamanı iş vərəqlərini iştirakçı və müəllim, eləcə də bütün sinif aydın görə bilməlidir. Buna görə vərəqləri əldə tutmaq (iri plakat vərəqələri istisna edilməklə) və təqdimat başa çatdıqdan sonra lövhədən asmaq lazımdır.
Səhv 4. Müəllim təqdimata bir növ rəsmiyyət xatirinə qulaq asır, ifadələrin yığcamlığı və aydınlığı üçün düzəlişlər etməyə çalışmır, yəni təqdimat mədəniyyətini formalaşdırmağa səy göstərmir.
Yadda saxlamaq lazımdır ki, həm şagirdin təfəkkür və nitqinin fərdi inkişafı, həm də informasiyanın daha yaxşı qavranılması, mənimsənilməsi və tərtibi üçün təqdimat mədəniyyəti ən vacib şərtlərdən biridir.
Səhv 5. Hər bir təqdimatdan sonra müəllimin özü onu şərh edir, qiymətləndirir və ya tapılmış faktlara öz münasibətini bildirir.
Şagirdlərə digər iştirakçıların işləri barədə öz fikir və münasibətlərini bildirmək imkanı verilməlidir. Fikir mübadiləsi prosesində müəllimin rolu aparılmış tədqiqat haqqında öz fikrini söyləmək deyil, informasiyanın şagirdlər tərəfindən daha yaxşı qavranılması və başa düşülməsi üçün optimal şəraiti təmin etməkdən ibarətdir. Bu zaman müəllim keçirilən təqdimatın keyfiyyəti barədə öz qiymətverici rəyini söyləyə bilər (əks-əlaqə yaradır).
İnformasiyanın müzakirəsi və təşkili mərhələsində səhvlər
Səhv 1. Müəllim informasiyanın təşkili üçün öz şəxsi mülahizəsini zorla qəbul etdirir, şagirdlərin təklif və ideyalarını isə diqqətdən kənarda qoyur. Halbuki, bəzən şagirdin nəzərə alınmayan ideyası müəllimin öz ideyasından daha səmərəli və maraqlı olur.
Mütləq anlamaq lazımdır ki, şagirdlər hansı ideyanı işləyib hazırlayıblar. Əgər, müəllimin fikrincə, bu ideya az səmərəlidirsə, onda yönəldici sualların köməyilə başqa mülahizə yolunu təklif etmək olar. Yox, əgər əksinədirsə, yəni bu ideyada diqqəti çəkən nəsə varsa, onda həllin bu yolunu da müzakirə etməyə imkan vermək lazımdır. İstənilən halda şagirdlərin diqqəti cəlb edən hər bir ideyası qeyd edilməli, mövcud və ya gələcək dərsdə müzakirəyə qoyulmalıdır.
Səhv 2. Müəllim yönəldici suallardan istifadə edir və bununla da şagirdlərin özlərinin həll yolunu tapmasına imkan vermir.
Mövcud mərhələnin uğuru bilavasitə müəllimin düzgün fasilitasiyasından və xüsusilə onun təfəkkürü şövqləndirmə qaydalarına riayət etməsindən asılıdır ( bax: fasilitasiya qaydaları).
Səhv 3. Müəllim diskussiyanın axarını başlı-başına buraxır, onu lazımi məcraya yönəltməyə çalışmır. Nəticədə vaxt itkisinə yol verilir, müzakirə öz başlıca məqsədindən yayınır və, necə deyərlər, kələfin ucu itirilir.
Fasilitasiyanın mənası yalnız təfəkkürü şövqləndirmək deyil, həm də onu ümumiləşdirməyə yönəltməkdir. Buna görə müəllim müzakirənin gedişini daim nəzarətdə saxlamalı və çalışmalıdır ki, diskussiya verilmiş sual məcrasında aparılsın.
Səhv 4. Uşaqların irəli sürdükləri ideyalar müzakirə zamanı müəllim tərəfindən fərqləndirilmir və heç bir şəkildə qeyd edilmir.
Şagirdlərin əsas fikirlərini xülasə etmək yolu ilə sonrakı ümumiləşdirmə üçün vacib olan əsas ideyaların tam mənzərəsini yaratmaq mümkündür.
Ümumiləşdirmə mərhələsində səhvlər
Səhv 1. Müəllim problem qoyur və özü də onu həll edir və ya şagirdlərin əvəzinə özü nəticə çıxarır.
Mövcud halda fəal təlimin başlıca mexanizmlərindən biri pozulur: müəllim şagirdi müstəqil şəkildə həqiqəti kəşf etmək və tədqiqatçı olmaq imkanı və sevincindən məhrum edir.
Səhv 2. Müəllim şagirdlərin dərsin axırında çıxardıqları nəticələri və etdikləri ümumiləşdirmələrlə ilkin fərziyyələr və tədqiqat sualı arasında əlaqə yaratmağa çalışmır.
Dərsin məntiqi strukturunu qoruyub saxlamaq, şagirdlərə kəşf sevincini duymağa imkan vermək, habelə axıra qədər tədqiq edilməmiş və ya bundan sonra baxılmağa ehtiyacı olan məsələləri aşkara çıxarmaq üçün son dərəcə zəruridir.
Похожие статьи
-
Azərbaycan dili 8 müəllim üçün metodik vəsait
Metodik Vəsaitlər 4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir. İDRAK MƏKTƏBİ Azərbaycan dili proqram və dərsliklərinə kurikulum…
-
Azərbaycan dili 6 müəllim üçün metodik vəsait
İDRAK MƏKTƏBİ Nəyi dəyişdik ? Nəyə dəyişdik? Fənn: Azərbaycan dili Sinif: VI mövzu Standartlar: 4.1.2. Sözün qrammatik mənasını kontektsə uyğun izah…
-
Azərbaycan tarixi metodik vəsait
Azərbaycan tarixi metodik vəsait 5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı KİTABLAR İndi kitab almaq ya da satmaq üçün…
-
Azərbaycan di li metodik vəsait
MƏKTƏBƏ HAZIRLAŞIRIQ – METODİK VƏSAİT -II-hissə MƏKTƏBƏ HAZIRLAŞIRIQ – METODİK VƏSAİT III və IV KİTABLAR ÜZRƏ ( I I HİSSƏ) KİTAB (PDF): TƏHSİL KOMPASI…
-
Azərbaycan dili 9 müəllim üçün metodik vəsait
Azərbaycan dili fənni üzrə 9-cu sinif üçün metodik vəsait – PDF Hörmətli müəllimlər! Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Azərbaycan dili dərslik…
Comments are closed, but trackbacks and pingbacks are open.